Thursday, November 23, 2017

"Rəsul Cəfərovun həbsi onu susdurmağa və müstəqil fikir bildirməməyə yönəlib" - Orxan Abbasov

Bu məqaləni qiymətləndir
(1 Səs)

 “Ölkədə totalıtar rejimin mövcudluğunu hər gün hiss edirik. Hökumət yanlış siyasətini xalqa düz kimi təqdim etməyə çalışır. Ona görə də hökuməti tənqid edən istənilən şəxs bu və ya digər formada susdurulur. Rəsul Cəfərovun həbsi də onu susdurmağa və müstəqil fikir bildirməməyə yönəlib. Hesab edirəm ki, ölkədə saxta ittihamlarla qanunsuz həbslər çoxaldıqca hökumətin vəziyyəti də ağırlaşacaq”. Bu sözləri “Demorkatik Düşüncə Mərkəzi”nin sədri Orxan Abbasov Nəsimi rayon Məhkəməsinin qərarı 3 ay həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində danışarkən deyib.

 O.Abbasov hüquq müdafiəçisinə qarşı irəli sürülmdöüş ittihamları gülünc adlandırır: “Rəsul Cəfərova qarşı çox absurd ittihamlar irəli sürülüb. Qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma. Onu tanıyan uşaq da bu ittihamlara inanmaz. R.Cəfərov hansı sahibkarlıq fəaliyyəti ilə məşğuldur? Ölkədə hakim ailəsindən və bu ailəyə yaxınlığı ilə meydan sulayan beş, üç nəfərdən başqa kim sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilir? Bu adam rəsmən hansı vəzifəni daşıyır? Rəhbərli altında neçə işçi çalışır? Olsa, olsa QHT rəhbəri ola bilər. Bu maddə ilə dövlət büdcəsini talayan kifayət qədər dövlət görəvlisi var ki, hər gün deyil, hər saat sui-istifadə hallarına yol verir. Amma elələrinin əsas “işi” rejimi tərifləmək və sadiq olduqlarını göstərmək olduğu üçün ölkə başçısı səviyyəsində xalqa və dövlətə qarşı xəyanətlər görməzlikdən gəlinir”.

O.Abbasov hesab edir ki, hüquq müdafiəçisinin həbs olunması vəziyyətin çox acınacaqlı olduğunu göstərir: “R.Cəfərov hüquq müdafiəçisi kimi tanınıb. Saxta ittihamlarla həbsə məhkum edilirsə, digərlərini necə müdafiə edəcək? Düşünürəm ki, bu kimi addımlarla hakimiyyət dönüşü mümkün olmayan yolla irəliləyir. Bu addımlar hakimiyyətin sonunu yaxınlaşdırır. Lakin təkcə hakimiyyətin sonunu yaxınlaşdırmır, həm də dövlətin müstəqilliyini sual altına salır, xalqı səfil və çarəsiz duruma salır. Hesab edirəm ki, R.Cəfərov və saxta ittihamlarla qanunsuz həbsə salınan siyasi məhbusların hamısı dərhal azad edilməlidirlər”.

Oxu 569 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.