Sunday, April 22, 2018

Nilza de Sena bütün qiymətləndirmələri özü apardığını, çox insanları dinlədiyini söyləyib:

"Prezident Əliyevlə də görüşdüm, parlamentdə də oldum, müxtəlif fikirləri olan başqa insanlarla da görüşmüşəm, media təmsilçiləri, QHT nümayəndələri ilə də. Özüm üçün ölkə ilə bağlı mənzərəni yaratdım. Dediklərimizi təhlil edən zaman nə demək istədiyimizi başa düşəcəksiniz. Rəqabətliliyin olmamasına gəlincə, Ronaldo portuqaliyalıdır, dünyanın ən yaxşısıdır. Onun ədalətli şəkildə rəqabət aparmaq imkanı var. Demokratiyanın da müəyyən şərtləri var. Müstəqil media mövcud olmalıdır. Siz inkişafa doğru getməlisiniz. Dünyada mükəmməl ölkə yoxdur. Amma bərabər seçki olmalıdır. Bərabər səsvermə hamı üçün yaradılmalı, effektiv iştirak təmin olunmalıdır. Biz hesabatda nələrisə qeyd ediriksə, bu, faktları diqqətinizə çatdırırıq".

C.Jonker isə deyib ki, Azərbaycana hökumətin dəvətilə gəliblər. 350 müşahidəçiləri olub.

"Bəyanatda əksini tapan fikirlər bizim subyektiv fikirlərimiz deyil. Biz sadəcə, faktlara baxıb müəyyən qənaətlərə gəlirik. Rəqabətlilik mühiti, media azadlığı məsələsinə qayıtmaq istəyirəm. Rəsmi təbliğat dövründə media vaxtının 48.81 faizini dövlətin fəaliyyətinə, 27.40 faizini prezidentə həsr edib. Boykota çağıran qüvvələrlə bağlı neqativ işıqlandırma aparılıb. Bərabər mühit yaradılmayıb", – o, sözlərinə əlavə edib.

Hədiyyə barədə eşitməyiblər

Mətbuat konfransında söz alan hakimiyyətyönlü jurnalistlər müşahidə missiyasının fikirlərini "xalqın iradəsinə zidd" adlandırıblar.

"Bu fikirlər tam subyektivdir. Siz Azərbaycan əleyhinə olan qüvvələrin fikirlərini çatdırmaq üçün gəlmisiniz. Tam şəffaf, hətta Avropanın bir çox ölkələri üçün nümunə olacaq seçki keçirilib. Deyirsiz, rəqabət mühiti olmayıb. Ancaq seçkidə Sərdar Cəlaloğlu iştirak edib", – Vüqar Rəhimzadə belə deyib.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevsə missiya üzvlərini özləriylə hazır hesabat gətirməkdə, antiazərbaycan qüvvələrin fikirlərini səsləndirməkdə suçlayıb: "Sizin dediyiniz ölkə sivilizasiyadan uzaq ölkədir. Azərbaycan isə hüquqi dövlətdir. Mətbuata heç bir maneə olmayıb. Beynəlxalq təşkilatlar özləri etiraf edir bunu. Biz tam sərbəst şəkildə seçkini izləmişik. Azərbaycan xalqının hissiyyatı ilə, əsəbləri ilə oynamayın".​

Araşdırmaçı jurnalist Xədicə İsmayıl müşahidəçilərdən soruşub ki, proses zamanı onlara hansısa hədiyyə söz verilibmi? "Siz seçki ilə bağlı nəticələri davam etdirəcəksinizmi? Bəzi seçki məntəqələrində kameralarının işində problemlər yaranmışdı, rəqəmlər arasında kəskin fərqlər və s. araşdırılacaqmı?", - deyə jurnalist sual edib.

V.R.Bardea sualı belə cavablandırıb: "Mən hədiyyələrlə bağlı qaydaların olduğunu bilirəm. Bunu bir zarafat kimi qəbul edirəm".

Nilza de Sena: "Hədiyyələrə gəlincə, mənə heç nə təklif olunmayıb. Səhər 8-də bizim brifinqimiz olub. Heç bir hədiyyə təklifi eşitməmişəm".

Məntəqələrin 12 faizində pozuntu

ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker-in deməsinə görə, 350 müşahidəçi onlara müxtəlif problemlər, ciddi qanun pozuntuları, şəffaflığın olmaması barədə xəbər verib. O, məntəqələrin 12 faizində pozuntu qeydə alındığını, bunun da çox pis göstərici olduğunu deyib.

"Topa bülletenlərin atılması müşahidə olunub. Pozuntuların qarşısının alınması üçün lazımi addım atılmayıb", – deyən Jonker əlavə edib ki, fundamental hüquq və azadlılar seçkinin başlıca şərtidir. Ancaq seçki prosesində hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da ATƏT öhdəliklərinə ziddir.

O, prezidentin seçki kampaniyasında iştirak etmədiyini, amma xarici nümayəndə heyətlərini qəbul etdiyini vurğulayıb.

"Digər namizədlər prezidenti açıq şəkildə tənqid etməyib. Seçkidə əsl rəqabət mühiti olmayıb. Dövlət orqanlarının işçiləri və tələbələrə təzyiqlər ciddi hadisədir və qarşısı alınmalıdır. Jurnalistlər məcburi həbslərə və suçlanmalara məruz qalıb. Tənqidlərə görə onlar belə halla üzləşiblər", – Jonker bildirib.

Əsas efir vaxtı prezidentə həsr olunub

AŞPA-nı təmsil edən nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea deyib ki, xüsusi koordinatorun dedikləri ilə razıdır. 

"Hər bir millətin öz rəhbərini seçmək hüququ var. Biz vəziyyəti dərindən təhlil etmişik", – deyə o, hakimiyyəti insan haqlarının durumunu yaxşılaşdırmağa, Venesiya Komissiyasının, ATƏT DTİHB-nin tövsiyələrini nəzərə almağa, Avropa Məhkəməsinin qərarlarını icra etməyə çağırıb.

***

"Televiziyaların hamısında xəbər buraxılışların əksəriyyəti hökumətin fəaliyyəti haqdadır. Hökumətin tənqidi ilə bağlı fikirlərə rast gəlinməyib. Əsas efir vaxtı prezidentə həsr olunub. Müşahidəçilərə problem yaradılmayıb", – missiya bildirir.

Ancaq seçki günü məntəqə seçki komissiyalarında məcburi prosedurlara əməl olunmadığı, məntəqələrin 12 faizində prosedurun mənfi qiymətləndirildiyi bildirilir. Belə ki, səslərin sayılması zamanı pozuntulara yol verilib, qəsdən saxtalaşdırma halları müşahidə olunub.

Xüsusi koordinator beynəlxalq müşahidə missiyasının xoş münasibət gördüyünü, əməkdaşlığı davam etdirməyə, sərbəst seçkinin keçirilməsini əngəlləyən mövcud problemlərin həllinə yardım göstərməyə hazır olduqlarını dilə gətirib.

Azadlıqlar məhdudlaşdırılıb

ATƏT-in Azərbaycanda prezident seçkilərini qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Nilza de Sena bəyanatı davam etdirərək bildirib ki, konstitusiya düzəlişlərindən sonra Azərbaycanda ilk prezident seçkisi keçirilir. Bir sıra inzibati və hüquqi qadağalar qeydə alınıb. Seçki administrasiyası yaxşı təşkil olunsa da, bütün prosedurları əhatə etməyib. 

O, DTHİB və Venesiya Komissiyasının prioritet tövsiyələrinin nəzərə alınacağına ümid etdiklərini bildirib.

Missiya MSK-nın 5.2 milyon seçicini qeydiyyata aldığını, amma rəqəmlərin dəqiqliyi ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatı arasında ziddiyyət olduğunu bildirib.

ATƏT DTİHB xəbər verir ki, tələbələr, büdcə təşkilatlarının işçiləri YAP təşviqatına cəlb olunub. Missiya ölkədə mətbuat mühitinin, ifadə və söz azadlığının məhdudlaşdırıldığını bildirir.

***

AzadlıqRadiosunun əməkdaşları müşahidə missiyasına hücum çəkənlərin "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq qəzeti"ndən Əliqismət Bədəlov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqalarının olduğunu bildirir.

Missiya yenidən konfrans zalına qayıdıb.

Rəqabət mühiti olmayıb

«Azərbaycanda prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə keçirilib. Plüralizm olmadığı şəraitdə həqiqi rəqabət də olmayıb. Digər namizədlər prezidentləri tənqid etməkdən çəkiniblər».

Bunu ATƏT-in seçkini müşahidə missiyası aprelin 12-də keçirdiyi mətbuat konfransında bildirib.

Mətbuat konfransına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru Nilza de Sena, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Viorel Bardea qatılıblar.

«Seçki administrasiyası hazırlıqlı idi. Seçki günü müşahidəçilərimiz şəffaflığın olmamasını, pozuntuların olmasını xəbər verib. Müşahidəçilərimiz topa bülleten atılmasının şahidi olub», – bu bəyanatdan sonra mətbuat konfransına gəlmiş bir neçə şəxs missiyaya hücum edib, qalmaqal yaranıb.

Missiya zalı tərk etməli olub. Ancaq tədbirin aparıcısı bildirib ki, mətbuat konfransını davam etdirmək planlaşdırılır.

"Bəyanatı eşitmək istəyən insanlar var. Ona görə davam etdirəcəyik. Əgər hansısa səbəbdən bitirə bilməsək, yazılı şəkildə bəyanatımız var", – açıqlamada deyilir.

11 aprel 2018-ci il tarixində Almaniyada Azərbaycan səfirliyi qarşısında İlham Əliyevə etiraz edənlərə hücum olub. Xeber.İnfo-nun verdiyi məlumata görə 3 nəfər (gürcüs və erməni) etiraz aksiyası təşkil edənlərdən biri, siyasi mühacir Tural Sadıqlıya hücum edib, ona xəsarət yetirməyə çalışıb. Polisin müdaxiləsi nəticəsində həmin şəxslər saxlanılıb. Qeyd edək ki, həmin gün Azərbaycan səfirliyi qarşısında İlham Əliyevə dəstək mitinqi də keçirilib. etirazçılarahücum edənlər dəstək aksiyasına qatılanlardan olublar. Buna görə də bu cinayətin arxasında İlham Əliyevin dayandığı deyilir

Elçin Əskərov,

Xeber.İnfo


berlin5

berlin 1

berlin7

 

berlin2

berlin8

berlin4

berlin6

Cavid Cabbarlı: "Sabah heç kim seçki məntəqəsinə getməsin".

Xeber.İnfo-nun baş redaktoru, Kanal13 internet televiziyasının aparıcısı Cavid Cabbarlı 11 apreldə keçirilən seçkilərlə bağlı videomüraciət yayıb.

Müraciətdə seçkilərə getməməyə çağırış olunub: "Bütün seçki məntəqələrini boş qoyun. İlham Əliyevin saxta seçkisini legitim etməyin.
Əziz müəllimlər, siz harda dursanız xalq sizin yanınızda olacaq. Quldur dəstəsinin yanında durmayın ki, xalq özündə rejimə qarşı mübarizə aparmaq cəsarəti tapsın"

Almaniyanın Münster şəhərində 3 nəfərin ölümü və iyirmidən çox insanın yaralanması ilənəticələnən hadisə baş verib. Xeber.İnfo-nun əməkdaşı Elçin Əskərovun verdiyi məlumata görə, hadisə 07.04.2018-ci il tarixdə 15:30 radələrində baş verib.

Yük avtomobilini əhalinin sıx olduğu yerə sürən şəxs, iki nəfəri öldürüb, iyirmidən çox insanı yaralayandan sonra özünü də qətlə yetirib.

Münster polisi sürücü barəsində araşdırma apardığını, hadisəni hansı məqsədlə törətdiyini, araşdırmadan sonra açıqlayacağını bildirib.

Bu gün Almaniyada "Siyasi Fəalların Azadlığı və İnsan hüquqlarının pozulması" mövzusunda tədbir keçirilib. Bu barədə Xeber.İnfo-a tədbirdə iştirak edən azərbaycanlı mühacir Elmir Amiraslanov məlumat verib.

Tədbirdə çıxış edən E.Əmiraslanov bildirib ki, Azərbaycanda hakimiyyətin söz və ifadə azadlığına ciddi basqıları var, müstəqil jurnalistlər saxta ittihamlarla həbs olunurlar: “Rejim alternativ fikir səsləndirənləri ən ağır şəkildə cəzalandırır, hətta Konstitusiya kobud şəkildə pozulur. Ölkədə bütün addımlar bir ailə hakimiyyətinin möhkəmlənməsi üçün atılır. Vətəndaşlar ya ölkəni tərk edir, ya da səfil gündə sürünməyə məhkum olunublar”.

Tədbirdə Azərbaycandakı siyasi və vicdan məhbuslarının da qeyd-şərtsiz azad olunmaları barədə müzakirələr aparılıb.

Cümə axşamı, 05 Aprel 2018 00:00

Həbsdə olan jurnalist azadlığa buraxıldı

Yazan

Bu gün Ali Məhkəmədə “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb və onun haqqında hökm dəyişdirilib. Jurnalist şərti cəza ilə azadlığa buraxılıb.

Xeber.info xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ona bəraət verilib. CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nətizələrə səbəb olduqda) maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub. Ali Məhkəmə bu ittihamla ona 3 il sınaq müddəti olmaqla, şərti cəza təyin edib.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilmişdi. O, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.

Xeber.info

Cümə axşamı, 05 Aprel 2018 00:00

Elmar Məmmədyarov sədr seçildi

Yazan
Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında sədr seçilib.
 
Xeber.info-nun xəbərinə görə, konfransda səsvermə keçirilib.
 
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sədr təyin edilib.
 
Xeber.info

"Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov səhhətində yaranmış problemlər səbəbindən tibb məntəqəsinbə köçürülüb.

Bu barədə onun vəkili Bəhruz Bayramov aprelin 4-də, 14 saylı Cəzaçəkmə Müəssisəsində Əziz Orucovla görüşündən sonra məlumat verib. O, deyib ki, müraciətlərindən sonra Orucov cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb:

"Həkimlər mülaicə edirlər. Amma danışmaqda, hərəkət etməkdə çətinlik çəkir. Vəziyyəti normal deyil, böyrək çatışmazlığından da əziyyət çəkir.".

Aprelin 5 saat 11-də Ali Məhkəmədə Əziz Orucovun kassasiya şikayətinə baxılacaq:

"Əziz Orucov məhkəmədə iştirak etməyəcək. Onun iştiraklı üçün ilk öncə o, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Bu, baş verməyib. Həm də səhhəti məhkəmədə iştirak etməsinə imkan vermir".

Qeyd edək ki, Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Daxili işlər naziri Ramil Usubov Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi, Administrasiyanın xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.

Xeber.info “Bizim Yol”a istinadən xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun əmri ilə bir müddət bundan əvvəl Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilən polis polkovnik-leytenantı İsmayıl Məmmədov Noruz Məmmədovun oğludur. İsmayıl Məmmədov bundan əvvəl də DİN-də çalışıb.

Xeber.info

Əhliman Əmiraslanov Fazil Mustafanın fikirlərinə sərt reaksiya verib

"Məcburi tibbi sığorta bütün Azərbaycan üçün tətbiq olunmalıdır. Pilot layihə hara qədər davam edəcək? Biz bu pilotla nə qədər uçacağıq? Türkiyə, başqa dövlətlər icbari tibbi sığortaya keçib, biz niyə tətbiq etməyək?”

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib. 

O, Azərbaycanda səhiyyənin keyfiyyəti aşağı olduğunu, tibbi təhlisin qənaətbəxş olmadığını deyib. 

Onun sözlərinə görə, Azərbaycan alternativ tibb universitetinin açılması üçün Türkiyəyə müraciət etməlidir: "Gəlin özümüzü aldatmayaq, hər yerdə yazırlar ki, səhiyyə pulsuzdur, müəyyən dərmanlar pulsuzdur. Amma hamımız bilirik ki, həkim də pul istəyir, bir çox halda, hətta pulsuz olan dərmanları da xəstələrə pulla aldırırlar. Kimin imkanı var Türkiyəyə, Avropaya gedir. İmkansızlar İrana gedirdi, orda da qiymətləri bahalaşdırdılar. İndi imkansızlar pulsuzluqdan sakitcə evində oturub öləcək. Heç olmasa çalışaq ki, insanlar vaxtından əvvəl ölməsinlər. Onsuz da onkoloji xəstəliklər baş alıb gedir. Heç olmasa ölümlərinin vaxtını uzadaq”.

Fazil Mustafanın çıxışına Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov sərt reaksiya verib. O, həmkarına müraciətlə deyib ki, hansısa fikri səsləndirən zaman əsaslandırmaq lazımdır. Sabiq rektor olan Əhliman Əmiraslanov deyib ki, Tibb Universitetinin həm kadr bazası, həm maddi-texniki bazası günbəgün artır:"Bilmədiyinizi deməyin, universitetdə alternativ təhsil də var. Bir dəfə Tibb Universitetinə gedin, görərsiniz ki, səviyyə necədir. Bu gün Türkiyədən gələn mütəxəssislər bizim Tibb Universitetinin maddi-texniki bazasına həsədlə baxırlar. Xahiş edirəm, bilmədiyiniz şeyləri deməyin!”

Ə.Əmiraslanov əlavə edib ki, tibbi sığortaya tam keçidlə bağlı da iş gedir: "Artıq üçüncü rayon – Ağdaş da pilot layihəyə daxil edilib. Mingəçevir və Yevlaxda isə artıq iki ildir tibbi sığorta tətbiq edilir. Baxın görün, dünya ölkələri neçə ildə icbari tibbi sığortaya keçib. Yəni bir-iki ilə tibbi sığortaya keçmək heç də gec deyil. Əminəm ki, yaxın illərdə ölkəmiz tam icbari tibbi sığortaya keçəcək”.(Meydan.tv)

3 -dən səhifə 177