Yeni siyasi məhbuslar elan olunub

Bu məqaləni qiymətləndir
(1 Səs)

Dünən Siyasi Məhbusların Müdafiə Mərkəzinin növbəti toplantısı keçirilib. Xeber.İNfo xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Toplantıda siyasi məhbuslarl bağlı durum müzakirə olunub.

İclasda son zamanlar həbsdə olan bəzi siyasi məhbuslar azadlığa çıxdığına, siyasi motivlərlə yeni həbslər olduğuna görə siyasi məhbus siyahısının yenilənməsi qərara alınıb. Ümumilikdə 9 nəfərin adı siyahıdan çıxarılıb, 6 nəfərin adı siyahıya daxil edilib.

Qərara alınıb ki, azadlığa çıxdığına görə aşağıdakı şəxslərin adları siyasi məhbus siyahısından çıxarılsın;

1. İkram Rafiqoğlu (jurnalist)
2. Asif Lətifov- Prezident qvardiyasının keçmiş əməkdaşı
3. Əbdül Əbilov- blogger
4. Elvin Abdullayev- AXCP üzvü
5. Zahidov Rüfət- Qənimət Zahidin qohumu
6. Zahidov Rövşən- Qənimət Zahidin qohumu
7. Kişiyev Namiq- dini fəal
8. Nicat Əliyev- dini fəal
9. Zeynalabdin Bağırzadə (AXCP üzvü, Naxçıvan)

Eyni zamanda həbsi siyasi motivlərlə müşahidə olunduğundan və AŞPA- nın siyasi məhbuslarla bağlı məlum ktirteriyasının tələblərinə cavab verdiyindən aşağıda adları qeyd olunan şəxslərin siyasi məhbus siyahısına daxil edilməsi qərara alınıb:

1. Elçin İsmayıllı (jurnalist, AXCP üzvü)
2. Mehman Qələndərov- blogger
3. Mehman Hüseynov- jurnalist- blogger
4. Sərdar Babayev (Hacıhəsənli)- dini fəal
5. Elxan İsgəndərov- MBH üzvü
6. Elnur Fərəcəov- AXCP üzvü

Beləliklə, hazırda Siyasi Məhbusların Müdafiə Mərkəzinin tərtib etdiyi siyasi məhbus siyahısında 162 nəfərin adı var.

Oxu 390 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.