Rövşən Bəşirov: "Ölkənin gələcəyi qaranlıq səma ilə əhatələnib..."

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Rövşən Bəşirovdur.

-         Avropadan Azərbaycan nece görnür,  ilkin diqqəti cəlb edən nələrdir?

-         Azərbaycanı hər hansı bir Avropa ölkəsi ilə müqayisə eləmək mümkün deyil. Arada çöx böyük fərq var. Oxşarlığa gəldikdə isə, nəsə oxşar cəhət tapmaq xeyli çətinləşir. Kifayət qədər, gözəgirəcək səviyyədə fərqlər mövcuddur. Azərbaycan iqtisadiyyatı (iqtisadiyyatsızlığı) ilə Avropnın  inkişaf etməkdə olan iqtisadiyyatını necə müqayisə eləmək olar? Azərbaycanda yumurta yığmaq üçün karton belə istehsal olunmur, neftin pulları sayəsində yol çəkilirsə, buna iqtisadiyyat demək olar?  Əmək haqqlarına baxaq. Avropada 2000 evrodan aşağı əmək haqqı yoxdu. Bu da təqribəm 4000 manata yaxın məbləğ deməkdir. Azərbaycanda isə minimum əmək haqqı 123 manat civarındadır. Ölkə başçısı iddia edir ki, iqtisadiyyatımız 500 faiz inkişaf edib 4, 5 dəfə artıb. Lakin fakt göstərir ki, Azərbaycan vətəndaşı avropalıdan təqribəm 40 dəfə az əmək haqqı alır. Azərbaycan heç bir təbii sərvəti olmayan Ermənistandan geridə qalır. Tibbi sogortanı nümunə göstərə bilərik. Azərbaycan vətəndaşı xəstələnirsə, pulu olmadığı halda ölməlidir. Bu kimi hallar vətəndaşla dövlət və xüsusən hakimiyyət arasında güvənsizlik yaradır. Vətəndaş heç bir halda dövlətə və hakimiyyətə etibar eləmir. Avropa insanı isə bütün halda vətəndaşı olduğu dövlətinə inanır. Birsözlə avropalı ilə dövlətini güclü, qırılmaz güvənc telləri bağlayır. Bu mənada avropalı ilə azərbaycanlının ümidləri fərqlidir. Azərbaycan vətəndaşı sabaha çörək tapa biləcəyinə, övladının qarnını doyurda biləcəyinə ümidsiz olduğu halda, avropalı ən uzaq arzusunu, xəyallarını reallaşdıracağına ümidlidir. Avropalı bütün mənada istədiyini alır, azərbaycanlı isə uşağı üçün ən ucuz oyuncağı almaq iqtidarında deyil. Buna görə də Çin istehsalı olan yararsız şeylər Azərbaycan bazarlarını “bəzəyir” .  Avropalı istədiyinə nail ola bilər, Azərbaycanda isə insanlar istedadlarını göstərməyə belə acizdirlər.

-          Avropa ilə Azərabcyanı fərqləndirən əsas cəhtələr nədir?

-         Azərbaycan neft ölkəsidir, neftin hesabına ölkəyə milyonlar gəlir. Lakin Azərbaycan vətəndaşının həyat səviyyəsi çox aşağıdır. İnsanlar yaşamaq üçün ölüm-dirim mübarizəsi aparırlar. Bir parça çörək üçün Rusiyanın müxtəlif şəhərlərinə və digər ölkələrə səpələniblər. Ölkənin gələcəyi qaranlıq səma ilə əhatələnib, ümidsizlik höküm sürür, vətəndaşlar xilas yolunu başqa yerlərdə arayırlar.

-         İnsanların fərqli cəhətləri nədir?

-         Dediklərim hamısı insanların düşüncə və dünyagörüşlərinə təsir edir. Bu qədər fərqlilikdə əlbəttə ki, avropalı ilə azərbaycanlının düşüncəsi eyni ola bilməz. Yaşayış səviyyəsi və həyata baxış tərzi tam fərqlidir

-         Sizcə Avropa dəyərlərinin əsas üstünlüyü nədir?

-         İnsanlar sözün əsil mənasında azaddır. Bütün hüquqlar dövlət tərəfindən qorunur, azadlıqlar təmin edilir. Yüksək iqtisadi potensial və sabitlik mövcuddur. Təbii ki, yüksək həyat tərzi göz önündədir. Bütün bunların fonunda işlək qanuni mexanizm dayanır. Qanunun aliliyi tam mənada təmin edilib. Avropanı inkişaf edən xətt üzrə qabağa aparan əsas səbəb qanunun hamı üçün eyni olması və aliliyidir. 

Xeber.İnfo

“QHT-lər hakimiyyətin yarıtmaz siyasətinə həqiqət donu geyindirməklə məşğul olurlar ”

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Mətləb Balakişiyevdir 

-         İnkişaf eləmiş ölkələrdə vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələri hökumətə nəzarət edir. Azərbaycanda isə sanki vətəndaş cəmiyyəti mövcud deyil.

 -          Azərbaycanda mövcud hakimiyyət digər sahələr kimi vətəndaş cəmiyyətinin formalaşmasını da iflic edib. Vətəndaş cəmiyyəti deyəndə Qeyri Hökumət Təşkilatları (QHT) nəzərə gəlir. QHT-lər cəmiyyətin inkişafına və hökumətin siyasətinə ictimai nəzarəti təşkil etməlidirlər. Lakin Azərbaycanda tam əksini müşahidə edirk.  Büdcədən ayrılan milyonların silinməsində əhəmiyyətli rola sahib olan QHT-lər var, bir də hər şeydən məhrum edilmiş və həbslərə atılmış yaxud ölkədən didərgin düşmüş QHT-lər. Ancaq hökumətin yanlış siyasətini dəstəkləyən vətəndaş cəmiyyəti kimə lazımdı? Bunlar sanki sabun köpuyünü xatırladırlar. Hökumətə lazım olanda köpüklənirlər, sonra tez bir zamanda yoxa çıxırlar.

 -         Vətəndaş cəmiyyətinin inkişafı üçün nələr edilməlidir?

 -         Bu sahədə bütün maneələr aradan qaldırılmalıdır. Dövlət qeydiyyatından tutmuş ən xırda əngəllərə qədər sərbəstlik yaradılmalıdır. QHT-in dövlət qeydiyyatından keçməsi çox ciddi problemə çevrilib. Qeydiyyat siyasi filtir rolunu oynayır. Hakimiyyəti tənqid edəcək, yaxud sifarişlə işləməyəcək ehtimalı olan şəxslər təqib olunur, təşkilatlar qeydiyyata alınmır və qanunsuz təzyiqlərlə üzləşirlər. Elə təşkilat var ki, 10 ildir dövlət qeydiyyatından keçə bilmir. Cavabı isə çox sadədir - hakimiyyətdən hansısa formada öhdəlik götürmür.  Hakimiyyət bezdirici cavablarla cəmiyyətin aktiv fərdlərini uzaqlaşdırır, əks halda həbslərə qərəd təhdid edir. Vətəndaş cəmiyyətinin inkişafı üçün düşünən beyinlər üzə çıxmalı və heç bir sünii əngəllə rastlaşmamalıdırlar.   Hakimiyyət mütəqil QHT-lərə qarşı məhduiyyətləri “dövlət prinsiplərinə çevirlib”.  Hakimiyət müstəqil vətədaş cəmiyyətini “ciddi təhlükə” hesab edir.

 -         QHT sahəsində dövlətin xüsusi proqramı var və bu sahəyə kifayət qədər vəsait ayrılır.

 -         Bəli, bir qədər əvvəl dediyim kimi hökumət bu sahəni tam nəzarətə götürüb və büdcədən milyonlar xərcləyir ki, vətəndaş cəmiyyəti inkişaf eləməsin. QHT sektoru siyasi hakimiyyətin təbliğatını həyata keçirir. Kiçik araşdırma aparsaq hər şey aydın olar. Azı ildə iki dəfə büdcədən vəsait ayrılır və qrant müsabiqəsi keçirilir. Müsabiqədə qalib layihələrin əksəriyyəti beynəlxalq layihələrdir. Bu layihələr hansı effekti verib? Ancaq hakimiyyətin yarıtmaz siyasətinə həqiqət donu geyindirməklə məşğul olublar.  Bir faktı deyim, layihələri qalib olan QHT-lərin böyük əksəriyyəti 2015-ci ilin parlament seçkilərində namizdə olmuş və deputat seçilənlərin təbliğatı ilə məşğul oldular. Deməli bu təşkilatlara dövlət büdcəsindən ona görə qrant verirlər ki, lazım gəldikdə hakimiyyətin siyasi xəttini təbliğ etsinlər. Dövlət büdcəsi bu cür talan edilir. Bu vəsait lazım olar yerə xərclənsə əlbəttə ki, vətəndaş cəmiyyəti inkişaf edər.

Xeber.İnfo

 

 

“Başqa yolla dəyişikliyin marağında olan yoxdur”

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Sevinc İsgəndərovadır 

- Azərbaycanda seçki sonrası vəziyyəti necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, seçki bitsə də, seçki öncəsi məsələlər hələ də problem olaraq qalmaqdadır. Artıq hökuməti tənqid edən fərdlərə və qruplara qarşı seçki sonrası təzyiqlərin işarələrini görürük. Ölkədə insan haqlarının vəziyyəti narahatlıq doğurur. Rəsmilər xüsusilə toplaşma və ifadə kimi fundamental azadlıqlara qarşı presedentsiz təzyiqlərdə iştirak edir. Müstəqil seçki müşahidəçilərinə, tənqidi qəzetlərə qarşı başlayan proseslər seçki sonrası basqıların tez bir zamanda qızışacağına işarədir.

- Cəmiyyətdə, xüsusilə də gənclər arasında siyasi aktivliyin artdığını hiss edirsiniz?

- Hesab edirəm ki, gənclər arasında aktivlik nisbətən çoxalıb. Amma xalqın iradəsinə hörmət olunmayanda bu, insanları ruhdan salır. Buna baxmayaraq  bəzi insanlar artıq gələn il keçiriləcək bələdiyyə seçkiləri barədə düşünür və bu da gənclərin yenidən seçki prosesinə qoşulmasına imkan yaradır.

- Azərbaycanda hakimiyyətin dinc yolla dəyişilməsi mümkündür?

- Seçkilərdən öncə müxalifət fəaliyyətlərinin Azərbaycan qanunları, Azərbaycan Konstitusiyası çərçivəsində olacağını bildirmişdi. Başqa yolla dəyişikliyin marağında olan yoxdur. Ancaq islahatların indi həyata keçirilməsi çox vacibdir. İlbəil vəziyyət pisləşir, prezident gündən-günə gücünü artırır, ölkə demokratik öhdəliklərinə əməl etmir – bunlar ölkədə vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər. Ölkədə müsbət dəyişiklik qaçılmazdır. Ölkədə ciddi seçki inamsızlığı var.

Xeber.İnfo 

Rəmzi Balayev: “Hökumət ölkədə sivil cəmiyyət sektorunu effektiv şəkildə aradan qaldıra bilib”

 

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Rəmzi Balayevdir.
 
- Rəmzi bəy, Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? - Azərbaycan hökuməti ölkədə sivil cəmiyyət sektorunu effektiv şəkildə aradan qaldıra bilib. Aparıcı QHT-lər bağlanıb, onların rəhbərləri saxta ittihamlarla həbs edilib, müstəqil jurnalistlər də təqib edilib və saxta ittihamlarla qarşılaşıb, hədələnib və təzyiqə məruz qalıb. Onaların çoxu ölkəni tərk etmək məcburiyyətində qalıb. Yerdə qalan parlaçanmış müxalifət zəiflədilib, çünki onların liderləri təqib olunub, həbs ediliblər. Onların tərəfdarları da hədələnib və qorxudulub. Birləşmə azadlığına gəldikdə Azərbaycanla bağlı uzun müddətdir narahatlıq mövcuddur, çünki insanların azad çəkildə toplaşıb hökumətin siyasəti ilə razı olmadığını bildirməsi qadağan edilib. İnsanlar istədikləri yerdə toplaşa bilməz. Başqa şəhərlərə gəldikdə bizə bildiriblər ki, insanların ictimai aksiyaları adətən qeyri-proporsional və ifrat gücdən istifadə edən polis tərəfindən dağıdılıb.
 
- Azərbaycandakı vəziyyətin qonşu ölkələr, xüsusilə də post sovet məkanında ölkələrlə necə müqayisə edirsiniz? - Azərbaycanda insan haqları ilə bağlı vəziyyət son illərdə kəskin şəkildə pisləşib. Azərbaycanda aparıcı vətəndaş cəmiyyəti nümayəndələri və insan haqları müdafiəçiləri həbsxanadadır, ya da dövlət əmlakının mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadə kimi saxta ittihamlarla əlaqədar istintaqla qarşılaşdıqları üçün QHT-ləri bağlayıb fəaliyyətlərini dayandırmalı olublar. Az sayda QHT nümayəndəsi, ya da müstəqil jurnalist qalır. Lakin onlar da hədələr və təqiblər qarşısında öz tənqidi səslərini ucaltmamaq kimi seçim etməli olub. Başqa tərəfdən, Azərbaycanda sivil cəmiyyətin hələ də fəal olduğu haqda təsəvvür yaratmaq üçün hökumət öz tərəfindən maliyyəşdirdiyi "QHT-lər”i dəstəkləməyə və onlara maliyyə yardımı etməyə davam edir. Xeber.İnfo Mövlud Abdulov

2015-ci ildə Azərbaycanda avaraçılıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 450 uşaq qeydə alınıb. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E.Səfərov bildirib ki, 2013-cü ildə valideyn himayəsindən məhrum olan 45, 2014-cü ildə 32, 2015-ci ildə isə 11 küçə uşağı qeydiyyata alınıb.

Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da avaraçılıq və dilənçiliklə məşğul olan uşaqlar böyük yaşlı deyillər. Belə uşaqlar adətən yaşları 13-dək olanlardır: “Avaraçılıq və dilənçiliklə məşğul olan ənənəvi təbəqə qaraçı uşaqlardır. Bunlar arasında həm qızlar, həm də oğlanlar olur. Amma ənənəvi olmayan təbəqə arasında, yəni risk qrupuna daxil olan ailələrdən çıxaraq avaraçılıq və dilənçiliklə məşğul olanlar daha çox oğlan uşaqlarıdır”.

Komitə rəsmisi əlavə edib ki, bütün dünyada avaraçılıq və dilənçiliyə cəlb edilən uşaqların qeydiyyatı dəqiq aparılmır. Çünki bu faktlar müvafiq dövlət qurumları tərəfindən qeydə alınan faktlar olur: “Ona görə də bugünkü real rəqəm bir qədər çox ola bilər. Ola bilsin ki, reallıqda belə uşaqların sayı 500-600 olsun”.

E.Səfərovun sözlərinə görə, uşaqların avaraçılıq və dilənçiliyə cəlb edilməsinə əsasən valideynlər təsir göstərirlər. Ötən il də bəzi uşaqların valideynləri tərəfindən dilənçilik və avaraçılıqla məşğul olmağa məcbur edilməsi faktları qeydə alınıb: “Bu faktlar qeydə alınandan sonra birbaşa olaraq valideynlərin məsuliyyətə cəlb edilməsi məsələsi də var. Digər məsələ isə odur ki, bu, yalnız valideyn məsuliyyətinin cəlb edilməsi ilə bitməməlidir. Məhkəmə tərəfindən valideyn hüququnun məhdudlaşdırılması barədə qərar verilməlidir. Çünki hansı səbəbin olmasından asılı olmayaraq, valideyn öz vəzifəsini yerinə yetirə bilmirsə, uşaqları buna məcbur etməməli və təhsildən yayınmaya şərait yaratmamalıdır”.

E.Səfərov qeyd edib ki, avaraçılıq və dilənçiliklə məşğul olan uşaqların aşkarlanması üçün hüquq-mühafizə orqanları və icra hakimiyyətlərinin qəyyumluq şöbələri tərəfindən də risk altında olan ailələrlə - sosial təminata ehtiyacı olan, əlilliyi olan, valideynin işləmədiyi ailələr, alkoqolizmə və narkomanlığa düçar olan valideynlər, uşağını təkbaşına böyüdən ata və ana ilə işlərin gücləndirilməsinə ehtiyac var.

 

Uşaqlar üçün dövlət sığınacaqlarının yaradılmasını da vacib sayan komitə rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda “böyük ailə” prinsiplərinin yoxa çıxması da dolayı yolla uşaqların avaraçılıq və dilənçiliklə məşğul olmasına səbəb olur: “1990-cı illərdə həyat şəraitinin səviyyəsi bu günlə müqayisədə qat-qat aşağı idi. Amma onda uşaqlar küçə həyatı keçirmirdilər, onlar küçəyə atılmırdı. Məsələ ondadır ki, bu gün artıq stereotiplər, ailə dəyərləri dəyişib. Əvvəllər qohumlar uşaqların küçəyə atılmasına icazə verməzdilər. Əgər valideynlərdə bir problem var idisə, uşaqları qohumlar özləri saxlayardılar. Bu gün isə isti qohumluq münasibətləri yoxa çıxır, “böyük ailə” prinsipləri yaddan çıxır. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır, sonda isə daha çox uşaqlar zərər görürlər”.

ABOEM-in «qara qutu»su hesab olunan Imran Əhmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın kadrdır. O, uzun müddət MTN-nin Bakı Beynəlxalq Hava Limanındakı şöbəsinə rəhbərlik edib. 

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (ABOEM) ayrılan külli miqdarda dövlət vəsaitinin taleyi qaranlıqdır. Həmin vəsaitin xərclənmə istiqaməti məlum olsa da, onun təyinatı üzrə, şəffaf xərclənməsi şübhə doğurur. 
Söhbət 2 milyard manata yaxın büdcə pulundan gedir.Xatırladaq ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
Agentlik Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır.
ABOEM-ə ötən illər ərzində məlum işləri görmək üçün kifayət qədər iri vəsaitlər ayrılsa da, ekspertlər ölkədə alternativ və bərpa olunan enerji sahəsində əldə edilən nəticələri qənaətbəxş saymırlar. Bu enerjinin payı rəsmi rəqəmlərə görə 10 faizə çatır, amma reallıqda həmin rəqəmin daha az olduğu vurğulanır. Hesab olunur ki, indiki iş tempi ilə yaxın illərdə alternativ və bərpa olunan enerjinin payını 20 faizə çatdırmaq çətin məsələdir. Baxmayaraq ki, indiyədək bunun üçün kifayət qədər iri pullar xərclənib. Real durum həmin pulların təyinatını şübhə altına almağa kifayət edir.
Elə haqqında danışdığımız 2 milyard manatlıq vəsaitlə bağlı vəziyyət də dediklərimizi təsdiqləyir. Həmin vəsait Azüntex MMC ilə bağlı ayrılıb. Bu MMC Sumqayıtda inşa olunmuş iki zavodu özündə birləşdirir: Azgüntex Günəş Modulları zavodu və Azgüntex LED Lampaları zavodu.
Bildirilir ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsinin təyinatı üzrə xərclənmədiyi ortadadır, bunu bir çox işlərin hələ də başa çatdırılmaması təsdiqləyir. Bundan başqa, hər iki zavodda son vaxtlar ciddi maliyyə problemləri hiss edilir, belə ki, bəzi işçilərin ixtisarına start verilib.
«Unikal» qəzetinə daxil olan məlumatda bildirilir ki, ABOEM-də bütün maliyyə əməliyyatları qurumun Aparat rəhbəri İmran Əhmədovun nəzarəti ilə aparılır. O, ABOEM-in «qara qutu»su hesab olunur.
Məsələ burasındadır ki, İ.Əhmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın kadrdır. O, uzun müddət MTN-nin Bakı Beynəlxalq Hava Limanındakı şöbəsinə rəhbərlik edib. Əhmədovun artıq ləğv edilmiş nazirliyin quldur dəstəsini təşkil etmiş vəzifəli şəxsləri ilə isti münasibətlərinin olmasına dair iddialar var. Bu münasibətlərin dərin qatları isə əlbəttə, maraq doğurur və ayrıca araşdırmanın mövzusudur. Sumqayıtda inşa edilən zavodlara ayrılan maliyyə vəsaitləri üzərində də həlledici təsir itmkanı məhz Aparat rəhbərinə məxsus olub. Odur ki, həmin külli miqdarda vəsaitin nə qədər şəffaf xərclənib-xərclənmədiyinə də İmran Əhmədov aydınlıq gətirə bilər.
Ümumiyyətlə, ABOEM-in maliyyə sirləri birbaşa onunla bağlıdır. Elə bu səbəbdən də onun özü izah etməlidir ki, ötən illər ərzində fantastik məbləğdə büdcə vəsaitlərinin xərclənməsinə baxmayaraq, Azərbaycanda alternativ və bərpa olunan enerjilərin payı niyə hələ də kiçik rəqəmlərlə ifadə olunur? Bu o demək deyilmi ki, həmin vəsaitlərin əhəmiyyətli hissəsi kimlərinsə şəxsi maraqlarının təmin olunmasına yönəlib?!
Bütün bu suallara daha ətraflı cavab tapmaq üçün mövzu ilə bağlı incələmələrimiz davam edəcək.(unikal.org)
Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilirdi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini davam etdirə bilməyib. Bu statistika son 3 ili əhatə edir. Azadlıq.info-nun əldə etdiyi məlumata görə, bu il vəziyyət daha acınacaqlıdır.
 Əgər əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürməklə bu problemi həll edə bilirdilərsə, artıq bu da mümkün deyil. Deməli, təhsil haqqını ödəyə bilmədiyinə görə bu il ali məktəblərdən xaric edilənlər bəlkə də son 3 ildəki qədər olacaq. Qeyd edək ki, hələ qış sessiyasında bir çox universitetlərdə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə imtahana buraxılmırdı. İndi yay sessiyası gəlir və problem daha da dramatikləşib.
Bundan başqa tələbələrin əhəmiyyətli hissəsi təhsil xərclərini ödəmək üçün işləmək məcburiyyətindədirlər. Bu halda da dərslərə yiyələnmək çətinləşir və həmin tələbələr əksər hallarda imtahanları kəsirlə başa vururlar.
Nəhayət, imkansızlıq üzündən işləməyə məcbur olan və imtahanları kəsirlə başa vuran bu tələbələr də ali məktəblərdən xaric olunur. Bütün bunlar, xüsusilə təhsil haqqına görə universitetlərdən qovulma tələbələrdə ciddi narazılıq yaradıb. Onların etiraza qalxması an məsələsidir.
Məlumata görə, hətta Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi də bununla bağlı ölkə başçısı İlham Əliyevə xüsusi hesabat təqdim edib. Həmin hesabatda təhsil haqqı probleminin həllinin vacib olduğu vurğulanır. Bu hesabat göstərir ki, dövlət qurumları da vəziyyətin acınacaqlı olmasının fərqindədir. Amma dollarla götürülən kreditlərdə heç bir güzəştə getməyən hökumətin tələbələrin təhsil haqqı məsələsində hansısa güzəştə gedəcəyi inandırıcı görünmür.

 

Martın 31-də Ağstafada baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Musavat.com 6 yaşlı uşağın atası tərəfindən döyülərək öldürülməsi ilə bağlı yeni məlumatlar əldə edib.
 
Ağstafa rayon Qırlı kəndində 6 yaşlı Şəmsəddini taxta ilə döyərək öldürən şəxs 1979-cu il təvəllüdlü Pərvanəyev Famil Şəmistan oğlu martın 31-də axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb. 
 
Famil Pərvanəyev dünən axsam saatlarında 6 yaşlı Şəmsəddini taxta ilə döyərək bədən xəsarətləri yetirib. Uşağın vəziyyəti ağırlaşdığından təcili tibbi yardım çağırılıb. Həkimlər gəldiyində isə artıq uşaq dünyasını dəyişibmiş.
 
Əldə etdiyimiz məlumata görə, Famil Pərvanəyev Qazax rayon sakinidir. Döyərək öldürüdüyü 6 yaşlı Şəmsəddin onun ikinci- qeyri-rəsmi nikahda olduğu xanımından olan övladıdır. Onun ikinci evliliyindən 4 yaşlı qızı da var.
 
F.Pərvanəyevin birinci, rəsmi nikahda olduğu xanımı Qazax rayonunda yaşayır. Həmin xanımdan da iki övladı var.
 
Hadisə baş verən ev F.Pərvanəyevin qeyri-rəsmi nikahda olduğu ikinci xanımının ata evi olub. Onlar bayram ərəfəsində Qırlı kəndinə gəliblər. Bundan əvvəl isə Qazaxda daha sonra isə Bakıda yaşayıblar.
 
Hadisə baş verdikdən sonra Famil Pərvanəyev evdən qaçmayıb. Təcili yardım çağırılanda uşağın öldüyü məlum olub. Hadisə yerinə polis əməkdaşları gəlib. Ağstafa Rayon Polis İdarəsinin rəisi və Ağstafa rayon prokuroru hadisə yerinə gəlib. İlkin araşdırma zamanı Famil Pərvanəyevin uşağı taxta ilə döydüyü məlum olub və o saxlanılaraq Polis İdarəsinə aparılıb.
 
6 yaşlı Şəmsəddin bu bu gün dəfn edilib.
İŞİD lideri Əbu Bəkr Bağdadinin keçmiş həyat yoldaşı 28 yaşlı Saca Həmid əl-Dulaimi "The Independent” qəzetinə açıqlama verib. 
Keçmiş həyat yoldaşı Bağdadinin hələ də necə radikal dini təşkilat lideri olduğuna inanmadığını deyib. 
 "Mən normal və ailəsinə sadiq bir insanla, universitet professoru ilə evləndim. Hər səhər işə gedib evinə, ailəsinin yanına qayıdırdı. Heç bir müqavimət hərəkatına qoşulmadı. O, dünyanın ən təhlükəli radikal təşkilatının lideri necə oldu, mənim üçün hələ də sirdir. İndi boşanmışıq. Onu mən atdım. Başına hər şey gələn, həbslərdə çürüyən də mən oldum. Bağdadi ilə yaşamaq istəsəydim, şahzadələr kimi yaşayardım. Pul istəmirəm, azad yaşamaq istəyirəm”, - qadın deyib. 
 Qeyd edək ki, 2008-ci ildə evlənən və evlilikləri cəmi 3 ay sürən Saca Həmid əl-Dulaimi Bağdadinin ən məşhur arvadı kimi tanınır.(bakuinfo.az)
143 -dən səhifə 152