"Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Bu isə ictimai nəqliyyatda bahalşmaya səbəb ola bilər".

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O deyib ki, bu qərardan sonra ölkəyə yeni gətiriləcək ictimai nəqliyyat xidmətində istifadə olunacaq avtobusların idxalı baha başa gələcək: "Nəticədə gələcəkdə ictimai nəqliyyatda gediş haqqı artırıla bilər".

Ekspertin sözlərinə görə, yük daşımaçılığı xidmətində də qiymətlərin artması qaçılmaz olacaq:

"Çünki aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Deməli, logistika üçün ölkəyə yeni gətirilən nəqliyyat vasitələrinin qiyməti baha başa gələcək ki, bu da daşımaçılıq xidmətində qiymət artımına səbəb olacaq".

Bazar ertəsi, 19 Noyabr 2018 03:01

Türkiyə Ermənistan sərhədləri açıldı

Yazan

Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksel Gülbey Ankaranın Ermənistan TIR-ları üçün qapıları açdığını bildirib.

Türkiyə KİV-ləri xəbər verir ki, Göksül Gülbey ildə 400 Ermənistan TIR-larına Trabzon limanı üzərindən yükdaşıma icazəsi verildiyini açıqlayıb.

Onun bildirdiyinə görə, həmin icazəni Türkiyənin Tiflisdəki səfirliyi verib. Ermənistan TIR-ları indiyə qədər yükləri daşımaq üçün Gürcüstanın Poti limanından istifadə edirdi. Lakin Gülbey deyir ki, Trabzon limanından istifadə etmək erməni TIR sürücülərinə 600 dollar daha ucuz başa gəlir.

Onun bildirdiyinə görə 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan-Türkiyə sərhədindən keçən Ermənistan TIR-ları üçün kvota tətbiq edilmişdi. Lakin son vaxtlar Ermənistanın yükdaşıma şirkətləri Poti limanına nisbətən 600 dollar ucuz olduğuna görə Trabzon limanından istifadə etməyə başlayıblar.

Türkiyə qanunlarına görə Ermənistan şoferləri bu ölkəyə turist kimi daxil ola bilməz və ancaq iş icazəsi almaqla girə bilər. Bu problemi həll etmək üçün əvvəlcə Ukrayna tərəfi vasitəçilik edib. Sonra isə Gürcüstandakı Türkiyə səfirliyi erməni TIR sürücülərinə çalışma icazəsini təsdiq edən sənədlər verir.

"Ermənistanla Türkiyə arasında hər gün Yerevan-İstanbul reysi ilə bir dəfə təyyarə uçur. Gürcüstan və İran üzərindən ölkəmizə minlərlə Ermənistan vətəndaşı əl-qolunu sallayaraq daxil olur, 70 mindən çox erməni Türkiyədə qeyri-leqal işləməkdədir. Avtobus firmaları hər gün iki ölkə arasında turizm səfərləri təşkil edir.

İndi isə Gürcüstandakı səfirliyimiz tərəfindən diplomatik embarqo dəlinib. ASİMDER olaraq bütün səlahiyyətlilərə sual edirik: bu necə embarqodur?"-Göksel Gülbey bildirib.

Türkiyənin Trabzon limanı üzərindən Ermənistana sərhədlərini açdığnı erməni qaynaqları da təsdiqləyir. Üstəlik məlum olur ki, Ermənistan TIR-larının Trabzon limanından istifadəsinə icazə verilməsi hələ 2012-ci ildən başlayıb.

Ermənistan TIR-ları Ermənistanın Sahibkarlar və İş Adamları Birliyinin nümayəndəsi Artur Kazaryan 2012-ci ilin iyulunda "Novosti Armenia" agentliyinə açıqlamasında deyib ki, Türkiyə ildə 200 Ermənistan TIR avtomobilinə Trabzon limanından dünyaya açılma icazəsi verib.

"Türkiyənin Trabzon limanının erməni yükdaşıyanları üçün açılmasına ötən il cəhd etdik. O zaman ciddi maneə ilə qarşılaşdıq. Məlum oldu ki, erməni TIR şoferləri Türkiyəyə bu ölkənin qanunlarına əsasən turist kimi girə bilməz, ancaq iş icazəsi almaqla girə bilər.

Ermənistanda isə məlum olduğu kimi Türkiyənin səfirliyi və konsulluğu yoxdur. Nəticədə bu məsələdə Ukrayna bizə yardımçı oldu, vasitəçilik etdi.

İlin sonunda türk tərəfi ilə aparılan müzakirələr nəticəsində erməni TIR sürücülərinə lazım olan iş vizsının Gürcüstandakı Türkiyə səfirliyi tərəfindən verilməsi barədə anlaşma əldə edildi. Beləliklə də 2012-ci ildə 200 erməni TIR avtomobili Türkiyəyə daxil olmaq imkanı qazandı. Bu rəqəm 400-600 TIR qədər arta bilər"-Kazaryan deyib.

A.Kazaryan deyib ki, Trabzon limanından istifadə Poti limanı ilə müqayisədə 600 dollar daha ucuzdur.

Bazar ertəsi, 19 Noyabr 2018 02:11

Keşiş kilsəni soydu

Yazan

Almaniyada keşiş kilsəni soyaraq 120 min avro oğurlayıb.

Musavat.com-un məlumatına görə, hadisə Ballenstadt şəhərindəki Elizabet Katolik Kilsəsində baş verib. Bernard Qavlyutta adlı keşiş polisə gedərək kilsənin kassasından 120 min avro oğurladığını etiraf edib. Keşiş internet dələduzlarının üzündən bu addımı atmağa məcbur qaldığını bildirib.

Kilsədən uzaqlaşdırılan keşiş haqqında cinayət işi açılıb.

"Sabah, noyabrın 19-da  AXCP sədri Əli Kərimli saat 10:00 da Səbail rayon məhkəməsinə çıxarılacaq".

Bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat yayıblar.
 
***
 
AXCP mətbuat xidməti noyabrın 17-də saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısını yayıb. 
 
Meydan TV siyahını təqdim edir:

1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri irəli sürülüb
2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi
3. Ruslan Əmirov-513.2 Əli Kərimlinin könüllü mühafizəçisi
4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi, Babək və Bəhruz Həsənovun qardaşı
5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi
6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi
7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi
8.Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi, 2-ci qrup əlil
9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi
10.Fatimə Mövlamova- 513.2 bloger
11. Nurlan Libre-513.2 Kanal13 internet televeziyasının əməkdaşı
12. Ruslan Qurbanlı-513.2, Nərimanov şöbəsi, 1000 manat cərimə edilərək sərbəst buraxılıb.
 
***
 
Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-yə deyib ki, vəkil Fuad Ağayevin orderi olmadığından polis ona Əli Kərimliylə görüşə icazə verilməyib: "Ancaq digər vəkil Elçin Sadıqov AXCP sədri ilə görüşmək üçün cəhd etsə də, icazə verməyiblər, halbuki, onun orderi var idi".   
 
***
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev Meydan TV-yə deyib ki, AXCP sədrini vəkil Fuad Ağayev müdafiə edəcək: "Əli Kərimlinin vəkil Ağayevlə müqaviləsi var".
 
***
 
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə bildirib ki, hazırda Səbail Rayon Polis İdarəsinin qarşısı, ətraf binaların həyətləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə doludur, Çevik Polis Alayı da ərazidədir:
 
"Mən Bakı Baş Polis İdarəsi ilə əlaqə saxladım, dedilər ki, Əli Kərimli haqda heç bir narahatlığa əsas yoxdur, yemək verilib, bazar ertəsi, noyabrın 19-da məhkəmə qarşısına çıxarılacaq".  
 
Partiya sədri ilə birgə saxlanılan 7 nəfərin də harada olması məlum deyil
 
AXCP sədri Əli Kərimlidən başqa 7 nəfər hələ də Səbail Rayon Polis İdarəsində saxlanılır. Bu barədə Meydan TV-yə Milli Şuranın üzvü Oqtay Gülalıyev deyib.
 
Oqtay Gülalıyev bildirib ki, saxlanılanlardan biri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirovdur. İkisi jurnalistdir- Nurlan Libre və Fatimə Mövlamlı da saxlanılıb. Onlar Kanal 13 və "Azad söz”ü təmsil edirlər. Qalan digər 4 nəfər partiya üzvüdürlər - Ramiz Cəfərov, Ramid Nagiyev, Tahir Həsənli və Cavid İbrahimov.
 
AXCP-nin daha bir üzvü Ruslan Qurbanlı isə 1000 manat cərimə olunub.
 
O.Gülalıyev Milli Şuranın saat 2-də Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirəcəyini bildirib.
 
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə deyib ki, onlar hazırda Səbael Rayon Polis İdarəsinin qarşısına gedirlər. Partiya sədri barədə hələ də heç bir məlumat ala bilmirlər, Əli Kərimlinin harda saxlanılması məlum deyil. 
 
Milli Şura noyabrın 17-də Dirçəliş Günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən polislə qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları xiyabana buraxmayıblar. Nəticədə Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli saxlanılıb.
 
Qarşıdurma zamanı AXCP-nin 52 üzvü saxlanlıb, sonradan hissə-hissə onlar sərbəst buraxılıb, bugünə olan məlumata görə Əli Kərimlidən başqa 2 jurnalist olmaqla 7 partiya üzvündən hələ xəbər yoxdur.
 
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur.
 
1988-ci il noyabrın 17-də Lenin adına meydanda (indiki "Azadlıq" meydanı) Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsi ilə bağlı respublika və ittifaq hakimiyyətlərinin fəaliyyətsizliyinə etiraz olaraq fasiləsiz mitinq başlamışdı.
 
Yüz minlərlə insan iki həftə fasiləsiz olaraq Moskvadan Ermənistanın addımlarına son qoyulmasını tələb edirdi.
 
Dekabrın 4-dən 5-nə kecən gecə sovet qoşunları mitinq iştirakçılarına qarşı cəza tədbirləri həyat keçirdi, nəticədə onlarla adam yaralandı, bir nəfər həlak oldu.
 
Bununla belə, mitinq güclü hərəkatın başlanğıcını qoydu və bu 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndi.
 
1992-ci ildən 17 dekabr Milli Dirçəliş Günü Günü kimi qeyd olunur. 2006-cı ilin sonunadək bu bayram qeyri-iş günü idi. Lakin 2006-cı ilin sonunda parlament onu qeyri-iş günləri siyahısından çıxardı.

Dünən Milli Şura Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyib. Lakin hökumət tərəfindən Milli Şuraya qarşı zor tətbiq edələrək, Milli Şuranın sədri Cəmil Həsənli, 60-a yaxın üzvü və AXCP-nin sədri Əli Kərimli saxlanılıblar. Azərbaycan Nmainə Demokratiya Hərəkatı həbs olunanlarla bağlı bəyanat verib. Xeber.İnfo-nun məlumatına görə, Bəyanatda deyilir:

"Noyabrın 17-də Bakı şəhərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın üzvləri və rəhbərliyi Milli Dirçəliş gününün 30-cu ildönümünü Şəhidlər Xiyabanına ziyarətlə yad etmək istəyiblər, ancaq polis bu dinc aksiyanı kobudluqla dağıdıb, 60 nəfərə yaxın aksiya iştirakçısı saxlanılıb. Saxlanılanlar arasında Milli Şuranın sədri professor Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də var. Polis təbii ki, siyasi hakimiyyətin göstərişi ilə bu zorakılıq aktını həyata keçirib. Onlarla adam inzibati qaydada cəzalandırılıb, Milli Şuranını sədri sərbəst buraxılsa da, AXCP sədri Əli Kərimli hələ də polis idarəsində saxlanılmaqdadır, üstəlik, 20 saatdan artıqdır ki, onun saxlanıldığı yer məlum deyi!.
AND bu hadisəni Azərbaycanın avtoritar rejiminin vandalizmi kimi dəyərləndirir.
AND hesab edir ki, bu cür kobud və sivil olmayan davranışlar Azərbaycan dövlətinin pis obrazının möhkəmləndirilməsindən başqa heç nəyə xidmət etmir. Bütün bunları nəzərə alaraq, AND:
-Başda Əli Kərimli olaraq saxlanılanların hamısının qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edir ;
-Avropadakı fəal siyasi mühacirləri bu zorakılığa qarşı etiraz etməyə çağırır ;
-Öz üzvləri üçün fövqəladə fəaliyyət mərhələsi elan edilir və AND-lıların yaşadıqları ölkələrdə və şəhərlərdə hansı xüsusi tədbirlər keçirəcəyi ilə bağlı rəhbərliklə məsləhətləşmələrin vacib olduğunu bildirir.
Azərbaycan Naminə Demokratiya hərəkatı Avropada «antidiktatura prosesi» başladır və bəyan edir ki, Azərbaycanda avtoritar rejimin ictimai xof və ümidsizlik yaratmaq üçün həyata keçridiyi bu cür kobud və qəddar əməliyyatlara qarşı siyasi mühacirətin xüsusi tədbirlər paketi işlənib həyata keçiriləcəkdir.
AND Avropanın müxtəlif ölkələrində yaşayan fəal siyasi mühacirləri Vətənimizdə avtoritar rejimin möhkəmləndirilməsinə qarşı birgə mübarizəyə dəvət edir".

Məlum olduğu kimi, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır. Lakin qanunla qadağan olunmasına və müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər.

Nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb. Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb.

“Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb, məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib.

Bir daha təkrar edirəm ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”, - deyə Əli Həsənov qeyd edib.

Bazar, 18 Noyabr 2018 15:00

Fazil Məmmədov tanınmaz halda

Yazan

Bir neçə aydır ki, Türkiyənin İstanbul şəhərində müalicə alan Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov sağalaraq Bakıya qayıdıb. 

Fazil Məmmədovun həkimləri keçmiş nazirin səhhətinin artıq normallaşdığını bildiriblər. 

Fazil Məmmədov xüsusi təyyarə ilə Azərbaycana gələn zaman həyat yoldaşı və Türkiyədən olan həkimləri ilə birgə foto da çəkdirib.(demokrat.az)
 

Bakı şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiya fəallarının həbsi ilə bağlı açıqlama yayıb.

 Xeber.İnfo xəbər verir ki, açıqlamada deyilir: 
 
"Noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq özlərinin adlandırdıqları "Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.
 
Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib.
 
Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək".

"BDU-nun keçmiş rektoru Abel Məhərrəmov vəzifəsini itirəndən sonra oğlunun səfir postunda qalmasına çalışır. Uzun müddətdir adı şərab qalmaqalında hallanan oğlu - Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov son hadisələrdən sonra daha ağır duruma düşüb. Və artıq A.Məhərrəmov gücünü itirib, oğlunu qorumaq iqtidarında olmadığından bu missiyanı üzərinə qudası - baş nazirin müavini Yaqub Eyyubov götürüb”.

 Məlumatı Meydan TV-yə Xarici İşlər Nazirliyində adının açıqlanmasını istəməyən mənbə deyib.
 Mənbə deyir ki, A.Məhərrəmovun gəlini Y.Eyyubovun qardaşı qızıdır: "Baş nazirin müavini yeznələrini qorumaq üçün hərəkətə başlayıb. Səfiri də əmin edib ki, ona toxunan olmayacaq”.
 Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, dünən gün ərzində dəfələrlə Bakı ilə əlaqə yaradan A.Məhərrəmov bu gün artıq müəyyən şəxslərlə söhbətində problemin qismən həll olunduğunu söyləyib.
 "Hələ tam siyasi qərar yoxdur. Çünki çox böyük qalmaqal olub. Amma Yaqub Eyyubov bu istiqamətdə öz əlaqələrindən istifadə etməyə başlayıb. Dünən Xarici İşlər Nazirliyilə də bu mövzuda danışıqlar olub. Səfirə də tövsiyə olunub ki, mümkün qədər Azərbaycandakı media ilə əlaqə yaratmağa çalışsın, məqamı gələndə öz xeyrinə istifadə eləyə bilsin", - mənbə bildirib. Sabiq rektora yaxınlığı ilə seçilən başqa bir mənbə də Abel Məhərrəmovun oğlunu qorumaq üçün hərəkətə keçdiyini, noyabrın 16-da saatlarla XİN-də olduğunu deyib.
 Anar Məhərrəmovun adı zaman-zaman şərab ticarəti, Bakıda onların ailəsinə məxsus olduğu iddia edilən şadlıq saraylarına Madriddən içkilər göndərməsi, İspaniyada diaspora təşkilatları ilə qalmaqallarıyla gündəmə gəlib.
 A.Məhərrəmov noyabrın 15-də prezidentin sərəncamıyla BDU-nun rektoru vəzifəsindən azad edilib.

Xeber.info-a daxil olan məlumata görə, İspaniya səfəri zamanı deputatlar Şeyxi təhqir edirblər. Deputatlar Şeyxin yanında çaxır içiblər. Onun yaşına və statusuna hörmət qoymayıblar. Daha faciəlisi odur ki, Şeyx onlara etiraz etməyə cəsarət etməyib. Deputatlardan birinin hətta Şeyxi ağır təhqir etdiyi barədə də məlumat var.

1 -dən səhifə 198