Tuesday, November 21, 2017

“Dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi”. “Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktik konfransda deyib.

O bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsində, möhkəmləndirilməsində gömrük orqanlarının əməyi böyükdür: “Gömrük sistemində təhlükəsizlik məsələsi çox mühümdür. Azərbaycanda bu sahədə xeyli işlər görülüb”.

Maraqlıdır, böhran necə başa çatıb ki, dolların məzənnəsi hər gün qalxır, qiymətlər hər gün bahalaşır. 100 minlərlə insan dollar kreditini verə bilmədiyi üçün əmlaklarını itirmək təhlükəsilə üzləşib. Bank sistemi çöküb. Minlərlə insan iş yerini itirib, ixtisarlar davam etdirilir. Bağlanan biznes obyektlərinin sayı gündən-günə artır və sair.

Yəqin ki, Ziyafət Əsgərovun bu açıqlaması ölkə rəhbərliyi üçün də yenilik olacaq. Hökumətdəkilərin də bu “tapıntıdan” şoka düşəcəyinə şübhə etmirik. Hər kəs böhranın təsirlərindən danışdığı, bu təsiri necə azaltmağın yolları barədə fikirlər irəli sürdüyü bir vaxtda, Ziyafət Əsgərovun Azərbaycanın böhrandan çıxdığını elan etməsini məntiqlə izah etmək çətindir. Ola bilsin, Ziyafət müəllimin özünün vəziyyəti yaxşılaşıb. 

Onun gömrük orqanlarına təriflər yağdırmasının isə yəqin ki, ÖZƏL səbəbləri var.

“Nardaran işi” adı ilə məhkəmənin birinci hissəsi artıq sona çatıb. Bu məhkəmə davam etdiyi 6 ay müddətində çox mətləblərə aydınlıq gətirildi. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı başda olmaqla təqsirləndirilən digər 16 nəfər öz çıxışları ilə rejimin mahiyyətinə açıb ortaya qoya bildilər.

Tale Bağırzadə 2 saatdan artıq  davam edən son sözü ilə Nardaran hadisələrinin  hakimiyyət tərəfindən yaradılması, onun qeyri-peşakarcasına həyata keçirilməsi, hakimiyyət üçün, eləcədə, cəmiyyət üçün onun dərslərini anladıb. Mətbuatda onun çıxışının stenoqramından əsas hissələr yayılıb.

Tale Bağırzadənin sön sözünü öz səsi ilə tam şəkildə saytımızın izləyicilərinə təqdim edirik.

"Deyirlər ki, "əmək haqlarını 32 faiz qaldırmaq lazımdır", "pensiyaları 60 faiz qaldırmaq lazımdır" və s. Bəs, necə olsun, nəylə qaldıraq?".


Bu sözləri Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda "Pensiya islahatları haqqında" yeni qanunun müzakirəsi üçün bu gün keçirilən iclasda bildirib.

O qeyd edib ki, bu bir tərəfin mövqeyidir: "Ancaq burada dövlət, büdcə mövqeyi var. Bu məsələdə  o qədər həssas və diqqətli olmaq lazımdır ki, popilist çıxışlara yol verilməsin. Mən düşünürəm ki, bu yaşda bizlərə belə populist çıxışlar yaraşmaz".

Yanvarın 31-də qanun layihəsinin İşçi Qrupla müzakirəsi aparılacaq: “Fevralın 3-də isə komitə iclasında müzakirəyə çıxarılacaq. Həmin iclasda nazir Səlim Müslümov da iştirak edəcək. Hələlik qanunun mahiyyəti haqqında danışmaq istəmirəm. Deputatlar da layihə ilə yaxından tanış olsunlar. Hələ ki, mətbuata mahiyyət barədə danışmayın. Ayın 3-də komitə iclasında geniş müzakirəyə çıxarılacaq”.(qafqazinfo)

Baş prokuror Zakir Qaralov haqqin.az saytında dərc olunmuş “İlqar Məmmədovun əsgərləri İran tərəfə keçir” başlıqlı məqalədə əksini tapmış xüsusatlarla bağlı ciddi araşdırmalar aparılmasına dair müvafiq göstəriş verib.


Məlumatı baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib.

Eldar Sultanovun sözlərinə görə, araşdırmalar Baş prokurorun göstərişi əsasında Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən aparılacaq. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

ReAL sədrinin müavini Azər Qasımov Meydan TV-yə deyib ki, yazılanlar məntiqsiz, savadsız və hüquqi baxımdan perspektivsiz işdir: "Üstəlik də qeyri ciddi məsələdir. Sentyabr ayında yazmışdılar ki, biz ReAl olaraq ABŞ-dan maliyyələşirik, indi də İrandan".

Azər Qasımlı yanvarın 28-də saat 2-də Baş Prokurorluğun Ağır Cinayyətlər üzrə istintaq idarəsinə çağırıldığını bildirib.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli hesab edir ki, belə cəfəng və absurd iddiaları gündəmə gətirmək, sadəcə, REAL-a qarşı növbəti təzyiqdir.

Sahibkar AZAL-ın rəhbərindən və icra başçısından şikayətçidir

“Bizim Yol”a müraciət edən Gəncə sakini, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gəncə Hava Limanında sosioloq vəzifəsində çalışan Niyazov Niyaz Novruz oğlu AZAL prezidenti Cahangir Əsgərovla İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdan şikayətçidir. O, iddia edir ki, bu vəzifəli şəxslər ona məxsus torpaq sahəsini zəbt etib və kompensasiya ödəməyiblər. Nəticədə onun sahibkarlıq fəaliyyətinə son qoyulub. 

Şikayətçi bildirir ki, Göygöl rayon icra başçısının sərəncamı ilə 1,5 hektar sahəsi onun mülkiyyətində olub. 1992-ci ilin noyabr ayında “Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib və həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətinə başlayıb. Göygöl rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin qərəzli münasibəti nəticəsində mülkiyyət hüquqları pozulub və AZAL ona məxsus torpaq sahəsii kompensasiya vermədən Gəncə Aeroportunun ərazisinə qatıb. 

Onun sözlərinə görə, 2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəlib. “Gül-Gün” sahibkar müəssisəsinin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin plan ərazisinə düşdüyü üçün sahibkar sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəlib. Amma bu da mümkün olmayıb, müxtəlif bəhanələrlə onu get-gələ salıblar. 

“Elə həmin vaxt Göygölün icra başçısı ı Vilyam Hacıyev yalan məlumat yazaraq AZAL-a yolladı. Məktubunda qeyd etmişdi ki, guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün RİH başçısının sərəncamı olmayıb. Onun bu məktubu əsasında AZAL rüsum almağıma tam maneçilik etdi”,-deyə şikayətçi bildirib.

Niyaz Niyazov mülkiyyətinin zəbt olunması, kompensasiyanın ödənilməməsi və qanunsuz olaraq sahibkarlıq fəaliyyətinə son qoyulması ilə bağlı AZAL-a və yerli icra hakimiyyətinə müraciət edib: “Cahangir Əsgərov məni qəbul etmədi. İcra başçısı Vilyam Hacıyev isə  bildirdi ki, bu problemin baş vermə səbəbi və həlli yolu ondan asılı deyil. O, mülkiyyət hüququnun pozulması ilə bağlı dəfələrlə mərkəzi icra hakimiyyəti qurumlarına müraciət etsə də, şikayətinə baxılmadığını bildirir. Niyaz Niyazovun müraciəti əsasında AZAL-a və İmişli rayon İcra Hakimiyyətinə sorğu göndərilib. Sorğuya cavab verilməyib.

 Bu gün Şah İsmayıl Xətaiyə qarşı ciddi savaş açan deputat illər öncə yazılarını onun fikirləriylə bəzəyib

Xeber.İnfo Deputat Fazil Mustafanın 2005-ci ilə qədər yazdıqlarını araşdırmaqda davam edir. Olduqca maraqlı və cəmiyyətin bir daha bilməsi vacib olan məqamlar üzə çıxır. Həmin məqamlardan biri də Şah İsmayıl Xətainin yazdığı şeir parçalarından birini nümunə göstərməsidir. F.Mustafa “Əxlaq davası” başlıqlı məqaləsində  mərhum prezident Heydər Əliyevlə Elçibəy arasında əxlaq paralelliyi aparır.  

Həmin məqalənin qısaldılmış formasını təqdim edirik:

 “... Əslində bu gün cəmiyyətimizdə hər kəsin anladığı şəkildə hakimiyyət davası deyil, əxlaq davası gedir. Bir tərəfdə mövcud iqtidarın yuxarıda gözəl inciləriylə tanış olduğunuz əxlaq, o biri tərəfdə də Elçibəy və onun tərəfdarlarının cəmiyyətə qazandırmaq istədiyi əxlaq qarşı-qarşıyadır. Elçibəy əxlaqından sizə bəzi nümunələr verək. Əlbəttə bunun qətiyyən indiki iqtidar sahiblərinə isti-soyuğu yoxdur. Sadəcə, məmləkət əhlinə aid bir xatirlatmadır ki, bu əxlaq anlayışına diqqət yetirməyəndə onları idarə edənlərin hərəkətlərindən uzun illər əzab çəkirlər. Vəzirovla Elçibəyin münasibətləri bəllidir. Vəzirovun anası rəhmətə gedərkən Elçibəy telefon açaraq onun gəlişinin təhlükəsizliyi üçün təminat verdiyini söylədi və yas yerində də gedib iştirak etdi.

Mütəllibovun  atasının incidilməsi faktına birinci reaksiya vermiş və o zamanın daxili işlər nazirinə onun qəlbinə dəyəcək bir hərəkətə yol verilməməsini xüsusi olaraq tapşırmışdı.

Elə H.Əliyevin özünə münasibəti xatırladaq. Qardaşının dəfninə gəlməkdən çəkinən H.Əliyevin Bakıya gəlməsinə hər cür imkan yaradıb, onu hörmətlə qarşılayıb və yas yerində belə iştirak edib. Bu bizim prezidentimizin əxlaqıdır. Və mən varlığımla əminəm ki, Elçibəy dünyanın sonu olsa belə, H.Əliyevə qarşı rəqabətini heç vaxt onun qohumlarından qisas almaqla və ya onun maşınını yarı yolda saxlayaraq taksiylə evinə yola salmaqla etməzdi. Mən əminəm ki, bu işi icra edənlərin özləri də yüz dəfə rejimə lənət oxuyaraq belə hörmətsizliyi sinirə biliblər. Ancaq soruşulanda “bir tikə çörəyin nəyiyik”deyəcəklər. Cənab poqonlu mikrofon aşiqləri!  “Bir tikə çörəyin nəyi”ndən asan və ləyaqətli yol var: sabah boğazınızdan saplanacaq çörəyin deyil, sadəcə Allahın qulu olmaq yetərlidir.

Qaldı Elçibəyin şəxsiyyətinə  qarşı hörmətsizliyə, Şah İsmayılın sözləriylə desək: Şahü-Mərdanın yolunda çox kişi vardır, vəli, Afərin ol başə kim, min başı bir baş oynadır. İllərdir ilan başları kimi cücərən minlərlə KQB başlarına qarşı bir mücahid başıyla öz şəxsiyytini qarşı qoyan bu böyük insanın əxlaq anlayışını hava-su kimi axtaracaqsınız. Qarabağı itirəndən sonra axtardığımız kimi. Azərbaycana Elçibəy əxlaqı qayıtmayınca, işğal olunmuş torpaqlarımızı və işğal olunmuş mənəviyyatımızı qaytara bilməyəcəyik. Bunu anlamayanlar buyurub indiki rejimin mübarək əxlaq qaydalarına səcdəni davam etdirə bilərlər”.

“Azadlıq” qəzeti, 17-18 noyabr 1998

Əli Əliyev psixoloqun intiharı haqqında: “Bu güzəranı insanlara hakimiyyət yaşadır”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində psixoloq Dəyanət Rzayevin intiharını dəyərləndirib:

“Bu gün Dəyanət Rzayevin intiharı hamını sarsıdıb. Allah rəhm etsin ona. Dinimizə görə intihar ən ciddi günahlardan biridir. Normalda insan mübarizə aparmalı, nahaqqı narahat etməlidir.

Amma tibbi bir qədər bildiyimdən, insanın depressiyaya, ictimai münasibətlərə bir dözüm həddinin varlığını da bilirəm. Sinir sistemi, insanın şüuru həssasdır. Qırılma həddində təslim olur. Fikrimcə, Dəyanət də təslim oldu. Olmamalıydı. Olmamalıyıq.

Bu güzəranı insanlara hakimiyyət yaşadır. Səhv siyasəti ilə yaşadır. Sanki bu millətdən heyflərini alıb, kam çıxarırlar. Dəyanət bu gün dünyasını dəyişdisə, insanlarımız gündə bir neçə dəfə ölüb dirilirlər. Haqsızlığın, özbaşınalığın, harınlığın, vəhşiliyin, fərasətsizliyin, düşmənçiliyin, kasıbçılığın, rüşvətxorluğun, bahalığın, çıxılmazlığın, zəifliyin, həyasızlığın, yalanın, oğurluğun, Allahsızlığın caynağında əksəriyyət inləyir.

Təslim olmaq olmaz. Mübarizə aparmaq yeganə düzgün yoldur. Qurtuluş oradadır. Bunlar üzü aşağıdılar. Təcil vermək millətin işidir. Bunu isə müqavimətlə, birləşərək etmək mümkündür. 

Bunların da elə məqsədi bizi intiharlara, miqrasiyaya məcbur etməkdir. Yerimizə başlayıblar qohum-əqrəbalarını Bakıya yığmağa. Erməni bizim qız-gəlinimizi zorlayıb, orqanlarını satır, kölə yerinə işlədir, bunlar psevdo-humanizmlə məşğuldurlar. Şəhidimizi, vətəndaşımızı geri ala bilmirik, bunlara saxta qonaqpərvərlik nümayiş etdiririk. 

Kimdir bu sərsəm layihələrin müəllifi? Kimdir bu milləti sürgünə, intiharlara sövq edən? Kimdir bizə "otxod"deyən, "dietaya" çağıran, "yorğanımızı" ölçən, "soğan əkməyə", "işdən sonra hambalçılığa" göndərən? YAP. Cavab birdir”.  

9fa4aac0 0acb 43cf a845 e68b4da03877 “Gİlan Holding” Fövqəladə Hallar naziri  Kəmaləddin Heydərova məxsus ayrılıqda onlarla  şirkəti özündə birləşdirən – tikinti, turizm, sənaye  sahələri başda olmaqla müxtəlif biznes növləri ilə  məşğul olan nəhəng biznes strukturudur. Bu şirkət  həm də xaricdən Azərbaycana gətirilən bəzi malların  monopoliyasını həyata keçirir. Redaksiyamıza daxil  olan məlumata görə, Sədərək bazarında dükan  sahibi olan Cəllilabad sakini Ceyhun Sovzəliyev  Fövqəlnazirə məxsus "Gilan" Holdingə aid  şirkətlərindən birindən daima xarici istehsal olan parçalar alaraq onları Sədərək ticarət mərkəzində satmaqla məşğul olur. Ölkədə manataın qiymətdən düşməsindən bir heçə gün əvvəl Ceyhun yenə də Gilanın anbarından 220.000 manatlıq parça alıb və pərakəndə halda onları Sədərək ticarət mərkəzində dükanında satmağa başlayıb. Onun sözlərinə görə aldığı parçanın pulunu digər müştəriləri kimi o da satdıqca qismən ödəyirmiş. Lakin sonuncu dəfə parça aldıqdan bir nüçə gün sonra onu yenidən Gilana çağırıblar və aldığı parçanın qiymətinin 220.000 manat yox, 400.000 manat olduğunu söyləyiblər. Səbəbini soruşduqda isə bildiriblər ki, dollar qalxıb və ona görə bütün malların qiyməti qalxır. "Mən onlara dedim ki, dollar dünən qalxıb amma mən bunu sizdən neçə gün əvvəl almışam, nəyə görə əlavə ödəniş etməliyəm. Həm də siz bu parçanı da ölkəyə bu gün gətirməmisiniz ki, neçə həftə öncə gətirmisiniz və manat o vaxt hələ dollardan qiymətli idi. Amma mənə dedilər ki,çox danışma yuxarıdan gələn qərar belədir. Sənin borcun 400 min manatdır". Bu məmurlar ölkənin büdcəsini soymaqla məşğuldur. Həm də biznes işi ilə məşğul olurlar. Amma bu işdə də ölkənin adi vətəndaşlarını yenə də soymaqla məşğuldurlar. Ölkənin ən ali rəhbərliyi bəs hara baxır? Yoxsa onlar da bu işə şərik olub ölkə vətəndaşını birgə soyurlar?

Cümə axşamı, 26 Yanvar 2017 00:00

Məşhur psixoloq Dəyanət Rzayev intihar etdi

Yazan

Psixoloq Dəyanət Rzayev intihar edib.

O, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə asıb. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə asıb.

Faktı  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.(Lent.az)

34 -dən səhifə 149