Thursday, November 23, 2017

"Pensiya yaşının 65-ə qaldırılmasını məqsədəuyğun hesab etmirik”- Şərh

Bu məqaləni qiymətləndir
(0 səs)

“Azərbaycanda pensiya yaşının 65-ə qaldırılmasının tərəfdarı deyilik.”

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov Azərbaycanda Əmək Pensiyasının 65 yaş həddinə qaldırılması ilə bağlı qanunu şərh edərkən deyib. Onun sözlərinə görə, indiki məqamda orta yaşayış səviyyəsi yüksək olmadığından pensiyaçıların dəstəyə daha çox ehtiyac var: “Xüsusən də qadınların həmin dövrdə dəstəyə ehtiyacı çoxalır. Qadınların pensiya üçün yaş həddinin 65-ə çatdırılması arzu olunan deyil. Hər halda məlumatda bu 10 il üçün nəzərdə tutulur. Yaxşı olardı ki, bu qanun yaxın illərdə qüvvəyə minməsin. Azərbaycanda ömür müddəti uzunömürlü deyil. Pensiya yaşının 65-ə qaldırılmasını məqsədəuyğun hesab etmirik.”

Amma bununla yanaşı Vüqar Bayramov 12 illik stajın ləğv olunmasının tərəfdarı olduğunu qeyd edib: “12 illik stajın ləğv edilməsi ilə bağlı təklifi bizim mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hazırlayıb. Biz bunu nə üçün təklif edirdik? Çünki bəzi hallarda vətəndaş 11 il işləyir. Həmin müddətdə o, kifayət qədər vergi ödəyir, amma buna rəğmən 12 illik staj limiti olduğuna görə əmək pensiyası ala bilmir. Elə vətəndaşlarımız var ki, aylıq 10 min manat maaş alır. Onların 5 il müddətində ödədiyi vergi digər orta əmək haqqı səviyyəsində maaş alan vətəndaşın illərlə ödədiyi vergidən daha çoxdur. 12 illik stajın ləğv olunması müsbət addımdır. Əmək pensiyası ilə görə deyil, ödənilən məbləğə görə veriləcək”.

Oxu 432 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.