Javid Jabbarli

Javid Jabbarli

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu digər müavin Elman Fəttahın vəzifəsindən istefa verməsinə münasibət bildirib. 

T. Yaqublu açıqlamasında E. Fəttahın haqlı olduğunu bildirib: "Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır".
T. Yaqublu partiyadakı fikir ayrılığının nədən ibarət olduğunu şərh etmək istəməyib. 
Qeyd edək ki, E. Fəttah
Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarəçiliyində yaranan fikir ayrılığı ilə əsaslandırıb.


Vəkil: “Əfqanın dəmir barmaqlıqlar arxasından çıxarılmasına icazə verilmədi”

Dekabrın 14-də Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının məhkəməsi davam edib. Prosesi işıqlandırmağa gələn jurnalistlər içəriyə buraxılmayıb. Təqsirləndirilən tərəf bunu açıq məhkəmə formatının pozuntusu kimi qeyd etsələr də, etirazları nəzərə alınmayıb.

Prosesdə baş verənlər barədə məlumat verən vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, məhkəmə baxışından əvvəl vəkillər yenə də Əfqan Muxtarlının dəmir barmaqlıqlar arxasından çıxarılıb vəkillərin yanında oturması üçün vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb. Halbuki noyabrın 30-da keçirilən prosesdə bu vəsatətə təmin edilmişdi.

Vəkillərdən Nemət Kərimli məhkəmə zalında polis əməkdaşlarının iştirakına etiraz edib. Bildirib ki, açıq məhkəmə prosesinin polis nəzarəti altında aparılması təzyiqdir. Müdafiəçi polislərin çıxarılmasını istəsə də, hakim razılaşmayıb.

Bundan sonra vəkil Elçin Sadıqovun Əfqan Muxtarlının təqsirsizlik prezumpsiyası ilə bağlı sənədlərin işə əlavə olunması barədə vəsatəti müzakirə edilib və təmin olunub. Bu vəsatətdə Ə.Muxtarlının həbsindən dərhal sonra Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun onun haqqında yaydığı bəyanatdan bəhs olunur. Bəyanatda Əfqanın sərhədi qanunsuz keçmək istərkən saxlandığı, üzərindən pul tapıldığı iddia olunur. Bu bəyanatla dövlət orqanlarının Ə.Muxtarlının təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu deyən vəkil sənədin iş materiallarına əlavə olunmasını və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyirdi.

Dövlət ittihamçısı Qürbət Məmmədov ittihamı elan etdikdən sonra Əfqan Muxtarlı ifadə verib. Bildirib ki, onu Gürcüstandan oğurlayaraq Azərbaycana gətiriblər. O, oğurlanan zaman işgəncəyə məruz qaldığını vurğulayıb:

“Mən prezidentin ailəsinin biznesi haqqında araşdırma yazdığıma görə həbs olunmuşam. Həbsimin sifarişi də şəxsən İlham Əliyevdən gəlib”.

Əfqan Muxtarlı həbs olunduğu günü belə təsvir edib:“Evə tərəf gedəndə üç nəfər mülki geyimli yaxınlaşdı. Məni zorla maşına mindirmək istəyəndə müqavimət göstərdim. Məni döyə-döyə maşına mindirdilər. Şəhərdən çıxanda başıma torba keçirdilər. Bir müddət gedəndən sonra maşını saxladılar. Başımdan torbanı çıxartdılar. Fikirləşirdim ki, məni öldürəcəklər. Həmin anda Rasimi, Rafiq Tağını xatırladım. Ona görə də onlara dedim ki, xahiş edirəm, məni bıçaqla yox, güllə ilə öldürün. Dedilər ki, narahat olma, sənə heç nə etməyəcəyik. Ardınca yenə başıma torba keçirdilər, ağzımı “skoçladılar”, bir qədər də sürdülər. Sonra maşını dəyişdilər. Bu maşındakı Azərbaycan mahnısından başa düşdüm ki, deyəsən, Azərbaycandayam. Yolda maşındakılardan biri kiməsə zəng eləyib dedi ki, “cənab general, mollanı gətirdik, yas yerinə gedirik”. Bir qədər də gedəndən sonra məni düşürüb, bir yerə saldılar, başımdan torbanı çıxartılar. Otaqdan başa düşdüm ki, hərbi hissəyə gətiriblər. Oradan da Bakıya gətirdilər”.

Daha sonra zərərçəkmiş və şahidlər ifadə verib.

Elçin Sadıqovun verdiyi məlumata görə, 4 şahid və 1 zərərçəkənin ifadəsi dinlənilib:

“Şahid və zərərçəkənlərin bir-birindən fərqli, ziddiyyətli ifadə verməsi cinayət işinin açıq-aşkar saxta olmasını sübut edir. Bundan başqa, proses gedərkən zalın qapısı açıq qoyulmuşdu və şahidlər içəridə baş verənləri eşidirdi. Bizim etirazımızdan sonra cəmi bir şahidin ifadəsi zamanı etirazımız təmin olundu. Əfqan həmin ifadələrin yalan olduğunu deyirdi və onları doğru danışmağa çağırırdı”.

Fasilədən sonra hakim məhkəmənin 28 dekabr 10:30-a qədər təxirə salındığını elan edib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham edir. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.


Kamal Heydərov adlı sosial şəbəkə istifadəçisi Bakıda uşaqlar üçün satılan dərmanla bağlı şok iddia irəli sürüb.

O, sosial şəbəkədə apteklərdə satılan və Fransa istehsalı olduğu bildirilən "Aquadok” dərmanının saxta olduğunu yazıb:"Aptekdən uşaqlara burun üçün sprey "Aqualor” alıram. Satıcı deyir "Aqualor” yoxdur, gəl "Aquadok” verim. Deyir Fransanındır bu, yaxşıdır. Üstünə baxıram "Made in France”. Üstündə sayt da var: www.aquadok.com. Evdə baxıram dərmandan gözüm su içmir. Sayta girirəm sayt açılmır, sayt expired. GoDaddy hostinqdə search edirəm saytı, registrasiya edənin adı İlqar İskəndərli. Bu da sənə "made in France”. Çinin hansısa kəndində dərman düzəltdirib "Aqualor”a oxşadıb, dizaynını, adını, satıcıya həkimə pul verib 10 AZN-ə satdırırlar, içində isə adi duzlu su”.(Bakupost.az)


Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.

Bununla bağlı Baş nazir Artur Rasi-zadə "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin "Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb. 

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.(report.az)


"Qüdsdə, bu qədim şəhərin küçələrində dolanan hər kəs oranın işğal altında olduğunu anlayacaq".

BusözləriTürkiyə prezidentiRəcəbTayyib Ərdoğan İslam ƏməkdaşlıqTəşkilatının (İƏT) Qüdsməsələsiilə bağlı İstanbuldakeçirilənfövqəladə sammitində çıxışı zamanı deyib.
O bildirib ki, dekabrın 6-da ABŞ beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb: “Bu şəhərlə bağlı belə qərarın açıqlanmasının heç bir hökmü ola bilməz. ABŞ-ın da veto hüququna malik olduğu BMT TŞ qərarına əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. ABŞ-ın bu hüquqsuz qərarına yalnız Qüdsü işğal altında saxlayan İsrail dəstək verib. İslam ölkələri ilk andan açıq şəkildə bu qərarı tamamilə rədd edib. Bu qərarın vicdan, hüquq, əxlaq və tarix önündə hökmsüz olduğunu elan etdik. Bu barışı istəyən fələstlinlilərin cəzalandırılması mənasına gəlir.
1947-ci ildə və indi İsrail və Fələstinin ərazilərini müqayisə etdikdə, İsrailin işğalçı və terrorçu dövlət olduğu aydın görünür".


Fəridə İsmayılova: "Rektor mənə deyir ki, məsələni ictimailəşdirməklə özünü çətinə salmısan”

Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılovanın təhsil aldığı müəssisədə təzyiqlə üzləşməsi haqda məlumat vermişdik. 

F.İsmayılova bir neçə gün əvvəl mətbuata müraciət edərək bildirib ki, qaib limiti bitmədiyi halda universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova tərəfindən dərsdən çıxarılması tələb edilib: "5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. 

Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi. 

Sevinc xanımın atası Ağarəhim Rəhimov (sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Limiti aşmadığım təqdirdə dərsə necə gəlib-getdiyimin heç kimə aidiyyəti yoxdur. Özü də Baloniya sistemində təhsil alırıqsa, ümumiyyətlə, bir söz deyə bilməzlər. Mən də artıq emosiyalarıma sahib çıxa bilmədim. Odur ki, universitetdə avtoritar sistem olduğunu dedim. İndi bizə şər atırlar, universitetdə başqa bir cənublu qızla dövlət əleyhinə hansısa bir təşkilata üzv olduğumuzu və separatçılıq etdiyimizi iddia edirlər. DTX ilə qorxudurlar. Saxta şahidlər tutaraq etmədiyim bir şeyi boynuma qoymaq istəyirlər.

Atamı universitetə çağırıb yanımda təhqir ediblər. "Qızın 6 ay universitetdən uzaq qalsın, ağlı başına gəlsin” deyiblər”.

Məsələ ictimailəşdikdən sonra müxtəlif reaksiyalar oldu. İnsanlar gənclərə qarşı ali təhsil müəssisəsində baş verən haqsızlıqdan hiddət ifadə etdilər. AFN olaraq biz də məsələni dərindən araşdırmaq, F.İsmayılovanın özünü, atasını, tələbə yoldaşlarını bir daha dinləmək qərarına gəldik. 

Gənc tələbənin atası İldırım İsmayılovun sözlərinə görə, ona universitetdə bildiriblər ki, guya qızı hansısa təşkilatın üzvüdür, ona görə 6 aylığa uzaqlaşdırılır: 

"Mən Ağarəhim Rəhimovun yanına gedəndə ayağını stulun üstünə qaldırıb oturmuşdu, iki dəfə qapını döydüm ki, müəllim, olar gəlim? Axırda qayıtdı ki, gəl da, daha gəlmisən. Qapıdan uşaq da girəndə adam ixtiyarsız olaraq tərpənir, özünü qaydasına salır, o isə heç vecinə də almadı ki, valideyn girib otağa, özü də yaşlı adamdır. Neçə dəfə getdim yanına, eyni sözü dedi mənə. Hadisə təzə olanda mən qızımı tənbeh etdim ki, get üzr istə, ağsaqqal adamdır, qızı təhqir etmişdi, üstəlik, mənim də barəmdə təhqiramiz ifadə işlədim qızımın yanında”. 

F.İsmayılova bildirdi ki, artıq bir neçə dəfə təhsil aldığı universitetə getsə də, onu dərsə buraxmayıblar: "Dedilər ki, guya məni başqa qrupa keçiriblər, amma universitetdə başqa qrup deyə bir şey yoxdur. Heç məni universitetə də buraxmırlar, deyirlər, get 6 aydan sonra gələrsən. Bu, hansı qanunda yazılıb, hansı əsaslarla bunlar məni "cəzalandırırlar”, bilmirəm. Ağarəhim müəllim atama deyib ki, qızın ruhi xəstədir. Halbuki mən psixologiya oxuyuram, gələcəkdə kiməsə diaqnoz qoyacam. Gələcəyin mütəxəssisinə belə şər atmaq cinayətdir”.

F.İsmayılova ilə eyni qrupda oxuyan ondan çox tələbə saytımıza tələbə yoldaşları ilə bağlı danışıblar. Təzyiqlərdən ehtiyac edən tələbələr adlarının çəkilməməsi şərtilə F.İsmayılovanın universitetdəki davranışı, oxuması haqda fikir bildirdilər. Ümumi rəy olduqca müsbətdir. Tələbələr birmənalı olaraq yoldaşlarının haqsızlıqla üzləşdiyini deyirlər. Eyni zamanda onun heç bir təşkilata, quruma üzv olmadığını, F.İsmayılova haqda hər hansı bir şübhəyə düşmədiklərini bildirirlər. Söhbət zamanı o da məlum oldu ki, bütün müəllim və tələbə heyəti ilə F.İsmayılovanın münasibəti yüksək səviyyədə olub, hər zaman dərslərini yaxşı oxuyub: "Biz anlamırıq ki, təşkilat söhbəti nə məsələdir ki, ortaya atırlar. Fəridəyə qarşı bu haqsızlığa etiraz edirik”.

Tələbələrlə söhbətdən o da məlum oldu ki, S.Rəhimova bu ildən dekan olub: "Bu ilədək Nərminə xanım idi, o çıxarılandan sonra Sevinc xanım rektor ola-ola dekan qoyuldu, indi o, həm dekandır, həm də rektor”.

Hadisə baş verən gün auditoriyada olan tələbələrin hadisə haqda danışdırlaqından aydın olur ki, dekan 1-ci saatda keçirilən gender psixologiyası dərsinə girərək Bahar müəllimdən dərsdə ola-ola iki tələbəyə - F.İsmayılova və Sevinc adlı digər tələbəyə qaib yazılmasını, özlərinin isə dərsdən çıxarılmasını tələb edib. Lakin müəllim buna etiraz edib, tələbə dərsdə ola-ola qaib yaza bilməyəcəyini deyib. Hadisələrin gedişində Sevincin halı pisləşib, Fəridənin yardım etməsinə isə dekan icazə verməyib. Sonra o gedib və atası A.Rəhimovla birlikdə qayıdıb. A.Rəhimov öncə Bahar müəllimi qovub, sonra isə F.İsmayılovanı təhqir edərək sinifdən qovmağa çalışıb. Tələbələrin sözlərinə görə, digər tələbənin halı pisləşsə də, rektor və atası onun artistlik etdiyini deyib gediblər: "Biz təcili yardım çağırdıq və ona tibbi yardım göstərildi”.

F.İsmayılova deyir ki, bütün aidiyyatı rəsmi qurumlara üzünü tutaraq ona atılan böhtanın araşdırılmasını istəyir: "Onlar deyirlər ki, ola bilsin mən hansısa təşkilatın üzvüyəm, ölkə rəhbərliyinə, DTX-ya, hüquq-mühafizə orqanlarına üzümü tuturam, bu iddianı araşdırsınlar, mənə vurulan ləkəni təmizləsinlər”.

F.İsmayılova bu gün də universitetə gedərək S.Rəhimova ilə söhbət edib. Rektor ona bildirib ki, məsələni ictimailəşdirməklə işini çətinə salıb(?). Eyni zamanda tələbə hansısa təşkilata üzv olması barədə ona böhtan atılması məsələsini önə çəkərkən S.Rəhimova "nə isə deməliydik da” deyərək özünə haqq qazandırmağa çalışıb. Rektor tələbənin 6 ay müddətinə universitetdən uzaqlaşdırılması qərarına da şərh verə bilməyib və "mənlik deyil” deməklə canını qurtarıb.

Təhsil eksperti Almaz Həsrət məsələyə münasibət bildirərkən dedi ki, 6 ay müddətinə təhsildən uzaqlaşdırılmaq kimi bir cəza növünə hələ rast gəlməyib: "Bəlkə də, təhsil qanunvericiliyinə nə isə yenilik ediblər, yaxud ali təhsil müəssisəsinin daxili qaydalarında bu əksini tapıb. Amma bu zaman da tələbəyə yazılı formada təqdim olunmalıdır ki, filan qanuna, filan qaydaya əsasən, filan hərəkətə görə 6 ay müddətinə təhsildən kənarlaşdırılma ilə cəzalandırılır. Əks halda, baş verənlər tam bir hüquq pozuntusu, haqsızlıqdır”.

Qeyd edilənlərlə bağlı Sevinc Rəhimovanın mövqeyini almaq istəsək də, xanım rektoru yerində tapa bilmədik. Rəhbəri olduğu dekanlığın 012-596-20-39 saylı telefona zəng etdiyimiz zamanı cavab verən xanım S.Rəhimovanın yerində olmadığını deyib bizdən əlaqə nömrəsi götürsə də, sonradan nə əlaqə saxlandı, nə də həmin nömrəyə edilən zənglər cavablandırıldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

afn.az


Qəzza zolağına İsrailin endirdiyi hava zərbələri nəticəsində fələstinli iki mülki şəxs ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, İsrailin Pilotsuz Uçan Aparatından endirdiyi zərbə motosikletlə hərəkətdə olan iki nəfərin üzərinə düşüb.

İsrail rəsmiləri bildirib ki, ölənlər “Fələstin İslami Cihad Qrupunun” üzvləridir.


İran prezidenti Həsən Ruhani gələn il Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi məlumat verib.
Səfər ilin birinci yarısına gözlənilir.


Yola salacağımız 2017-də ciddi yadda qalan hadisəyə şahidlik eləmədik. Yeganə hay-küylü məsələ hakimiyyətin Avropaya savaş açması oldu. Təbii ki, yalan üzərində qurulmuş Avropa suçlamaları o qədər də inandırıcı deyil. Əslində son illərdə Avropadan uzaqlaşma siyasəti müşahidə olunur.

Hakimiyyət təsir edə bildiyi media orqanları ilə ardıcıl Avropa ölkələri əleyhinə təbliğat aparır. Beynəlxalq təşkilatlarla normal əməkdaşlıq qura bilən və ölkəmizdə demokratik cəmiyyətin qurulmasına töhfə verməyə çalışan hüquq müdafiəçiləri, jurnalistlər və aktivistlər isə saxta ittihamlarla həbsə atılıblar. Əksər azad söz və fikir adamları da Avropa ölkələrinə sığınıblar.

Hakimiyyət mühacir mövzusunda da “ilk”ə imza atıb. Mühacir həyatı seçən şəxslərin Azərbaycanda yaşayan qohumlarını məcbur edir ki, qohumluq əlaqələrindən imtina eləsinlər. Tarixdə belə hadisələrə çox nadir hallarda rast gəlmək olar.  

Mövcud hakimiyyətin ölkənin qapilarini Avropaya bağlamaqla nəyəsə nail olmasi isə mümkün deyil. Lakin əfsuslar olsun ki, hakimiyyət bunu mümkünsüzlüyünü dərk etmir və hökümətin indiki siyasəti isə məhz ölkəmizin inkişafini əngəlləməyə doğru yönələn bir siyasətdir.

2017 həm də insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yaddaşlara həkk olacaq. Ölkəmizdə vətəndaş cəmiyyətinə və siyasi partiyalara qarşi təzyiqlər daha çox güclənib, siyasi repressiyalar davam etməkdədir. Hələ keçən ilin sonunda bildirmişdim ki, bu il çox ağir il olacaq. Və təəssüflər olsun ki, proqnozlarım hər zaman özünü doğrultmaqdadır. Əslində mövcud hakimiyyət bu ilin imkanlarini doğru-düzgün qiymətləndirə bilmədi. Çünki kifayət qədər şans var idi ki, ölkədə ciddi demokratik islahatlar aparılsın, ölkə vətəndaşlarının sərbəst toplaşma azadlıqları təmin edilsin və vətəndaş cəmiyyətinin inkişafi üçün zəmin yaradilsin. Uzun illərdi ölkə hakimiyyəti istəmir ki, ictimai-siyasi meydanda partiyalar, müstəqil media və QHT-lər olsun. Mövcud olanlari isə hər zaman zərərləşdirməyə çalişirlar. Lakin məhz hökümətlə əməkdaşliq və onunla eyni mövqeydə çixiş edən media qurumlari və QHT-lərin sayi durmadan artir. Bütün bunlara isə sadəcə olaraq ölkədə demokratiyanin olunmasi üçün müəyyən görüntülər yaradir.

 Bildiyiniz kimi 2018-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək. Və seçkiqabağı ölkədə demokratik mühit yaratmaq üçün vətəndaş cəmiyyətinin güclü şəkildə hakimiyyət tərəfindən idarə olunması lazim gələcək. Bu üzdən ölkədə müstəqil QHT-ə və mətbuat daha da sıxışdırılacaq və onların qrantları müxtəlif yollarla kəsiləcək. Hətta gələn ilki prezident seçkilərinə namizəd olmaq istəyən müxalifət nümayəndələri ciddi şəkildə məyus olacaqlar. Mövcud hakimiyyətin bu addimi isə məhz Azərbaycan xalqının maraqlarına vurulan ciddi zərbə olacaq.

Xeber.İnfo,

Rəşad Hüseynov


Prezident İlham Əliyev dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

APA-nın məlumatına görə, dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak edəcək.

Toplantı dekabrın 13-də keçiriləcək.


1 -dən səhifə 212