Saturday, September 23, 2017

Medika Hospital Ramazan ayına özəl olaraq imkansız ailələrə yardim məqsədi ilə pulsuz sünnət aksiyası elan edir!

Bu barədə Hospitalın facebook səhifəsində məlumat qeyd olunub: "Aksiyadan yararlanmaq üçün əlaqə nömrələrimizə zəng edib və ya Facebook,instagram - (Medika.az) səhifəmizə yazıb qeydiyyatdan keçə bilərsiz.
Ünvan: Baki, Xetai rayonu, Nesreddin Tusi 21 (Əhmədli metrosunundan 62 № avtobusun son dayanacağı)
 0123791313
 0552532336

Xeber.İnfo

 

Jurnalist Fikrət Fərəməzoğlu 7-il azadliqdan məhrum edildi!

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalist 7 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, prokuror onun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Seçicilər Ülvi Quliyevin zühuru arzusunda - VİDEO

Yazan

Paytaxtın Yasamal rayonu, 15 saylı I seçki dairəsindən deputat seçilmiş Ülvi Quliyev qeybə çəkilib

Seçiciləri millət vəkilini görmək arzusundadırlar.
Onların sözlərinə görə, Yasamalın deputatları seçkiqabağı müəyyən işlər görürlər, sonra o işlər dayanır:
“Bizimlə seçkiqabağı görüşüb, sonra görməmişik. Onu ancaq seçkidə görmüşük. Yasamal problemlərinin həlli üçün heç nə etmirlər”.
Bolgexeber.tv-nin keçirdiyi sorğuda iştirak edənlər Ü.Quliyevin üzünü görmədiklərini söyləyirlər. Həqiqətən də millət vəkili son vaxtlar mətbuatda da əvvəlki qədər aktiv fəaliyyət göstərmir.
Eyni zamanda Yasamalın digər deputatları - Aytən Mustafayeva ilə Elşad Həsənovun da səsini eşidən yoxdur. Hər üç deputatdan dəfələrlə narazılıq qeyd olunsa da, tüklərini tərpətməyiblər.
Ü.Quliyevdən narazılıq edənlər arasında Alatava sakinləri də var. 2-ci Alatavada yaşayanlar yol problemindən şikayət etməkdən yorulublar, amma deputat qulaqardı etməkdən bezməyib.
Bu massivin yolları həqiqətən də bərbaddır. Sakinlər qeyd edirlər ki, II Alatavaya gəlməklə faciənin şahidi olmaq mümkündür:
“Saytınız vasitəsi ilə dəfələrlə müraciət etsək də, onların vecinə də deyil. Bizi saymırlar. Eşitmirlər. Çünki şəxsi maşınlarının getdiyi yollar Alatavadan keçmir.
Qış da gəlib, qar qapımızı döyür. Ülvi Quliyev kabinet və komfort maşından çıxıb qəsəbəyə gəlib camaatla maraqlanmır, seçicilərin, vətəndaşların dərdinə şərik olmurlar”.
Deputatın Bakıda və İsmayıllıda biznes obyektlərinin olduğu deyilir.
Bildirilir ki, deputat Bakıda böyük biznes şəbəkələri yaratmaqla məşğuldur. Ancaq o, bu obyektlərini yaxın adamlarının adına sənədləşdirilir. Özü isə demək olar ki, vaxtaşırı bu obyektlərə baş çəkir, bir obyektlərdən gələn gəlirin hesabatını aparır.
Verilən məlumatda bildirilir ki, metronun “Nərimanov” stansiyasının yaxınlığındakı “Qala” restoranı da məhz deputat Ülvi Quliyevə məxsusdur.
Onun İsmayıllı rayonunda da biznes obyektləri var. Ancaq deputatın bu obyektlərdə başqa iş adamları və vəzifəli şəxlərlə ortaq olduğu deyilir.

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Bu gecə pulsuz taksi xidməti göstəriləcək

Yazan

Mübarək Ramazan ayının Qədr gecələrində pulsuz taksi xidməti

"Ulduz Taksi" taksi sifarişi şirkəti Mübarək Ramazan ayının Qədr gecələrində aksiya keçirir.
Aksiya çərçivəsində Qədr gecələrində saat 21:00-dan evdən məscidə bütün gedişər tam pulsuz olacaq. Aksiya sübhə qədər davam edəcək.
Şirkətinin nümayəndəsinin bildirdiyinə görə, bu aksiya Qədr gecələrində (Əhya gecəsi) məscidlərə insanların gediş-gəlişində rahatlığı təmin etmək məqsədi ilə keçirilir.
Qədr gecələrində pulsuz taksi sifarişi üçün *5000 zəng etmək kifayət edər.
Allah orucunuzu qəbul etsin!

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Dini lider ABŞ-ı yalan danışmaqda günahlandırıb

Yazan

İranın ali dini lideri ayətullah Əli Xamnei ABŞ-ı yalan danışmaqda günahlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ öz hərəkətləri ilə regionda sabitliyi pozur və İŞİD-in məhv edilməsinə köməklik göstərmir.

"ABŞ-ın antiterror koalisiyası formalaşdırması ilə bağlı iddialar yalandır", - deyə ayətullah Əli Xamenei bildirib.

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Aleksey Navalnıy 30 sutkalıq həbs cəzası alıb

Yazan

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb.

Apa-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Moskvanın Simonov məhkəməsi razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə A.Navalnıyə 30 sutkalıq inzibati həbs verib.

Ötən  gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib. Aksiyasın təşkilatçısı A.Navalnıy son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb. Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb. A. Navalnıy aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.

İyunun 12-də Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında azı 650 nəfər saxlanılıb. Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Bir intiharçının məktubu

Yazan

Oxuyun, amma, dərk eləyin, sonra gec olacaq...(Növbədə siz də ola bilərsiniz).

Yüz faiz əminəm ki, bu məktubu oxuduğunuz təqdirdə məni cəhənnəmə göndərəcəksiniz (buna yalnız Tanrı qərar verir), amma əsl cəhənnəmdə özünüz olduğunuzu unudacaqsınız.

Bəli, mən intihar etdim. Amma, heç nə səbəbsiz olmur.

Əgər, biriləri intihar edirsə, öncə intihar edəni yox, onu buna məcbur edən amilləri nəzərdən keçirmək lazımdır. Məni iradəsi zəif, psixoloji pozğunluqları olan biri kimi də xarakterizə edə bilərsiniz, amma hər nə edirsiniz edin, sonunda hər şey sizin üçün qaranlıq qalacaq. Çunki, zülmətdə yaşayanlar heç zaman işığın nə olduğunu anlamayacaq qədər kordurlar. Siz burda məni mühakimə edir, sanki, Tanrı kimi məni cəhənnəmin qır qazanında yanmağımımdan danışırsınız. Görünür sizin bu dünyada müzakirə ediləcək mühüm problemləriniz yoxdu. Birinin arxasınca heç zaman bilə bilməyəcəyiniz şeylərdən danışmaqdansa, real olan problemlərinizi nədən araşdırıb gün işığına çıxmırsınız.

Bəli, mən intihar elədim, daha doğrusu məni siz buna sürüklədiniz, məcbur elədiniz.

Bəli, mən günahkaram, amma bir şeyi əsla unutmayın - biri intihar edirsə özü üçün günahkardır, onu buna sürüklüyən cəmiyyət isə toplum olaraq günahkardır.

Bəli, siz günahkarsınız. Günahlarınızı nə ilə yuyacaqsınız? Namazlamı? Həccə getməkləmi? Oruc tutmaqlami? Nəzərinizə çatdırım ki, bütün bunlarla cənnətə gedəcəyinizi düşünürsünüzsə, yanılırsınız! Necə ki, əsrlərdir yanılırsınız, dəyişməsəniz əbədi olaraq da yanılacaqsınız. Üzdə göstəriş üçün ibadətdənsə, yalnız Tanrının biləcəyi ünsiyyəti üstün tuturam. Ruhun ilə bağlı olduğunu cismin ilə nümayiş etdirmək Tanrı görülməzi görmür demək anlamına gəlmirmi?

Ey mənə kafir damğası vurub, məni məndən və sizdən daha gözəl tanıyan Rəbbin mərhəmətinə şübhə edən sözdə imanlı, inanclı cənnətliklər!

İnanmıram ki, sizin cənnətiniz mənim cəhənnəmimdən daha gözəl ola. Sizin xəyallarda özünüzün özünüzü aldatdığınız “cənnətinizi”, mənim “cəhənnəmdəki” göz yaşlarım təravətləndirəcək. O, zaman mənim haqlı olduğuma şahidlik edəcəksiniz. Saxta əməllərinizlə rəzilliyinizi örtə bilməyəcəksiniz.

Sizin içinizdə Tanrının nifrəti gizlənir, xəbəriniz varmı? Kəsib ata bilməyəcəyinizə əmin ola bilərsiniz. Çünki, siz lənətə gəlmiş varlıqların öndə gələnlərindənsiniz.

Tanrı sizə xoşbəxtliyi nağıllardakı kimi göydən zənbillə tullamayacaq, o ana kimi ki, siz özünüz özünüzü islah etməyi bacarmayacaqsınız və çox güman ki, belə davamiyyətlə də bacarmayacaqsınız.(Yalnız bir duam qalır:Tanrı sizləri islah etsin! Amin).

Bəli, mən yaşamaq istərdim, amma ölülər içində nəfəs almağın nə anlamı?!

Bəli, mən intihar edib, cismən aranızdan uzaqlaşdım. Mənim intiharım, sizin düşünməyiniz üçündür. Əgər düşünə biləcəyiniz qəlbiniz varsa, bir an öncə gecikməyin, düşünün. Düşünün ki, donmuş vicdanınıza həyat verə biləsiniz. Birini intihara sürükləyən cəmiyyətin özünü mühakimə etməsi gərəkmirmi? (Dünən o, bu gün mən, sabah başqası, bir gün səni də gözləyə bilər bu intihar).

Gedirəm, gözlərim arxada qalmayacaq qədər rahat gedirəm, çünki, mən ONA gedirəm, alnı açıq, üzü ağ...

Habil Yaşar  13.06.2017    01/45

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Bura Əlixan Zeynalovun «bazarı»dır - Şirvan MERO

Yazan

Sürücülük vəsiqəsi alamq istəyənlər öncə Əlixan Zeynalovun «maklerləri» ilə anlaşmalıdırlar, yoxsa heç kim dünyasında sürücülük vəsiqəsti ala bilməz

Korrupsiyaya kifayət qədər bulaşmış bu şəxsin Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsindən azad orlunaraq yenidən Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə təyin olunması təbii ki, təəccüb doğurmaya bilmir.

Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar hələ də korrupsiya cinayətələri ilə açıqdan açığa məşğul olmaqda davam edirlər. AzMedia.info-ya daxil olan məlumata görə Daxili İşlər naziri Ramil Usubov tərəfindən çoxsaylı şikayətlərdən sonra Lənkəran MERO-sundan Şirvan 4  saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi göndərilən Əlixan Zeynalov burda da özü haqqında mənfi rəy formalaşdırıb və artıq Şirvanldan gələn şikayətlərin hər gün daha artması da bunu isbatlamaqdadır.  

Öncəliklə Əlixan Zeynalovun oxucularımıza təqdim olunmasına ehtiyac var. Çünki bu şəxsin hələ də Daxili İşlər Nazirliyndə yüksək vəzifədə çalışması sadəcə təəccüb doğurur.

Başından onu qeyd edək ki, Əlixan Zeynalov Masallının tanınmış iş adamllarından olan, adı daha çox kriminal qalmaqallarda hallanan, Masallıdakı  «Viləş» otelinin sahibi, hamının Hacı Mazan olaraq tanıdığı Ramazan Zeynalovun qardaşıdır. Bu adamın adı Lənkəranda hər cür korrupsiya əmmələində keçdiyini də Lənkəranda bilməyən yoxdur. Və onu da xüsusi olaraq vurğulaycaq ki, Əlixan Zeynalovun Lənkəran MERO-sundan çıxarılması Lənkəranda toy-bayram kimi qarşılanmışdı. İndi isə Əlixan Zeynalovun Lənkəran MERO-sundan çıxarıdmasına Lənkəran camaatı hər nə qədər şaddırlarsa, Şirvan-Salyan camaatı bir o qədər yas içindədirlər. 

Saytımıza şikayət  ünvanlayan bir neçə Şirvan və Saylayn sakini bildirir ki, əvvəllərdə Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi mələklərin yurdu deyildi və burda rüşvət vermədən heç kim «prava» ala bilməzdi. Lakin indii vəziyyət elədir ki, artıq vətəndaşlar dilə gəlməyə məcbur olurlar. Çünki Əlixan Zeynalov Şirvana gəldikdən sonra burda «prava» qiymətlərini qaldırıb və vətəndaşlar bundan ciddi şəkildə narazıdırlar.

Saytımıza daxil olan şikayət məktublarının birində bildirilir ki, Əlixan Zeynalov ona  Lənkəranda «maklerlik» edən şəxsləri özüylə Şirvana gətiirib və köhnə rəisdən qalan maklerləri kənarlaşdıraraq ancaq özünün «maklerləri» ilə çalışır. 

Hazırda Şivan MERO-da baş verənlərlə bağlı AzMedia.info-nu məlumatlandıran başqa bir şəxs isə qeyd edib ki, yeni rəisin «maklerləri» qiymətləri qaldırıblar. Mənbə qeyd edib ki, Şirvan MERO-su vaxtı iə onsuzda rüşvət yuvası idi, ancaq Əlixan Zeynalov gələndən sonra bura əsl bazara çevrilib. Bir şikayət məktubunda isə bildirilir ki, makterlər özlərinin keflərinə görə «pravaya» qiymət qoyurlar. Bəzilərinə 1300 ğanat, bəzilərinə 1400 manat deyirlər. Hətta bəzən də «maklerlər» qiyməti 1500-ə qədər də qaldırırlar.  

Qəribədir ki, Əlixan Zeynalovun «makleri» tərəfindən təqdim olunmayan heç kəsə sürücülük vəsiqəsi almaq müyəssər olmur. Hətta adamlar sualları cavablandırsalar belə heç kim dövlətin rüsumunu verib sürücülük vəsiqəsi ala bilməz. Bu qızıl qanundur. 

Yuxarıda qeyd etdiyimiz mənbə bildirir ki, bütün verilən sürücülük vəsiqələri siyahıya alınır, sürücülük vəsiqələrinin nömrələrinin  qabağında qiymət yazılır və imtahan günləri bu siyahılar pulla birlikdə bir neçə dəfə kabinetində Əlixan Zeynalova təqdim olunur.

Qeyd edək ki, Əlixan Zeynalov Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə bu ilin fevral ayında təyin olunub. Daha əvvələr isə Əlixan Zeynalovun adı bir çox qalmaqallarda hallanıb. Daha əvvələr mətbuatda bu şəxs haqqında gedən və təkzib olunmamış məlumatlardan da görünür ki, Əlixan Zeynalov bir zamanlar avtomobillərə saxta sənədlər belə verib və məhz bu «günahları»ucbatından da Lənkəran MERO-su ilə vidalaşmağa məcbur olub. Ancaq korrupsiyaya kifayət qədər bulaşmış bu şəxsin Lənkəran 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsindən azad orlunaraq yenidən Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə təyin olunması təbii ki, təəccüb doğurmaya bilmir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AzMedia.info

İran yığması Rusiya və Braziliyadan sonra “DC-2018”-ə vəsiqə qazanan üçüncü komanda olub

APA-nın məlumatına görə, Asiya zonası üzrə seçmə qrupda Özbəkistanı 2:0 hesabı ilə məğlub edən İran vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib.

Qeyd edək ki, İran millisi 1978, 1998, 2006 və 2014-ci illərdə dünya çempionatının iştirakçısı olub. 

Çərşənbə axşamı, 13 İyun 2017 00:00

Litvada Əfqan Muxtarlıya dəstək aksiyası

Yazan

Müsavat Partiyasının mühacirətdə olan bir qrup üzvü iyunun 12-də Litva parlamenti önündə jurnalist Əfqan Muxtarlının həbsinə etiraz məqsədilə aksiya keçiriblər.

Başlarına qara torba keçirib, əllərində jurnalistin fotolarını tutan aksiyaçılar Ə.Muxtarlıya azadlıq tələb ediblər.

Bu haqda Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin press-relizində bildirilir. Mərkəzin üzvü Azad Həsənovun bildirdiyinə görə, aksiyaçılar Ə.Muxtarlı ilə yanaşı, Azərbaycandakı siyasi məhbus hesab edilən bütün şəxslərin azadlığa buraxılmasını istəyiblər.

Mühacir müsavatçılar maraqlananlara Azərbaycandakı siyasi durum, həbslər barədə bilgi veriblər.

Litva parlamentinin 14 deputatı da ötən həftə Azərbaycan hökumətinə müraciət edərək, Ə.Muxtarlının azad edilməsini istəmişdi.

Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.

9 -dən səhifə 148