Thursday, November 23, 2017

Nəsimi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən "Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri İlham Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

"Report"un məlumatına görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub.

Məhkəmə İ.Mahmudova təyin edilmiş cəzanın həbsdə yatdığı günlə hesablayıb və bu səbəbdən o, məhkəmə zalından azadlıağa buraxılıb. 

Hökmdən prokurorluq apellyasiya protesti verərək, onun barəsində təyin edilən hökmün ləğv edilməsini, onu daha ağır cəza ilə cəzalandırılmasını və həbs edilməsini tələb edib. 

İ.Mahmudovun müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib. 

Tərəflərin şikayətləri araşdırılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, İlham Mahmudov 2015-ci ilin mart ayının 3-dən etibarən Bakı şəhərində "Azərtürkbank” ASC-nin Bakı filialının müdiri vəzifəsində işləyərkən vəzifə saxtakarlığı edib. O, vəzifəsindən sui-istifadə edərək, qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb, həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manatın köçürüb. 

Bundan başqa, o, qardaşı İlqar Mahmudovun adına 10 min ABŞ dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro pul vəsaitlərinin depozit hesablarına qoyulub. 

Daha sonra İlham Mahmudov 2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil olunmasını təşkil edib. İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə edib.

Həmçinin İlham Mahmudov 4 noyabr 2015-ci ildə qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi "Kapitalbank” ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib. Onun etibarından istifadə etməklə Nicat Məmmədova hər hansı məlumat vermədən adına bank hesabı açıb. Bu hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan rəhbərlik etdiyi bank filialında qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min ABŞ dollar məbləğində pul qanunsuz olaraq çıxarıb.

İlham Mahmudov 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, təqsirləndirilən İlham Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanan silah-sursat anbarında baş verən yanğın və partlayışda xəsarət alaraq Siyəzən Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilən şəxs Bakıya gətirilib.

“Report”un Şimal bürosu xəbər verir ki, partlayışda yaralanan Siyəzən rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Famil oğlu ötən gecə təcili tibbi yardım maşını ilə paytaxta gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.

S.Məmmədyarovun xəsarətlərinin ağır olmadığı bildirilib. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndiriblər.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş verən yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanan silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5-i artıq evə buraxılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədib.

Xeber.info-nunölkə.az-a istinadən məlumatına görə, hadisə avqustun 22-də Bakı şəhərində törədilib.

Elmir İbadov idarə etdiyi "Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçıb. 

Hadisə nəticəsində qadın vəfat edib. 

Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.

"The Times" yazır ki, nəhayət Britaniya və onun Qərb müttəfiqləri Suriyada prezident Əsədin öz postunu tərk etməsi barədə uzunmüddətli tələblərindən əl çəkiblər.

Üstəlik Avropa İttifaqı nazirlərinin iclasında belə bir ehtimal da məqbuil sayılıb ki, dünənədək diktator adlandırılan və bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Suriya prezidenti qarşıdan gələn seçkilərdə iştirak edə bilər.

Beləliklə, Avropanın xarici işlər nazirləri Britaniyanın da 2011-ci ildən bəri saxladığı kursdan 180 dərəcə dönmək qərarına gəliblər.
"The Times" vurğulayır ki, bu dönüş Suriyada münaqişə başlanandan bəri 400 min insan məhv olduqdan sonra qəbul edilib. Bu insanların böyük əksəriyyəti Əsəd qüvvələri və müttəfiqlər tərəfindən öldürülüb.

Bu həftə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Suriya müxalifətinə açıq şəkildə deyilib ki, onların Əsədin hakimiyyətdə qalmasını qəbul etməkdən başqa çıxış yolları yoxdur.

Müxalifətə bu da bildirilib ki, Əsədin hakimiyyətdən getməsi şərtilə danışqıların aparılmasında da heç bir məna qalmayıb.
Britaniyanın xarici işlər naziri Boris Johnson bu siyasət dıəyişikliyinə BBC-nin Radio 4 stansiyasına müsahibəsində işarə edib.
"Əlbəttə, bu, tamamilə Suriya xalqının marağındadır ki, Əsəd getsin, - deyib nazir, - Biz də ona deyirdik ki, ilkin şərt onun hakimiyyətdən getməsidir. Biz yenə də deyirik ki, o getməlidir, lakin artıq keçid prosesinin tərkib hissəsi kimi getməldir. Amma eyni zamanda onun demokratik seçkidə iştirak etməsi üçün qapı həmişə açıqdır".

Diplomatlar bildirirlər kİ, həm cənab Johnson-un, həm də Qərbin, siyasəti dəyişməsinə səbəb Suriyanın özündə baş verən hadisələrdir.
"The Times" yazır ki, yeni mövqe həm Britaniyanın müttəfiqləri, həm də müxalifətin regional dəstəkçisi olan güclər tərəfindən dəstəklənir.
Suriya müxalifətinin sözçüsü Yəhya əl-Aridi deyib ki, o, sözdə dəstək verib, əməldə şox az dəstək verən Qərbin mövqeyindən məyus olub.
"Belə görünür ki, maraqlar mənəviyyatdan vacibdir, - deyib sözçü, - Cinayətlər zaman keçdikcə yox olmur".

Başqa bir Qərb mənbəyi isə deyib: "Bizim siyasətimiz praqmatizm və realizmə əsaslanır. Törətdikləri nəzərə alınarsa, Əsəd orada qaldıqca Suriya üçün heç bir sabit və dinc gələcək ola bilməz. Lakin onun orada qalıb-qalmaması bundan sonra danışıqlar üçün ilkin şərt sayılmır".
"The Times" yazır ki, 2011-ci ildə David Cameron-un vaxtından başlanan siyasətin dəyişdirilməsi hökumət üçün böyük pərtlik sayıla bilər.
Bir sıra şərhçilər lap əvvəldən deyirdilər ki, Əsədin danışıqlarda iştirakının istisna edilməsi münaqişəni daha da qızışdıracaq.

"The Times" yazır ki, Əsədə qarşı sərt mövqe onun vəziyyətini möhkəmləndirib və üstəlik Rusiya və İranı da bu münaqişəyə cəlb edib./BBC/

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı president İlham Əliyevə cəsarətli müraciət ünvanlayıb. M.Əsgərqızı vətəndaşların ağır durumda olduğunu və səbr kasasının dolduğunu ölkə başçısının diqqətinə çatdırıb. Xeber.İnfo-nun e-ünvanına göndərilmiş müraciəti təqdim edirik:

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

MÜRACİƏT

 Hörmətli, cənab İlham Əliyev!

Siz bilirsiz ki, xalqımız kritik anlarda vaxtilə ulu öndər Heydər Əliyevin, daha sonralar hər prezident seçkisində Sizin yanınızda oldu. Prezidentimiz - deyib, ətrafınızda sıx birləşdik. Lakin cənab İlham Əliyev, xəbəriniz varmı xalqımız necə yaşayır? Haqları, hüquqları necə pozulur? Dəniz bizim deyil, kürü bizim deyil, istirahət məkanlarında dincəlmək bizlik deyil. Maaşlarımız çox aşağı, müalicə haqlarımız sıfıra bərabər, şəhid, əlil və müharibə veteranlarına hər addımda hörmətsizlik, siyahını uzada bilərəm. Müharibəyə cəlb olunmuş ölkənin hər bir vətəndaşının əhvalı, dolanışığı yüksək olmalıdı ki, o düşmənə qalib gəlsin. Bank borcunda məhv olan, tez-tez baş verən qiymət artımlarında insanlar ancaq özlərini, ailələrini düşünməyə başlayıblar. Və ən qorxunc olan "hər şey cəhənnəmə olsun" ifadələrini insanlar daha çox işlətməyə başlayıblar. Niyə,çünki insanlar madiyyatla sınağa çəkiliblər. Bu çox təhlükəlidir.

Hörmətli, cənab İlham Əliyev!

Bilirəm, sizə "millət əla yaşayır " arayışlarını tez-tez verirlər. Sabun köpüyündən ibarət siyahılar təqdim olunur. Çünki toxun acdan xəbəri yoxdur. Nəhayət, insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün addımların atılması gərəkli deyilmi? Neft ölkəsində qaz və benzinin qiymətinin belə yüksək olması nə qədər doğrudur? Mən həyət evində yaşayıram. Qazın qiymətinin artmasından sonra limit qoyuldu, 1800 kub, bilirsizmi belə evlərdə yaşayanlara iki aya kifayət edir. Bəs sonra, aldığımız maaş ançaq kommunal xərclərə kifayət edir. Son benzin artımı ölkədə hər şeyin 50% artması deməkdir. Vətəndaşlar belə dönəmə girməyə hazırdılarmı? Əmrlər, qərarlar, sərəncamlar imzalanarkən ilk olaraq bunlara diqqət yönəldilməlidir. Əks halda bu millətin dözümünün əbədi olacağına heç kim əmin olmasın. İnanıram ki, nəhayət çoxsaylı problemlər içərisində inləyən vətəndaşlarımızın həyat səviyyəsini yüksəldilməsi üçün addımlar atılacaq.

Dəyərli Prezidentimiz, bu müraciət bilirəm, birmənalı qarşılanmayacaq.Yaltaqlar, qorxaqlar hərəsi bir söz deyəcək. Amma dürüst və sədaqətli insanlar sözün düzünü deməlidilər. Mən də sizə hörməti və sevgisi olan bir Azərbaycan vətəndaşı kimi fikirlərimi bölüşdüm. Mən sizə güvənirəm, çünki bilirəm ki, xalqımızın yaşayışının hər zaman yüksək olmasını istəyən bir dövlət rəhbərisiz. Bir daha inanıram ki, vəziyyətin düzəlməsi üçün addımlar atılacaq. Çünki nicatımız birlikdədir.

Metanet

 

 

 

 

 

 

Sayğıyla, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı”.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub.

1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Yaralıların vəziyyəti yaxşıdır, onlara zəruri tibbi yardım göstərilir.

Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd XidmətiBaş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.(apa)

Turan İnformasiya Agentliyinin rəhbərinin həbsi ilə bağlı ABŞ Dövlət Departamentinin  bəyanatı:

Biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı dərin narahatlıq keçiririk. Turan-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökümətinin may ayında AzadlıqRadiosunun və digər müstəqil media qurumlarının vebsaytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı hal-hazırda müşahidə edilən mənfi trendlərdir.

Biz Azərbaycan hökümətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub.
Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.
İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

Tyorbyorn Yaqland: "Media və jurnalistlər azad şəkildə fəaliyyət göstərməli, qorxu və hədsiz müdaxilələrə məruz qalmamalıdır"

Avropa Şurasının baş katibi Tyorbyor Jaqland Mehman Əliyevin həbsi ilə bağlı bəyanatla çıxış edib:

“Mən Turan agentliyinin direktoru, qabaqcıl jurnalist Mehman Əliyevin vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə dünən axşam Bakıda həbs edildiyinə dair məlumatlandırıldım. Onun həbsi Turan agentliyindəki axtarışdan öncə baş verib. Agentliyin bank hesabları dondurulub. Bu isə sentyabrın birindən etibarən agentliyi fəaliyyətini daynadırmğa məcbur edir.

Avropa Şurası Azərbaycanınsəlahiyyətlinümayəndələriilə cəzasistemində islahatlarvə dövlətə və vətəndaşlarahədə törətməyənlərə lazımsızsərtcəzalarverilməməsisahəsində iş aparır. Bu dəyişikliklər prezidentin bu yaxınlarda Nazirlər Kabinetində irəli sürdüyü təşəbbüslərinin bir hissəsidir.

“Mən Azərbaycan rəsmilərini Avropa Şurası ilə mövcud əməkdaşlığa ehtiram göstərməyə və qurum qarşısındakı insan haqları öhdəliklərinə riayət etməyə, demokratik cəmiyyətdə yeri olmayan azadlığın ədalətsiz şəkildə pozulmasına yol verməməyə çağırıram. Media və jurnalistlər azad şəkildə fəaliyyət göstərməli, qorxu və hədsiz müdaxilələrə məruz qalmamalıdır.”

"Amerikanın Səsi"

NATO isə bu bölgədə Rusiya ilə üz-üzə gəlməkdən yayınmağa üstünlük verir; yeni müharibə hər an başlaya bilər

Bu günlərdə Mərkəzi və Şərqi Avropa qorxu ilə Rusiyaya baxır. Sentyabr ayında ruslar Belarusda 100 minlik qoşunla təlim keçirəcək.

“Keçən il Rusiyanın Ukraynada olduğu kimi Baltika dövlətlərinə hücum edəcəyi təhlükəsi ilə bölgədəki mövcudluğunu gücləndirən NATO bu dəfə heç bir cavab vermir və sadəcə Moskvadan manevrlərin şəffaflığının təmin olunmasını rica edir”, İspaniyanın “El Mundo” qəzetindən Havyer Kolas yazır.

Müəllif NATO-nun Rusiya ilə sərhəddən 100 km uzaqlıqda, Ruklada (Litva) sadəcə bir tabor yerləşdirdiyinə diqqət çəkir və bunun yetərli olub-olmayacağını zamanın göstərəcəyini yazır.

Kolas Baltikyanı ölkələrdəki qorxunu da təsvir edir: “Litva hələ də Rusiya manevrlərinin Qərbə hücumun məşqi olaraq dəyərləndirir. Litvanın müdafiə naziri Raymundas Karoblis isə Rusiyanın bu bölgədə ağalığını bərpa etmək istədiyini və beləliklə, Avropanın müdafiə sistemini dəyişdirmək niyyətində olduğunu dilə gətirib”.

zapad

 Müəllif Rusiyanın da mövqeyinə yer verib: “Öz növbəsində Rusiyanın  Vilnüsdəki səfiri Aleksandr Udaltsov NATO-nun Rusiyanın qərb  sərhədlərində güclənməsinin Moskvanı cavab tədbirlərinə əl atmağa  məcbur etdiyini söyləyib. Rusiya səfiri ABŞ-ın Rumınıyada “Aegis  Ashore” hava hücumundan müdafiə sistemini quraşdırdığını  xatırladıb: “Orası Krımın 600 km yaxınlığında yerləşir. ABŞ bundan  başqa eyni raket və radarlarla Polşanın Redizkovo qəsəbəsində baza  qurmağı planlayır”.

 “Rusiyanın söylədikləri adi bəhanədən başqa bir şey deyil”, - Litvanın  müdafiə naziri Raymundas Karoblis cavab verib. Karoblis NATO-nun  bölgədə Litva ordusu ilə birlikdə cəmi 17 min əsgərinin olduğunu  vurğulayıb: “Deyin görək, bu qədər az qüvvə 300 minlik qoşuna nə  edə bilər”.

Karoblis rusların Kalininqradda daima 25-30 min əsgər saxladığını, habelə tanklar üçün yüksək səviyyəli bazalar tikdiyini sözlərinə əlavə edib. Bundan başqa, o, Rusiyanın Kalninqradda nüvə başlığı daşıya bilən “İsgəndər” raket kompleksinin də olduğunu bildirib.1016504589

Onun fikrincə, bütün bunlar Rusiyanın Baltikyanı bölgəni işğal etməklə bağlı öz niyyətində nə qədər ciddi olduğunu nümayiş etdirir.

Yazıda təlimlər zamanı Litva ordusunun və NATO taborlarının tam döyüş hazırlığına gətiriləcəyi qeyd olunub. Müəllif burada saydan çox, həmin taborların milli tərkibinin geniş tutulmasının vacib olduğunu bildirir. “Moskva hər halda alman və ya norveçli əsgərə zərər vurulmasının nəticələrini gözəl başa düşür”, məqalədə qeyd olunur.

Müəllif rusların köhnədən olduğu kimi, həmvətənlərini qorumaq bəhanəsini son dövrlərdə yenə səsləndirməyə başladığını qeyd edir. O, Baltikyanı ölkələrdə özünü rus hesab edən ən az 1 milyon insanın yaşadığına diqqət çəkərək, Rusiyanın bu faktordan öz xeyrinə istifadə etmək istəyəcəyini yazıb. “Rusiya rusları qorumaq bəhanəsi ilə Krımı ilhaq etməklə, sözdən əmələ keçə biləcəyini açıq şəkildə nümayiş etdirib”, məqalədə qeyd olunur.

de1615a2cc5c34832bf3e9ac1ee78894 Kolasın fikrincə, NATO bu vəziyyətdə Baltikyanı dövlətləri  qorumağa məcburdur. Çünki əks halda daxili milli çaxnaşma  regional münaqişədən çıxıb qlobal müharibəyə çevrilə bilər.

 Delfi.it saytının hərbi icmalçısı Baydas Saldinas bütün bunlardan  irəli gələrək bölgənin ən zəif həlqəsinin məhz Litva olduğunu  düşünür: “Bu ölkə Rusiya oliqarxlarının əlindədir. Rusdillilərin  sayı kifayət qədər çoxdur. Ordu isə olduqca zəifdir. Rusiya Litva  millətçiləri adı altında öz agentlərini silahlandıraraq sərhədyanı  bölgədə rusların kompakt yaşadığı şəhərə hücum törədə bilər.  Daha sonra isə anti-terror əməliyyatı bəhanəsi ilə ölkəyə rahatlıqla  girməsi mümkündür. NATO isə öz növbəsində Nizamnamənin 5-  ci (kollektiv müdafiə) maddəsini işə salmalı olacaq. Lakin təşkilat  bu məsələdə tərəddüd də edə bilər”, - Saldinas müəmmalı şəkildə  Litva üçün fəlakətli ssenarisini cizib.(musavat.com)

3 -dən səhifə 149