11 apreldə keçiriləcək prezident seçkisinə hazırlıq gedir.

Prezidentliyə namizədlərin İctimai Televiziyada debatı təşkil edilib.

Martın 21-də prezident seçkilərində iştirak edən namizədlərin ikinci debatı baş tutub. Debatda milli təhlükəsizlik mövzusu mzakirə edilib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Çəlaloğlu debat zamanı ölkədəki anormallıqları ifşa edib:

Dünən “Əliyevlərin Maltadakı pulları batdı” başlıqlı informasiya yayınlanıb. Maltada qətlə yetirilmiş araşdırmaçı jurnalist Dəfnə Qalizia aşkarlamışdı ki, “Pilatus” Bankın depozitlərinin 60%-i Azərbaycandakı rejimə, daha konkret İlham Əliyevin ailəsinə və Kəmaləddin Heydarova məxsusdur. 

Əliyev ailəsi hələ ki, məlumat barədə açıqlama verməyib. Bu hadisə ilk deyil, heç sonuncu da olmayacaq. Əliyev ailəsi iqtidarda olduğu müddətdə bu kimi xəbərləri eşidəcəyik.

Hakimiyyət niyə açıqlama vermir? Birincisi, hökumətin laqeydliyi, heç bir açıqlama verməməsi onu gostərir ki, yayınlanan məlumat doğrudur. İkincisi, Hakimiyyət ona görə açıqlama vermir ki, Azərbaycanı şəxsi obyekti kimi qəbul edir. Öz obyektində baş verən hadisələrlə bağlı açıqlama vermək zorunda olmadığını düşünür. Ona görə açıqlama vermir ki, hesabat verəcək bir cəmiyyət tanımır. Yəni Azərbaycan xalqı tərəfindən seçilmədiyi üçün, xalqın qarşısında öhdəlik götürmədiyi üçün xalq qarşısında hər hansı bir hadisəyə görə açıqlama verəcəyini də düşünmür.

Yeri gəlmişkən növbədənkənar prezident seçkilərində debat-şou izləyirik. İlham Əliyevin başında duran hakimiyyət seçkini o qədər ucuzlaşdırıb ki, cəmiyyət seçki barəsində düşünmür. Seçki ya nağılları xatırladır, ya da yuxu kimi görünür. Bunu hamı görür və bu barədə nəsə yazıb, vaxtınızı almaq istəmirəm.

Qeydə alınmış namizədləri müqayisə etmək fikrindəyəm. Əslində bir namizədi – Sərdar Cəlaloğlunu (Məmmədov) istisna etməklə, digər 7 namizəd Azərbaycan xalqının ən savadsız, ən bacarıqsız və ən çox yaltaq nümayəndələridir. Kimsə düşünməsin ki, namizədlər xalqın içindən seçilib çıxıblar. Hamı onların hansı yolla namizəd olduqlarını yaxşı bilir.

Aparacağım müqayisə 6 yaltaq namizədlə Azərbaycan Respublikası prezidentinin vəzifələrini icra edən İlham Əliyevin arasında olacaq. Əvvəlcədən nəticəni deyim ki, bu namizədlər İlham Əliyevdən savadlı, bacarıqlı və istedadlıdırlar.

1.İlham Əliyev bir gün də siyasi mübarizə aparmayıb. Bəxti gətirib ki, mərhum Heydər Əliyevin oğlu olub. Amma digər namizədlər yaltaq olsalar da, siyasi mübarizə aparıblar. Pis, yaxşı siyasi təşkilat yaradıblar, hətta bəziləri həbsxana həyatından keçiblər. Əliyev hakimiyyəti atasından miras kimi alıb. İqtidarda olduğu 15 ildə də ölkəni siyasətçi kimi deyil, vorzakon kimi idarə edib.

2.Fiziki sağlamlıq baxımından digər namizədlər daha sağlam və gümrah görünürlər. Cənab Əliyevin pis vərdişlərə aludə olması ilə bağlı şayiələr də səngimir. Digər tərəfdən, rabitəsiz və məntiqsiz çıxışları, uyğunsuz davranışları onun hərmənada sağlam olmadığını göstərir.

3.İstedad baxımından da İlham Əliyev geridə qalır. Son 15 ildə kimsə onun ən kiçik fərqlənən davranışını göstərə bilməz. Əksinə bütün davranışı onun istedadsızlığını sübut edir.

4.Mütaliə baxımından da digər namizədlərə uduzur. İlham Əliyevin kitab oxumasını və kitabı sevməsini bu vaxta qədər kimsə deməyib. Amma insaf namimə deyim ki, digər namizədlərin çoxu kitabla yatıb, durur.

5.Xalq arasında dəstəkdə də İlham Əliyev namizədlər arasında ən sonuncu yerdə dayanır. Büdcə təşkilatlarından asılı olan vətəndaşlardan zorla, digərlərindən isə təhdidlə dəstək alınır. Bir gün bu zor və təhdid aradan götürülsə İlham Əliyevə olan nifrət və qəzəb özunu göstərər.

6.İlham Əliyev namizədlərin arasında ən cəsarətsizidir. Bu zamana qədər bir vətəndaşı da qəbul etməyib. Hətta bir jurnalistin qarşısına çıxacaq cəsarəti yoxdur. Artıq dördüncü dəfə prezident olmaq istəyir, lakin heç zaman rəqiblərilə debata gəlməyib. Özü seçdiyi rəqiblərindən də çəkinir. İdarəçilik metodu isə qadın və uşaqlara əzələ göstərməkdir. Çarəsiz vəziyyətdə olan insanları, qadınları və uşaqları əzməkdən zövq alır. Bu xasiyyət isə ancaq qorxaqlara aiddir.

Ölkənin taleyi istedadsız, bacarıqsız, mütaliəsiz və qorxaq şəxsə etibar edildiyi üçün vətəndaşlarımız digər ölkələrə üz tutur, səfil günündə yaşamağa məhkum ediliblər.

cavid

 

 

 

 

 

 

 

 

 

 

 Cavid Cabbarlı

Xeber.İnfo-nun baş redaktoru

Liviyanın keçmiş başçısı Müəmmar Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafi atasının Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin prezident kampaniyasını maliyyələşdirməsi haqqında dəlil və sübutlar göstərməyə hazır olduğunu bildirib. Bu haqda "Report" "Middle East Monitor" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, Seyf əl-İslam Qəzzafi maliyyə vəsaitlərinin Sarkozinin Tripolidəki seçki qərargahının keçmiş başçısı Klod Quanta çatdırılmasının şahidi olub.

Qəzzafinin ailəsi Liviyanın dağılmasında iştirak etdiyi üçün Sarkozinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Xatırladaq ki, martın 20-də hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi martın 21-də axşam sərbəst buraxılıb.

Sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.

N. Sarkozi seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Martın 21-də istintaq orqanları Nikolya Sarkoziyə qarşı ittiham irəli sürüblər. Keçmiş dövlət başçısı Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.

Bura ferma deyil, məktəbdir. Heç ucqar dağ kəndində də deyil.

Bakıdan 47 kilometr aralıda, Sənqəçal qəsəbəsinin Əliquşlaq kənd massivindədir. Nə az, nə çox, düz 30 ildir ki, bu dəmir otaqlar məktəbliləri belə qarşılayır.

Əlihəsən Fərəcullayev- ayaqyolu bax odur. Görünən kəndə nə bələdçi? Müəllim də ora gedir, qız da, oğlan da. Qapısı, pəncərəsi, üstü yoxdur.

Ceyhun Zahidov- Məktəbin vəziyyətini gördünüz də. Müəllimlərdən soruşun, bir şagird bu 10-15 il ərzində universitetə daxil olubmu? Görün, o uşaqlardan adi bir texnikum oxuyan varmı?

Dörd bir yanı dəmirdən olan təhsil ocağında yağışdan sonra elektrik cərəyanının vurma təhlükəsi yaranıb. Ona görə də şagirdlər qaranlıq otaqlarda dərs keçirlər. Məktəbin qazı da yoxdur. Şagirdlər otaqları evlərindən gətirdikləri qızdırıcıyla isidirlər.

İlham Həsənov- Heç bir şəraiti yoxdur. Şərait olmayan yerdə təhsildən söhbət gedə bilməz. Birinci xanıma da, prezidentə də müraciət etmişik. Hələlik, heç bir nəticəsi yoxdur. Uşaqlarım bu məktəbin 8-10-cu siniflərini bitiriblər. Heç bir savadları yoxdur. Adlarını belə yaza bilmirlər.

Kənddən azca aralıda isə Səngəçal terminalı yerləşir. Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan "Şahdəniz”dən gündə təqribən 50 milyon kub metr qaz, 1,2 milyon barrel neft emal olunur. Amma körpələr bu imkanlardan xəbərsizdirlər.

Yaxşı təhsil alsınlar deyə, nə getdikləri yolun uzunluğu, nə də ki, vəziyyətlərini yaxşılaşdıracaq səyləri tükənir. Neft və qaz ölkəsinin insanlarına ürək isidəcək kimsə yoxdur.

Ceyhun Zahidov- Bizi ancaq oğlanlarımızı əsgər aparanda, bir də hansısa seçki keçirəndə yada salırlar.

İllərdir təhsilə, əhalinin sağlamlığına ayrılan milyonlarla pul sanki bu yerlərdən yan keçib. Hələ 2013-cü il seçkilərindəki platformasında prezident İlham Əliyev də elm, təhsil və səhiyyə infrastrukturunun təkmilləşdiriləcəyini vurğulamışdı. Platformanın rəsmi saytında "Biz nələri etdik?", - sualına belə bir cavab da verilib:

"Genişmiqyaslı quruculuq - abadlıq işləri nəticəsində regionların siması əsaslı şəkildə dəyişdi, ən müasir standartlara uyğun sosial - iqtisadi infrastruktur yaradıldı".

Və prezidentlik dönəmində bütün hədəflərin "möhtəşəm zirvə"yə çatdığı vurğulanır. O zirvələrdən bu kəndlərin sakinləri necə, görünürmü?

Qəsəbənin qayğıları bir deyil, iki deyil. Burada tibb məntəqəsi, poçt da yoxdur. Yaxınlıqda yerləşən Sənqəçal terminalından gələn qazın tüstüsü də burada yaşayanların sağlamlıqları üçün zərərlidir.

İradə Hüseynova- Qazın iyi gəlir. Biz ondan xəstəyik, Vallah. Deyirdilər ki, zəhərli qaza görə evlərə pul veriləcək. Heç onu da görmədik. Uşaqlarımız CV yazıblar. Heç işə də çağırmırlar.

Əlihəsən Fərəcullayev- Onun hisini mənim balalarım, nəvələrim udur. Gecə baxsanız, görərsiniz oradan necə zəhərli maddələr gedir. Xəstəlikləri uşaqlarımız, nəvələrimiz oradan tapıb. Terminal tikiləndə qapı-qapı gəzib, dedilər ki, sizləri işlə təmin edəcəyik. Amma bizi işə götürən yoxdur.

Belə yerdə deyərlər, "qızınmadım istisinə, kor olmuşam tüstüsünə..." (Meydan.Tv)

Çərşənbə axşamı, 20 Mart 2018 00:00

Gənc şahmatçımız erməni rəqibini məğlub edib

Yazan

Xeber.İno-nun verdiyi məlumata görə, şahmat üzrə Avropa çempionatı keçirilir. Bu çempionatda Azərbaycanı təmsil edən gənc şahmatçımız Elşad Abdullayev erməni rəqibi Elina Danielianı məğlub edib.

Bu gün Binəqədi rayon polisi bir qrup sahibkarın aclıq aksiyasını zorla dayandırıb. Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onların əməyinə görə ayrılan pulu ödəməsini tələb edirlər.

Aclıq aksiyasının 11 iştirakçısı Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Son olaraq, iş adamları polis idarəsindən buraxıldılar. Amma bununla yanaşı onlara aclıq aksiyasının keçirlməsini qadağa etdilər.

Məsələ ilə bağlı Sumqayıt iş adamlarının vəkili Elçin Sadıqov Xeberman.com-a açıqlama verib. Vəkil bildirib ki, Binəqədi rayon polisinin bu əməlləri tam qanunsuzdur: “Polisin əməlləri qanunaziddir, heç kimin məhkəmə qərarı olmadan şəxsin evinə daxil olmaq hüququ yoxdur. Binəqədi polisinin də aclıq aksiyası keçirilən ünvana gedib sahibkarları hədələməsi və onlara təzyiq göstərməsi vəzifə səlahiyyətlərinin aşması kimi qiymətləndirilməlidir. Baş verən hadisə ilə bağlı biz aidiyyatı qurumlara eləcədə, Baş Prokurorluğa müraciət edəcəyik”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri- Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayılıb. Almaniyada yaşayan blogger Tural Sadıqlı şeyxin Karlovı Varı-dakı mənzil kompleksini görüntüləməyi bacarıb.

AzEuroNews.com-un əldə etdiyi məlumatda isə deyilir ki, şeyx tez-tez Karlovi Varı-ya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır. Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil. Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varı-da yerləşən çex şirkəti Aynur KV-nin sahibidirlər.
Paşazadələrin malik olduqları mənzil kompleksi isə, Karlovı Varı-nın mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan “Imperial Hotel”-in yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşayıblar.
Nəzərinizə çatdıraq ki, Allahşükür Paşazadə 38 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrlik edir. 1949-cu il 26 avqust tarixində Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulan şeyx orta məktəbi bitirdikdən sonra 1966-68-ci illərdə sovxozda fəhləlik edib. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə buranı müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.
1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

Bazar ertəsi, 19 Mart 2018 00:00

Daha bir mühacirin ailəsi basqı altında

Yazan

Almaniyada siyasi mühacir həyatı yaşayan Pərviz Abdullayevin ailəsinə polis tərəfindən təhdid olunub. Siyasi mühacir qardaşı Ramin Abdullayevin təhdid olunduğunu iddia edir. Bu barədə P.Abdullayev Xeber.İnfo-a məlumat verib.

“9 mart 2018-ci il tarixdə valideyinlərimin yaşadığı evə bir polis əməkdaşı mülki geyimdə gəlib. Qardaşım Ramin Abdullayevi çağırıb. Qardaşımla söhbət etdikləri zaman PPX avtomobili onlara yaxınlaşıb. Qardaşımdan əvvəlcə, qohumlarımızın harda yaşamalarını, sonra mənimlə necə əlaqə qurduqlarını soruşublar. Qardaşıma deyiblər ki, Pərvizi kim maliyyələşdirir? O da bilmədiyini söyləyib. Qardaşımı hədələyiblər ki, mənimlə əlaqə saxlayıb sakit oturmağımı, hakimiyyətin əleyhinə nəsə yazmamağımı tələb etsin. Əks halda qardaşımı həbs edəcəklərini bildiriblər. Qardaşim Ramin mənim hərəkətlərimə və siyasi mübarizəmə cavabdeh olmadığını bildirsə də, onlar ailə üzvlərimin başına müxtəlif oyunlar açacaqları ilə təhdid ediblər. Qardaşım mənə səsli mesaj atıb. Bildirir ki, hər an həyatları üçün təhlükə var”.

Bu gün, martın 18-də Rusiyada prezident seçkiləridir.

Səsvermə Moskva vaxtı ilə 8.00-dan başlayıb 20.00-dək davam edəcək.

Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdə fəaliyyət göstərir.

Məntəqələrdə veb-kameraların quraşdırlmasına baxmayaraq seçki kütləvi qanun pozuntuları, saxtakarlıqlarla müşahidə olunur. Pozuntuları əks etdirən bir neçə videogörüntünü təqdim edirik:

Rusiya prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır.

Bunlar Ksenia Sobçak (Vətəndaş təşəbbüsü qrupu), Maksim Suraikin (“Rusiya komministləri”), Pavel Grudinin (Kommunist Partiyası), Boris Titov (biznes ombudsmanı), Sergei Baburin (Ümumxalq İttifaq Partiyası​), Grigory Yavlinsky (Yabloko partiyası), Vladimir Zhirinovsky (Liberal-demokrat Partiyası) və ​Vladimir Putindir (hazırkı dövlət başçısı).

9 -dən səhifə 178