Sunday, April 22, 2018

Çərşənbə, 31 Yanvar 2018 00:00

Bu gün M.Ə.Rəsulzadənin doğum gündür

Yazan

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür.

Xeber.İnfo-un məlumatına görə, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edərək bir müddət orada "İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M. Ə. Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Qeyd edək ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili tamam olur. Dövlət başçısı bu münasibətlə 2018-ci ili "Cümhuriyyət ili" elan edib.

Çərşənbə, 31 Yanvar 2018 00:00

Əfv komissiyası toplaşdı

Yazan

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. 

Komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb. 

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.   

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

"Turan" İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyev "Qaynar Qazanın" qonağı olub. M.Əliyev çox ciddi iddialı danışır və ağır ittihamlar səsləndirir. Verlişin birinci hissəsinə bu linkdən izləyə bilərsiniz
https://www.youtube.com/watch?v=WRwMvmsSG-A

Yazar Elçin Aslangil Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Yazarın bu müraciəti Türkiyədə yaşayan azyaşlı azərbaycanlılarla bağlıdır: "Əziz və hörmətli, cənab prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva, hazırda yaşadığım Türkiyənin İstanbul şəhərinin təkcə Qaziosmanpaşa, Sultanqazidə adını belə yazmağı bacarmayan 6 və 17 yaş arası  mindən (1000) çox azərbaycanlı var. Bu çox ciddi problemdir. İstanbulda yaşayan soydaşlarımızın bir çoxunun (yəni yüzdə doxsanının) "ikamət izni" (oturum izni) olmadığı üçün öz övladlarını Türkiyə məktəblərində oxuda bilmirlər". 

E.Aslangil qeyd edir ki, azərbaycanlı uşaqların təhsil ala bilmədiyi ərazilərdə 20-yə qədər ermənidilli məktəb var: "Bu problemin ağrılı tərəfi olsa da, bizlər üçün utancverici tərəfi tamam başqadır. Belə ki, təkcə İstanbul şəhərində iyirmiyə yaxın ermənidilli məktəb var. Bəs nə üçün rəsmi olaraq Azərbaycandilli məktəb heç bir dənə də olsun yoxdur? Əgər İstanbulda yaşayan soydaşlarımızın "qaçaq" statusu ilə yaşadıqlarını nəzərə alsaq, belə məktəb "ölüm, qalım" məsələsidir və həyati əhəmiyyət kəsb edir. Müəyyən ziyalılar tərəfindən qurulan bildiyim qədəri ilə iki və ya üç Azərbaycandilli özəl məktəb var. Ancaq bu məktəblərin heç biri Azərbaycan Respublikasının təhsil nazirliyinə tabe deyil və verdikləri təhsil yetərsizdir". 

"Cənab prezident və birinci xanım, Nizamilər, Lütfüzadələr, Hüseyin Cavidlər, Axundovlar, Topçubaşovlar, Əliağa Şıxlinskilər yetişdirən bir xalqın, xüsusilə hər zaman öyündüyümüz - "Azərbaycan xalqının yüzdə doxsan səkkizi oxuyub yazmağı bacarır" kimi  həqiqətlərinin gözünün içinə indi biz necə baxaq? Müəyyən çətinliklərdən dolayı deyərdim ki, bəlkə də, iki üç min soydaşımızın təhsilsiz olması həqiqətin gözüdür əslində, kor gözü. Bəhs etdiyim göz gəlcəyimizi işıqlandıra bilməyəcək təəssüf ki. Fəqət gec deyil, güc deyil, nə üç deyil, nə də beş deyil, sizlər bu məsələyə əncam çəksəniz", - yazar bildirir. 

Onun sözlərinə görə, bu məsələdə dövlətin qayğısı və dəstəyi olduqca vacibdir: "Bu gün İstanbulda yaşayan bir neçə ziyalı soydaşlarımızla bərabər bu problemə dair, bir xeyli baş sındırmalı olduq və başa düşdük ki, başımızı əzsək belə, arxamızda dövlətin dəstəyi olmadan heç nə edə bilməyəcəyik. Problemin acılı tərəflərindən biri də, soydaşlarımızın  qız uşaqlarını təhsildən yayındıraraq on üç, on dörd yaşlarında zorla ərə verməsidir. Sanki başlarından edirlər. Bu, məncə, gələcəyimiz üçün həyəcan təbilidir. Körpə fidanlarımız təhsil almaq əvəzinə tikiş müəsissələrində valideyinləri tərəfindən zorla əməyə cəlb edilir,  özü də 10-12 saatlıq ağır şərtlər altında...".

"Burada qaçaq kimi yaşayanların heç biri bu ölkədə qalıcı deyil və gec-tez Azərbaycana qayıdacaqlar. Bu, çox ciddi problemdir, cənab prezident və hörmətli birinci xanım. Sizdən xahişim, ricam, yalvarışım bu qaranlıq məsələni işıqlandırmağınızdır", - deyə Aslangil vurğulayır.

"Mənə 20 il verməklə ürəkləri soyumayıb. Azərbaycan hakimiyyəti mənə qarşı düşmənçilik siyasətini davam etdirir”.

Bu sözləri məhkəmə prosesində "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə deyib. 

Yanvarın 26-da Qaradağ Rayon Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin barəsində yeni açılmış cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rufan Mürsəlovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

İclasda  çıxış edən T. Bağırzadə deyib ki, ittiham əsassızdır:

"Bura mənim üçün tribunadır, öz sözümü deyə bilirəm. Azərbaycan xalqı ləyaqətli xalqdır, öz taleyini özü həll etməyə qadirdir. 1988-ci ildə xalq ayağa qalxdı, meydanlara axışdı. Bunun  nəticəsində Azərbaycan xalqı "İlin xalqı” oldu. İndi bu hakimiyyət özü də başa düşür ki, o, bu xalqa layiq deyil. Onu ancaq mübarizə yolu ilə devirmək olar, öz xoşları ilə getmək istəmirlər. Azərbaycan xalqı artıq bunları istəmir, hakimiyyət də bunu bilir, görür.

Bu cinayət işi də saxtadır, orada çox şey müstəntiq tərəfindən yalan yazılıb, uydurulub". 

T.Bağırzadə işə xitam verilməsini istəyib.

Onun vəkili Fariz Namazlı da cinayət işinə xitam verilməsini istəyib. Lakin vəsatət təmin edilməyib. Məhkəmənin baxışı fevralın 6-na təyin olunub.

T.Bağırzadə Cinayət Məcəlləsinin  317-2.1 (cəzaçəkmə müəssisəsində şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) maddəsi ilə ittiham olunur.

Məhkəməni izləməyə gələnlərin çox az bir hissəsi içəri buraxılıb.

T.Bağırzadə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunsa da, o, saxlandığı Qobustan həbsxanasından istintaq təcridxanasına köçürülməyib. Məhkəməyə elə Qobustan həbsxanasından gətirilib-aparılır.

Yeni ittihama görə, Qobustan həbsxanasında Taleh Bağırzadədən içində kartlarda "Qurani Kərim”, Quran təsviri və bu kimi başqa materiallar olan yeddi ədəd "microSD” tipli yaddaş kartları tapılıb.

İlahiyyatçının sözlərinə görə, cəzaçəkmə müəssisələrində, Qobustan həbsxanasında əksər məhkumlarda mini flaş kartlar var.

O, ittihamı saxta adlandırır.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün Taleh Bağırzadə ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Ümumiyyətlə, Nardaran əməliyyatından sonra 100-ə qədər adam həbs olunub.

Taleh Bağırzadə və digər həbs olunanlar onlara verilən qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. cinayətlərdə ittiham olunublar.

T.Bağırzadə məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq baş prokuror, hüquq elmləri doktoru İlyas İsmayılov lideri olduğu Ədalət Partiyasının dünənki qurultayında Azərbaycan hökumətinin təhsil siyasətini kəskin tənqid edib.

İ.İsmayılov bildirib ki, hazırki təhsil sistemi savadlı və layiqli vətəndaş yetişdirmək iqtidarında deyil.

Partiya sədri dövlət ali məktəblərində ödənişli təhsilin verilməsini yolverilməz adlandırıb. 

"Bir halda ki, bu universitetlər dövlət tərəfindən maliyyələşdirilir, nəyə görə burda ödənişli təhsil olmalıdır? Qardaş Türkiyə Cümhuriyyətində bütün dövlət universitetləri ödənişsizdir. Bizdə də belə olmalıdır”.

İ.İsmayılov təhsil sistemində rüşvətin geniş yayılmasına da diqqəti yönəldib, konkret bir misal çəkib: "Hələ Milli Məclisin üzvü olarkən Bakı Dövlət Universitetinin bir tələbəsi mənə müraciət edərək, kəsiri olduğunu bildirmiş, yenidən imtahan verməsi üçün göndəriş verilməsinə kömək etməyimi xahiş etmişdi. Mən BDU-nun rektoru Abel Məhərrəmova zəng etdim. O, yerində olmadığından köməkçilərilə danışdım. Məni çox hörmətlə dinləyib, rektora məruzə edəcəklərinə söz verdilər. Sonradan eşitdim ki, həmin tələbədən 800 dollar aldıqdan sonra göndəriş veriblər…”

Partiya sədri təhsil sistemində ciddi islahatların vacibliyini bildirib, müəllimlərin əvvəlki nüfuzunun özünə qaytarılmasına və onların maaşlarının artırılmasına çağırıb.

BDU-dan məsələyə münasibət bildirilməyib.(moderator.az)

...hələ bir neçə il də rejim ad dəyişərək ömrünü sürdürəcək. Siz deyən düzdürsə, rejimin zülmünə neçə il şahidlik edəcəyik, Allah bilir

Son günlərin ən hay-küylü mövzularından biri, tanınmış jurnalist Mehman Əliyevin açıqlamaları və ona verilən cavab oldu. Hətta bu məsələ digər bir jurnalistin Baş Prokurorluğa çağırılması ilə nəticələndi. Bütün bunlar mətbuatda dərc olunub. Amma və lakin mənim məqsədim Mehman Əliyevin iddialarıyla Əli Həsənovun cavabını müqayisə etməkdir.

Bu iki şəxs Azərbaycan ictimaiyyətinə tanışdırlar. Əli Həsənovun dediyi kimi, ikisi də eyni dövrun və eyni universitetin məzunlarıdırlar: “ Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm”.

Əli Həsənovun cavab müsahibəsinin bu yerindən təsadüfən başlamadım. Əli müəllim həmişəki taktikadan istifadə edir. Mehman Əliyevi elçibəyçi adlandırmaqla, hakimiyyətə düşmən olduğunu və yaxud ola biləcəyini vurğulayır. Yəni adam elçibəyçi olub, onun dediklərinə inanmaq olmaz, düşüncəsi hələ də hakimiyyət dəhlizlərini dolaşır. Bu düşüncə, hakimiyyətdə olan xalq düşmənlərini hələ ki, xilas edir. Dövlətini sevən və cəmiyyətə fayda vermək istəyən insanlar hakimiyyətə əyilmirlərsə, məhz bu taktika ilə əzilir, sıradan çıxarılırlar. Əli müəllim Heydər Əliyevi təbliğ etmək sayəsində bu gün prezidentin köməkçisi postuna qədər yüksəldiyini bildirir. Elə o təbliğatın nəticəsi olaraq da, Azərbaycan mətbuatını iflic edib. Bunu isə Mehman Əliyev deyir. M.Əliyev açıq şəkildə və əksəriyyətin bildiyi məlumatı bir daha təkrarlayıb. Bəlkə də həbs zəncirinin bir ucu gedib Əli Həsənova çıxıdğı üçün deyir, nəyə görə deyirsə, həqiqəti deyir: “Azərbaycanda media siyasətini Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi aparır və bütün təpkilər də medianın üzərinə oradan yönəlir. Kimin danışıb, kimin danışmaması məsələsini də onlar həll edir”.

Medianın tam nəzarətdə olduğunu və Əli Həsənovun icazəsi olmadan bir redaktorun səsini çıxarda bilməməsini iddia edir. Hörmətli Əli Həsənov da iddia ilə razılaşır: “Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır”. Mehman bəyi kimdənsə tapşırıq almaqda suçlayır, bununla işimiz yoxdu, həqiqətən tapşırıqla deyil, dövlətin inkişafı üçün danışırsa, lazım bilsə açıqlama verər, Mehman Əliyev. Məni maraqlandıran, Əli Həsənovun mətbuata yanaşmasıdır. Əli Həsənov hesab edir ki, ölkədə mətbuat adına danışan hər kəs ya hökumətin dediyini yazacaq, ya da ən pis halda həbsə, ən yaxşı halda mühacirətə göndəriləcək. Faktiki olaraq mətbuatla davranış bundan ibarətdir.

Qeyd edim ki, Əli Həsənov tez-tez dövlət deyəndə hakimiyyəti nəzərdə tutur. Bu iki termin ayrı-ayrı mənaları ehtiva etsə də, bunlar hakimiyyətlərini dövlətə elə pərçəmləyiblər ki, hökumət tənqid olunan ki, dövlət əldən getdi, deyə hay-küy salırlar.

Əli Həsənovdan soruşuram, cənab Həsənov dünyada elə bir dövlət göstərə bilərsiniz ki, jurnalistə havayı ev verilsin? Siz niyə ev paylayırsınız? Desəniz ki, ev problemini həll etmək istəyirik, deməli yalan danışmış olacaqsınız. Əlqərəz, nə desəniz, yalan olduğu adamın qulaqlarına püskürəcək. Çünki, ölkədə əhalinin yarıdan çoxu evsizdir, səfalət içində sürünür, hər il minlərlə ailə boşanır, yüz minlərlə körpənin gələcəyi qaranlığa yuvarlanır və sair. Taleyin ümidinə buraxdığınız insanları nədən unudub, jurnalist qayırdığınız (əksəriyyət belədir) insanlara ev paylayırsız? Siz ona görə ev payladınız və hələ də paylayırsınız ki, ölkədəki eybəcər davranışınızı yazmasınlar, hökumətin yanlış siyasətini, dövləti darmadağın etməyinizi deməsinlər.

Bəli, mən də sizin mətbuatla bağlı apardığınız “rüşvət siyasətinizi” uğursuz və sabunköpüyü kimi bir şey hesab edirəm. Elə Mehman Əliyev də bu düşüncədədir: “Mən qeyd eləmək istəyirəm ki, hakimiyyətin apardığı bu siyasət – pulla, evlər paylamaqla, fəxri adlarla ələ almaq kimi, digər tərəfdən də təhdid etməklə, həbs elətdirməklə jurnalistlərə yanaşma – uğursuz bir siyasətdir”.

 Sizin təmsil olunduğunuz hakimiyyət ölkəni hansı günə salıb, çox yaxşı bilirsiniz. Artıq məndə heç bir şübhə qalmır ki, Azərbaycanda bizi təkcə hüquq-mühafizə orqanları həbs eləmir, həm də pul payladığınız media qurumlarının, Mətbuat Şurasının işverənliyi həbs edir. Tez-tez “reket jurnalist”, “qara siyahı” deyirsiniz. Ən böyük mətbuat reketi sizin arxasında dayandığınız Mətbuat Şurasıdır. Bir dəfə qrant paylayan deputatı faktla tənqid etdiyim üçün Mətbuat Şurasının bütün üzvləri, yazının nədən ibarət olduğunu araşdırmadan, üstümə töküldülər. Dəfələrlə olub ki, MŞ-da təmsil olunan ayrı-ayrı şəxslər ya şirinlik, ya da hədə yolu ilə bəzi yazıların saytdan çıxarılmasını tələb ediblər.

Hörmətli Əli müəllim, Mehman Əliyev sizin və Zakir Qaralovun səyi nəticəsində həbs olunduğunu iddia edir. Siz də adəti üzrə onu xarici qüvvələrə işləməkdə ittiham edir və vergi ödəməməkdə suçlayırsınız. Bu da sizin işinizdir, özünüz bilərsiniz. Ama məsələ hakimiyyətin ikiyə bölünməsindən gedir. Mehman Əliyev bildirir ki, Mehriban Əliyeva baş verənlərdən daha çox narahatdır və ölkəni xilas etməyə çalışır və özü üçün komanda toplayır və sair. Siz də İlham Əliyevin mərhəmətindən söz açıb, Mehman bəyin məhz prezidentin xüsusi qayğısı ilə azad olunduğunu bildirirsiniz. Mehman bəyin dediyi həqiqətdirsə, deməli hələ bir neçə il də rejim ad dəyişərək ömrünü sürdürəcək. Siz deyən düzdürsə, rejimin zülmünə neçə il şahidlik edəcəyik, Allah bilir.

Sizin dediyiniz kimi Mehman Əliyev həqiqətən vergi ödəməkdən yayınmışdısa, niyə ölkə başçısının xüsusi tapşırığı ilə azad edildi? Yox, əgər bu ittiham sadəcə onu həbs etdirmək üçün bəhanə idisə, ölkədə ədalətsiz mühit niyə yaradılır? Mehman Əliyev vergidən yayınırsa, deməli faktiki cinayətkardır. İlham Əliyev onu hansı imtiyazla azad edir?

Mehman Əliyevin həmişə mühafizəkar davranışı və öz iddiasına görə Mehriban Əliyevanın adamları ilə bəzi razılığa gəlməsi, həbsi, azad olması və açıq şəkildə Əli Həsənova, Zakir Qaralova qarşı ittihamlar səsləndirməsi hakimiyyətdaxili parçalanma kimi də qiymətləndirilə bilər. Lakin bircə fakt - rejimin Sizin timsalınızda mətbuata basqısı danılmazdır.

P.S. Telefonun yaddaşından hələ də nömrəni silməmişəm. Cənab Həsənov, Sizin Cəmaləddin adlı əməkdaşınız mənə zəng vurub, Fuad Ələsgərovla aranızda yaranan çəkişmədən bəhs olunan bir məqaləni dərc etdiyim üçün məni necə hədələdi. Sizin mətbuat siyasətiniz ələ almaq, hədə və həbsdən ibarətdir!

26994345 1982388365123365 8445622965123413153 n

 

 

 

 

 

 

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist

8 1Azərbaycana gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib və çoxsaylı cinayət faktları qeydə alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən apa-ya verilən məlumata görə, 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.
Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıb.
Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülmüş, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.
Azərbaycan Respublikasında qanunçuluğun möhkəmləndirilməsi və korrupsiyanın qarşısının alınması üzrə bundan sonra da qətiyyətli tədbirlər görüləcək.

Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün Baş Prokurorluğa çağrılıb.

Strateq.az bildirir ki, bu barədə Əvəz Zeynallının özü məlumat verib: "Baş Prokurorluqdan Eldar Sultanov zəng edib məni saat 17.30-da Baş Prokurorluğa dəvət etdi. Mehman Əliyevlə "Qaynar Qazan"da götürdüyüm müsahibənin birinci hissəsinə görə. Görək, indi nə istəyirlər…".

Xatırladaq ki, Əvəz Zeynallının "Qaynar Qazan" verilişinin qonağı olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycan mediasının mövcud durumu və özünün həbsi ilə bağlı sensasion açıqlamalarla çıxış edib. Mehman Əliyev deyib ki, onun həbsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun və baş prokuror Zakir Qaralovun əli var.

***

Strateq.az xəbər verir ki, Baş Prokurorluqda Əvəz Zeynallını baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Onunla söhbətdən sonra Əvəz Zeynallıya növbəti dəfə rəsmi xəbərdarlıq edilib.

Prokurorluğun yaydığı açıqlamada deyilir:

"Baş Prokurorluqda aparılmış araşdırmalarla “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".

Əvəz Zeynallı isə Strateq.az-a açıqlamasında bildirib ki, Rüstəm Usubov onunla həm müxtəlif vaxtlarda "facebook" səhifəsində yazdığı fikirlər, həm də "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin "Qaynar Qazan"a müsahibəsi ətrafında söhbət aparıb. Əvəz Zeynallıya rəsmi xəbərdarlıq elan edilsə də, o, xəbərdarlığa qol çəkməyib və bu haqda əlavə protokol tərtib olunub.

Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən Vüqar Əvəzov adına 300 saylı tam orta məktəbin direktoru İradə Xəlilova 9-cu sinif şagirdini - Qurbanov Rəvan Seymur oğlundan polisə şikayət edib. Bu barədə R.Qurbanovun anası RealMedia.az-a məlumat verib.

R.Qurbanovun anası direktordan şikayət edir: “Məktəbin direktoru İradə Xəlilova heç bir səbəb olmadan oğlum Rəvanı 6-cı polis bölməsinə verib. İradə Xəlilova öz şikayətini belə əsaslandırıb ki, şagirdin davamiyyəti aşağıdır, o tez-tez dərsdən yayınır. Adətən görmüşük ki, daxili nizam-intizamı pozduğuna görə, məktəbdaxili cəzalandırılır, valideynə məlumat verilir və sair. Oğlum dərslərdə iştirak etmirdisə, niyə bizə məlumat verilməyib? Yaxud, məktəb rəhbərliyi Rəvanın niyə məktəbə getməməsi ilə bağlı maraqlanmayıb?”

Qurbanova oğlunun direktor tərəfindən təhqir olunduğunu da iddia edir: “Məktəb direktoru hansı əsasla oğlumu yoldaşları yanında “siz nataraz ailəsiniz” deməklə, təhqir edir? Təkcə oğlumu deyil, həm də onun ailəsini – bizi alçaldıb. Sinif yoldaşlarının yanında direktorun etdiyi bu yanlış hərəkət Rəvanın psixologiyasına ciddi təsir edib. Məhz belə hallar məktəblilərin intiharına səbəb olur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

19 -dən səhifə 177