Tuesday, September 26, 2017

Son parlament seçkilərindən 4 ay keçsə də, Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırılması yubanır; “2015-ci il parlament seçkilərindən sonra özüm gedəcəm” deyən 16 illik sədri yola salmaq üçün səbəblər də var... 

Azərbaycanda son parlament seçkilərindən 4 ay keçsə də, Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması yubanır. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir. 

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hələ fevralda MSK-nın mart ayına qədər formalaşacağını demişdi.  S.Novruzov YAP-da bununla bağlı hazırlıq işlərinin getdiyini və partiyanın İdarə Heyətinin qərarından sonra MSK üzvlüyünə namizədlərin müəyyənləşəcəyini bildirmişdi. MSK-nın  hazırkı tərkibinin səlahiyyət müddəti xeyli vaxtdır bitib, amma nə yeni tərkib formalaşıb, nə MSK sədri var... Üstəlik, parlamentdə yeni mandat əldə edən Azərbaycan Sosial Demokrat, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyalarının MSK-da təmsil olunması yubadılır, öz nümayəndələrini seçki komissiyalarına göndərmək hüququndan yararlana bilmirlər.
 Yeri gəlmişkən, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov vəzifəsindən gedib, martın 28-də isə onun yerinə sabiq ombudsman Ella Panfilova seçilib. 2007-ci ildən MSK-ya rəhbərlik edən Çurovun istefasını Rusiya müxalifəti də tələb edirdi. Rusiya siyasi elitasının əsas regionu - leninqradlı Çurovun gözlənilmədən vəzifəsindən yola salınması və reputasiyası kifayət qədər şəffaf olan Panfilovanın MSK-ya gətirilməsi Rusiya mediasında ciddi müzakirə olunmaqdadır. Əsas iddia budur ki, Çurovun rəhbərliyi dövründə Rusiyada seçki qanunvericiliyi sahəsində geriləmə olub, keçirilən seçkilər beynəlxalq qınağa tuş gəlib, ölkənin ATƏT-in seçki institutları ilə münasibətləri pozulub. 
 
 Siyasi idarəetmə baxımından Rusiya modelinə yaxın Azərbaycanda da eyni fikirləri Məzahir Pənahov haqda demək mümkündür. Azərbaycan hökuməti və Avropada seçkini müşahidə edən əsas beynəlxalq qurum arasında münasibətlər son parlament seçkiləri ərəfəsində  gərginləşdi və nəticədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla, digər xarici təşkilatlar Azərbaycana müşahidəçi göndərməkdən imtina etdi. 2000-ci ildən MSK-ya rəhbərlik edən M.Pənahovun yola salınacağı ilə bağlı məlumatlar demək olar ki, qurum hər formalaşdıqda gündəmə gəlir. Bu illər ərzində onun rəhbərliyi ilə ölkədə üç prezident (2003-2008 və 2013), üç bələdiyyə (2004, 2009 və 2014), dörd parlament (2000, 2005, 2010 və 2015), iki dəfə (2002 və 2009) referendum keçirilib. Sirr deyil ki, həm ölkədə, həm də Qərbdə bu seçkilərin nəticələri hər zaman ciddi şübhə və etirazlar doğurub. 
 
 Məlumatlara görə, MSK-nın formalaşdırılmasının ləngiməsinin səbəbi M.Pənahovun vəzifəsindən azad ediləcəyi ilə bağlıdır. Hələ son seçkilər ərəfəsi belə xəbərlər də vardı ki, MSK sədri yaxın ətrafına “2015-ci il parlament seçkilərindən sonra özüm gedəcəm” deyib. “Hazırda onun yerinə gətirilməsi planlaşdırılan namizədlərlə bağlı müzakirələrin getdiyinə dair fikirlər var. Daha dəqiqi, hakimiyyət daxilindəki bütün tərəfləri razı sala biləcək namizəd axtarılır” deyə, azpolitika.info saytı yazır. Xəbərdə o da iddia edilir ki, ölkə rəhbərliyi səviyyəsində MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyulması məsələsi də müzakirə olunur. 
 
 M.Pənahovun varisi haqda da ən müxtəlif məlumatlar var. Məsələn, bu posta ən real namizədlər sırasında ölkədə bütün qanunların hazırlanmasında əsas fiqurlardan olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adı çəkilir. Bundan başqa, Prezident Administrasiyasında da bir neçə nəfərin bu posta namizədliyinin müzakirə edildiyi söylənilir.  
Məlumatlarda o da bildirilir ki, MSK-nın müstəqil qurum kimi fəaliyyətinə son qoyularaq, Daxili İşlər Nazirliyini tabeçiliyinə verilməsi təklifi də var. Qeyd edək ki, təkcə Türkiyədə deyil, bir sıra Avropa ölkələrində də seçki DİN-in nəzarəti altında keçirilir. Bu təcrübədən Azərbaycanda istifadə olunması isə indilikdə real görünmür. Yeri gəlmişkən, 1992-ci ildə  Mərkəzi Seçki Komissiyasının ilk sədri mərhum Cəfər Vəliyev 1979-1987-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri işləmişdi... (Yeni Müsavat)

Eldar Mahmudovun daha bir cinayəti 

 Artıq ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun və onun cinayətkar dəstəsinin iş adamlarının başına gətirdiyi müsibətlərlə bağlı çox danışılıb, yazılıb. Azərbaycanın iqtisadi inkişafınınəleyhinə yönələn, ölkəyə xarici kapitalınən çox axdığı bir zamanda maliyyə potensialımızın qeyri-neft sektoruna istiqamətlənməsinin qarşısını alan bu fəaliyyətin nəticələri hələ uzun illər boyu öz mənfi nəticəsini göstərəcək, itkilərimiz kompensasiya edilənə qədər sabiq nazirin adı nifrətlə xatırlanacaq və 11 il davam edən zülmün acı təəssüfü hər birimizin ürəyini göynədəcək. Xüsusən də o cinayətkar bandanın əlindən müflisləşən, həbsə atılan vəölkədən qaçmağa məcbur edilən iş adamlarının.

Onların arasında Eldar Mahmudov özbaşınalığından ən çox əziyyət çəkən iş adamlarından biri kimi yəqin ki, Vüqar Ağayev də olacaq.

Vüqar Ağayev iş həyatına 2002-ci ildə başlayıb və qısa vaxt ərzində, necə deyərlər, parlamağa başlayıb. Tikinti sektorundakı fəaliyyətinə xırda həyət evlərinin inşasıyla başlayan iş adamı iki ildən sonra böyük layihələrin altına girəcək qədər güclənib.

2004-cü ildə Əhmədlidə 5-bloklu 16-mərtəbəli bir binanın tikintisini öz öhdəsinəgötürüb və bu işi uğurla tamamlayıb.

Bir ildən sonra Xətai rayonunda 3-bloklu 18-mərtəbəli binaların inşasına başlayan Vüqar Ağayevin yüksəlişi Eldar Mahmudovu tanıması ilə dalana dirənir. Ölkənin milli təhlükəsizliyinin ən yüksək səlahiyyətlisi olan bu adam Vüqar Ağayevin alın təri iləqazandığı varidatına göz dikir, əvvəl şirnikləşdirmə, sonra isə açıq hədə-qorxuyla iş adamının mülkiyyətini ələ keçirməyə çalışır və nəhayət, buna nail olur.

Iş adamının yaxınları tərəfindən virtualaz.org-un redaksiyasına ötürülən məlumataəsasən, Vüqar Ağayev Eldar Mahmudovun qanunsuz tələblərindən canını qurtarmaq üçün ölkəni tərk edib, Amerikaya qaçmağı bacarsa da, öz mülkiyyətini qoruya bilməyib. Iş adamının MTN şefinin qəzəbinə gələn mülkiyyətinin dəyəri isə kifayət qədər böyükdür-hardasa, 30 milyon manat (o dövrün məzənnəsi ilə müqayisə etdikdəbu, 40 milyon dollara yaxın bur məbləğdir-red.).

Vüqar Ağayevin öz “canavarı” ilə tanışlığı sabiq nazirin bu gün mətbuat orqanlarının səhifələrini bəzəyən məşhur evi ilə başlayıb. Məlumata görə, evin layihəsi Kanadada yaşayan, əslən Cənubi Azərbaycandan olan bir xanım tərəfindən hazırlanıb. Layihəni Azərbaycanda qeydiyyatdan keçirmək və üzərində bəzi kiçik-para düzəlişlər etmək üçün yerli memara ehtiyac duyulur. Eldar Mahmudova bacarıqlı memar kimi Vüqar Ağayev nişan verilir. “Bir nömrəli çekist”ə bu təklifi verən MTN-in Hərbi Əks-Kəşfiyyat Idarəsinin sabiq rəisi general Nizami Şirinov əslində Vüqar Ağayevə yad birisi də deyilmiş. Iş adamının uzaq qohumu olan general Şirinov onu öz şefi iləgörüşdürür. Sözügedən sənədə müəyyən səmərəli düzəlişlər edən Vüqar Ağayevin adı layihənin memarı kimi sənədləşdirilir və layihə müvafiq orqanlara təqdim olunur.

Maraqlıdır ki, özünün tikinti şirkəti olan Eldar Mahmudov evin inşasını da Vüqar Ağayevə təklif edir. Bu müəmmanın səbəbini iş-işdən keçdikdən sonra anlayan Ağayev MTN rəhbərinin “gözlənilməz yağlı təklifinə” müsbət cavab verir. Amma?

Sonra baş verənlər göstərir ki, nazirin başqa planları varmış: O, dəyəri milyonlarla dollara başa gələcək evə müftə sahib olmaq niyyətində imiş. Təbii ki, “bir nömrəli çekist”in bu niyyətini ağlına belə gətirməyən iş adamı qollarını çırmalayır və işəbaşlayır.

Eldar Mahmudov “R.A.N” şirkətinin təsisçisinə öz evi ilə yanaşı, başqa işlər də həvaləedir. Bakı şəhəri, Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində 25 mərtəbəli biznes mərkəzinin tikintisini də iş adamına tapşıran nazir burada aparılan inşaat üçün ilk əvvəl müəyyən ödəmələr də həyata keçirir. Amma ödənilən məbləğ heç biznes mərkəzinin tikintisinə çəkilən xərcləri belə kompensasiya etmir.

Vüqar Ağayevin bir az nazir statusuna hörmətlə, bir az da qorxuyla etdiyi pul tələbləri hər dəfə quru vədlərlə “ödənir”. Beləcə, iki il davam edən müftə əməkdaşlıq iş adamını fəhlələrin pulunu ödəyə bilməyəcək qədər kasıblaşdırır. Məcburən, qorxa-qorxa diləgətirilən tələblərin də tonu yüksəlir.

Həmin ərəfədə sabiq nazir mülkiyyətinə göz dikdiyi qurbanının başqa layihələri ilə dətanış olur. Onun Bakı şəhəri, Nobel prospekti 2207 ünvanında yerləşən 8.18 ha torpaq sahəsində salmaq istədiyi “Ağ ləpələr” adlı villa şəhərçiyi nazirin iştahasını daha çox çəkir. Öz evinin tikintisinə çəkilən xərcləri belə ödəməyən Eldar Mahmudov iş adamına “Ağ ləpələr”i maliyyələşdirməyi və onunla ortaqlıq təklif edir. Nazirin yaxşı ortaq olmayacağını başına gələn hadisələrdən anlayan Vüqar, təbii ki, bu təklifəmüsbət cavab vermir. Bununla da Eldar Mahmudovun əsl siması ortaya çıxır.

Nazir iş adamına 2007-ci ildə inşasını tapşırdığı biznes mərkəzinə çəkilən xərci araşdırdığını, bu işin məbləğinin 2.8 milyon manatı keçmədiyini və ödənən 5 milyon pulun digər hissəsinin mənimsəndiyini bildirir və həmsöhbətini obyektə komissiya göndərəcəyi ilə təhdid edir.

Məlumatlı şəxsin virtualaz.org-a bildirdiyinə görə isə, Vüqar Ağayev biznes mərkəsinin fundamentinə və sabiq nazirin sifariş etdiyi digər söküntü işlərinə ən azı 8 milyon manat pul xərcləyibmiş. Yəni sabiq nazirin ödədiyi vəsaitin üstünə öz cibindənəlavə 3 miyon manat pul qoyubmuş. Üstəlik, həmin ərəfədə nazirə dəyəri milyon manatlarla ölçülən ev də inşa edirmiş və bunun müqabilində ondan 1 manat beləalmayıbmış.

Eldar Mahmudovun təhdidlərini eşidincə, qulaqlarına inanmayan Vüqar Ağayev öz hesab-kitabına arxayın olduğundan nazirə deyir ki, yoxlama üçün istənilən komissiyanı göndərə bilər. Nazir də elə onun yanında təftiş aparmağı öz qohumu Musa Mahmudova tapşırır. Bu hadisədən bir ay sonra iş adamı yenidən nazirin qəbuluna çağırılır. Görünür, “təftişi” heç bir nəticə verməyən Mahmudov əvvəl şirin dilini işə salır, açıq şəkildə həmsöhbətinə “Ağ ləpələr”də gözü olduğunu deyir. Zarafatla onu da əlavə edir ki, “millət öz təhlükəsizlik nazirinə hədiyyə vermək üçün günlərlə MTN-in qapısını yağır edir. 8.18 hektarlıq ərazi nədir ki, Vüqar Ağayev bu cür kiçik məsələlərin söhbətini aparır”.

Bu “ağır söz”dən sonra belə, tərəf-müqabilinin özünü “yekə” aparması Eldar Mahmudovu hövsələdən çıxarır. Özünə arxayın olan nazirin qoçu siması üzə çıxır: “Öz xoşluğunla o ərazini mənə verməsən, səni həbsə atar, mülkiyyətini balalarından alaram. Sabaha qədər vaxt verirəm, get, ”Ağ ləpələri” mənim adıma rəsmiləşdir!”.

Milli təhlikəsizlik nazirinin yanından can təhlükəsi vəlvələsiylə çıxan Vüqar Ağayev evə gəlib qarşılaşdığı hadisəni atasına danışır. Çətin vəziyyətdə qalan ailə üzvləri özlərinin maddi cəhətdən iflasını gətirən qərarı verməli olurlar: Vüqar mülkiyyətindəolan bütün əmlakı barədə atasına etibarnamə verərək ölkəni tərk edir. Əvvəl Gürcüstana, oradan Fransaya, daha sonra isə ABŞ-a qaçan iş adamı öz təhlükəsizliyini bu cür təminat altına ala bilir.

Vüqar Ağayevin ölkəni tərk etməsindən sonra MTN-in hədəfinə onun atası Asif Ağayev gəlir. Dəfələrlə təkrarlanan hədə-qorxulardan sonra “Ağ ləpələr” E.Mahmudovun oğlu Anar Mahmudovun faktiki rəhbəri olduğu “Inşaatçı-E” MMC şirkətinə “hədiyyə edilir”. Ağayevin mülkiyyətində olan digər obyektlər isə satılır vəpulu Eldar Mahmudovun sifarişlərini həyata keçirmək üçün yaranan borcların ödənməsinə sərf olunur?

Yaxınlarının bildirdiyinə görə, iş adamının bəzi inşaat malları satan şirkətlərə borcları bu günə qədər ödənilməyib. Onlar hələ də öz borclarını tələb edirlər. Ağayev ailəsi isəbu borcları qaytarmaq iqtidarında deyil.

Beləliklə, bir vaxtlar biznesi uğurla inkişaf edən iş adamı Vüqar Ağayev müfliləşdirildi, ölkədən qaçmağa məcbur edildi, yaxınları isə külli miqdarda borca düşdü.

Yaxınlarının bildirdiklərinə görə, Eldar Mahmudovun və cinayətkar bandasının ifşasından sonra Vüqar Ağayev ölkəyə qayıdıb. Hazırda onun şikayəti əsasında bu işləəlaqədar istintaq aparılır.

Vüqar Ağayev özü isə ümid edir ki, Bakıda yenidən iş qurub fəaliyyətini davam etdirəcək.(azadliq.info)

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan məzənnələrini açıqlayıb.

Əsas xarici valyutaların martın 30-na olan məzənnələri aşağıdakı kimidir:

1 ABŞ dolları – 1,5586 manat 1 avro – 1,7608 manat 1000 Rusiya rublu – 22,80 manat 100 Türkiyə lirəsi – 54,80 manat

Çərşənbə, 30 Mart 2016 10:45

Tarixdə bu gün... - Maraqlı

Yazan

Tarixdə bu gün baş verənləri təqdim edirik:

 1992-ci il. Azərbaycan Respublikası İraq ilə diplomatik əlaqələr qurub. İraq 1992-ci il yanvarın 2-də Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. Azərbaycanın İraq ilə BMT və İslam Əməkdaşlıq Konfransı Təşkilatı çərçivəsində əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə edib. Hələ 1979-cu ildə Bakı ilə Bəsrənin "qardaşlaşması”na dair sənəd imzalanıb. 
 
1946-cı il. Görkəmli alim-onkoloq, Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycanın və Rusiyanın Dağıstan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan, Rusiya və Gürcüstan Elmlər akademiyalarının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Cəmil Əziz oğlu Əliyevin ad günüdür. Akademik C.Əliyev süd vəzilərinin, baş və boynun, yumşaq toxumaların şişlərinin müayinəsi və müalicəsi sahəsində aparıcı mütəxəssislərdən biridir. O, Azərbaycanda süd vəzilərinin diaqnostikası və müalicəsi üzrə elmi məktəbinin və müasir kliniki onkologiyanın banilərindəndir. C.Əliyev Azərbaycanda onkologiya elmi məktəbinin yaradıcısı və rəhbəridir.
 
Akademik C.Əliyev Bakı və Moskva şəhərlərində dərc olunmuş 17 monoqrafiyanın (bunlardan biri ingilis dilindədir), tələbələr üçün vəsaitin, 10 ixtiranın, 600-ə yaxın dərc olunmuş elmi məqalələrin müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktorluğu və 40-dan çox tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub. Prezident İlham Əliyevin 2016-cı il 28 mart tarixli Sərəncamı ilə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə C.Əliyev "Şərəf” ordeni ilə təltif edilib.
 
1840-cı il. Antarktida kəşf edilib. Amerika dəniz ekspedisiyasının rəhbəri Çarlz Vilks Antraktidaya səyahəti zamanı həmin torpaqları kəşf edir və onu ABŞ ərazisi elan edib. Həmin ərazi bir müddət "Vilks torpağı” adlandırılsa da, sonralar Antraktida kimi tanınıb. Bu materik yalnız 1959-cu ildə beynəlxalq ərazi elan olunub. Dünyanın əsas "soyuducu”su hesab edilən Antraktida planetin kəşf olunan altıncı və sonuncu materikidir.
 
1867-ci il. Rusiya İmperiyası Alyaskanı 7,2 milyon dollara ABŞ hökumətinə satıb. Satılan ərazinin bir kvadratkilometrlik hissəsi 4,19 dollar məbləğində qiymətləndirilib. Alyaskanın alınmasından qısa müddət sonra – 1870-ci illərdə burada qızıl ehtiyatları aşkarlanıb. 1959-cu il yanvarın 3-də Alyaska ABŞ-ın 49-cu ştatı olub.
 
1968-ci il. Dünyanın ən məşhur müğənnilərindən olan kanadalı Selin Dion anadan olub.(AZƏRTAC)

Tanınmış jurnalistin kassasiya şikayətinə iki ay sonra baxılacaq

Azadlıq Radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı verilmiş kassasiya şikayətinə may ayında baxılacaq. Bu barədə Ali Məhkəmədən məlumat daxil olub. 
Məlumatda deyilir ki, jurnalist Xədicə İsmayılla bağlı şikayət hazırda araşdırılır və zəruri olan sənədlər tanış olunur. Prosesin may ayında keçirilməsi qərarlaşdırılıb. 
Mənbə jurnalistin azadlığa buraxılması məsələsinə də toxunub. O bildirib ki, hazırda bu məsələ gündəmdə deyil. Amma qaynaq bunun mümkün ola biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Xədicə İsmayılla bağlı qərar Baş Prokurorluq tərəfindən veriləcəyi protestdən asılı olacaq. 
Son dövrlər bir sıra siyasi məhbuslar azadlığa buraxılıb. Sonuncu belə olay isə əfv fərmanı olmadan reallaşdırılıb və tanınmış vəkil İntiqam Əliyev həbsdən azad edilib. Bu hadisələr fonunda Xədicə İsmayıl və İlqar Məmmədovun da azadlığa buraxıla biləcəyi istisna edilmir.(jam.az) 

Əksər banklar ipoteka kreditlərində 40 faiz ilkin ödəniş və kreditə müraciət edilən zaman bir nəfər üçün 200 manat yaşayış minumumu hesablayırlar.

Bu barədə iqtisadçı-alim Vuqar Bayramov deyib.

“50 min manatlıq ev almaq istəyən vətəndaşımız ən azı 20 min manat ilkin ödəniş etməlidir. Əminəm ki, dünyanın heç bir ölkəsində kreditin təxminən yarısı qədər ilkin ödəniş nəinki tələb edilmir, banklar heç bu haqda düşünə bilmirlər ”- deyə ekspert qeyd edib.

“Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən 2016-cı il üçün ölkə üzrə orta yaşayış minumumu 136 manat müəyyənləşdirilməsinə baxmayaraq bankların əksəriyyəti heç bir iqtisadi əsaslandırma olmadan bir nəfərə 200 manat xərc hesablayır. Bu o deməkdir ki, 4 nəfərlik ailədə sadəcə 800 manat yaşayış xərci hesablanır və aylıq ödəniş də 400 manat olarsa o zaman ən azı 1300 manat əmək haqqı olmalıdır ki, heç də böyük məbləğli olmayana kreditə müraciət edə bilsin. Bu ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən təxminən 3 dəfə çox maaş tələbidir. Bu eyni zamanda o deməkdir ki, banklar ipoteka kreditini bundan sonra yalnız varlilara verəcəklər: bir neçə mənzili olan varlıların isə ipoteka kreditinə heç ehtiyacı yoxdur”. 

Ekspertlər bunu dolların bahalaşması və avtomobil bazarındakı durğunluqla əlaqələndirir 

 

Bu il başlayandan Azərbaycanın yeganə istehsalı olan “NAZ-Lifan” avtomobillərinin istehsalı dayandırılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, il başlanandan bəri Naxçıvan Avtomobil Zavodunun (NAZ) konveyerindən bir ədəd də məhsul çıxmayıb.
Xatırladaq ki, ilin əvvəlində dövlət başçısı İlham Əliyev Naxçıvan avtomobillərinə diqqət çəkərək, dövlət qurumlarını, hökumət rəsmilərini “NAZ-Lifan” almağa çağırmışdı. Hətta cəmiyyətdə belə bir gözlənti var idi ki, bu çıxışın ardından “NAZ-Lifan”a tələbat artacaq, bununla əlaqədar zavodun istehsalı və gəlirləri də artacaq. Lakin DSK-nın son məlumatı bu prosesin heç də gözlənildiyi kimi olmadığını aşkara çıxarıb. 
Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muxtar respublikada 725 ədəd minik avtomobili yığılıb. Əvvəlki illə müqayisədə istehsal 1136 ədəd azalıb. 
Ümumiyyətlə isə istehsala başlanandan bəri burada 4600-dək avtomobil buraxılıb. Zavodun əsas alıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Zavodun istehsalı dayandırmasının ehtimal olunan səbəblərini sadalayan iqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, buna səbəb devalvasiyaya görə Çindən gətirilən avtomobil hissələrinin bahalaşmasıdır: “Dövlət Statistika Komitəsinin Naxçıvan bölməsindən məlumat yayılıb ki, bu ilin ilk iki ayında ”NAZ-Lifan" avtomobillər zavodunda  avtomobil yığılması dayandırılıb. Bir dənə də maşın istehsal olunmur. Biz əvvəllər də demişdik ki, bu prosesi avtomobil istehsalı adlandırmaq doğru olmazdı. Orada, sadəcə, Çindən gələn maşın hissələri bir-birinə birləşdirilirdi. Bu, istehsaldan daha çox yığma prosesini xatırladır. İkinci devalvasiyadan  sonra Çindən gətirilən ehtiyat hissələrinin dəyəri də adekvat olaraq iki dəfə artdı. Çünki detallar xaricdən valyuta ilə alınıb ölkəyə gətirilirdi. Çox güman ki, qiymətlərdə ciddi fərq yaranması ehtimalı da var idi. Ona görə də “NAZ-Lifan” zavodundan rəsmi açıqlama da olmuşdu ki, qiymətlərin 30-35 faiz qalxması ehtimalı var. Görünür, indiki bazar şəraitində Çindən gətirilmiş detalların qiymətinin artması səbəbindən Naxçıvandan yığılmış avtomobillərin maya dəyəri xeyli dərəcədə yüksəlib və maya dəyəri də artıb". 
Ekspertin sözlərinə görə, “NAZ-Lifan”  avtomobillərinin bazar qiymətinin artması rəqabətə davam gətirmək məsələsini ortaya çıxarır: “Çünki indi Azərbaycanda fəaliyyət göstərən diller şəbəkələri qiymətləri sabit saxlamaqla və ya cüzi artım etməklə bazara təklif edirlər. Onsuz da avtomobil bazarında ciddi durğunluq müşahidə edilir. Hətta xaricdən gətirilən ikinci əl avtomobillərin həcmi bu ilin iki ayında 28 dəfə aşağı düşüb. Ona görə də bazarda ümumiyyətlə durğunluq var. Çox güman ki, bu durumu nəzərə alaraq, Naxçıvan Avtomobil Zavodunda avtomobillərin Çindən gətirilmiş detallardan yığılması sərf eləmir. Bu günə qədər Naxçıvan avtomobil zavodunun əsas sifarişçisi dövlət idi. Dövlət Sosial Müdafiə Fondu bu günə qədər buraxılan avtomobillərin təqribən  70-80 faizini alırdı. Çox güman ki, DSMF-də də bu il bu tipli məsələlərə vəsaitin ayrılması haqqında qərar yoxdur. Ona görə də dövlət sifarişinə bağlı olan zavodun fəaliyyətinin indi dayandırılması çox təbii addımdır. Çünki bu zavod bazarda rəqabətə davam gətirəcək məhsul istehsal etmirdi”.(musavat.com) 
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (SecDef) Türkiyədə xidmət edən bütün amerikalı əsgər ailələrini təhlükəsizlik səbəblərindən ölkəni tərk etməyə çağırıb.
 
Nazirliyin Almaniyadakı mərkəzindən verilən açıqlamada bildirilir ki, SecDef ABŞ dövlət katibliyi ilə birlikdə Türkiyədə olan əsgər ailələriylə bağlı məsələni son vaxtlar xüsusilə diqqətdə saxlayır.
 
"İncirlik" hərbi hava bazası daxil olmaqla, Adana, İzmir və Muğladakı hərbi personal ailələrinin Türkiyəni tərk etmələri barədə qərar verilib. Bunun səbəbi bölgədə təhlükəsizliklə bağlı olan narahatlıqlardır", - açıqlamada bildirilir.
 
"SecDef"-in məlumatında hərbçi ailələrinin Türkiyəni birdəfəlik tərk etmədiyi də qeyd olunur.
 
"Ailələr Türkiyədən çıxarıldıqdan sonra ABŞ qüvvələri Türkiyədəki əməliyyatları effektiv şəkildə dəstəkləyəcək. Buna görə də hərbçi ailələrinə qarşı təhlükə riskləri artacaq. ABŞ və Türkiyənin İŞİD-ə qarşı mübarizəsi davam etdiriləcək", - SecDef bildirib.
 
NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav da məsələ ilə bağlı açıqlama verib.
 
Komandan bəyan edib ki, amerikalı ailələrin Türkiyədən çıxarılması barədə qərar rəsmi Ankara, ABŞ dövlət katibliyi və Müdafiə Nazirliyi arasında aparılan müzakirələdən sonra qəbul edilib.
 

 

"Ailələrimiz və sivillərimiz təxliyyə olunacaq. Türkiyə ilə yan-yana döyüşə hazır olmalıyıq. Bunun üçün belə ailələrin, sivillərin təxliyəsi barədə qərar verməyə məcburuq. Yoxsa onlar zərər görə bilər", - Bridlav bildirib.(arqument.az) 

Lütfəli Babayev biçarə kişini cəmiyyətə «düşmən» kimi təqdim etməyə çalışıb

Dünən Zərdab rayonunda həqiqətən də utancverici olay yaşanıb. Bu barədə rayon sakinləri məlumat veriblər. 

Onlar bildiriblər ki, rayon mərkəzini maşınla gəzən icra başçısı Lütfəli Babayev küçədə meyvə satan yaşlı kişini görərək, orada düşüb. Qısa müddətdə əraziyə icra başçısının iki müavini, polis və bələdiyyənin işçiləri də çağırılıb. Babayev bar-bar bağırırmış ki, guya, kişi böyük bir günah iş görüb, hətta «cinayət» törədib. 

Deyilənlərə görə, təbiətcə sakit adam olan meyvəsatan məhsullarını yığışdırıb, getmək istəyərkən, icra başçısı yenidən coşub. Bu zaman ətrafdakı insanlar elə zənn ediblər ki, orada avtoqəza olub və ya ölüm hadisəsi baş verib. Hamı əraziyə yığışıb və nəyin baş verdiyini bildikdən sonra dağılışıblar. 

Məlumatlara görə, Zərdabda hamı Lütfəli Babayevin bu hərəkətini gülüş obyektinə çeviriblər. Yaxın günlərdə baş verən olaya lətifə qoşulacağı da istisna edilmir.(jam.az) 

Dollara nə olur?- ORTADA OYUN OLMA EHTİMALI VAR

Dünyanın son günlər müzakirə etdiyi ən mühüm məsələlərindən biri dolların sürətlə bahalaşmasıdır. FED-in son açıqlamaları, uçot dərəcələrini artırma barədə xəbərdarlıqlar etməsi, habelə bəzi qərarların yaxın vaxtlar üçün açıqlanacağı xəbərləri dolları sürətli şəkildə dəyərə mindirməyə başlayıb. 
Son iki gündə dollar Yaponiya ieni üzərində 0,4 faizlik dəyər qazanıb. Avroya nisbətdə də vəziyyət eynidir və son günlər 1 dollar 1.1 avroya bərabər olub. 

Dünyada baş verənlərə rəğmən, Azərbaycanda isə bunun tərsi müşahidə edilir. Belə ki, Azərbaycan Mərkəzi Bankı martın 30-a olan valyuta məzənnəsini açıqlayıb. Və həmin məlumata əsasən bu gün üçün 1 dollar 1,55 manat səviyyəsində müəyyən edilib. Halbuki dünən bu məzənnə 1 dollar=1,5737 manat təşkil edirdi. 

Dolların Azərbaycanda sürətlə bahalaşmasına səbəb nə ola bilər? Ekspertlərin bununla bağlı çeşidli mülahizələri var. Onların bir qismi hesab edir ki, AMB-nin son açıqlaması məntiqli görünmür və bu real tələb-təklifə uyğun deyil. Onlar hesab edirlər ki, Mərkəzi Bank dolların dəyərdən düşməsini inzibati yollarla həyata keçirir. Ki, bunun da nəticələri həmişə ağır olub. 

Bəzi ekspertlərin qənaəti isə başqadır. Onlar hesab edirlər ki, dolların Azərbaycanda dəyərdən düşməsi heç də manata olan inamdan irəli gəlmir. Əksinə, son dövrlər sahibkarlar, hətta iri iş adamları ölkəni tərk etməyə başlayıblar. Onlar bizneslərini gücləndirmək üçün sabit ölkə axtarışındadırlar. 

Xaricdən mal və məhsulların gətirilməsində isə sürətli azalma müşahidə olunur. Bunu artıq Dövlət Gömrük Komitəsi də təsdiqləyir. Dövriyyə aşağı düşdükcə ölkədən çıxarılan dolların da həcmi azalmağa başlayır. Ki, bu da tələb və təklif arasındakı balansın pozulması deməkdir. Yəni, əslində, tələbat yüksəkdir, lakin sabit manat olmadan təkliflər azalmaq üzrədir. Belə olan halda, pozulmuş balansı manatı gücləndirməklə aradan qaldırmaq mümkün deyil. Ekspertlərə görə, AMB bu yolu tutub ki, bu da zərərlidir. 

Elə bu səbəbdəndir ki, bəzi məqamlarda dolların manat qarşısında dəyərdən düşməsi ortada oyunun olması düşüncəsinə gətirib çıxarıb. Bəzilərinin qənaətinə görə, hazırkı vəziyyət AMB-nin öz oyunudur və yaxın günlərdə dolların bahalaşacağını yaxşı bildiyindən belə bir varianta gedib. Sabah dollar bahalaşanda da əlində arqument olacaq ki, proses bütün dünyada baş verir. 

Qeyd edək ki, dolların bayram günlərində ucuzlaşma xəbəri də yayılmışdı. Məlum olmuşdu ki, Novruz Bayramı ilə əlaqədar olaraq Azərbaycana gələn turistlərin sayı gözləniləndən iki dəfə çox olub. Bu isə toplam 60-80 milyon dollar arasında pulun ölkəyə daxil olması anlamını daşayıb. Bayramla əlaqədar bankların işləməməsi isə xarici vətəndaşların pullarını dəyişmək üçün «qara bazara» üz tutmalarına səbəb olub. Orada 1 dolların 1,45 manata satıldığı qeyd olunurdu. 
143 -dən səhifə 148