Millət vəkili: "Vətəndaşlar benzinin qiymətinin qalxmasını bayram etməlidir"

“Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”.

Bunu femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırıb: “Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə muqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

"Bu gün (14 iyul)  Bakı Apelyasiya məhkəməsində hakim Vaqif Mursaqulovun sədirliyi ilə Əfqan Muxtarlının üzərinə qanunsuz baxış keçirilməsi, telefonunun yaddaşına baxılması və "Facebook", "email", "Whatsapp" hesabına daxil olunması ilə bağlı şikayətimizə baxıldı".

Toplum.Tv xəbər verir ki, bunu vəkil Elçin Sadıqov öz "Facebook" hesabında yazıb. 

Vəkil bildirib ki, Əfqan Muxtarlı da məhkəmədə iştirak edib. Amma onun şikayəti təmin olunmayıb.

"Ə. Muxtarlının səhhəti daha da pisləşib, özü bildirdi ki, mədəsindəki ağrı daha da kəskinləşib. Dünən onunla Ombudsman Aparatının nümayəndələri görüşüblər və Ombudsman Aparatının nümayəndələri onun yeməyinin isidilməsi ilə bağlı hər hansı kömək göstərməyiblər", - vəkil söyləyib.

E.Sadıqov bu gün Ə.Muxtarlının yerli məhkəmələrdə olan bütün işlərini yekunlaşdırdıqlarını və onun şikayətinin tam hazırlandığını vurğulayıb: "Bu günlərdə Ə.Muxtarlının şikayəti ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq. AİHM Ə.Muxtarlının işinə prioritet qaydada baxılması barədə qərar qəbul edib".

Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. 

Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. 

Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. 

Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. 

Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. 

Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur ki, Gürcüstanda yaşayırdı. 

O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Tarif Şurasının dünən keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif Şurasının Katibliyindən apa-adaxil olan məlumatda bildirilir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minir.

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilərin təlim-tərbiyəsində milli mədəni irsin saxlancı hesab edilən muzeylərin rolunun artırılması”  layihəsi çərçivəsində növbəti tədbirini 12 iyul 2017-ci il tarixində Göyçay şəhəri  H.Əliyev Mərkəzində həyata keçirib. 

Layihənin əsas məqsədi Mədəni İrsin qorunmasında əsas məbəd hesab edilən  muzeylərin məktəblərdə aparılan təlim-təhsil sistemi ilə birgə strukturlaşdırılmış və təhsil müəssisələri ilə razılaşdırılmış fəaliyyətlərin təşkil edilməsinin bu günki vəziyyətinin araşdırılması olmuşdur.  

Keçirilən dəyirmi masada Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rayona ezam olunmuş üzvləri Məmmədova Kubra, Nağıyev Elşən, Həsənli Rəşad və birliyin sədri Jalə xanım Cəfərovadan başqa, Göyçay royununu ictimaiyyət nümayəndələri, dövlət qulluqçularında ibarət 35 nəfər iştirak etmişlər. Tədbirdə rayonda fəaliyyət göstərən muzey və kitabxanaların əməkdaşları, məktəb  müdirləri, müəllimləri,  o cümlədən Tarix və Diyarşünaslıq muzeyinin, H.Əliyev Mərkəzinin, R.Rza ev muzeyininəməkdaşları, Göyçay qəzetinin müxbiri və İcra hakimiyyətindən ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəcəbova Rəşxəndə  xanım  və başqaları iştirak etmişdir.

jale1 Tədbiri  giriş sözü ilə açan icra nümayəndəsi  Rəşxəndə xanım iştirakçılara uğurlar arzuladı  və eyni zamanda mövzunun xeyli aktual  olduğunu xüsusi vurğuladı. O çıxışında  bildirdiki, belə mövzular hər zaman  gündəmdə olmalı və verilən təkliflərə isə  Bakıdan xoş xəbərlər gözləyirik. Tədbirdə  çıxış edən Milli Mədəniyyətin Təbliği İctimai  Birliyinin sədri Jalə xanım Cəfərova öncə  qonaqları salamladı. Daha sonra fikrini  davam etdirərək bildirdi: “Bu gün sizinlə  müzakirə etdiyimiz  mövzu  nə qədər  aktualdısa, inanın bir o qədər də mənə əziz və  doğmadır. Artıq uzun illərdir ki, bu mövzunu   Bakıda da bir çox məktəblərdə  tədqiq və  tətbiq etmişik. Deməliyəm ki,  hələ də  ürəkaçmayan cəhətlər çoxdur. Bu gün də nədənsə muzeyə axın çox zəifdir.Bu iş  təkcə müəllimlərin deyil, eyni zamanda valideynlərin də işi olmalıdır. Sizdən öncə  iki rayonda olmuşuq. Demək olar ki, bütün rayonlarımızda vəziyyət eynidir. Qiymətli eksponatlar əl-ayaq altında dolaşır, insanların marağı demək olar ki, çox zəifdir. Xüsusən də ev muzeylərinin qapısı daim açıq olmalı olduğu halda, müxtəlif səbəblərdən demək olar ki, tədbirdən tədbirə insan nəfəsi duyulur. Uşaqlıqdan balalarımıza vətən sevgisini  anlatmanın ən gözəl nümunələrindən biri və deyərdim ki, birincisi tarixi abidələr, muzeydəki tarixin qan yaddaşı olan eksponatları tanıtmaqdır. Siz tanıtdınızmı mütləq uşaqlar sevəcək və dəyər verəcək. Yalnız belə olan haldavətənin  sevilərək qorunmasından danışmaq olar".

Daha sonra  R.Rza ev muzeyinin direktoru Solmaz Həsənova  söz aldı. “İl ərzində muzeydə gücləri, imkanları çatan tədbirlərdən söz etdi. Həmçinin bildirdi: “Kkəndlərə səyyar şəkildə getmək istəsək də, imkansızlıqdan bu işi görə bilmirik. Muzeyimizdəki bir çox problemlərlə bağlı dəfələrlə cənab Ə.Qarayevə müraciət edisə də, istəklərimiz cavabsız qalıb”.

Orta məktəb müəllimi Tərlan Qarayev  bütün emossiyalarını səfərbər edib məktəblilərin, ümumiyyətlə insanların zövqünün  düzgün inkşafına maneələrin əsas qaynağını məhz KİV-lərdə gördü. Çoxlu misallar çəkərək TV kanalların bu qədər zövqsüz, boş, mənasız proqramlarının nəinki gənclərə elə hamıya mənfi təsirindən danışdı. O, iştirakçılara müraciətlə sordu: "Siz mənə  bircə dənə normal vətənpərvərliklə bağlı  veriliş adı deyin. Nə qədər yemək bişirmək,  artistlərin mənasız, əxlaqsız həyatını reklam edib gərginlik yaratmaq olar? Niyə sərhəddəki  hadisələr haqqında danışılmır,  nədən  gənclər üçün Vətən haqqında mənalı verilişlər yoxdur? Bizim üçün utanc olmalıdır ki,  Bakıda İstiqlal muzeyində M.Ə.Rəsulzadəyə həsr olunmuş babbalaca guşə belə yoxdur”.

jale2

Daha sonra  “Tarix və diyarşünaslıq” muzeyinin elmi işçisi Humay xanım  Əsgərova söz aldı.  O da  muzeylərindəki darısqallıqdan, qiymətli eksponatların əl,ayaq altında lazımı şəraitdə qorunmamasından, həm də Mədəniyyət Nazirliyinin bu işlərə biganə münasibətindən gileyləndi. 1 saylı orta məktəbin direktoru Tahirə Qurbanova öz fikirlərini bildirdi: "Muzeyi yüksəklərə qaldırmaq üçün muzey işini sevmək lazımdır. Hər halda  müstəqilliyimizin yaşı o qədər də çox olmadığı üçün  müəyyən tənqidlərə haqq qazandıra bilmirəm. Və bir dəəlifbamızın tez-tez dəyişməsindən  əhalinin savadlı ziyalı təbəqəsinə çox ziyan dəydi. Muzeylərə axını gücləndirmək işi hamının işidir".

Tahirə xanım  həmçinin keçən il aprel döyüşlərini xatırladaraq belə söylədi: "Sevinirəm ki, yeniyetmələrimiz  Vətən sevgisi ruhunda böyüyürlər. Düzdü tarixi abidələrimizi də tanımalı və seməlidilər". 

Əslən Göyçaydan olan və hazırda Bakıda yaşayan və rayona qonaq gələn müharibə veteranı, Qarabağ qazisi Vətən Uğrunda saytin rəhbəri Rövşən Əhmədli çıxış edərək, fikirlərini bölüşdü: "Əvvəla çox sevinirəm ki, bu zalda  uzun illər tanıdığım insanları görürəm xususən təhsil aldığım məktəbin dirktoru Tahirə xanım mənim üçün çox dəyərli bir insandı. Mövzu da çox aktualdı.  Hər birimizin borcu  yetişməkdə olan balalarımızı ən birinci vətənə sayğı ruhunda böyütməkdi. Deyim ki, mən çox vaxt bunun canlı şahidi olduğum üçün sevinirəm.  Cəmi bir neçə gün öncə  hamımızın balası saydığımın  Füzulinin Əlixanlı qəsəbəsində xain düşmən gülləsinə tuş gələn Zəhranı ziyarətə getdik. Yolboyu  sadə kənd adamları, peşəsindən və yaşından asılı olmayaraq yüzlərlə insanın  hər an torpaqlarımızı işğaldan azad etmək istəyini gördükcə, içimizdə bir sevinc hissi baş qaldırdı. Müqəddəs borcumuz Vətəni sevmək və qorumaqdır. Şübhəsiz ki, Vətənin bir parçası olan  muzeylər gənclərin daimi ziyarətinə çevrilməli və ordakı eksponatları dərindən tanımalı və tanıtmalıdır. Biz də əlimizdən gələni əsirgəməməliyik.

Tədbiri yekun sözü ilə qapadan  layihə rəhbəri hər kəsə minnətdarlığını bildirdi: “Mən bundan öncəki rayonlarda olarkən də demişdim və bir daha təkrar edirəm ki, bütün iradlar, təkliflər  aidiyyəti  ünvanlara çatdırılacaq və  işimizin davamı olaraq, bir daha Göyçaya təşrif  buyuracağıq”.

Xeber.İNfo

Biri var idi, biri yox idi. Bir kasıb ailədə gözləri 2 yaşından bəri kor olan, Əli adlı bir uşaq var idi. Bu ailə çox kasıb olduğundan 9 yaşlı Əlinin gözlərini müalicə edə bilmirdilər. Əlinin anası Məleykə xanım namaz qılar və övladı Əli üçün Allaha yalvarardı ki, oğlunun gözlərinə işıq versin. Əli təhsilindədigər uşaqlardan geri qalmışdı. Əlinin atası İbrahim yataq xəstəsi olduğundan çarəsiz ana bu 2 nəfəri birtəhər dolandırardı.

Bir gün Məleykə xanım işə gecikdi. Məleykə xanımın müdiri çox qəddar insan olduğundan onu işdən qovdu. Yazıq hönkür-hönkür ağlayaraq eve döndü. O qapı-qapı dolanıb iş axtarırdı. Amma heç kim onu işə qəbul etmədi. Başqa çarə yox idi. O, yaşadığı evə yaxın bir yerdə oturub, dilənməyə başladı. Gələn-gedən bacardığı qədər Məleykə xanıma yardım edərdi. Təsadüfən bir varlı kişi oradan keçəndə qadına yazığı gələrək,onun niyə diləndiyini soruşdu. Qadın ailə problemlərini kişiyə danışdı. Bu kişi digərlərindən fərqlənərək, çöx mərhəmətli biri idi. Qadını bazara aparıb, evdə çatışmayanları aldı. Əlini isə göz həkiminə apardı.

Həkim Məleykə xanıma dedi:

Əlinin gözləri düzələcək. Amma gözlərinin əməliyyat olması üçün bir miqdar pul lazımdır. Həmin şəxs lazım olan pulu həkimə verdi. Əli əməliyyat olundu. O, artıq hər şeyi aydın görə bilirdi. Nədənsə mərhəmətli insan orada yox idi. Hətta o Məleykəyə adini belə deməmişdi. Əli çox sevinmişdi. O mərhəmətli insanı axtarırdı ki, təşəkkür etsin, amma onu orada tapa bilmədi. Əli və anası çox məyus olmuşdular. Onlar sevinclə evə döndülər. Təsadüfən televiziyada xəbər izləyərkən qəza hadisəsi haqqında danışıldı. Məleykə qəzada dünyasını dəyişmiş insanın onlara yardım edən mərhəmətli insan olduğunu gördü. O, çox təəssüf hissi keçirdi. Məlum oldu ki, onun da adı Əli imiş.

Xeber.İnfo-a daxil olan məlumata görə, Regional Qadın Təşəbbüsləri İB Ağdam rayonunda “Qadın hüquqları və gender” mövzusunda növbəti tədbirini keçirmişdir.

Regional Qadın Təşəbbüsləri İctimai Birliyi 11 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda Qadın hüquqları və Gender mövzusu ilə bağlı seminarların təşkli: milli və beynəlxalq qanunvericilik imkanlarından istifadə mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri” adlı layihə çərçivəsində “Qadın hüquqlarının müdafiəsi. BMT-nin Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya. Azərbaycanda qadın hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda Ağdam rayonunda növbəti seminarını keçirmişdir. Qeyd edək ki, layihənin məqsədi regionda gender bərabərliyinin qadınlar arasında təbliği, ictimai həyatda qadınların aktivləşməsinə nail olmaq, Gender haqqında beynəlxalq konvensiyalar və milli qanunvericilik imkanlrından istifadə mexaniznlərini izah etmək və hüquqi sənədlər haqqında maarifləndirmə işinin təşkilindən ibarətdir.

Tədbir Ağdam rayonunun məcburi köçkünlər məskunlaşmış Bənövşələr qəsəbəsində keçirilmiş, burada 40-dan çox təhsil, icra nümayəndəliyi, bələdiyyə və mədəniyyət işçiləri iştirak etmişlər. Layihə rəhbəri Mehriban Əhmədova tədbiri açaraq layihə haqqında iştirakçılara geniş məlumat verərək, qadın hüquqlarının qorunmasının bütün dünyada prioroitet olmasından, eyni zamanda gender bərabərliyinin ictimai və sosial həyatda vacibliyindən, xüsusilə idarəetmə sektorunda tətbiqinin zəruriliyindən söz açmışdır. O, həmçinin qızlarımızın təhsildə ön plana çıxarılmasının vacibliyini tədbir iştirakçılarının bir daha nəzərinə çatdırmışdır.

Daha sonra təlimçi-ekspert Ruslan Əhmədov “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyasını və gender haqqında Azəbaycan Respublikasının qanununu izah etdi və bu qanunların qəbul olunması tarixləri haqqında məlumat verdi. Həmçinin O, gender siyasətinin gücləndirilməsi üzrə ölkə Prezidentinin fərmanı, milli mexanizmlərin hazırlanması və həyata keçirilən tədbirlər planı haqqında söz açdı.

Layihənin hüquqşünası Rasim Zeynalov əvvəlcə qəbul edilmiş qanunların verdiyi imkanlardan, o cümlədən bu qanunların verdiyi imkanları əldə etmək üçün prosedurlar haqqında ətraflı məlumat verdi. O, gender haqqında beynəlxalq təcrübələrdən misallar çəkdi. Daha sonra R.Zeynalov iştirakçıların suallarını cavablandırdı və suallara uyğyn olaraq mövzunun hüquqi tərəflərinə aydınlıq gətirdi.

Tədbir zamanı çıxış edən İcra nümayəndəsinin müavini Sahib Hüseynov Gender haqqında maarifləndirici tədbirlərin döyüş bölgəsində keçirilməsinin vacib olduğunu və davamlı keçirilməsinin əhəmiyyətli olmasını bildirdi. O, həmçinin Azərbaycan dövlətinin apardığı Gender siyasətinin nəticəsi kimi Bənövşələr qəsəbəsində bələdiyyə sədrinin, məktəb direktorunun və bağça müdirinin qadın olduğunu vurğuladı. Digər iştirakçılardan Nazim Kazımov, Məhəmməd Təhməzov və Arzu Manafova mövzuya uyğun olaraq qeyd etdilər ki, Azərbaycanda ən vacib problem erkən yaşda nigaha daxil olanailələrin boşanması amilidir. Onlar qeyd etdilər ki, erkən nigahların qarşısının alınmasında ən önəmli amil ictimai qınaq olmalıdır. Bildirdilər ki, bir neçə il bundan qabaq rayonlarımızın birindən qəsəbəyə 7-ci sinifdə oxuyan əlaçı bir qız uşağına elçi düşmüşdürlər və bir qrup qəsəbə sakinləri bu evliliyə müdaxilə nəticəsində erkən evliliyin qarşısı alındı. Hal-hazırda həmin qız Universitetdə təhsil alır. Həmçinin onlar vurğuladılar ki, Azərbaycanda Gender haqqında aparılan uğurlu siyasət və hazırlanmış mexanizmlər bu cür layihələr vasitəsilə insanlara çatdırılır və uğurla icra olunur.

Yekunda iştirakçılarla seminarın qiymətləndirilməsdi keçirildi. Layihənin növbəti tədbirləri Tərtər və Bərdə rayonlarında keçiriləcəkdir.

“24 ildir BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsi olduğunu gözümüzə soxur və əksər halda bu qətnamələri Azərbaycan hakimiyyətinin uğuru kimi təqdim edirlər. Lakin tam əminliklə deyirəm BMT-nin qətnamələrini hər yerdə bayraq edib Azərbaycanın uğuru kimi təqdim edənlərin mütləq əksəriyyəti ya o qətnamələrdən xəbərləri yoxdur ya da bu dövlətə qənim kəsiliblər”. Bu sözləri Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı deyib.

C.Cabbarlı  BMT-ın qəbul etdiyi 4 qətnamədə Azərbaycanla Ermənistan arasında heç bir fərqin olmadığını deyir və məlum qətnamələri Azərbaycanın uğuru kimi təqdim edənlərin yanlış düşündüyünü hesab edir: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Azərbaycan və Ermənistan eyni hüquqlu dövlət kimi göstərilir, Qarabağda baş verən soyqırım və işğal halları sadəcə münaqişə kimi təqdim edilir, Azərbaycan torpaqlarının işğal olunduğu ötəri qeyd olsa da, bu işğalın Ermənistan dövləti deyil, Qarabağda yaşayan yerli ermənilər tərəfindən aparıldığı deyilir. Həmin qətnamələrdə münaqişənin həlli ATƏT-in Minsk  qrupuna tapşırılır və tərəflərdən qətiyyətlə tələb olunur ki, sülhə və atəşkəs rejiminə əməl etsinlər”.

C.Cabbarlı hesab edir ki, həmin qətnamələrə beynəlxalq hüquq çərçivəsində əməl olunur: “BMT-nin 4 qətnaməsinə əməl olunmur deməklə Qarabağ məsələsinin həqiqətini gizlətməyə çalışırıq, fikrindəyəm. Bu düşüncəni tam isbatlamaq üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini və maddələrini təqdim edirəm”

Qətnamə 822 (1993) 30 Aprel 1993-cü il Təhlükəsizlik Şurası

Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq, Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq,

-  Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;

-Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;-

Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;

-Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

***

Qətnamə 853 (1993) 29 iyul 1993-cü il Təhlükəsizlik Şurası

 30 aprel 1993-cü il tarixli 822 (1993) saylı qətnaməsini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupunun Sədrinin 27 iyul 1993-cü il1 tarixində dərc olunmuş məruzəsini nəzərdən keçirərək, Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onlar arasındakı gərginliklə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Maraqlı tərəflərin 822 (1993) saylı qətnamənin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər planını qəbul etməsini alqışlayaraq, Hərbi əməliyyatların genişlənməsini və, xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsini həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratmasının davam etməsi ilə əlaqədar narahat olaraq, Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda fövqəladə humanitar vəziyyətlə əlaqədar yenidən ciddi narahatçılığını ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək,

-  Ağdam rayonunun və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal olunmuş rayonlarının işğalını pisləyir;

Bundan başqa regionda bütün düşmənçilik hərəkətlərini, xüsusilə mülki şəxslərə hücumları və məskunlaşmış rayonların bombardman edilməsini pisləyir;

-Bütün hərbi əməliyyatların dərhal dayandırılmasını, münaqişədə iştirak edən işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının digər bu yaxınlarda işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir;

-Maraqlı tərəfləri atəşkəsə dair möhkəm razılaşmalar əldə etməyə və onlara riayət etməyə çağırır;

-Yuxarıdakı 3 və 4-cü maddələr kontekstində regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpa edilməsinə dair özünün əvvəlki çağırışlarını yenidən təsdiq edir;

-822 saylı (1993) qətnamənin həyata keçirilməsi səyləri də daxil olmaqla, ATƏM-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə nail olmaq üzrə davam edən səylərini bəyənir, və hərbi əməliyyatların genişlənməsinin bu cəhdlər üçün doğurmuş dağıdıcı nəticələri ilə bağlı ciddi narahatçılığını ifadə edir;

-Yerləşdirilməsi cədvəli ilə ATƏM-in müşahidə missiyasının hazırlanmasını, həmçinin Müşavirənin regionda iştirakının təmin edilməsi təklifinin Müşavirə çərçivəsində nəzərdən keçirilməsini alqışlayır

-Maraqlı tərəfləri münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən çəkinməyə, və ATƏM-in Minsk qrupu çərçivəsində, həmçinin birbaşa əlaqələr vasitəsilə məsələnin qəti həllinin əldə edilməsi məqsədilə onlar arasında danışıqları davam etdirməyə təkidlə çağırır;

-Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 saylı (1993) qətnamənin və hazırkı qətnamənin müddəalarına riayət edilməsi və bu tərəfin ATƏM-in Minsk qrupunun təkliflərini qəbul etməsi məqsədilə Ermənistan Respublikasının hökumətini öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırır;

-Dövlətləri münaqişənin intensivləşməsinə və ya ərazi işğalının davam etdirilməsinə apara biləcək hər hansı silahın və hərbi sursatın təchiz edilməsindən çəkinməyə təkidlə çağırır;

-Mülki əhalinin artan əzablarını yüngülləşdirmək məqsədilə, regionda, xüsusilə münaqişəyə məruz qalmış bütün rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz təmin edilməsinə bir də çağırır, və bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;

-Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərməyi və qaçqın düşmüş şəxslərin öz evlərinə qayıtmalarına kömək göstərməyi xahiş edir;

-Baş Katibdən ATƏM-in Fəaliyyətdə olan Sədri, həmçinin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə vəziyyət barədə Şuraya məruzələr təqdim etməsinin davam etdirilməsini xahiş edir;

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3259 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

***

Qətnamə 874 (1993) 14 oktyabr 1993-cü il Təhlükəsizlik Şurası

 30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə1 Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcəyi ilə əlaqədar dərin narahatçılığını ifadə edərək, 8 oktyabr 1993-cü ildə Moskvada yüksək səviyyədə keçirilən görüşləri qeyd edərək, və bu görüşlərin vəziyyətin yaxşılaşmasına və münaqişənin sülh yolu ilə həll edilməsinə töhfə verəcəyinə dair ümidlərini ifadə edərək, Azərbaycan Respublikasının və regionda bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Münaqişə üzündən insanların məruz qaldığı əzablar və regionda ciddi fövqəladə humanitar vəziyyətlə əlaqədar, və xüsusilə Azərbaycan Respublikasında böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi ilə əlaqədar özünün ciddi narahatçılığını bir daha ifadə edərək,

-Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırır;

-ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini yenidən bəyan edir;

-28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun iclasında üzə çıxarılan və Minsk qrupunun doqquz digər üzvünün hərtərəfli dəstəyi ilə Qrupun Sədri tərəfindən maraqlı tərəflərə təqdim olunan "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəli"ni3 alqışlayır və tərəflərin diq­qətinə çatdırır, və tərəfləri onu qəbul etməyə çağırır;

-Münaqişədən irəli gələn və Yeniləşdirilmiş cədvəldə bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları vasitəsilə tezliklə həll edilməsi vacibliyinə əmin olduğunu ifadə edir;

-Bu yaxınlarda işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və rabitə və nəqliyyat üçün bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, ATƏM-in Minsk qrupunun Yeniləş­dirilmiş cədvəlində nəzərdə tutulan qarşılıqlı və təcili addımların dərhal həyata keçirilməsinə çağırır;

-ATƏM-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, Yeniləş­dirilmiş cədvəldə nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə həll edilməsinə nail olmaq məqsədilə tezliklə Minsk konfransının keçirilməsinə çağırır;

-Baş Katibdən ATƏM-in Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək dəvətinə müsbət cavab verməyi və Konfransın açılmasından sonra mətləbə dair başlanan danışıqlara bütün mümkün kömək göstərməyi xahiş edir;

-ATƏM tərəfindən yaradılmış müşahidəçilər missiyasını dəstəkləyir;

-Bütün tərəfləri beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlarını təkrar edir;

-Regionda bütün dövlətləri münaqişənin genişlənməsinə gətirib çıxaran və regionda sülh və təhlükəsizliyi pozan hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırır;

-Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın göstərilməsini və qaçqınlara və məcburi köçkünlərə təhlükəsiz şəraitdə və ləyaqətlə öz evlərinə qayıtmağa köməklik edilməsini xahiş edir;

-Baş Katibdən, ATƏM-in Fəaliyyətdə olan Sədrindən və ATƏM-in Minsk Konfransının Sədrindən Minsk prosesinin gedişi və yerdə vəziyyətin bütün aspektləri və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrin verilməsini davam etdirməyi xahiş edir;

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3292 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

***

Qətnamə 884 (1993) 12 noyabr 1993-cü il Təhlükəsizlik Şurası

 30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək, ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının Fəaliyyətdə olan Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etdirilməsi və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin regionda sülh və təhlükəsizliyi təhlükə altına atması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Atəşkəsin pozulması və buna cavab olaraq gücün həddindən artıq tətbiq edilməsi, xüsusilə Azərbaycan Respublikasında Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı nəticə­sində hərbi əməliyyatların genişlənməsini həyəcanla qeyd edərək, Azərbaycan Respublikasının və regionda digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək məqsədilə gücün tətbiqinin yolverilməzliyini bir daha təsdiq edərək, Son zamanda böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədində föv­qə­ladə humanitar vəziyyətin yaranması ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək,

-Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;

Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;

ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir; 

-Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə"2 uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir; 

Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə "Yeniləşdirilmiş cədvəl" kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır; 

-Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır; 

-Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir; 

-Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir; 

Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır. 3313 saylı iclasda yek­dilliklə qəbul edilmişdir.

Xeber.İnfo

Həbsdə olan jurnalist Əziz Orucovun xanımı Lamiyə Çerpanova (Orucova) iyulun 7-də Novator.az-a açıqlama verib.

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Bu həbs müddəti başa çatmaqdaykən ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrinə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və Əziz Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan sonra “Kanal 13″ün ofisində və Əziz Orucovun evində axtarış aparılıb, kompüterlər götürülüb.

Lamiyə Çerpanova deyib ki, iyulun 7-si o, həyat yoldaşı ilə telefonla danışıb: “Görüşə icazə verilmir. Həftədə iki dəfə zəng edir. Görüş icazəsi almaq üçün dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayevə məktubla müraciət etmişəm, hamısı cavabsız qalıb. Məktubların müstəntiqə çatıb-çatmadığını da bilmirəm”.

Lamiyə Çerpanovanın sözlərinə görə, Əziz Orucov anasının səhhətinin pisləşməsindən bu yaxınlarda xəbər tutub: “Bunu Əzizdən gizlətmişdik, amma bu yaxınlarda məsələdən xəbər tutub. Sonuncu telefon söhbətində anasının vəziyyətindən də danışdıq. Anasının səhhətinin pisləşməsi Əzizin də səhhətinə pis təsir göstərib, gərginlik keçirib, qan təzyiqi qalxıb.

Əzizdə xroniki böyrək çatışmazlığı xəstəliyi var. Ona görə hətta psixoloji gərginlikləri olmasa da, həbsxana şəraiti onun həyatı üçün təhlükəlidir. Böyrək çatışmazlığı xəstəliyi qan təzyiqini çox yüksəyə qaldırır. Belə xəstələr daima həkim nəzarətində olmalı, təzyiqi stabil saxlanmalıdır. Amma Əziz Bakı İstintaq Təridxanasına aparılandan yalnız bircə dəfə, o da təcridxanaya yeni gətirilən vaxt həkim müayinəsindən keçib”.

Əziz Orucovun anası Almaz Həsənovanın səhhəti iyunun 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilən zaman pisləşib. 3 saat dindirmədən sonra onun təzyiqi və şəkəri qalxıb. Təcili tibbi yardım çağırılıb, Almaz Həsənova Bakıdakı 2 saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində 66 yaşlı Almaz Həsənova ikinci dəfə insult keçirməkdən xilas olub.

Lamiyə Çerpanovanın Novator.az-a bildirdiyinə görə, həmin vaxt Almaz Həsənova gün yarım komada qalıb, sonra vəziyyəti stabilləşib, evə buraxılıb: “Hazırda stressdən Almaz xanımın ürəyində, ayaqlarında problem yaranıb, yeriyə bilmir, çox az hərəkət edir. Həkim deyir bu onun psixoloji durumu, çox fikir çəkməsi ilə bağlıdır. Tez-tez Almaz xanımın ürək döyüntüləri artır, bədənində şişkinliklər var”.

Lamiyə Çerpanovanın dediyinə görə, nəinki sonralar, hətta xəstəxanada koma halında yatdığı zaman da müstəntiq zəng edərək Almaz Həsənovanın yarımçıq qalmış dindirilməsinin başa çatdırılması üçün onun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinə gətirilməsini tələb edib. Lamiyə Çerpanova bu tələbi hüquqi və mənəvi baxımdan əsassız sayır.

Əziz Orucovun xanımı onu da qeyd edib ki, istintaqın gedişi haqda məlumatlı deyil: “Nəyisə araşdırırlar, amma nəyi – bilmirik. Ortada araşdırılası bir məsələ də yoxdur. Sadəcə dörd aylıq həbs qətimkan tədbiri seçilib, mən də, vəkillər də gözləyirik ki, bu dörd ayda nəyi araşdırıb ortaya çıxaracaqlar”.

Cümə, 07 İyul 2017 00:00

Hamburqda G20 sammiti keçirilir

Yazan

Bu gün Almaniyanın Hamburq şəhərində G20 sammiti başlayıb.

Almaniya baş naziri Angela Merkelin ev sahibliyi etdiyi sammitdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vlamidir Putin, Çin Xalq Respublikasının lideri Si Cinpin, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kanada baş naziri Castin Trüdo, Hindistan baş naziri Narendra Modi, İndoneziya baş naziri Joko Vidodo, Avstraliya baş naziri Malkolm Ternbull, Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən Yaponiya, Argentina, Braziliya, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı və  Cənubi Afrikanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının rəhbərlər şəxsləri iştirak edir.

Rəsmi sessiyadan əvvəl dövlət və hökumət başçıları qeyri-rəsmi müzakirələr aparıblar.  Türkiyə prezidenti R. T. Ərdoğan ABŞ prezidenti D. Tramp və Kanada baş naziri C. Trüdo ilə qısa söhbət edib. D. Tramp V. Putinlə də xüsusi həvəslə əl verərək görüşüb. Liderlər terrorla mücadilə mövzusunda müzakirələrdən sonra birgə foto çəkdiriblər. Çin Xalq Respublikasının lideri S. Cinpin sammitdə dövlətləri açıq dünya iqtisadiyyatı qurmağa, bölgələrdəki münaqişələri dinc yolla həll etməyə çağırıb.

Hamburqda G20 sammiti “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə təşkil edilən aksiyaların kölgəsində keçirilib. Polis şəhərin “Balıq bazarı” adlanan yerində toplanan 12 min aksiya iştirakçısını dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edib, küçə və yollar bağlanıb. İlkin məlumata görə, artıq 76 aksiya iştirakçısı və 130 polis xəsarət alıb. Aksiyaçılar Rusiya, Cənubi Koreya prezidentləri və Avstraliya baş nazirinin qaldığı “Park Hayatt” otelinə də hücum çəkiblər. Həmin vaxt sözügedən ölkələrin liderləri G20 sammitinin keçirildiyi məkanda olublar.

Cümə, 07 İyul 2017 00:00

Cəbhədə son vəziyyət - RƏSMİ

Yazan

Cəbhədə gecə döyüşləri - Gərginlik davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

2 -dən səhifə 145