Çərşənbə axşamı, 29 Mart 2016 22:34

Ələt-Astara yolunda qəza: 2 nəfər suda boğuldu

Yazan

Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı "Kamaz" markalı avtomaşın qəfl idarəetməni itirərək Akquşa çayına düşüb.

Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış "Kamaz" Qobustan sakini tərəfindən idarə olunub.

Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.

Çərşənbə axşamı, 29 Mart 2016 22:27

Trampın seçki qərargahının rəhbəri həbs edildi

Yazan

ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika Partiyasından olan namizəd, milyarder Donald Trampın seçki qərargahının rəhbəri Kori Livandovski Florida ştatında həbs olunub,

TASS-ın xəbərinə görə, Cupiter şəhərinin polis idarəsinin nümayəndəsi bildirib ki, siyasi konsultantı jurnalisti döyməkdə ittiham edirlər.

Hökümətin məlumatına görə, Livandovski martın 8-də Trampın seçicilərlə görüşü zamanı Mişel Filds adlı jurnalistin əlindən sərt şəkildə tutub.

Milyarder “Livandovskinin günahsız olması” barədə bəyanat yayıb.

 

“O, məhkəmənin başlanmasını gözləyir. Livandovski əmindir ki, onun üzərindən ittihamlar götürüləcək”, - Tramp qeyd edib.

Azərbaycanda saxta diplomla vəzifə tutmaq adi hala çevrilib
Masallının deputatı Nəriman Əliyevin saxta diplomu ilə bağlı yeni Miq.az-a yeni məlumatlar daxil olub. Qeyd edək ki, bir müddət əvvəl mediada deputatın diplomunun saxta olması barədə məlumatlat yayılmışdı. Məlumatlarda bildirilirdi ki, deputat 1985-ci ildə Bakı Ticarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən tərxis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olub.
Tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, millət vəkili 1999-cu ildə "Nur-M” MMC adlı şirkəti təsis edib.
2010-cu ildən Milli Məclisin deputatı olan Nəriman Əliyev YAP-ın üzvüdür və hazırda parlamentdə hüquq komissiyasında təmsil olunur.
Millət vəkili rus dilini bilmir? 
Məlumata görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da saxtadır. Hətta bu iddianı irəli sürənlər onun ümumiyyətlə rus dilini bilmədiyini deyirlər. 
Deputat Nəriman Əliyevin diplomunun saxta olması isə yeni-yeni suallar doğurur. Miq.az xəbər verir ki, məsələnin nə dərəcədə ciddi olmasını araşdırmaq üçün infoAZ.org Rostov Dövlət Universitetinə sorğu göndərib. Əslində Rostov Dövlət Universitetinin adı artıq 2006-cı ildən Cənub Federal Universitetinə dəyişib. Redaksiya universitetin hazırkı rektoru Borovskaya Marina Aleksandrovnaya ünvanladığı sorğuda 2003-cü ildə sözü gedən universitetin hüquq fakultəsini bitirmiş Əliyev Nəriman Əlibala oğlunun Rostov Dövlət Universitetinin məzunu olub olmaması barədə məlumat almağa çalışıb. Sorğunun göndərilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq universitet rəhbərliyindən cavab almaq mümkün olmayıb. 
Şübhələrə yol açan DİPLOM
Universitetin rəsmi saytında məzunlarla bağlı bölümdə müxtəlif illərdə ali təhsil ocağını bitirmiş məzunların siyahısı dərc edilib. Amma həmin siyahıda Əliyev Nəriman Əlibala oğlunun adına rast gəlmək mümkün olmayıb. Bundan əlavə Rostovda yaşayan və hazırda Cənub Federal Universitetində (keçmiş adı Rostov Dövlət Universiteti) çalışan, əslən azərbaycanlı olan ziyalı soydaşlarımızdan bir neçəsinin redaksiyamıza verdiyi məlumata görə, onlar uzun illərdir ki, sözü gedən universitetdə işləyirlər və həmin ali təhsil ocağını bitirmiş azərbaycanlıları da yaxşı xatırlayırlar. Amma məzunu olmuş hər hansı Əliyev Nəriman Əlibala oğlunu nədənsə yada sala bilmirlər. 
Azərbaycanda saxta diplomlular
Bu məsələnin bizlər üçün maraq kəsb edən məqamları ondan ibarətdir ki, Azərbaycanda saxta diplomlular kifayyət qədərdir, onların əksəriyyəti isə vəzifə başında oturublar. Bu isə ölkədəki "əlverişli siyasi mühitin" göstəricisidir ki, Azərbaycanda saxta diplomla vəzifə tutmaq adi hala çevrilib.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.
Çərşənbə axşamı, 29 Mart 2016 21:15

Dadaş Bakinskinin cəzalandırılmasının sirli SƏBƏBİ

Yazan

Bir neçə gün əvvəl Unikal.org Türkiyədə Rövşən Lənkəranskinin  iştirakı ilə "vor zakonlar”ın  "sxodka”sında (Dadaş İbrahimov) Dadaş Bakinskinin tituldan məhrum edilməsi xəbəri verilmişdi. 

Unikal.org-a Bakinskinin titilunun hansı səbəbdən əlndən alınması il bağlı yeni məlumat daxil olub. Qeyd olunur ki, Bakinski Sumqayıtda vəziyyətə nəzarət edən Anar adlı şəxsi haqsız yerə cəzalandırıb. Söhbətdə iştirak edən Rövşən Lənkəranskinin adamı ona məsələ barədə məlumat verib. Rövşənin söhbətdə iştirak edən adamının titulu olmadığı üçün Bakinskiyə etiraz edə bilməyib. 

 

Bundan sonra Lənkəranski Dadaş Bakinskini bu məsələyə görə cəzandırmaq barədə qərar verib. 

Çərşənbə axşamı, 29 Mart 2016 20:20

Nazirliyin rayon şöbələri ləğv edildi - SƏRƏNCAM

Yazan
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.
 "Report” xəbər verir ki, sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılıb.
 Sənədə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:
 2.1. Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi;
 2.2. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi;
 2.3. İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi;
 2.4. Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi;
 2.5. Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi;
 2.6. Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi;
 2.7. Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi;
 2.8. Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi;
2.9. Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi;
2.10. Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi;
2.11. Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi;
2.12. Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi;
2.13. Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi;
2.14. Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi;
2.15. Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi.
Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin abidə mühafizəçiləri ştatları Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilib.
 Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
 Maliyyə Nazirliyi mədəniyyət sahəsinin 2017-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etmək tapşırılıb.
Göyçay rayonunda yaşayan, bu günlərdə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan keçmiş vicdan məhbusu Taleh Xasməmmədov Arqument.Az-a müraciət ünvanlayıb. 
 
"Ölkə prezidentinin son əfv sərəncamı ilə azadlığa çıxmışam. Daxili Işlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyevin tapşırığı əsasında haqsızlıqla üz-üzə qalmışam. Belə ki, həmin idarənin Göyçay Regianal Mühafizə Şöbəsi tərəfindən mənə məxsus torpaq sahəsi qanunsuz olaraq ələ keçirilmiş, orada tikinti işləri aparılmışdır. 
 
Hazırda sözü gedən torpağa dair qanuni sənədlərin ləğv edilməsi üçün Göyçay şəhər bələdiyyəsinə təzyiqlər göstərilir. Eyni zamanda Baş Mühafizə İdarəsinin rəisi Y.Əliyev Ədliyyə Nazirliyinə də müraciət etməklə öz məqsədinə uyğun olaraq razılaşma əldə edib. 
 
Son razılaşmaya görə nəyin bahasına olursa olsun  mülkiyyətində olan torpaq sahəsinə verilmiş sənədlər ləğv edilməli, zəbt etdikləri yer heç bir halda geri qaytarılmamalıdır.Həbs edildikdən sonra Göyçay Regianal Mühafizə Şöbəsi qanunsuz olaraq mənə məxsus ticarət obyekti üçün ayrılmış torpaq sahəsini özbaşına tutmuş və orada bəzi tikinti işləri aparmışdır. Hansı ki həmin yer Göyçay şəhər bələdiyyəsinin 2007-ci il tarixli qərarı ilə mənə satılmış və orada iaşə obyekti tikilməsi üçün 2013-cü ildə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. 
 
İndiki vəziyyətdə mən iaəşə obyekti inşa etdirmək əvəzinə öz haqqımı bərpa etmək üçün bir neçə il məhkəmə çəkişməsi aparmaq məcburiyyətində qalmışam. Səhhətimin ağır durumunda daha bir haqsızlıqla qarşı-qarşıya qalmışam. Bilmirəm maddi vəziyyətimi düzəltmək üçün işləyim, yoxsa general Yaşar  Əliyevin kefi istədiyi məsələyə münasibət göstərim. Onsuz da uzun illərdi ki, mən DİN orqanları tərəfindən təqib olunaraq kifayət qədər qanunsuzluğa tuş gəlmişəm”.
 Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

“Oxunmamış çox nəğməm qalıb, həvəsim “rəhmətə” gedib

Xeber.İnfo-nun bu dəfəki müsahibi illərini Azərbaycan musiqisinə vermiş, gözəl müğənni, əməkdar artisti, Firuzə İbadovadır.

-         Firuzə xanim, necəsiniz? 

-         Çox şükür, yaxşıyam. Gənclərimiz yaxşı olsunlar. Gənclərimiz yaxşı olanda biz də yaxşı oluruq.  

 -         Nə yenilik var?

 -         Ümumilikdə bir yenilik yoxdur. Amma heç stimul da yoxdur. İnsan özü yenilik yaratmalıdır. Bunun üçün stimul olmalıdır. Artıq 45 ildir peşəkar səhnədəyəm. Qazancım tamaşaçılarım, dinyəcilərimdir.  Mənim üçün hər şeydən dəyərli tamaşaçılarımdır.

 -         Son günlər sənətçiləri vergiyə cəlb edirdilər, sizə qarşı hansısa tələb filan oldumu?

 -         Biz də bu vətənin övladıyıq. Dövlət qanunları qarşısında borcluyuq və biz digər vətəndaşlardan fərqlənməməliyik. Vergi ödəmək hər birimizin borcudur.  Mənim heç zaman vergi problemim olmayıb. Vaxtında ödəməli olduğum vergini ödəmişəm. Əslində biz sənət adamları dövlətə xidmətdə başqalarından bir addım qabaqda olmalıyıq, yaxşı əməllərlə digərlərinə nümunə göstərməliyik.

 -         Bəzi müğənnilər haqsız vergi tələb olunduğunu iddia edirdilər...

 -         Bu barədə konkret nəsə deyə bilmərəm. Amma müğənni pul qazanırsa, vergi də ödəməlidir. Məncə biz vergi ödəməklə işimizin bitdiyini düşünməməliyik. Bacardığımız qədər vətənimizə xeyir verməliyik. Əslində vergi və sosial ödəmək özümüz üçündür. Bunu başa düşmək lazımıdr. İndi ödəyirik, təqaüd yaşımızda dövlət bizə qaytaracaq. 

 -         Hansı fəxri adlarınız var?

 -         Azırbaycan Respublikasının Əməkdar Artisti  fəxri adına layiq görülmüşəm. Mənim üçün sənətə sevgi var, fəxri ad arxası ilə heç zaman qaçmamışam. Sağ olsun dövlətimiz ki, bu adı verib mənə. İnsanların sevgisi bütün adlardan yüksəkdə dayanır. Hər zaman bu sevgini qazanmağa çalışmışam. Var, dövlət ancaq yaşamaq üçün lazımdır. Yəni məni yaşada biləcək var, dövlət istəyirəm. Allah mənə şərəfli və ləyaqətli ömür nəsib edib. Bu ləyaqətli ömrümü şərəflə yaşayıram.

 -         Son zamanlar efirlərdə çox az görünürsünüz, dəvət etmirlər?

 -         Açığı, efirləri daha sevmirəm. Lazımsız verlişlər yorur məni. Televiziya kanalları dəvət edirlər. Tam səmimi deyirəm, efirə çıxmağa marağım yoxdu. Hər şeydən, hər kəsdən yorulmuşam. İnsanları çox sevirəm. Amma çox zərbələr alışam. Lakin zərbələr məni yerimdə daha da bərk dayanmağı öyrədib.  Zərbələrə dözmək üçün tamaşaçılarımdan güc almışam. 

 -         Daha çox kimdən zərbə almısınız, sənət dostalarınızdan,  yoxsa sadə insanlardan?

 -         Dost bildiklərimdən. Sadə insanlar  məni yaşadır. Sənətdə heç kimlə konfliktim olmayıb. Hər zaman çəkilmişəm kənara, özümə hörmət eləmişəm.

 -         Müsahibələrin birində özünüzü 18 yaşında gənc kimi hiss etdiyinizi demisiniz. Amma yaşınız nəvə oynatmağa imkan verir, nəvəniz varmı?

 -         Bəli, mən Firuzə nənəyəm. Bu da, məni yaşadan səbəblərdən biridir.  Bir qız nəvəm var.

 -         Allah saxlasın.

 -         Allah sizi də qorusun.

 -         Azərbaycan estradasından kimləri dinləyirsiniz?

 -         Heç kimi dinləmirəm. Hamısı bir-birinə bənzəyir. Hər kəsin öz rəngi olmalıdır. Amma Aybəniz Haçımova, Aygün Bayramova, Nuriyyə Hüseynova, Almaz Orucova  ən çox sevdiyim müğənnilərdir.   

-         Estrada  janrını bəyənmirsiniz, yoxsa bəyəndiyiniz ifaçı yoxdu?

 -         Bu janrı çox bəyənirəm, amma indi istədiyim səsi görmürəm.  Akif  İslamzadə, Gülağa Məmmədov, Hüseynağa Hadiyev, Oqtay Ağayev daha yoxdu.

 -         Ötən xatirələrə qayıtdınız, əvvəlki illəri günümüzdən nə ayırır?

 -         O zaman insanlarda mənəvi zənginlik daha çox idi. Müsiqi savadı ilə davranış qaydaları, əxlaq göstəriciləri bərabər tutulurdu. Böyük, kiçik yeri bilinirdi. Əvvəl müğənni gələndə hamı ayağa qalxırdı, hörmətlə yanaşırdı. İndi isə barmaqarası baxırlar. Elə məqamlar olur ki, müğənni olduğum üçün utanıram. 

 -         Həyatınızda nədən razı, nədən narazısnız?

-         Razıyam ki, həyatdayam, yaşayıram, narazıyam ki, hələ oxumadığım neğmələrim qalıb.

-         Hansı nəğmələrinizi oxumamısınız?

-         Çox nəğməm qalıb. Həvəsim “rəhmətə” gedib.

-         Dünyaya bir də gəlsəniz müğənni olarsınız

-         Olaram, amma (susur). Qorxardım çirkablıqdan, utanardım. Çünki hər şey elə bil başqadır. Ya insanlar başqadır. Hərdən evdən çıxanda elə bilirəm başqa yerdəyəm.

-         Sizcə müğənnilikdə çirkablıq var?

-         Əslində müğənnilik hər kəsin işi deyil. Elə ona görə də aləm dəyib bir-birinə. Müğənnilik sehirli bir aləmdi. Qapını açıb kütlə şəklində hamını buraxdılar. Keçmişdə belə deyildi.

-         Deyəsən Cavanşir  Məmmədovla aranız dəyib?

-         Xeyir, bu sənətdə onun kimilər çox azdı. Həm yaxşı müsuqiçidir, həm də gözəl şəxsiyyət.  Etibarlı dost, səmimi qardaşdır. Çox tərbiyyəli və nümunəvi ailəsi var. Belə ailələri çox sevirəm.

-         Bürcünüz və ilinizdən danışaq bir az, belə şeylərə inanırsınız?

-         Bürcüm dolça, ilim at ilidir. Hə, marağım var. Amma çox aludə deyiləm. Tək Allaha inanıram və ondan yardım istəyirəm. Əslən Ərdəbilli olsam da, Bakıda doğulmuşam. Allaha, dinə inam kökdən və insanın fitrətindən gəlir. İnsanıq da arada bürclərə də baxıram.   

-         Çox sağ olun ki, suallarımızı səbirlə cavablandırdınız…

-         Təşəkkür edirəm, işlərinizdə uğurlar. Allah hamımıza yardıçmı olsun.

Xeber.İnfo

 Əli Mövlud

Süleyman Mikayılovun stol-stul şirkəti tapıldı. Təhsil Nazirliyi əlbir olan icra başçısı öz sexində istehsal etdiyi keyfiyyətsiz bərk inventarları fatastik qiymətlərlə məktəblərə satıb 

Bi müddət əvvəl AzFakt.com saytı Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun stol-stul biznesi ilə məşğul olması barədə məlumat vermişdi. Həmin məlumatda qeyd etmişdik ki, icra başçısı vəzifəsindən istifadə edərək Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon kretdit götürərək Lökbatanda özünə mebel fabriki açıb və Qaradağ rayonu, həmçinin Bakı şəhərindəki bir çox orta məktəbləri stol-stulla təmin edib.

Son 5 il müddətində Süleyman Mikayılov orta məktəblərə satdığı və keyfiyyəti həddindən artıq aşağı olan bərk inventarlar sayəsində  külli miqdarda gəlirlər əldə edib. İcra başçının Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq orta məktəblərə satılan stol-stulları maya dəyərindən 4-5 dəfə baha sənədləşdirib və bu işdən milyonlarla manat qazanc əldə edib.

AzFakt.com apardığı araşıdırmalar nəticəsində icra başçısının Sahibkarlığıa Kömək Milli Fondundan hansı şirkətin adı altında kredit götürməsini üzə çıxardıb. Belə ki, apardığımız ilkin aradşırmada Süleyman Mikayılovun dövlət fondundan “ESKA-LİDER” MMC şirkətinin adına 2013-cü ildə 550 min manatdan yuxarı kredit üçün müraciət edərək həmin vəsaiti əldə edib. Hüququ ünvanı Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal 24,mənzil göstərilən “ESKA-LİDER” MMC şirkətinin Süleyman Mikayılova yaxın olan bir şəxsin adına qeydiyyatdan keçib. “ESKA-LİDER” MMC şirkəri 7 fevral 2005-ci ildə Vergilər nazirliyinin 2 saylı filialında qeydiyyata alınıb. Aldığımız məlumatda qeyd olunur ki, 0,6 faizlə Sahibkarlığa Kömək Milli Fondundun dəstəyi ilə 7 il müddətinə götürülən yarım milyondan çox kredit Süleyman Mikayılovun mebel fabrikinin tikintisi, avadanlıqlarının alınması üçün istifadə olunub. Ancaq icra başçısı digər şirkətlər vasitəsi ilə də digər banklardan kredit götürərək bu işə yatırdığı deyilir.

Məsələnin digər maraqlı məqamı isə ondan ibarətdir ki, stol-stul sahəsinin paritet olmamasına rəğmən Sahibkarlığa Kömək Milli Fondu yarım milyondan çox vəsaiti Süleyman Mikayılovun şirkətinə çox rahatlıqla ayırıb. Əslində isə bir mebel sexinə uzun müddətli və çox aşağı faizlə bu qədər kredit verilməsi qanuna ziddir. Çünki Sahibkarlığa Kömək Milli Fondu bu qədər böyük vəsaiti Kənd Təsərrüfatı mallarının istehsalına yönləndirə bilər. Hansısa mebel sexinə bu miqdarda dövlət vəsaitinin verilməsi yolverilməz haldır.

Apardığımız digər araşdırmada isə məlum oldu ki, “ESKA-LİDER” MMC şirkəti Süleyman Mikayılovun Lənkəran icra başçısı işlədiyi dövrlərdədə bir çox tenderlərdə iştirak edib.Həmin şirkətin Lənkəran şəhərində xiyabanın təmiri, səkilərin tametlənməsi, üzlüklərin vurulması və sair işlər görüb. İcra başçısı rayonun sosial iqtisadi inkşafı üçün dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri məhz bu şirkət vasitəsi ilə silib.

Adı çəkilən şirkət Süleyman Mikayılovun Qaradağ rayon icra başçısı işlədiyi dövrdədə bir çox tenderlərdə iştirak edib. Ancaq 2013-cü ildən “ESKA-LİDER” MMC şirkəti Süleyman Mikayılovu şəxsi biznesinin çiçəklənməsi fəaliyyəti ilə məşğul olub.

Qaradağ rayon icra başçısı Süleyman Mikayılova məxsus olan “ESKA-LİDER” MMC şirkəti ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə adı çəkilən şirkətin Qaradağ rayonunda icra başçısına məxsus başqa hansı işlərlə məşğul olması və mebel sexindən  başqa, Süleyman Mikayılovun çörək, tamet biznesinədə girişməsi ilə bağlı araşdırmamızı oxucularımıza təqdim edəcəyik.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının özünə məxsus olan “ESKA-LİDER” MMC şirkətinə dövlət sifarişi ilə layihələr verməsi qanuna tamamilə ziddir. Hər halda Süleyman Mikayılovun Lənkəranda icra başçısı olduğu zaman “ESKA-LİDER” MMC şirkətinə dövlət sifarişi ilə layihələr verməsi, daha sonra isə Qaradağ rayonunda da heç kimə bəlli olmayan bu MMC-nin dövlət sifarişi ilə böyük layihələr alması əlaqədar təşkilatlar tərəfindən yoxlanılmalı və dövlətə vurulan ziyan müəyyənləşdirilməlidir. Bizi məlumatlandıran mənbənin sözlərinə görə isə Süleyman Mikayılovun şirkətinin uzun illər boyu aldığı sifarişlərin müqabilində dövlətə ödədiyi vergi qəpik-quruş olub. Xatırladaq ki, son zamanlar ölkə prezidenti İlham Əliyev dəfələrlə vergi qaçaqçılığının qarşısının alınmasını ən sərt şəkildə müvafiq dövlət qurumlarından tələb edib. Lakin buna baxmayaraq istər Vergilər Nazirliyi, istərsə də, icra hakimiyyətləri öz mənfəətləri naminə prezidentin bu tapşırıqlarına göz yumurlar. Nəticədə isə dövlət büdcəsinə hər il külli miqdarda ziyan dəyir.

PS.Bildirək ki, 12 gün bundan öncə “ESKA-LİDER”MMC şirkəti ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin saytına göndərdiyimiz elektron sorğuya heç bir rəsmi cavab verilməyib.

 

Buna baxmayraq qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Çərşənbə axşamı, 31 Mart 2015 07:31

Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür

Yazan
Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. 
 
Soyqırım hadisəsindən 98 il ötür.
 
Belə ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
 
1988-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilib, beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
 
Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.
 
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
 
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
 
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.
 
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda hazırlanan mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəldib. Fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıdıb.
 
"Xocalıya ədalət" kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi olub. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.
 
Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun bir qədər əvvəl açılmış Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
 Qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib. (Report.az)
 
Bakıya yağan yağış paytaxt küçələrində ciddi fəsadlara səbəb olub.
"Küləklər şəhəri" Bakı bu gün "Dənizlər kraliçası" Venesiyanı xatırladır. Şəhərə yağan intensiv yağış bir göz qırpımında paytaxt küçələrini keçilməz hala gətirib. Nə avtomobillə, nə də piyada Bakının yağışı ilə mübarizə aparmaq artıq imkansız hala çatıb. 
 Bu gün yağışın kiçik oyunu şəhər sakinlərini çətin bir sınaqdan keçməyə məcbur etdi. Avtobuslara dolan yağış suyu, həyət evlərinin kandarına kimi yüksələn su sakinlər üçün səhər sürprizi olub.  
 
Hələ sizə Bakının düz mərkəzində axan "Niaqara" şəlaləsindən danışmamışıq. "Sovetski" kimi tanınan ərazinin yaxınlığında qarşılaşdığımız mənzərə isə heyrətləndiricidir. ABŞ-da olan Niaqara şəlaləsindən heç də geri qalmayan Bakı küçələrinin "şəlalələri" insanın diqqətini çəkməyə bilməz. Xüsusilə "şəlalə"nin həzin şırıltı səsi səhər çağı sizə xoş ovqat bəxş edəcək. 
 
Qeyd edək ki, martın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.(baku.ws)
177 -dən səhifə 181