Saturday, September 23, 2017

“Alfa Sığorta” fəaliyyətini dayandırıb

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azərbaycanın sığorta şirkətlərindən biri olan "Alfa sığorta” şirkəti fəaliyyətini dayandırıb.

Bu barədə sığorta bazarındakı mənbələr bildirib.

Məlumatda bildirilir ki, artıq iyunun 8-dən etibarən şirkət avtomobillərin icbari sığortası da daxil olmaqla digər sığorta növləri üzrə xidmətlərin göstəriliməsini dayandırıb. Bildirilir ki, şirkətin fəaliyyətinin dayandırılmasına səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının "Alfa sığorta”da apardığı yoxlamalar olub.

Yoxlama nəticəsində şirkətin kapital çatışmazlığı aşkar edildiyindən onun fəaliyəti məhdudlaşdırılıb və yeni investor cəlb etmək tövsiyə edilib. Son məlumatlara görə, artıq şirkəti almaq istəyən investorlar da var və onlarla danışıqlar aparılır.

"Alfa sığorta”nın özündə bu məlumatları təkzib ediblər. Şirkətin idarə heyətinin sədri Camal Əliyev bildirib ki, şirkət hazırda fəaliyyətini davam etdirir: "Şirkət fəaliyyətini normal şəkildə davam etdirir.Sığorta xidmətlərinin bütün növlərini göstəririk və öhdəliklərimizə də əməl etməkdəyik”.

C.Əliyev bildirib ki, hazırda şirkətin 60 əməkdaşı var, onların 40-ı Bakıda, 20-si isə regionlardadır. Şirkət rəhbəri "Alfa sığorta”nın sahibinin dəyişəcəyi və ya bura yen investor cəlb ediləcəyi barədə məlumatlardan da xəbərsiz olduğunu bildirib.

Maliyyə Bazarlarına Nəzarət Palatasında isə bu barədə ətraflı məlumat verməməyi üstün tuturlar. MBNP  bildirib ki: "Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının iştirakçıları ilə sıx əlaqədə çalışır və onların diaqnostikasını həyata keçirir.

Hal hazırda bazar iştirakçılarının sayı 26-dır və hər birində diaqnostika aparılır. Sığorta bazarı iştirakçılarının fəaliyyətləri müvafiq qanunvericiliklərin tələblərinə uyğun olraq yoxlanılır, və Sığorta haqqında qanuna uyğun olaraq hər hansısa bazar iştirakçısının lisenziyası məhdudlaşırılıdığı halda bu qanunvericiliin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və KİV-ə müvafiq məlumatlar veriləcəkdir”.(fins.az)

Oxu 446 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.