Friday, September 22, 2017

''Lotu Quli''nin yeznəsi həbs edildi - BAKIDA ƏMƏLİYYAT

Bu məqaləni qiymətləndir
(0 səs)

Kriminal aləmdə ''Lotu Quli'' kimi tanına Nadir Səlifovun qohumu həbs olundu. Criminal.az xəbər verir ki, ''Lotu Quli''nin bacısının həyat yoldaşı Çingiz Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi tərəfindən saxlanılıb.

Onun üzrəindən narkotik maddə olan heroin aşkarlanıb və barəsində cinayət işi başlanıb. Çingizin barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Çingiz kriminal aləmdə böyük nüfuza sahibdir.

Bundan başqa, Sabunçu polisi avtoritet Nicat adlı şəxsi həbs edib. 

 Qeyd edək ki, aprelin 25-dən bu günə kimi 30-a yaxın kriminal aləmə yaxın olan şəxslər tutulub. Həbs olunanlardan biri Sultan İsayevdir. O, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubovun bacısı oğlu Osman İsayavin əmisi oğludur. Bir müddət əvvəl o, Bakıda məhşur gecə klublarından birində dava zamanı O.İsayevlə birlikdə həbs olunmuş, sonrada osə azadlığa buraxılmışdı. ''Dana Vüqar'' ləqəbi ilə tanınan Vüqar Ağayev də tutulub. ''Dana Vüqar'' Quba rayon yol polis şöbəsinin rəisi Rövşən Ağayevin qardaşıdır. Tutulanlar arasında ''Lotu Quli''nun adamı, ''Pepi'' ləqəbi ilə tanınan Pərviz və ''Qusik'' kimi məhşur olan Hüseyn də var.

Bundan başqa Sabunçu vağzalında kafedə baş tutan əməliyyat zamanı həbs edilənlər “Lotu Quli”nin adamları olub. Onlara liderlik edən isə Namiq İbayev olub. Əməliyyat baş tutmazdan bir neçə saat əvvəl Namiq İbayevin qardaşı Rəsul İbayev həbs edilibmiş. Rəsul İbayevin həbsindən sonra qardaşı Namiq İbayev və onun ətrafında olan şəxslər kafeyə toplaşaraq məlum hadisə ilə bağlı danışırmışlar. Bu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları kafedə əməliyyat keçirib. Namiq İbayev və 10-a yaxın şəxs həbs edilib, bir neçə nəfər hadisə yerindən qaçıb. N.İbayevin “Mercedes” markalı avtomobilindən “Makarov” tapaçası və narkotik maddə olan heroin götürüldüyü bildirilir. Həmçinin əməliyyat zamanı N.İbayevin atası da həbs edilib. 

Oxu 893 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.