Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə 2018-ci ilin yanvar-fevral aylarında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 5,8 faiz bahalaşıb.

Bu müddət ərzində hansı məhsul nə qədər bahalaşıb?

Ət məhsulların qiyməti 8.1 faiz

Balıq məhsulları 3.5 faiz

Süd məhsullar, pendir və yumurta 3.5 faiz

Yağ və piylər 10.5 faiz

Meyvələr 12.4 faiz

Tərəvəzlər 10 faiz

Qəhvə, çay, kakao 5.1 faiz

Mineral sular, sərinləşdirici içkilər 2 faiz

Araq, konyak 1.7  faiz.

Ərzaq  malları bahalaşdığı halda, tütün məhsullarında 15 faiz ucuzşama baş verib. Ümumiyyətlə, insanlaırn gündəlik istehlak etidyi ərzaq və qeyri-ərzaq mallarında 4.7 faiz bahalaşma qeydə alınıb.

Ümumiyyətlə, devalvasiyadan sonra 2015-2018 ci illərdə əsas ərzaq məhsullarının qiymtələri  necə dəyişib?

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov təqaüdə çıxdıqdan sonra Avropaya köçüb.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, hazırda  Fransada yaşayan general orada özü üçün biznes strukturları yaradıb.

Onun restoran və digər sahələrlə məşğul olduğu bildirilir. DİN generalının Fransaya yatırdığı sərmayənin təxminən 20 milyon avro civarında olduğu da deyilir.

Qeyd edək ki, C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, Cavanşir Məmmədov təxminən il yarım əvvəl təqaüdə göndərilib

Prezidentliyə namizəd Hafiz Hacıyevlə “Kanal1 TV”-nin jurnalisti Teymur Kərimov arasında yaşanan qalmaqal böyüməkdədir.

Tendensiya.com xəbər verir ki, Teymur Kərimov tərəfindən yayılan səs yazısında Hafiz Hacıyev tərəfdən jurnalist və onun müsahibinin (şikayət edən xanımın – red.) ünvanına səslənən təhqirlərlə yanaşı prezidentliyə namizədin Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və baş nazirin müavini Əli Əhmədovla bağlı dedikləri yer alıb.

Həmin səs yazısında söyüş və təhqirlər yer aldığından oxucularımıza təqdim etməyi lazım bilmədik. Amma hüquqşunas Aslan İsmayılovun yaydığı səs yazısında söyüş və təhqir yer almadığından həmin videonu təqdim edirik:

Qeyd edək ki, Hafiz Hacıyev məlum səs yazısını özünə qarşı təxribat sayaraq iddiaları rədd edib.

Bununla belə Hafiz Hacıyevin məlum səs yazısından aydın olur ki, məhz Əli Həsənovun tapşırığı ilə məmurları sərt şəkildə tənqid edir. Bu məsələnin ictimailəşməsi və Hafizlə Hacıyevlə bağlı planlarının ifşa olunması Əli Həsənovu bərk narahat etdiyindən ortaya ictimai rəyi çaşdırmağa hədəflənmiş versiyalar buraxılmaqdadır. Bu versiyalardan biri sosial şəbəkələrdə hakimiyyətin mövqeyini müdafiə edən və müxalif fikirli insanları sərt tənqid edən Elnur Məmmədov (Vaqifoğlu) tərəfindən ortaya atılıb. Elnur Vaqifoğlunun səslənən versiyada bildirilir ki, məlum qalmaqal Hafiz Hacıyevlə jurnalist Teymur Kərimovun birgə oyunudur. Məqsəd məmurları, xüsusi ilə də Əli Həsənovu şantaj etməkdir:

Qeyd edək ki, Hafiz Hacıyev prezidentliyə namizədlər üçün ayrılan pulsuz efir zamanı etdiyi çıxışlardan birində Əli Həsənovun ünvanına müsbət sözlər deyib və onu hakimiyyətə sədaqətli şəxs kimi təqdim edib.

Göründüyü kimi, Əli Həsənov məlum səs yazısından sonra hakimiyyətin qəzəbinə gəlməsinin qarşısını məhz bu cür yollarla almaq istəyir…

Rusiyada ticarət mərkəzindəki yanğında azı 9 uşaq ölüb

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın zamanı azı 9 uşaq ölüb.

Bu barədə Rusiya FHN-nin Kemerovo vilayəti üzrə Baş idarəsinin rəis müavini Boris Dedyuxin bildirib.

“Hazırda 37 nəfərin öldüyü təsdiqlənib. Onlardan ən azı 9-u uşaqlardı. Yanmış meyitləri tanımaq çox mürəkkəbdir”, deyə B.Dedyuxin qeyd edib. Onun sözlərinə görə, hazırda 64 nəfər itkin düşmüş hesab edilir.

Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında qeydə alınıb. Hazırda yanğın söndürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"İdarədə məni döydülər, 3 gün toka verdilər, olmazın işgəncələrə məruz qaldım" - Elgiz Sadıqlı

2017-ci ilin avqustunda Dövlət Bayrağı Meydanından müəmmalı şəkildə sökülən bayraq hələ də yerinə asılmayıb.

Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. 

2007-ci il 30 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulub. 

2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olub.

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.

Ümumilikdə bayrağı dəyişmə prosesi - 16-17 dəqiqə çəkirdi. Budəfəki müəmmalı "bayraq dəyişmə” prosesi isə hələ ki, 1 il 8 aydır davam edir...

Artıq "texniki baxış "adı altında aparılan yoxlamalar zamanı ərazinin sürüşmə zonası olduğunun aşkara çıxmasına heç kimin şübhəsi yoxdur. Hətta kənardan baxanda meydanda nəzərəçarpacaq çatların yarandığını da müşahidə etmək mümkündür. Bu səbəbdən də meydanın köçürülməsinə qərar verildiyi bildirilir.

Yeni Bayraq Meydanının keçmiş "Sovetski” ərazisində yaradılacağı gələn məlumatlar sırasındadır.

Bir müddət əvvəl  məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov texniki baxışın yekunlaşmadığını, bayrağın yerinə nə vaxt asılacağı barədə məlumatının olmadığını açıqlayıb:

"Bayraq meydanın yerinin dəyişdirilməsilə bağlı bizdə məlumat yoxdur”.

Yasamal rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov isə Modern.az-a "Sovetski”də yeni Bayraq Meydanının yaradılacağı barədə məlumatsız olduğunu deyib.

Meydandakı problemlərin aradan qaldırılması üçün xaricdən mütəxəssislər cəlb edilib. Aparılan araşdırmalar zamanı milyonlarla vəsait sərf edilərək yaradılan ərazinin bayraq meydanı kimi qalmasının təhlükəli olduğu müəyyənləşib.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə bunu korrupsiya layihəsi kimi xarakterizə edib: 

"Bayraq Meydanı ərazisinin sürüşürmə riski altında olduğu düşünməyə tənbəllik etməyən hər kəsə bəlli idi. Az-çox düşünənlərə həm dəbəlli idi ki, bu "möhtəşəmlik" layihəsi neft pullarını silib-daşımaq üçün düşünülmüş layihələrdən biriydi. Parıldayan, göz qamaşdıran. Parıltının arxasında o işləri çevirmək daha asan. Amma hətta bu "parıltı və gözqamaşdırıcıların" özünü belə normal tikmədilər". 

"Bayraq Meydanı çökür. Bakı-Quba "beton yolu" darmadağın. Kristal Holl boşu-boşuna qalıb və büdcədən pul yeyir. H.Əliyev mərkəzi büdcədən pul yeyir. Avropa oyunları stadionu qalıb belə. Pul gətirmək əvəzinə pul yeyir. Neft pulları ölkənin bir dərdinə məlhəm olmaq əvəzində böyük yaralar açdı", - Rəşid Hacılı yazıb. 

Azərbaycan siyasətində söyüş və təhqirlərin dəbdə olduğu bugünlərdə hüquqşünas İlqar Altayla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan qarşıdurma başlayıb.

İlk dəfə 2003-cü ilin prezident seçkilər ərəfəsində o vaxtkı Prezident Heydər Əliyevin sağlıq durumu ilə bağlı araşdırmalarilə geniş ictimaiyyətin diqqətini çəkən İlqar Altayın, bu yaxınlarda Avropaya siyasi mühacirətə getdiyi bildirilir. Elə “Yeni Müsavat”ın iddiasına görə, İ.Altay bəzi mühacirlərin Azərbaycan hakimiyyətinə qarşı başlatdığı təhqir kampaniyasını təqdir edənlərdəndir. Onunla Rauf Arifoğlu arasında söyüşmə də məhz bu səbəbdən başlayıb.

Xeber.info”nun məlumatına görə, “musavat.com” saytının 24 mart tarixli buraxılışında yayımlanan “Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü” başlıqlı yazıda hüquqşünasın ünvanına sərt ifadələr işlənib. Qarşı tərəfin reaksiyası gecikməyib. İ.Altay bu gün “Facebook”da paylaşdığı cavab yazısında Rauf Arifoğlunu hədəfə götürüb, ona qarşı ittihamlar irəli sürüb və təhqirlər yağdırıb.

“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?”

“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?” sərlövhəli yazıdan sitat: “Məsələn, İlqar Altay adında biri var. 2003-cü ildə mərhum Heydər Əliyev xəstə olanda, Klivlend xəstəxanasında yatanda İlqar Altay xarici kəşfiyyatın əlaltısı kimi min hoqqadan çıxdı… Daha sonra 2003-də baş verən hadisələrdən sonra tutulan dostlarının üzünə durmuşdu istintaqda, onları şərləmişdi. Məhkəmədə Sərdar Cəlaloğlu hamının gözü önündə onun üzünə tüpürdü və bu üzəduran uzun illər ictimaiyyət arasına çıxmadı, “itkin” düşdü. Sonra hökumətdəki bəzi təxribatçı qüvvələrin peşkası kimi “ekspert” qiyafəsində peyda oldu. Artıq həmin təxribatçı qüvvələr vəzifədən alınıblar və İlqar Altay dönüb olub radikal, İŞİDvarı birisi. Söyüş maşinkalarını açıq-aşkar müdafiə edir. Təbii, məqsədi haradansa pul qoparmaqdır. Üzəduranlıq missiyasını davam etdirir. Belə bir yaratıq “Yeni Müsavat”ı, söyüş söyməməyə çağıran yazarlarımızı aşağılayır, söyüş söyənlərə haqq qazandırır.

Adam elə zənn edir ki, yağışlar yağıb, çatlaqlar örtülüb. Yox, İlqar, Sərdar Cəlaloğlu sənin üzünə elə yağış kimi tüpürdü ki, bu haqqın olan tüpürcək topası üzündən heç zaman silinməyəcək. Üzündə şram kimi qalır əbədi.
Bir qaydadır bu – adətən, üzüşramlılar belə hoppanıb düşür. Az hoppan ay bala, məhkəmənin stenoqramını yayaram, gedib özünü asarsan…”

“Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?”

İlqar Altay isə bu yazıya “Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?” başlığı altında cavab verib. Yazıdan sitat: “Guya 2003-cü il məsələsində Cəlaloğlu mənim üzümə tüpürüb. Köhnə çürük mövzunu ortaya atmağın bu günkü məsələyə nə aidiyyəti? Və məni heç nədən, bir kəlmə acı söz işlətmədiyim halda üzümə tüpürtdürüb, təhqir edib. Elə isə, qoy bəri başdan deyim…

Rauf Arifoglu, əgər həqiqətən Sərdar Cəlaloğlu mənim üzümə tüpürübsə… (Zəruri redaktə-red.)
Qaldı ki, satqınlıq… Əvvəla, ay …., yadına gəlir, 17 oktyabr 2003-də, tuthatut vaxtı Mətbuat Klubunda qorxundan əsə-əsə yaxınlaşdın ki, məni tuturlar, necə və hara gizlənim? Mən də dedim gedək yaxında, Xaqani küçəsindəki ofisimin zirzəmisində gizlən, hava qaralanda xəlvətcə Norveç səfirliyinə ötürüm… Sən ən ağır işgəncələr dövrū siçovul kimi səfirlikdə gizləndin, biz isə həbs edildik. Həmin ağır repressiya maşını altında İqbalı İsa Qəmbərə, məni də Sərdar bəyə qarşı ifadə verməyi məcbur etdilər.

Sən “Yeni Mūsavat”ı da satdın. Niyə İsa Qəmbərin təsisçiliyini alandan sonra təsisçi yox, qurucusu kimi adlandın? Çūnki İsa bəydən aralanan kimi sən o qəzeti satdın… Və təsisçi də yazmağa icazə vermədilər sənə filankəslər…

Bəs sonra məhkəmədə, sənin və qalan 7 nəfərin qarşısında nə oldu, ay vicdansız? Mən, vicdanım götürməyib, neçə dəfə hakimlər qarşısında tam imtina etdim ifadədən. Hakimlər narazı, sizlərsə razı qaldınız, sağol dediniz. Sonra dərhal “Azadlıq” qəzeti də “İlqar Altay ifadəsindən imtina etdi” başlıqlı məqalə ilə çıxış etdi. Qəzet arxivdədir, qaldır bax, ay…”

İlqar Altay daha sonra yazır: “Mən müstəqil, öhdəliksiz insan, bir tək ifadəm ilə həmin odlu-alovlu anlarda 1-2 nəfərə müvəqqəti başağrısı gətirdimsə, sən sakit, rahat və məcburiyyətsiz dövr və şəraitdə Müsavat Partiyası və bütün müxalifəti satmağın, İlham Əliyevə təslim olub, Milli Şura, AXCP-yə qara yaxıb, ara vurub, bütün müxalifəti bir-birinə qatmağın, Əvəz Zeynallı, Xədicə İsmayıl və digərlərinin tutulmasındakı rolunla bütün Azərbaycan demokratik düşərgəsini alt-üst etdin…

Daha bir məsələ. Sən Rauf Arifoğlunun o vaxt satqınlığı üzə çıxanda, Arif Hacılı ilə xeyli bərk mübahisəniz oldu Müsavatın qərargahında. O zaman Arif bəy hirslə sən satqının üzünə loxma ilə tüpürmək istəyib, ancaq son anda bu addımı atmayıb. Sonradan izah edib ki, o sifət üçün tüpürcəyimə heyfim gəldi! Bu dəqiqdir… Hələlik bu qədər… İndi davam et, yaz Rauf və cavabını artıqlaması ilə al…”

Bakıda iki silahlı qrup arasında atışma olub.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, ötən gün saat 22 radələrində qeydə alınıb.

Belə ki, iki qrup arasında "Makarov" tipli tapançayla silahlı qarşıdurma yaranıb. Nəticədə şəxsiyyəti hələ müəyyənləşdirilməyən 35-40 yaşlı kişi bir neçə güllə yarası alıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlayıb. Hadisə yerinə prokurorluq orqanının əməkdaşları cəlb edilib

Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib. Xəstəxanaya bir neçə gənc tərəfindən yaralı gətirilib. Sonra həmin gənclərlə tibb işçiləri arasında mübahisə yaranıb. Əraziyə polis əməkdaşları çağırılıb. (Report)

ABŞ prezidenti Donald Tramp Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripala qarşı törədilən sui-qəsdə cavab olaraq rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırdır.  

Bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

“Prezident Tramp onlarla rusiyalı diplomatı ABŞ-dan çıxarmağa hazırdır”, - deyə mənbə bildirib.   

Məlumata görə, D.Tramp müvafiq bəyanatla martın 26-da çıxış etmək niyyətindədir.  

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqının bir sıra üzv dövlətləri də öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı nəzərdən keçirirlər.

Xatırladaq ki, martın 4-də Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, vaxtilə Rusiyada Britaniyaya casusluq üstündə məhkum olunmuş və daha sonra ABŞ və Rusiya arasındakı casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilmiş 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberi şəhərində zəhərlənib. Britaniya hökuməti onlara qarşı “Noviçok” tipli əsəb-iflic qazının tətbiq olunduğunu açıqlayıb. London bu məsələdə Moskvanı ittiham edərək 23 Rusiya diplomatını ölkədən çıxarıb və bu ölkə ilə siyasi təmasları dayandırıb. Rusiya da analoji addım ataraq 23 Britaniya diplomatını “arzuolunmaz şəxs” elan edib.

8 -dən səhifə 178