İsrail Fələstin xalqına qarşı irqi ayrı-seçkilik edən aparteid rejimi bərqərar edib

Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, BMT-nin İsraili ittiham edən hesabatda belə deyilir.

Hesabatın müəllifi BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasıdır (ESCWA). BMT-nin baş katibinin müavini və ESCWA-ın icra katibi Rima Xələfin sözlərinə görə, sənəd İsrailin irqçi dövlət olduğunu isbatlayır.

"Yalnız Beynəlxalq Məhkəmə bu qiymətləndirməni həqiqətən nüfuzlu edəcək", – deyə o, sözlərinə əlavə edib.

Xarici işlər naziri Mevlud Çavuşoğlu Antalya Sənayeçi və İşadamları Dərnəyinin (ANSİAD) təşkil etdiyi yeməkdə Antalyalı iş adamları ilə bir araya gəldi. Burada təəccüblü açıqlamalr verən Çavuşoğlu “o gecə Hollandiyanın səfirlik vəkilini nazirliyə çağırıb, qulağından tutub hücrəyə atardıq” dedi.

Çavuşoğlu çıxışında Hollandiya və Almaniya ilə yaşanan problemlərdən ölkələrin vətəndaşlarını ayrı tutduqlarını, Hollandiya və Almaniya vətəndaşlarını dost olaraq gördüklərini söylədi. “Hal-hazırda onsuz da Almaniya ilə ciddi bir problemimiz yoxdur, problemi keçdi” deyən Çavuşoğlu, Berlindəki turizm sərgisi əvvəlində keçirilən görüşlərdə müəyyən bir nöqtəyə gəldiklərini qeyd etdi.

Gərginliyin artmasını istəmədiklərini, ancaq nə Almaniya, nə də Hollandiya ilə yaşanan gərginliklərin heç birinin səbəbinin özləri olmadığını deyən nazir: “Əslində bu, Avropanın içinə düşdüyü vəziyyətin bizə də əks olunmasıdır. Nədir bu vəziyyət? İrqçilik, əcnəbi düşmənliyi, İslam əleyhdarlığı, Türk əleyhdarlığı, mühacir əleyhdarlığı, yəni Avropanı birləşdirən dəyərlərin hamısını eroziyaya uğradacaq şəkildə ifrat nöqtəyə gəlindi ” dedi.

Ticarət əlaqələri ilə bağlı heç kimi təhdid etmədiklərini vurğulayan Çavuşoğlu, yalnız Almaniyanın keçən il Türkiyəyə 6 milyard avroluq avtomobil satdığını dilə gətirdi. Nazir: “Ticarət başqa, iş adamlarının nə günahı var? Hollandiyadakı iş adamlarının bir günahı yoxdur ki. Hollandiyada bu anda eyni faşist xəttə gələn partiyaların, hökumətin “bir az daha Vildersdən səs ala bilərəmmi?” populizmi qəbul edilə bilməz. Haqq, demokratiya, azadlıqlar adına qəbul edilə bilməz. Əgər biz də Türkiyə Respublikası olaraq onlar kimi hüquqsuzluğa düşsəydik, qarşılıqlılıq güdsəydik, o gecə Hollandiyanın səfirlik vəkilini nazirliyə çağırıb, qulağından tutub hücrəyə atardıq ” dedi.

Sumqayıtda intihar hadisəsi baş verib.

Şəhər sakini Adıgözəlov Sabir Dadaş oğlu Sumqayıtda yerləşən 38 saylı orta məktəbin həyətində özünü asaraq intihar edib.

Bildirilir ki, S.Adıgözəlov orta məktəbdə idman müəllimi işləyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.( Lent.az)

Əli Əliyev: “Prezident növbəti iqtibasları seçən zaman Azərbaycan reallığına söykənsə, daha düz etmiş olar”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində prezident İlham Əliyevin Parisdə səsləndirdiyi “Bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan?” ifadəsini dünya və Azərbaycan təcrübəsi üzrə dəyərləndirib:

“Dünən, Parisdə görüşü zamanı Prezident Əliyev, guya Azərbaycan deyimi olan "Ağıllısansa, niyə pulun yoxdur" ifadəsini ermənilərə rəğmən işlədib. İqtidarın nəzarətində olan mətbuat şəbəkəsi bu şüarı dərhal rəsmi səfərin kredosuna çevirdi. 
Ermənilərə qarşı istənilən ranqlı vətəndaşımızın işlətdiyi aşağılayıcı ifadələri bölüşürəm. Çünki haylar bizim inkişafımızın qarşısını alan ən ciddi ünsür, bizə qarşı daha iri düşmənlərimizin istifadə etdiyi alətdirlər.

Hörmətli Əliyevin işlətdiyi ifadənin isə mənası və coğrafiyası daha dərin və genişdir. Beləki, bu deyim amerikalıların zərb məsəlinə çevrilmiş bir aforizmdir. Çünki ABŞ yarandığı gündən imkan və arzuların siyasi coğrafiyasıdır. Onun təməli mübarizə və rəqabət üzərində qurulmaqla yanaşı, zəhməti və intellekti yüksəkdə tutmaq həmin cəmiyyətin əsas prinsipidir. 

Amerika bu səbəbdəndir ki, cəmi 300 ilə dünya liderinə çevrilib. Atası Keniyada doğulmuş birinin, ABŞ prezidenti seçilməsi cəmiyyətin ağıl və təşəbbüsə verdiyi dəyərdən irəli gəlir. Qanunlara sayğıdır ki, Obama ən parlaq imkanları zamanında qanunları deyil, idarəçilikdəki özünü dəyişməyi üstün tutdu. 

Bu qanadlı misalı icad etmiş cəmiyyətdir ki, oradakı milyarderlər "göylə getmir", parıltıya qaçmır, mənzilinə qızıl aksessuarlar almır, daha sadə həyata üstünlük verirlər. “Facebook”un qurucusu Tsukerberq orta klass avto sürməklə, cins və boz maykadan başqa geyimdən istifadə etmir. “Forbes” 5-liyində möhkəm qərarlaşmış, 80 milyarda qədər şəffaf varidatı olan Uorren Baffet 60 il əvvəl aldığı, diqqət çəkməyən kiçicik bir evdə yaşayışını davam etdirir.

Aforizm müəllifi olan amerikalılar, rasional düşünmə və yaşayışın etalonu sayılmalıdırlar. Ona görə ki, orada mağara hissi rudimenti olan traybolizm, korrupsiya, dövlət reketi və s bu kimi geri qalmış reflekslər dövlət siyasətində tətbiq edilmir. 

Yeni seçilmiş Trampın da komanda üzvləri, bizim ölkə başçısının ətrafındakılar kimi milyarderlərdir. Lakin bir fərqlə- onların aktivləri milyardlarla ölçülsə də, onlar pulu şəffaf qazanıb, oğurlamayıblar. Ona görə onlar Prezident Əliyevin təbirincə, "Ağıllı” sayılmalıdırlar. Təmsilçimizin komandasında isə bir nəfər də tanımıram ki, pulu ilə kəkələnsə də, o puldan vergi versin və şəffaf həyat sürsün. Onlar ağıllı deyil, "xəzinə oğrusu" adlandırılsa, daha düzgün olar. Oğurluq ağıl tələb etmir, abırsızlıq və mənəviyyatsızlıq istəyir. 

Bu səbəbdəndir ki, Prezidentin Fransada səsləndirdiyi fikri Azərbaycana tətbiq etmək yanlışdır. Bizdə "varlı olmaq üçün" başqa keyfiyyətlər zəruridir- milləti əzmək, talançılıq, qanunlara sayğısızlıq, tarixi məsuliyyətsizlik, yalançılıq, əyilmək, "quyruq bulamaq" və s bu kimi keyfiyyətlər toplusu gərəkdir. Gördüyünüz kimi, bu keyfiyyətsizliklərin heç biri ağılla əlaqəli deyil. 
Hesab edirəm ki, Prezident Əliyev növbəti iqtibasları seçən zaman Azərbaycan reallığına söykənsə, daha düz etmiş olar. Çünki plagiat müəllifə heç yerdə uğur gətirməz, o ki, qalmışdı siyasət ola...”

Bir neçə dəqiqə əvvəl Bakı metrosunda problem yaranıb.

Bu barədə  sərnişinlər məlumat verib. Həzi Aslanov istiqamətində hərəkət edən qatar “28 May-Gənclik” stansiyaları arasında tuneldə dayanıb.

Sərnişinlər təxliyyə olunub.

QHT Şurası haqqında yazılanlara aydınlıq gətirildi

Bir neçə gün əvvəl AFN-də “QHT Şurasına ayrılan vəsaitlərlə bağlı araşdırma-şok faktlar” sərlövhəli yazı dərc edilib. Yazı Şuranın rəsmi cssn.gov.az və dövlət satınalmalarının reyestr məlumatlarının yerləşdirildiyi tender.gov.az saytındakı rəsmi rəqəmlərə və informasiyalara əsaslanaraq hazırlanıb. Araşdırma zamanı qarşımıza çıxan çoxsaylı faktlardan biri də 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi tenderin qalibinin kimliyi ilə bağlı idi.

Onu da qeyd edək ki, araşdırmamız zamanı yaranan suallarımızı QHT Şurasının rəhbərliyinə açıq formada ünvanlamışdıq. Səbəb isə qurumun mətbuat xidmətinin rəhbəri Elməddin Behbudun bundan öncəki sorğumuzu təqdim etdikdə bizi qərəzdə, qeyri-obyektivlikdə, hətta qeyri-peşəkarlıqda suçlaması idi. Məhz bu səbəbdən də qanunvericiliyin bizə tanıdığı hüquqdan yararlanaraq yazıda açıq suallar qoyduq, o cümlədən də F.Qurbanovun adının Şuranın tenderlərində qalib gəlmiş şəxs kimi rəsmi reyestr məlumatlarında keçməsi məsələsini.

Yazı dərc edildikdən sonra F.Qurbanov redaksiyamızla əlaqə saxlayaraq, adının tenderin qalibi siyahısında olmasının mümkünsüz olduğunu bildirdi. Sonradan F.Qurbanov adının reyestrə texniki xəta ilə düşə biləcəyini deyərək bizi araşdırma aparmaq üçün Şuraya dəvət etdi. Onun təşəbbüsü ilə yazının müəllifi olaraq Şurada oldum və mənə sözügedən tenderdə qalib gələn şəxsin kimliyini sübut edən sənədlər təqdim edildi. Sənədlərdən məlum olur ki, həmin tenderin qalibi fiziki şəxs Hüseynov Yaşar Allahverdi oğludur. Həmin şəxsin adına Vergilər Nazirliyinin bazasında aktiv VÖEN-in olmaması da tərəfimizdən aydınlaşdırıldı. Təbii ki, 2013-cü ildən bəri ötən 4 il ərzində adıçəkilən şəxsin VÖEN-ini ləğv etdirməsi və ya dondurması hüququnun olduğunu da normal qəbul edirik.

Fərasət Qurbanov görüşümüz zamanı bildirdi ki, reyestr məlumatlarındakı yanlışlığı aradan qaldırmaq üçün müvafiq addımlar atılmaqdadır. Şura Katibliyinin rəhbəri həmçinin adı ilə bağlı olan yanlışlığı aşkarladığımız üçün bizə minnətdarlığını da bildirdi.

Şurada olarkən media ilə qarşılıqlı hörmətə əsaslanan açıq və peşəkar əməkdaşlıq mühiti haqda müzakirələrimiz oldu. Bir məsələni də qeyd edək ki, Şurada sənədlərin səliqəli şəkildə arxivləşdiyi, lazım olan sənədlərlə tanışlıq imkanının yaradılması faktı ilə rastalşdım ki, bunu da öz növbəsində qurumun fəaliyyətinin açıq və şəffaf olmasının göstəricilərindən hesab etmək olar. Şuranın fəaliyyəti ilə bağlı məni maraqlandıran suallar dəqiq və ətraflı şəkildə cavablandırıldı. Araşdırmanın müəllifi kimi, F.Qurbanovla bağlı rastlaşdığım yuxarıda qeyd olunan faktı əvvəlcədən qarşı tərəflə aydınlaşdırmadan dərc etdiyim üçün üzr istəmək mənim öncə jurnalist, sonra isə bir insan olaraq borcumdur. Ümid edirəm ki, bundan sonrakı əməkdaşlığımızda da Şuraya ünvanladığımız suallar cavablandırılacaq və bununla əməkdaşlıq münasibətlərimiz daha da dərinləşəcək.(
afn.az)

Bakıda meyiti tapılan şəxsin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyitinin aşkar edilməsi barədə məlumat yayılmışdı. O, xalq şairi Fikrət Qocanın oğludur.

Azərbaycan hakimiyyətinin uzunmüddətli iqtisadi-strateji siyasətində turizmin inkişaf etdirilməsi xüsusi önəm daşıdığından hər il meşəçilik təsərrüfatına milyonlarla vəsait xərclənir.

2017-ci ilin dövlət büdcəsindən də meşəçilik təsərrüfatının inkişafına kifayət qədər böyük vəsait ayrılıb. Belə ki, bu il dövlət meşəçiliyə 13 milyon manata yaxın vəsait sərf edəcək.

Ancaq bütün bunlara baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu vəsaitlərin xərclənməsində, xüsusən də meşəçilik təsərrüfatında çox ciddi şübhəli məqamlar var.

AzToday.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2015 və 2016-cı illərdə meşəçilik təsərrüfatında görülmüş işlərin hesabatına nəzər yetirərkən kifayət qədər şübhə doğuracaq məqamlar var.

Belə ki, Nazirliyin 2015-ci ilə aid rəsmi hesabatında yazılır ki, “2015-ci il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10141 hektar ( 1!) sahədə meşəbərpa tədbirləri görülüb ki, bundan 2635 hektar plan-proqnoza qarşı 2636 ( 1!) hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 4310,4 min ədəd ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 32546,4 hektar sahədə xidmət, 33224,6 hektar sahədə suvarma, 2576,85 hektar sahədə torpaq hazırlığı işləri, 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 175078,5 kq toxum tədarük edilib.”

Rəsmi hesabatdan da göründüyü kimi, burada çox ciddi suallar doğuracaq məqamlar var. Məlumdur ki, adıçəkilən müəssisənin 10140 hektar plan- proqnoza qarşı 10141 (?!) hektar ərazidə gördüyü meşəbərpa işləri və 2635 hektar plan-proqnoza qarşı 2636 (?!) hektar sahədə aparılan əkin-səpin işləri müxtəlif ərazilərdə aparılıb. Onu da nəzərə alsaq ki, Azərbaycanın meşə massivləri əsasən dağlıq relyeflərdə yerləşir, o zaman məsələ daha da qəlizləşir və ortaya bir sıra vacib suallar çıxır.

1.Nazirlik niyə açıq hesabatında rəqəmlərlə yanaşı görülən işlərin hansı ərazilərdə aparıldığını qeyd etməyib?

2.Nazirliyin meşə təsərrüfatında görülən işlərin qiymətləndirilməsini hansı təşkilat həyata keçirib?

3.Niyə hər iki – meşəbərpa və əkin-səpin- plan-proqnozda qarşıya qoyulan öhdəlik məhz 1 (!!!) hektar artıq görülüb?

Nazirliyin 2016-cı ilə olan hesabatında göstərilən rəqəmlər isə 2015-ci ildə verilən rəsmi hesabatda göstərilən rəqəmlərdən ciddi fərqlənmir. Belə ki nazirlik 2016-cı ildə meşəçilik təsərrüfatının hesabatında yazır:” 2016-cı il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 ha qarşı) meşə əkini və səpini işləridir”. Hesabatın bir cümləsində göstərilən 4 rəqəmin ikisi ötən 2015-ci ilin hesabatındakı rəqəmlərin eynisidir. Belə ki, 2015 və 2016 cı illərdə nazirliyin qarşıya qoyduğu PLAN-PROQNOZun rəqəmi- 10140 hektar nədənsə heç dəyişmir. Bundan əlavə meşə əkini və səpini işlərində də qarşıya qoyulan plan proqnoz ötən ilki ilə eyni- 2635 ha təşkil edir. 2015-ci ildə hər iki plan-proqnoz 1 hektar artıqlığı ilə yerinə yetirilmişdisə, bu il, hər iki plan-proqnoz 11 (!!!) hektar artıqlığı ilə yerinə yetirilib.

Ekologiya nazirliyinin siam əkizləri xatırladan rəsmi hesabatlarından haqlı sual ortaya çıxır.

1.Meşəçilik təsərrüfatının qarşısına qoyulan plan-proqnozun həcmini hansı qurum müəyyənləşdirir?

2.Planlaşdırılan plan-proqnoz nədən iki il dalbadal (2015 və 2016-cı illər) eyni rəqəmləri təşkil edir?

3.Meşəbərpa və əkin-səpin işləri üzrə müəyyənləşdirilən plan-proqnoz 2015-ci ildə nazirlik tərəfindən hər iki sahə üzrə 1 hektar (!!!), 2016-cı ildə isə 11 hektar(!!!) artıqlaması ilə yerinə yetirilib. Başqa-başqa sahələrdə əlavə görülən işlərin bu qədər dəqiq, eyni, oxşar aparılmasında məqsəd nədir?

Göründüyü kimi suallar nazirliyin hesabatının məntiqindən (daha doğrusu məntiqsizliyindən) yaranan suallardır.

Qeyd edək ki, Azərbaycan bölgələrinin hər bir meşə ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan yeni ağacların yetişdirilməsi üçün “tinglik” deyilən iri sahələrdə nadir və müxtəlif ağaclar yetişdirilir. Əslində heç də pis hal deyil. Lakin bu işdə də şəxsi maraqlar ön plandadır.

AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlət büdcəsinin talanmasının ən unikal variantını illər öncə tapıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti sən demə yarandığı tarixdən Hüseynqulu Bağırovun xidmətində olub və qısa bir zamanda ETSN şefinin şəxsi büdcəsinə milyonlarla vəsait gətirib. Məlumatlarda xüsusilə vurğulanır ki, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun «vəsait silmək» üçün əsas qurumlarından biri hesab olunur.

Yeri gəlmişkən qeyd edək ki, «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC – nin əsas işi ölkədə, xüsusən də magistral yollar boyunca yaşıllaşdırma işləri aparmaq və yeni meşə landşaftları yaratmaqdan ibarətdir. Yaşıllıqların salınması, bərpası və artırılması, müvafiq infrastrukturların inkşafı, eyni zamanda qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistiral avtomobil yollarında meşə zolağının salınması və mühafizə olunmasında ASC-nin xidmət sahələrinə aiddir. Səhmdar Cəmiyyətin tərkibində 10 yaşıllaşdırma və 5 istismar idarəsi fəaliyyət gösətərir. Bunlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 11, 12 saylı Yaşıllaşdırma İdarələri, həmçinin İstisaslaşmış Kompleks Mexanizasiya İdarəsi, Suvarma Sistemlərinin Quraşdırılması və istismar İdarəsi, “Bağlı Qurunt Şəraitində örtüklü Kök Sistemli Tinglik” İdarəsi, Xəzər Suyunun Duzsuzlaşdırılması idarəsi, Kür-Boyu və Digər Yaşayış məntəqələrində içməli suyun Ekoloji Standartlara Nəzarət və Təminat Mərkəzi idarələridir.

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, faktiki olaraq yol boyu ağac əkən bu qurum hər il milyon manatlarla dövlət vəsaitini göyə sovurur. Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetində ayrılan vəsaitlərin bir qayda olaraq «silindiyini» bildiklərinə görə son 3 ildə quruma ayrılan vəsaitlər bir neçə dəfə azaldıb. Mənbə qeyd edir ki, 2012 – 2013 cü illərdə ASC-yə ayrılan 2 milyon manata yaxın vəsait (2012-ci ildə 1,4 milyon, 2013-cü ildə 550 min manat) yaşıllıqların salınması, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinə, boruların, aksesuarların, maşın avadanlqıların və digər cari xərclərə sərf olunub.

Yol qırağında əkilən ağacların alınması və əkilməsində də «Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu» ASC-nin nazirliyin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq qiymətləri fantastik dərəcədə şişirdərək mənimsəmələrə yol açdıqları bildirilir. ASC-nin yol qırağında əkdiyi ağacların çoxusu quruduğuna görə hər il yeni ağac və kollar əkilir. Bu isə il ərzində yenidən milyonların mənimsənilməsinə yol açır.

Eyni zamanda yaşıllaşdırma idarələrində çoxlu sayda işçilər var ki, onların sadəcə işdə adları gedir və hər ay əmək haqqlarını idarə rəisləri alır.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Çərşənbə axşamı, 14 Mart 2017 00:00

Hacı Zeynalabdin Tağıyevin qəbrinə məktub

Yazan

Eşitmişəm ki, Sovet dövründə Leninin qəbrinə məktub yazmaq dəbdə imiş. Məmur özbaşınalığına tuş gələn vətəndaş Leninin qəbrinə şikayət yazırmış. İnsafən, Lenin də dərhal cavab verirmiş. Qudruğu dövlətin ən ucqarda yaşayan vətəndaşını belə cavabsız qoymur, problemlərinin həlli üçün əlindən gələni edirmiş.

Bu günlərdə də Ağdam rayonunun bir kəndində tarix müəllimi işləyən, Qarabağ uğrundan gedən savaşlarda iştirak etmiş İntiqam Əsədov xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin qəbrinə məktub yazaraq, mərhumdan bir xahişdə bulunub. Tarix müəlliminin məhrum Hacıya ünvanladığı məktubu dərc edirik:  

"....Axşamın xeyir, ay Hacı. Əvvəl-əvvəl hamınızın ruhuna bir "Salavat" xətm eləyir və Sizə Allahdan rəhmət diləyirəm. Sual eliyə bilərsən ki, xeyirdimi gecənin bu vaxtı məni yad eləməkdə? Amma, səni biz tarix müəllimləri həmişə - V sinifdən XI sinifə kimi yad edirik. Bakıya çəkdirdiyin Şollar suyu, açdırdığın kişi və qadın gimnaziyaları, ticarət gəmiçiliyi, Muğanda tikdirdiyin toxuculuq fabriki, pulunla oxutdurduğun azərbaycanlı uşaqlar, neft buruqları, hətta Cənubi Azərbaycandakı Səttar xan hərəkatına dəstəyin, Pakistanda xəstələrə pul yardımın, İmama Hüseynin türbəsinə bağışladığın çilçıraq, hamısı tərəfimizdən yad edilir və ehtiramla xatırlanır. Şəxsən müraciət etməkdə məqsədim odur ki, iki il 6 aya dizlərim üstündə Azərbaycan tarixində özünəməxsus yeri olan Qacarlar sülaləsinin davamçısı məşhur Ağa Məhəmməd şah Qacara həsr olunan "Ağa Məhəmməd şah Qacar" kitabını fars dilindən tərcümə etmişəm. Ancaq çap etdirməyə maddi imkanım çatmır. Kitab tarixi məlumatlarla zəngindir ki, bizim tarix kitablarında bunlar yoxdur. Səndən iltimasım odur ki, imkan olsa bizim bəzi tanıdığın və sözünü eşidən varlıların yuxusuna gir və büründüyün ağ kəfəni onlara göstər ki, mən də bura 12 metr ağdan başqa bir şey gətirmədim. Amma bütün ölkə xeyriyyəçiliyimə görə mənə rəhmət oxuyur. Və mən həmin rəhmətlərin örtüyündə cəhənnəm alovunun tutmadığı cənnət məkandayam. Siz də o biçarə müəllimin kitabının çapına kömək edin, qoy millətimiz savadlansın, öz tarixi barədə məlumatlansın. Bəlkə hansısa sözünü eşitdi. Hamısı kafir deyil ha. Ayrı heç bir təvəqqəm yoxdur. Özündən muğayat ol. Ölüsü çox dirilərdən dəyərli insan. Allah sizə rəhmət eləsin!"

Xeber.İnfo

21 -dən səhifə 146

Günün videosu