Nazirlər Kabinetində yeni simalar: Muxtar Babayev, Ceyhun Bayramov, Fuad Muradov, Fuad Nağıyev, Qoşqar Təhməzli, Səfər Mehdiyev, Vüsal Hüseynov…

Xəbər verildiyi kimi, prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən 16 şəxs Nazirlər Kabinetinin üzvləri təyin edilb.

Keçən dəfəki təyinatlarda olduğu kimi, bu dəfə də yeniliklər var. Ümumiyyətlə, 2003-cü ildən bəri ilk dəfədir ki, Nazirlər Kabinetinin tərkibi bu miqyasda dəyişikliyə uğrayır.

Ekologiya və təbii sərvətlər naziri postunda Hüseyn Bağırovu Muxtar Babayevin əvəz etməsi bir xeyli sensasionaldır. Çünki H.Bağırov işinə son dərəcə məsuliyyətlə yanaşan nazirlərdən biri idi və adının ətrafında hansısa bir qaralayıcı qalmaqal yox idi. Yeni nazir isə hələlik nəinki geniş ictimaiyyətə, hətta media dairələrinə belə tanış sima deyil.

Gənclər və idman naziri Azad Rəhimovun öz postunda qalması da bir baxımdan sensasiyalıdır. Ona görə ki, onun Hacıbala Abutalıbovun baş nazirin müavini təyin olunmasından sonra boşalan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin olunacağı barədə geniş yayılmış söz-söhbət vardı. İndi o söz-söhbətə son qoyuldu, eləcə də BŞİH rəhbəri vəzifəsinə namizədlərin sırası seyrəldi. 

Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsində saxlanılması gözlənilməz deyil və elə bir gözlənti də yox idi. Sadəcə, onun rəhbərlik etdiyi nazirliyin iki yerə parçalanması – turizm sektorunun ayrılması Qarayevin işini yüngülləşdirib, həm də nüfuz dairəsini bir az daraldıb.

Müdafiə sənayesi naziri Yavər Camalovun öz vəzifəsində qalması gözlənilirdi. Ancaq onu vəzifəsindən götürsəydilər də, bu heç kəsə heyrətamiz görünməyəcəkdi. Eyni fikri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov haqqında da demək olar.

Ancaq səhiyyə naziri Oqtay Şirəliyevi vaxtından əvvəl təqaüdə göndərənlər yanıldılar. Oqtay həkim yeni kabinetdə də yer aldı.

Bu dəfə ən şansı gətirən şəxslərdən biri də Ceyhun Bayramovdur. Təhsil naziri postuna namizəd olaraq xeyli adamın adı çəkilsə də, sonda məhz ona etimad göstərildi.

Öz rəhbərini əvəz edənlərin sırasında Səfər Mehdiyev də var. O, bu günə qədər Gömrük Komitəsinin sədr müaviniydi, indi isə DGK sədridir, Aydın Əliyevə isə hansısa səbəbdən etimad göstərilməyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin Hicran Hüseynovadan başqası olacağı gözlənilmirdi, elə də oldu.

Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən götürüləcəyi barədə yayğın söhbətlər vardı, amma bu vəzifəyə gənc deputat Fuad Muradovun təyin edilməsi “sensasional təyinat” qrafasındadır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı daha populyar nazirliyə rəhbər təyin ediləcəyi məsələsi ara-sıra müzakirə olunsa da, postunu itirəcəyi ehtimal olunmurdu. O da öz postunda qaldı.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov da yeni kadrlardan olduğu üçün yerində qalması tam təbii hesab edilir. Ancaq ieni yaranan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, eləcə də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ictimaiyyət üçün yeni simalardır. Onlar da gənc kadrlar siyahısındadırlar.

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Xeber.İnfo xəbər verir ki, bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Bazar, 22 Aprel 2018 00:00

Cavid Qurbanov Bakının meri oldu

Yazan

Azərbaycan hökumətində artıq başlayan ciddi kadr islahatları çərçivəsində 17 ildir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Hacıbala Abutalıbovun da istefaya göndərilərək Baş Nazirin müavini təyin edildi.

Paytaxt.org-un əldə etdiyi məlumata görə Bakının yeni meri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. Bu məlumatı C.Qurbanovun yaxınları da təstiq edib. Deyilənlərə görə Qurbanovun yaxın qohumları və dostları onu yeni təyinata görə təbrik ediblər.

İddiaya görə, sərəncamın bazar ertəsi elan olunacaqı gözlənilir…

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kral sarayının üzərində kiçik dron vurulub.

“Report” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin nümayəndələri məlumat yayıb.

Bildirilir ki, dron ölkə paytaxtı məkanına qanunsuz daxil olduğu üçün vurulub.

Hazırda adiyyəti orqanlar hadisə ilə bağlı araşdırma aparırlar. Hadisə baş verən zaman kralın sarayda olmadığı bildirilir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Rövşən Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.  

Qeyd edək ki, sərəncama qədər bu vəzifədə baş nazirin müavini Əli Həsənov idi. Əli Həsənov yeni sərəncamla baş nazirin müavini vəzifəsində qalıb.

Xatırladaq ki, Rövşən Rzayev Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvüdür.

Bazar, 22 Aprel 2018 00:00

Heydər parkı satılıb? - VİDEO

Yazan

Xırdalanda Heydər Əliyev adına park talan edilir. Bu barədə bir qrup sakin Xeber.İnfo-a məlumat verib.

Sakinlərin dediyinə görə, uzun müddətdir Heydər Parkı hasarlanıb: “Bu park bizim çıxacağımız və nəfəs alacağımız yerdir. Parkı təmir adı ilə hasarlayıblar. Amma indi məlum olur ki, park və ətrafı satılıb. Ya polis rəisinə, ya da Zakir Fərəcova məxsus olduğu deyilir. Kİm bu parkı mənimsəyibsə, ailəyə çox yaxındır. Çünki, Heydər Əliyevin adını daşıyan bir parkı bu vəziyyətə salmaq ancaq ailənin səlahiyyətindədir”.

31100483 2083226441706223 6727744421514706944 n

31113742 2083226371706230 1986453628877012992 n

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 87 saylı orta məktəbdə vərəm xəstəliyi təhlükəsi valideynləri ciddi narahat edir. Bu barədə Xeber.İnfo-a bir valideyn məlumat verib.

Onun sözlərinə görə, vərəm xəstəliyinə yoluxmuş bir şagird məktəbdə bu xəstəliyin yayılmasına səbəb olub: “Şagirdlərdən biri vərəm xəstəliyinə tutulub. Məktəbin rəhbərliyi və müvafiq səhiyyə orqanları məlumatlı olsalar da, heç bir tədbir görülməyib. Artıq bir neçə məktəblinin də bu xəstəliyə yoxilduğu deyilir. Məktəb rəhbərliyi xəstə şagirdlə bağlı müvafiq tədbir görmək əvəzinə, onun dərs davamiyyətini tələb edib. Heç valideyn uşağının xəstələnməsini istəməz və heç kim hər hansı bir xəstəlikdən sığortalanmayıb. Çox güman ki, valideynlərin müalicə üçün maddi vəziyyətləri yaxşı olmayıb. Bu tipli xəstəliklər dövlət hesabına xüsusi karantin şəraitində tam sağalana qədər müalicə olunmalıdırlar. Hər il bu məqsədlə büdcədən vəsait ayrılır”.

Qeyd edək ki, 87 saylı məktəbdə tez-tez neqativ hallara rast gəlinir. Bir qədər əvvəl bu məktəb dərslik problemi ilə gündəmə gəlmişdi.

Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər.

S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib.

Bildirək ki, İnam Kərimov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edirdi.

Bu gün baş nazir postuna təyin edilən Novruz Məmmədovfərqli və unikallığı ilə tanınır. O, Vaqif Mustafayevin "Fransız” filmində də aktyor kimi yer alıb.

 1995-ci ildə istehsal olunmuş filmdə Novruz Məmmədov məsləhətçi obrazını yaradıb.

 Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqında olan filmin baş qəhrəmanı Əlibala (aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır və fransızca danışmağa başlayır, özünü fransız hesab edir.

 N.Məmmədov isə filmdə fransa sevgisi ilə yaşayan Əlibalaya Eyfel qülləsinin maketini hədiyyə edir. Bir neçə dəqiqəlik rolda N.Məmmədov filmin baş qəhrəmanı ilə görüşüb ona hədiyyəsini təqdim edərkən fransız dilində bir neçə kəlmə də deyir.

 Məlumat üçün bildirək ki, N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsində çalışıb. 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib. 1995-ci ildən 1997-ci ilə qədər isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub.(kult.az)

7 -dən səhifə 183