Əlil: "140 manatlıq pensiyaya görə İlham Əliyevə səs verməliyəm?”

2018-ci ilin aprelində keçiriləcək növbədənkənar prezident seçkisinin təşviqat-təbliğat kampaniyası başlamayıb. Buna baxmayaraq, seçkiyə kollektivlər adından dəstək verənlər var. Dəstəkçilər bir sıra dövlət büdcəsindən maliyyələşən, eləcə də nizamnaməsində ictimai təşkilat kimi göstərilən qurumlardır. Onlar hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı çağırış ediblər.

Azərbaycan Həmkarlar Konfedrasiyası prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı 5 fevral sərəncamını imzaladığı gün açıqlama yaydı. Bu çağırışı prezidentin köməkçisi Əli Həsənov həmkarların tədbirində səsləndirdi.

Ardınca yaradıcı birliklər - rəssamlar, yazıçılar və bəstakarlar ittifaqları ölkə başçısının namizədliyini dəstəkləyəcəklərini açıqladılar.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə jurnalistlərin İlham Əliyevə səs verəcəyini ifadə etdi.

Fevralın 14-də isə Azərbaycan Ağsaqqallar Şurası, QHT-lər, dini konfessiya rəhbərləri, Elmlər Akademiyası da oxşar bəyanatlar yaydılar.

Hadı Rəcəbli: Bütün əlillər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləyir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli də aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışdı. O, əminliklə bildirdi ki, əlilliyi olan şəxslərin hamısı İlham Əliyevin yenidən prezident seçilməsini istəyir:

"Biz bu gün keçirilən iclasda əlillərin problemlərini müzakirə edirik. Bu məsələ hər zaman möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısında olub. Ona görə də bütün əlillər istəyir ki, qarşıdan gələn seçkilərdə möhtərəm İlham Əliyev yenidən prezident seçilsin. Cənab İlham Əliyevin yenidən prezident seçilməyi bütün əlillərin ürəyindən olacaq. Çünki bütün əlillərin ən böyük dayağı möhtərəm prezidentimiz İlham Əliyevdir”.

"Nə deyəsən, nağıllar ölkəsində yaşayırıq"

Meydan TV əlilliyi olan insanların sosial şəbəkələrdə yaratdığı qruplarda deputat Hadı Rəcəblinin dedikləri ilə bağlı sorğu keçirib. Deputatın onların adından dediklərinin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını soruşub. 

Əlilliyi olan Mehriban Nadirli deyir ki, nə hazırkı prezident İlham Əliyevin ondan, nə də onun İlham Əliyevdən xəbəri var: "Əgər bizim bir-birimizdən xəbərimiz varsa, Allah Hadı Rəcəbliyə qənim olsun. Məndən bu qədər”. 

Manu Car adlı "Facebook” istifadəçisi isə Hadı Rəcəblinin dediklərinə "Nə deyəsən, nağıllar ölkəsində yaşayırıq”, - deməklə münasibət bildirib.

"Hadı Rəcəbli əlilliyi olan insanlarla məzələnmək istəyir..."

1-ci qrup əlilliyi olan Zaur Hacılı isə deyir ki, bu, Hadı Rəcəblinin onların adından etdiyi ilk çıxışı deyil: "2013-cü ildə Hadı Rəcəbli ucuz və yalan siyasətə başlayanda ona sərt etiraz etmişdik. O, bizim reaksiyalarımızı görüb, özünün ayda bir dəfə əlilliyi olan insanlarla görüş təklifini ləğv etmişdi. Görünür, bu açıqlaması ilə "Ramana təcridxanası”ndakı əlilliyi olan insanlarla məzələnmək istəyir...”.

1-ci qrup əlilliyi olan Təbriz Məcidov isə deyir ki, İlham Əliyevin əlilliyi olan insanlardan, onların yaşayışından, güzəranından xəbəri yoxdur:

"Mən neçə illərdir yaşadığım rayonun icra hakimiyyətinə, eləcə də prezidentə yalvarıram. Deyirəm ki, mən birinci qrup əliləm və bir övladım var. Evim yoxdur, heç olmasa, uşağa baxıcı pulu ayırın. Pensiyam buna yetmir. Heç məni sayan da yoxdur”.

"Mənim əvəzimə səs verəcəyinə görə Hadı Rəcəbli əmin danışır"

Əlilliyi olan Sabir Məhəmmədov isə sual edir ki, Hadı Rəcəbli onun kimi insanların hansının şəraiti, durumu ilə maraqlanıb:

"Bəs indi nə haqla bizim adımızdan danışa bilir? Düzünü deyim, səsvermə günü bülleteni də evə gətirmirlər ki, səs verim. Səsvermə məntəqəsinə isə gedə bilmirəm, çox uzaqdır. Hər halda, özləri adımdan istədikləri adama səs verirlər. Ona görə Hadı Rəcəbli belə əmin danışır”.

Qurban Həsənov deputatın onların adından danışmasına qəzəblənib: "Hadı Rəcəbli kimdir ki, bizim adımızdan, bizim əvəzimizə danışıb?”

"Hadı Rəcəbli, sən sus, söz verəndə danışarsan"

Fərid Balaşov deputatın çıxışına baxanda "Yol Əhvalatı” filmini xatırladığını deyir:

"Filmin bir kadrı canlandı gözümdə. Demək istəyirəm ki, Hadı Rəcəbli, sən sus, söz verəndə danışarsan”.

Çingiz Günəş adlı istifadəçi isə deyir ki, millətin, əlilliyi olan insanların yerinə kimsə vəkillik etməsin: "Elə biz belə insanların əlindən çəkirik, nə çəkiriksə. Yalan danışır”.

"140 manatlıq pensiyaya görə İlham Əliyevə səs verməliyəm?"

Tofiq Nəzərov da deputatın dediklərinin yalan olduğunu söyləyir. Deyir, bu gün cəmi 140 manat pensiya alır, onunla dolanmaq çətindir:

"Həmin pula 2 uşaqla, kirayədə yaşayıram. Buna görə utanmaqdansa, əlilliyi olanların adından danışır. Hadı Rəcəblinin dediklərı yalandan başqa bir şey deyil. Şəxsən mən elə bir şey istəmirəm”.

Damla Cəbrayılova deyir ki, nəyə görə İlham Əliyevin prezident olmasını istəməlidir? 140 manat verdiyi pensiyaya görə?

"Bununla dolana bilmirik. Ağrıdan-acıdan bir təhər olmuşuq. Niyə eyni səhvi edək ki?”

"Bizim adımızdan fikir bildirmək hüququnu Hadı Rəcəbliyə kim verib?”

Sevinc Zeynal sual edir: "Bütün əliliyi olanların adından fikir bildirmək hüququnu Hadı Rəcəbliyə kim verib? Öz şəxsim adına deyə bilərəm ki, mən İlham Əliyevin yenidən prezident seçilməsini istəmirəm. Sosial siyasətdən bəhs edən cənab prezident heç bilirmi ki, əlilliyi olan şəxslərə heç bir sferada güzəşt olunmur? Dövlət Sosial Müdafiə Fonduna 10 gündü sorğu göndərmişəm, cavab gəlmir, amma VÖEN-im olduğu üçün sığorta tələb edirlər. Hərçənd dəfələrlə izah etmişəm, 2018-ci il başlayandan gəlirim olmayıb”.

Təranə Şövkət isə "məncə, hərə öz adından danışsa yaxşıdır”, - deyir.

"Yalan danışmaq bunların qanına işləyib"

Elçin Cəlil Hadı Rəcəblinin dediklərinin onun fikirləri ilə üst-üstə düşmədiyini söyləyir: "Sadəcə məsələ budur. Yalan danışmaq bunların qanına işləyib. Başqa da heç nə”.

"Normal dövlətlərdə hakim partiyaların namizədinin belə dəstəklərə ehtiyacı olmur”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli təbliğat-təşviqat kampaniyası başlamamış kollektiv dəstəkləmələrin, kimlərinsə adından açıqlamalar vermənin sovet siyasi sistemindən qaldığını deyir:

"Bir tərəfdən sovet ənənələri saxlanılır, digər tərəfdən də guya çoxpartiyalı sistemdir, alternativ namizədlər var, sərbəst toplaşmaq, ifadə azadlığı üçün şərait yaradılıb. Amma bütövlükdə prosesin özü imitasiyadan başqa bir şey deyil. Normal dövlətlərdə hakim partiyaların namizədinin belə dəstəklərə ehtiyacı olmur”.

Fevralın 13-də isə Milli Məcisdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir:

"Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reablitasiyası və məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərliyinin təmin edilməsi və digər məsələlər əksini tapıb” .

Almaniyada yaşayan həmvətənlərimiz Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı aksiya keçirməyə hazırlaşır. Aksiya təşkilatçılarından biri Anar Orucov bu barədə facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, aksiyası paytaxt Berlindəki Ermənistan səfirliyinin qarşısında baş tutacaq: ” Bildiyiniz kimi 26 fevral erməni silahlı dəstələrinin, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda mülki əhaliyə qarşı soyqırəm həyata keçirməsinin növbəti anım günüdür. Azərbaycanın müasir tarixinin bu dəhşətli faciəsi zamanı 3 min sakindən şəhəri tərk etmək imkanı və doğma yurdu qoyub getmək istəyi olmayanların hamısı amansızcasına qətlə yetirilib. Belə ki, şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca olmaqla xüsusi qəddarlıqla soyqırıma məruz qalıb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək onlara alçaldıcı işgəncələr verilib, 197 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb”.

A.Orucovun sözlərinə görə, Avropada Qarabağdan qaçqın düşən xeyli həmvətənimiz yaşayır:  “Keçirəcəyimiz etiraz asksiyasında Avropada təşkilatlanmış və təşkilatlanmaqda olan siyasi təşkilatlar, siyasi partiyaların təmsilçiləri və üzvləri, jurnalistlər, QHT nümayəndələri, tələbələr, həkimlər, iş adamları və Qarabağdan qaçqın düşən həmvətənlərimiz iştirak edəcək”.

Qeyd edək ki, etiraz aksiyası 26 fevral saat 15. 00-da Ermənistan Respublikasının Berlindəki səfirliyinin qarşısında baş tutacaq.

"Gün gələcək hər birinizdən hesab sorulacaq”

"Baş Prokurorluq iddia edir ki, 2017-ci ilin aprel ayında Bakı İstintaq Təcridxanasında həyatına müəmmalı şəkildə son qoyulmuş siyasi məhbus, blogger Mehman Qelenderovla bağlı cinayət işinin icraatına cinayət hadisəsi olmadığına görə xitam verilib”.

Meydan TV xəbər verir ki, bunu Facebook səhifəsində hüquq müdafiəçisi Oqtay Gülalıyev yazıb. 

O, vurğulayıb ki, "təsəvvür edirsinizmi Heydər Əliyevin heykəli önündə tək başına aksiya keçirdiyinə görə insanı narkotika ittihamı ilə şərləyib həbs edirlər, ağır işgəncələr verirlər, "sən həbsxanadan salamat çıxmayacaqsan” deyə xəbərdarlıq və təhdid edirlər, sonra həyatına son qoyurlar”.

O.Gülalıyev xatırladıb ki, M.Qələndərovun nəşini yaxınlarına verməyib gizlicə dəfn ediblər.

"Sonra da deyirlər ki, adamın ölümündə cinayət hadisəsi olmadığına görə görə cinayət işinə xitam verilir. Bir nəfərimizin də qanını belə batırmaq istəyirlər. Amma batmayacaq. Gün gələcək həyatını qaraltdığınız, ömrünə son verdiyiniz Mehmanlarla, Elmarlarla, Rasimlərlə bağlı sizlərin hər birindən hesab sorulacaq. Etdiyiniz cinayətlərə görə. Mən buna adım kimi əminəm!”

Həbsdə olan siyasi fəal Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında aprelin 28-də saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.

Mehman Qələndərov bloger fəaliyyəti ilə məşğul olub. 2016-cı ildə Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən "Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o heykəl önünə gedərək, "heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra 7 fevral 2017-ci ildə narkotika ittihamı ilə həbs olunub.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun Mehman Qələndərovla bağlı bəyanatında deyilir ki, "müəmmalı ölümündən xeyli müddət keçməsinə, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi tərəfindən ölüm faktının səbəblərinin obyektiv araşdırılması haqda çağırışlara baxmayaraq, hökumət bu istiqamətdə yetərli addımlar atmayıb”.

Cümə axşamı, 15 Fevral 2018 00:00

İsmayıllıda dəhşətli ölüm

Yazan

İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: “Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: “Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim”. İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: “Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: “Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim”.

Xeber.info

Cümə axşamı, 15 Fevral 2018 00:00

İlham Əliyev 14 fevralda sərəncam imzalayıb

Yazan

Rüfət Bünyat oğlu Rüstəmzadəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı 14 fevralda sərəncam imzalayıb.

Qeyd edək ki, R.Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. O, 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

Xeber.info

Cümə axşamı, 15 Fevral 2018 00:00

Suriyada 15 rusiyalı ölüb

Yazan

Suriyanın Deyr Əz-Zor vilayətində, Təbiyə Cəzirə yaşayış məntəqəsində yerləşən silah-sursat anbarının partlaması nəticəsində özəl hərbi şirkətin əməkdaşı olan 15 rusiyalı ölüb.

Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

“ÖHŞ-də çalışan 15 rusiyalı silah-sursat anbarında baş vermiş partlayış nəticəsində həlak olub”, - deyə Britaniya qəzeti təşkilatın rəhbəri Rami Abdül Rəhmandan sitat gətirib.

Qeyd olunur ki, arsenal suriyalı hərbçilərin silah-sursat ələ keçirməyə çalışdığı vaxt tələ tipli minanın işə düşməsi nəticəsində partlayıb. 

Xeber. info 

Xeber.info Türkiyə mediasına istinadən xəbər verir ki, Vasat camaatının rəhbərlərindən olan Şahmərdan Sarı Hoca adlı sünni şeyxi İraq Kürdüstanından Türkiyəyə geri qaytarılıb. O bəzi ittihamlarla Türkiyədə axtarışda olub. Şahmərdan Sarı Hoca Türkiyədə "28 Fevral olayları" zamanı 12.5 il həbs cəzası almış, bir müddət sonra İraq Kürdüstanında həbs olunaraq oradakı həbsxanalarda 3 il 6 ay idi saxlanılırdı.

Tərəfdarları onun Fətullah Gülən əleyhdarı olduğuna görə, hədəfə tuş gəldiyini bildirirlər. Lakin rəsmi açıqlamalara görə, o silahlı qruplaşma yaratmaqda ittiham edilir.

Türkiyənin istəyilə İraq Kürdüstanı onu Türkiyəyə ekstradisiya edib. Məhkəməyə çıxarılan Şahmərdan Sarı Hoca barsində həbsqətiamkan tədbiri seçilərək Metris qapalı tipli həbsxanaya göndərilib. Onun məhkəməsinin yenidən keçirilməsi və azad edilməsi üçün sosial şəbəkələrdə kampaniyalara start verilib.

Xeber.info

“Prezident, parlament, bələdiyyə seçkiləri və refrendumlar seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub. Beynəlxalq təşkitlatlar hər dəfə seçki sahəsində irəliləyişlərin əldə olunduğunu qeyd edirlər “. 

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə, “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev bildirib.

Z. Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir: “Seçkilərin demokrati k və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb. “.

Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: “Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15 il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar”.

Xeber.İnfo

Xarici işlər naziri Elmar Məmmədyarov 16-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedəcək.

 XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində nazirin Münhen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Xeber.İnfo 

Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.

Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 aydan çox olmamaq şərti ilə müalicə üçün 2 000 manatdək maddi yardım ediləcək.

Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.(Apa)

20 -dən səhifə 181