Thursday, September 21, 2017

Çərşənbə axşamı, 18 İyul 2017 00:00

Məşhur riyaziyyatçı vəfat etdi

Yazan

Məryəm Mirzəxani nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır
Üç il əvvəl riyaziyyat üzrə dünyanın ən nüfuzlu Fields Medalına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib.

40 yaşılı professor 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi.

İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb. O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və Stanford Universitetində professor işləyib.

2014-cü ildə "Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə" görə Fields mükafatına layiq görülüb.

ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.
Xatırladım ki, riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal mükafatı "riyaziyyatçıların Nobel mükafatı" adlandırılır.

1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir.

Azərbaycanın sərhədlərini genişləndirən hökmdarımızı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin doğum günüdür bu gün.

Vetenugrunda.az sosial şəbəkədə Şah İsmayıl Xətai ilə bağlı sorğu götürüb. Sorğunu oxuculara təqdim edirik:

download Cavid Cabbarlı. İlahiyyatçı, xeber.info saytının baş redaktoru

 -“Tarix şəxsiyyətlər yaradır, şəxsiyyətlər də tarix yazır” deyimini əksəriyyətimiz  eşitmişik. Şah İsmayıl Xətai haqqında bir kəlmə demək kifayətdir ki, onun kimliyi barədə  təsəvvür yaransın.

 Şah İsmayıl bəşər həyatı və dövlət quruculuğu sahəsində heç zaman silinməyən və inkar  olunmayan tarix yazıb. Fikrimi bir az da dəqiqləşdirsəm belə deyərəm: Şah İsmayıl Xətai  bu gün qürur duya biləcəyimiz və iftixarlanacağımız keçmiş qurub, şanlı tarix yazıb bizim  üçün. Onun barəsində yanlış düşüncə aşılayanlar isə ya həqiqəti anlamaqda çətinlik  çəkirlər, ya daxain təəssübkarlardılar. Belələrinin canfəşanlığı özlərini xar etməkdən  başqa bir şeyə yaramaz.

Şah İsmayıl ilk növbədə özünə məxsus dövlətçilik nümunəsi yaradıb. Dünya tarixi 6 əsrdir bu dövlətçilik nümunəsini təhlil edir. Hesab edirəm ki, bundan sonra da qüsursuz dövlət ənənəsi kimi araşdırılacaq.

Şah İsmayıl təkcə güclü dölvət qurmayıb, həm də orta əsrlər tarixində dövlətlər arası münasibətlərin əsasını qoyan şəxs kimi tarixə düşüb. Onun diplomatik davranışı və idarəçilik metodları siyasilər üçün çox yaxşı örnəkdir. Mədəniyyət, incəsənət və ədəbiyyat baxımından da kiçik zaman kəsiyində xeyli böyük nümunələr yarada bilib.

O hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. Şah İsmayılı öz dövrü ilə müqayisəli şəkildə təqdim etsək, sonrakı dövrlərdə onun ənənəsinin təsir imkanlarını düzgün araşdırsaq, deyə bilərik ki, yaşadığı 36 il ərzində gördüyü işlərin əksəriyyəti örnək götürüləsi hadisələr olub.

Mən tarixçi deyiləm. Ona görə də Şah Xətainin yaşayışını hər xırda detalı ilə araşdırmamışam. Lakin haqqında bilgisiz də deyiləm. Hesab edirəm ki, onun davranışı ədalətli, yaşayışı insaflı olub. Bir məsələni də qeyd edim. Bir neçə əsr keçmişə boylanıb başa düşdüyümüz kimi tarixi şəxsiyyətlərə daş atmaq ən azı insafsızlıqdır.

Həyatda hər şey müqayisə ilə qiymətləndirilir. Yəni heç bir şey mütləq deyil. Bir insanın elmi, siyasəti, imani, cəsarəti və sair xüsusiyyətləri müqayisəli formada dəyərləndirilir. Şah İsmayıl Xətainin gördüyü işləri də bu qəbildən qiymətləndirsək, ona çox yüksək dəyər vermək zorunda qalacağıq. Çünki, müasirləri ilə müqayisədə onların edə bilmədiyini edib. Nöqsanlara gəldikdə, bu məsələ bir qədər fərqlidir.

Hər kəs, hətta əlindən heç bir iş gəlməyən şəxs də milyonların qəhrəman hesab etdiyi şəxsiyyət barədə müxtəlif qüsurlar sadalaya bilər. Bu məsələ fərdi insaf və vicdana söykənir. İnsafsız və vicdansız adamlar tarixi şəxsiyyətləri gözdən salmaq məqsədilə daha çox qüsurlar tutmağa çalışacaqlar. Yəni vicdan hər bir insanın həqiqət ölçüsüdür.

Həqiqət ölçüsünü itirən insandan isə müsbət nəsə gözləmək sadəlikdən başqa bir şey deyil. Bir məsələni də unutmayaq ki, Şah Xətai ilahi tərəfdən xüsusi görəvlənmiş imam və peyğəmbər olmayıb ki, etdiklərində heç bir qüsur olmasın. Lakin bizim miqyasımıza görə deyil ki, onun qüsurlarını və idarəçilikdə siyasi nöqsanlarını sadalayaq. Onu gözdən salmaq məqsədi ilə belə bir iş görəriksə, çox ədalətsiz mövqedə dayanmış olarıq. Şah İsmayıl Xətai sözün hər mənasında qürur mənbəyimizdir. Onun mirasına sahib çıxmaq isə bizim borcumuzdur.

download 1Azər Qaramanlı. Jurnalist

-Mənim üçün Səfəvi xanədanı bu günkü Azərbaycan, eyni zamanda bugünkü İran dövlətçiliyinin təməlini atan bir xanədandır. Daha doğrusu bu təməli tam anlamıyla Şah İsmayıl deyil, Osmanlıya qarşı cəbhə alan və Osmanlı hakimiyyətini qəbul etmək istəməyən türk-şiə bəylikləri atıb. Yəni Şah İsmayıl taxta çıxarkən 13 yaşında olduğu üçün, təbii ki, bu təməli ata bilməzdi. Səfəvilər xanədanının hakimiyyət əldə etməsində Lələ Hüseyn bəyin strateji dühası xüsusi olaraq qiymətləndirilməlidir.

Səvəvilər dövlətinin özündən əvvəlki Azərbaycan Qaraqoyunlu və Azərbaycan Ağqoyunlu dövlətlərindən fərqi ondaydı ki, Lələ Hüseyn bəyin və digər türk şiə bəylərinin səyləri nəticəsində sırf ideoloji üzərində bir dövlət quruldu və bu dövlət qısa zaman kəsiyində bütün Azərbaycan torpaqlarını öz sərhədləri içinə aldı.

Şah İsmayılın yetkinlik dönəmində isə bu sərhədlər Tüküstanın içinə və Əfqanıstana qədr genişləndi. Anadolunun Şərq hissəsi də Səvəvi dövlətinin hakimiyyətini tanıdı. Yəni faktiki olaraq, daha əvvəlki Azərbaycan xanədanlarından fərqli olaraq, Səvəvi dövləti Azərbaycan Hülakü dövlətinin sərhədlərini aşdı və tamailə yeni bir ideolojiyə tapınan bir dövlət formalaşdırıldı.

Zamanla fars mədəni mühiti qarşısında tənəzzülə uğrayan və Şah Abbasın dönəmində tamamilə süqut edən Azərbaycan türk-şiə dövləti daha sonralar da öz geosiyasi məqsədlərini həyata keçirməyə çalışdı. Bu geosiyasi məqsədlərə çatmaq yolunda ən böyük işlərdən birini isə Səvəvi xanədanını yıxan Nadir şah Əfşar gördü. Hindistanı işğal edən Nadir şah faktiki olaraq bir dünya impeatorluğu qurdu. Amma nə yazıq ki, bu imperatorluğun ömrü elə Nadir şahın ömrü qədər oldu.

Şah İsmayılın bəşəriyyət üçün hansısa əməllərini nümunə gətirə bilmərəm. Fakt odur ki, yetkinlik yaşına çatdıqdan sonra Lələsini və Anadolu türk bəylərini dinləməyən Şah İsmayıl dövlətin əsas prinsiplərini, yəni türk qayəsinə dayanan prinsipləri darmadağın etdi. Elə ona görə də Çaldırandan sonra Xətai oldu.

Çaldıran döyüşündən sonra incik türk-şiə bəyləri dağınıq düşdü və bu da Səvəvi sarayında farsların geniş nüfuz qazanması ilə nəticələndi. 100 ildən sonra Səvəvi dövləti bir türk dövləti olmaqdan çıxaraq, fars dövləti oldu. Yalnız Nadir şah Əfşar türk qayəsini yeni qurduğu dövlətə qaytarsa da, artıq çox gec idi və Nadir şahdan sonra farslar yenidən türk Qacarların simasında hakimiyyəti ələ keçirdilər.

Mənə görə, sonradan baş verənlər Şah İsmayılın özbaşına yürütdüyü siyasətin nəticələri oldu. Ona görə də Şah İsmayılı dahi, filan hesab etmirəm. Dahi olanlar Lələ Hüseyn bəyin rəhbərliyi altında o dövləti quranlar və 13 yaşında bir uşağı taxta çıxaranlar idi.

Buraxılan səhvlərdən sonra Səfəvi dövlətinin uzun zaman yaşamasının səbəbi isə farsların şiə dövləti ideyasını mənimsəmələri və bu dövləti özününküləşdirmələri oldu.

Elşad Məmmədli. Jurnalist

-O zaman, Şah İsmayıl Xətai Azərbaycanın bir dövlət kimi mövcudluğunun 15-ci əsrdə təməlini qoymuş şəxsdir. Düzdür, bunu hüquqi baxımdan isbatlamaq çətindir, amma tarixi baxımdan belədir. Böyük sərkərdədir və tariximizin şanlı səhifəsidir. Bəşəriyyət üçün isə gənclərə yer verilməli olduğunun nümunəsini hələ 15-ci əsrdə qoyub. Yəni yeniyetmə yaşında dövlət qurub. Bu, gənclər üçün həm də örnək olmalıdır.

download 2 Vüsal Hətəmov. Birlik.az saytının direktoru, şərqşünas

 -Azərbaycan xalqının bütün ərazi iddialarında, dilinin mövcudluğunda, dinin  kamilləşməsində Şah İsmayıla borcludur. 3 milyon kvadrat kilometr ərazidə hökmranlıq  etmiş və ədalətdə ad çıxartmış şəxs barədə biz kimik fikir bildirək?! Şah İsmayıl  bəşəriyyətə sübut etdi ki, iki ayrı məzhəb dövlətləri qardaş kimi yaşaya bilər.

 Sünni osmanlı dövlətinin sultanı Bayazidə "ata" deyə müraciət edir , o da İsmayıla "oğul"  deyə müraciət edirdi. Qaniçən Səlimə qədər hər iki dövlət qardaş kimi yaşayırdı. Odur ki,  İsmayılı bu gün təriqətbazlıqda ittiham edən bisavadlar tarixə baxıb görsünlər ki, Şah İsmayılın dövründən Azərbaycanda kim hansı dini, məzhəbi yaşayırdısa,  indi də həmin etiqaddadır.

Zümrüd Yağmur. Yazar

-İlk olara onu deyim ki bu gün  mənim üçün həm də Elmar Hüseynov günüdür. Müasir  tariximizin demokratiya şəhidi olan Elmarın da doğum günüdü  və əgər tarix baxımından dəyərləndirsək hər iki şəxsiyyət bu torpalar üçün nəsə etməyə çalışıb.

Bunlardan biri, Şah İsmaıl tarixin səhifələrində bir çox sirrləri özü ilə aparıb. Çünki tarix rəqəmlərə istinad edir. insan duyğularına deyil. Amma bir anlığa Şah İsmayılın nələr düşündüyünü. nələr etmək istədiyini anlamaq. Onunla ruhi bir bağlantı yaratmaq istəyirsən və bu bağlantı nəticəsində bir acı, faciəvilik insanın üzərinə axır sanki... İlk olaraq ona gərə ki, o dövrə demək olar ki,  eyni zamanda yaranmış iki dövlətin yaradıcılarının taleyinə baxanda Şah İsmayıl öz missiyasını sona yetirə bilmədi, bu azmış kimi onun varisləri də qoyub getdiyi dövləti tarixə daşıya bilmədi. Amma bundan fərqli olaraq Osmanlının nəvələri onun qurduğu dövləti 600 yüz il yaşada bildi və tarixin ən böyük imperiyasını, Osmanlını yaratdı..

Şah İsmaylın yanaşmaında dövlətçilk bəzən  mənə  təsəvvüfün siyasətlə sintezi kimi görünür. Ümumən bu yanaşma Azərbaycanda sayasətlə hər zaman birgə yol alıb və bəlkə də bizm dövlətçilk şüurumuzn  formalaşmasına  əngəl olan amillərdən biri də budur.. Ədəbiyyat və fəlsəfə, sufuzmlə siyasət bir arada ola bilmir. Bizm 1988 ci il xalq həraktının uğuruzluğu da məhz praktik siyasətin yürüdülə bilməməsi ilə bağlı idi.

Tarixi şəraitə baxılırsa o dövrdə Xətainin təriqətə üz tutmsı anlaşılandı. İnsanları bir arada tutacaq ideologiyanın vacibliyi bunu qaçınılmaz edirdi Və Xətai dövrünün insanının əhvalını  yəqin ki düz dəyələndirmiş, yeni bir ideologiya axtarışına çıxmamış, artıq 1000 illik bir təfəkkürün üzərində divarlar hörməyə çalışmışdır və qısa zamanda da buna nail olmuşdur.

Siyasi gedişlərində yanlış olanı məncə onun Osmanlı ilə, eyni şəkidə də Osmalının da  Səfəvi dövləti ilə qonşuluq prinsiplərinə əməl etməməsi olmuşdur. Bu iki dövlətin dini və milli eyniliyini nəzərə alsaq bu hər iki dövlətin yanlışı  Çaldıran döyüşü idi və müasir dövrdə də  bu çoğrafiyada  bir türk zolağının yarana bilməməsinin  təməlləri məhz o dövrdə atılıb..

Bu gün Xəti haqqında gedən  söhbətləri də az-çox izləyirəm. Düşünürəm ki,  tarix  düz dəyərləndirilməlidir. Amma Xətai ilə bağlı yazılanları bəzən səs yaratmaq iddiası kimi dəyləndirirəm. Çünki bütün hallarda inkarçılığı qəbul etmirəm

İlkin Əli Məmmədli. Jurnalist

-Şah İsmayıl Xətai Azərbaycançılıq ideyasının və dövlətçilik ənənəsinin  yaradıcısıdır.

O, göstərdi ki, insanlara zülm ilə hökmranlıq etmək olmaz

Amma məncə Çaldıran döyüşündə onun sərkərdələrinin təklifini rədd etməsi düzgün deyildi və bu da nəticəsini verdi. Yəni sərkərdələri ona Səlimin qoşununa gecə basqın etməyi məsləhət bilsə də Şah İsmayıl Xətai bunu özünə sığışdırmamışdı.

Kərbəlayi Əli. Müəllim

-Şah İsmayıl Xətai 17 iyul 1487-ci ildə Ərdəbil şəhərində anadan olub. Səfəvilər dövlətinin banisi və ilk şahı olub.

Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur.

Şah İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan,İraq,Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir..Dəmir qapı Dərbənddən ta İraqın əyri bucaq Türkmənlər diyarına kimi uzanan Böyük bir Azərbaycan dövləti qurub...

img1622971Fərhad Mehdiyev. Politoloq

- Şahları ümumiyyətlə sevmirəm. Yeniyetmə dövründə ancaq Makedoniyali İsgəndəri sevirdim. Lakin ədalətli monarx prinsipinə inanmadığım üçün onlari gözümdə böyütmürem. Bununla bərabər sarayda fars dili əvəzinə türk dilindən istifadə etməsi müsbət bir hal kimi dəyərləndirirem.

Ümumilikdə isə Şah Ismayilin varlığını Azərbaycançılıq üçün müsbət dəyərləndirirem. Sultan Yavuzla olan ixtilafına gəldikdə isə, bunun türk dünyasına bölücülük kimi qiymət verilməsini düzgün görmürəm, eyni tənqid Sultan Yavuz Selime irəli sürmək mümkündür.

Əfşar Hüseynli. İlahiyyatçı

-Şah İsmayıl böyük Azərbaycan sərkərdəsi və hökmdarıdır .Onun sayəsində Azərbaycan tarixdə ən qüdrətli dövrünü yaşayıb .Siyasi fiqur kimi çox böyük şəxsiyyətdir .

Rövşən Məmmədli. Jurnalist

-Şah İsmayıl Azәrbaycanın milli kimliyinin formalaşmasında әn böyük rolu olmuş şәxsdir. Böyük Azәrbaycan ideyasını reallaşdıran ilk hökmdardır. Onun tәk türk dilini dövlәt dili sәviyyәsinә yüksәltmәsi faktı bәs edir ki, biz tarix boyu özümüzü ona borclu hesab edәk.

Elgün Mənsimov. Jurnalist

-Əslində bu cür şəxslər haqqında sonradan şübhəedici və ya şübhəyaradıcı məqalələrin yazılamsını, sorğuların aparılmasını istəməzdim. Digər tərəfdən isə Şah İsmayıl barədə hamı kimi, mən də oxuduqlarımdan o yana məlumatlı deyiləm. Tarix kitablarının əxz elədiyinə görə, yaxşı sərkərdə olub.

Səfəvilər boyda imperiyanı qurub yaratmaq təbii ki, ancaq böyük hökmdarların işi ola bilərdi. Tarixə nəzər salsanız, görərsiniz ki, Hətta Səfəvi-Osmalı müharibələrində də ilk hücum edənlər osmanlılar olub. Nəhayət, Çaldıran döyüşündəki məğlubiyyətdən sonra Şah İsmayıl döyüşlərə qatılmayıb. Bu da onun böyüklüyünün göstəricisi idi məncə.

O ki, qaldı onun beynəlxalq siyasətinə, fikrimcə, İran körfəzini Qərbə güzəştə getməməliydi. Bunun sonrakı fəsadlarını tarix də göstərdi.

Onun dövründə tarixi Azərbaycan əraziləri 250 min kv km-dən çox olub. sonrakı sələflərinin yarıtmazlıqları ucbatından bu gün müstəqil Azərbaycanın 86.6 min kv km qalıb. Siz bunun səbəblərini araşdırın, bu prosesi şərhləndirin. Şah İsmayıl etdiyini edib. Tarix isə saxta, ya qeyri-saxta yazdığını yazıb. İndi kiminsə onu necə bir kişi kimi tanımasının heç bir mənası yoxdur!

Onun Almaniyaya sığınacaq üçün müraciət etdiyi deyilir

Xeber.İnfo-a daxil olan məlumata görə, Yardımlı rayon icra hakimiyyəti başçısının müavinlərindən biri ölkəni tərk edib. Onun Almaniyaya qaçdığı və siyasi sığınacaq istədiyi bildirilir.

Qeyd edək ki, rayon əhalisi həmin müavindən çox narazı olub və onun qardaşına görə ölkəni tərk etməsi deyilir. 

Bazar ertəsi, 17 İyul 2017 00:00

Prezidentin qardaşı həbs olundu

Yazan

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

APA-nın məlumatına görə, bu barədə "Frans Press” agentliyi məhkəməyə istinadən xəbər yayıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.

Məmmədəli İsmayılov: “İnsanları kölə vəziyyətinə salmaq, fəal şəxsləri saxta ittihamlarla həbsə atmaq cəmiyyətdə qorxu yaradıb”

“Hesab edirəm ki, Dövlət və Vətən anlayışı təkcə torpaq deyil, o torpağın üzərində gəzən, nəfəs alan vətəndaşlardan da ibarətdir”

Ölkənin hər rayonunda olduğu kimi Bakı kəndlərində də vəziyyət ürəkaçan deyil. Hətta kəndlərdə yaşayış səviyyəsinin hər gün məhdudlaşması ilə bağlı mesajlar verilir. Xüsusilə də yerli əhalinin torpaqla bağlı problemləri ciddi narazlıq yaradıb. Körpü və yol çəkilişləri ilə bağlı plana düşən evlərə verilən kompensasiyalarla əlaqədar yaranan narazılıq isə vəziyyəti daha da gərginləşdirib. Məsələ ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının yanında yaradılmş Bakı Kəndlər İcmasının sədri Məmmədəli İsmayılov fikirlərini bizimlə bölüşdü.

-  Məmmədəli müəllim, Bakı kəndlərində əhalinin vəziyyətini necə xarakterizə edərdiniz?

Düşünürəm ki, Bakı kəndlərində vəziyyət pisdir, problem olduqca çoxdur. Əsas problem isə torpaqla bağlıdır. Çünki, torpaq əhalinin məskunlaşmasıdır, iqtisadiyyatdır, gələcəyidir. Azərbaycanda baş verən proseslərin əksəriyyəti isə öz əks-sədasını Bakı kəndlərində və Abşeron torpaqlarında göstərir. Bakı kəndlərində vəziyyəti pisləşdirən amillərdən biri də ölkənin digər rayon və kəndlərindəki vəziyyətin ağırlaşmasıdır. Regionlarda işsizlik və sosial problemlər əhalinin böyük əksəriyyətini paytaxta toplayıb. Bu istiqamətdə məsuliyyət birmənalı olaraq hakimiyyətin üzərinə düşür. Çünki hakimiyyətin yanlış siyasəti nəticəsində regionlarda həyat iflic vəziyyətindədir. Digər tərəfdən Dağlıq Qarabağ və Qarabağ ətrafındakı rayonların işğalı nəticəsində həmin rayonların sakinləri də Bakıda məskunlaşıb. Ən əsas səbəb isə hakimiyyətin yanlış davranışı və siyasətidir. Bu amillərə görə yerli əhali üçün xeyli çətinlik yaranıb. Rayon əhalisini günahlandırmaq fikrində deyilm. Bu mənzərə ölkənin ümumi görünüşüdür. Mən şəxsən elələrini tanıyıram ki, hansısa rayonda illərlə zəhmət çəkib tikdiyi, hektarlarla ərazisi olan evini qıfıllayıb, gəlib Bakının hansısa kəndində şəraitsiz evdə kirayə yaşayır. Bir az imkanı olan isə 1, 2 sot torpaq alıb, ev tikir, yaşayır. Yəni həyatını yenidən qurmağa məcbur olur. Sizcə normal insan niyə bu addımı atmalıdır? Rayonlardan paytaxta kütləvi axın yerli əhalinin iş yerlərinin itirməsinə və digər çətinliklərə səbəb olub. 

-Vəziyyətin bu həddə çatmasında əsas günahkar(lar) kim(lər)dir?

-Bütün halda ölkə başçısı məsuliyyət daşıyır. Əvvəla, ölkə başçısı hər bir vətəndaşın təhlükəsizliyinin və mülkiyyətinin qarantıdır, ikincisi ölkədə vəziyyəti gərginləşdirən məmurlar məhz ölkə başçısının sərəncamı ilə vəzifəyə təyin olunurlar və onların davranışını prezident hələ ki, sükutla seyr edir.  Məmurlar vəzifələrdə elə oturublar ki, sanki bu kreslo onlara verilən fərdi səlahiyyətdir. Bir şeyi başa düşmürlər ki, bu vəzifə kürsüsü onlara ona görə verilib ki, xalqın ehtiyaclarını ödəsinlər. İstər "Azəriqaz", istər ARDNŞ, istərsə də digər dövlət qurumları öz maraqlarını güdür. Ancaq ciblərini doldurmağı yaxşı hesablayırlar. Bunun nəticəsidir ki, bu gün Bakı kəndlərində hər mənada gərginlik yaranıb.

- Bakı kəndlərində plana düşən evlərlə bağlı da narazılıqların olduğu bildirilir... 

- Məndə olan məlumata görə, kənd sakinləri ilə aparılan danışıqlara əsasən, kompensasiyalar verilir. Eləsi var ki, torpağı zəbt edib, orda nəsə tikib, kiməsə rüşvət verib, qalıb. İndi gəlib onu sökəndə sənəd göstərməlidir, bəzilərinin isə sənədi yoxdur. Nardaran kəndinin abadlaşdırılması istiqamətində dövlət layihəsi həyata keçirildi. Sonra məlum oldu ki, kənd camaatının bir hissəsi aldadılıb. Əvvəlcə razılaşdırılmış məbləğ ödənilməyib. Belə hallara digər kəndlərdə də rast gəlmək mümkündür.

-  Kompensasiyaların əhalinin evlərinə və əmlaklarına adekvat olmadığı bildirilir. Bu barədə nə deyə bilərsiniz? 

-Belə halları təkzib etmək mümkün deyil. Bakının abadlaşdırılması üçün həyata keçirilən layihələr ya dövlət tərəfindən icra olunur, ya da hansısa sahibkar. Hər iki halda sakinlər aldadılır. Dövlət icra etdiyi layihələrdə Vətən, Dövlət və sair məsələləri önə çəkib sakinləri razılaşmağa məcbur edirlər. Sahibkarlar da müxtəlif təzyiqlərdən yararlanırlar. Nəticədə vətəndaş məcbur şəkildə mülkünü verməli olur. Hesab edirəm ki, Bakı kəndlərində əsas problemlərdən biri də yeni evlərin tikilməsi üçün torpaq sahələrinin olmamasıdır. Kəndlərdə boş torpaqlar digərlərinə satılıb. Yerli camaat gənc övladını evlədnirib, ev tikib ayırmaq üçün torpaq sahəsi tapmır. Bu hal yaxın gələcəkdə ciddi proeblemə çevriləcək. Bu problem nə vaxtsa şişib partlayacaq. Belə davam etsə, Bakı kəndlərində sosial partlayış gözlənilir. Burada elə bir ab-hava yaranıb ki, hər an partlayış ola bilər. Abşeron torpaqları hazırda yüz dəfə özündən artıq təzyiqə məruz qalıb. Hər tərəfdən bura axın var. Bakı kəndlərinin əksəriyyəti müəyyən təsərrüfat bölgüsü ilə mövcud olub. Maştağa ticarət mərkəzi, Buzovnada balıq, göyərti, Nardaranda bostançılıq, balıq, Bilgəhdə zəfəran, bağçılıq, Şüvəlan, Zirə əkinçilik, maldarlıqla məşğul olub. İndi isə əkin və örüş yerləri məhdudlaşıb. Satılan satılıb, tutulan tutulub, daha torpaq yoxdur. Demək olar ki, fərdi təsərrüfat məhv edilib. Vaxtiylə Bakı kəndliləri özlərini fərdi qaydada dolandırırdılarsa, Bakının bir milyon əhalisini meyvə, tərəvəz, ət məhsuları ilə təmin edirdilərsə, indi heç öz kəndlərini təmin edəcək səviyyədə deyillər. 

-Bu kimi problemlərin həlli üçün nə təklifləriniz var?

-Bakı kəndlərində baş verən hadisələrin mahiyyətini anlamırlar. Bu hadisələrə düzgün münasibət lazımdır. Kabinetdə oturub, torpağı başa düşmək olmaz. Kabinetdə oturan nazirləri torpağa doğru qovmaq lazımdır. Bir gün Bakı kəndlərində partlayış olacaq, sonra axtaracaqlar ki, nəyə görə belə oldu. Müəyyən məmurlar cinayətkar sistemi qurublar, xalqı cinayətə sövq edirlər. İlk növbədə regionlarda sosial proeblemlər və işsizlik aradan qaldırılmalıdır. Bakı nisbətən yüngülləşməlidir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi istiqamətində real işlər görülməlidir. Bu günə qədər hökumət ancaq kağız üzərində yalançı rəqəmlər səsləndirməklə məşğul olub. Boş rəqəmləri real işə çevirməsək heç nə dəyişməyəcək, əksinə vəziyyət ağırlaşan templə inkişaf edəcək.

-Artıq, keçmiş “Sovetski” deyilən ərazi söküldü, tarixə qovuşdu. Sakinlərin əksəriyyəti öz evlərindən çıxmaq istəmirdilər. Əsas səbəb kimi isə verilən kompensasiyanın azlığını göstərirdilər. “Sovetski” sakinlərinin durumu nə yerdədir?

Məndə olan məlumata görə Maliyyə Nazirliyi tərəfindən sakinlər aldanılıblar. Nə əlilə, nə körpəyə, nə də yaşlıya hörmət edilməyib. Yalan vədlərlə camaata qol çəkdiriblər, pulu vermək əvəzinə oyun qururlar. İnsan həyatı ilə bu qədər oynamaq olmaz. Bazarda alver edən adam bunlardan qeyrətlidir. Sakinlərin aldanılması ilə bağlı Komissiya sədrinin yanında oldum; mənə dedi ki, “get hara bacarırsan şikayət et”. Bu ərazidən sakinləri məcbur çıxartdılar. Təsəvvür edin əksər evlərin suyunu, qazını, işığını kəsdilər. Neçə ailə tanıyıram ki, günlərlə suzuz və qaranlığa yaşadı. Birmənalı və tam məsuliyyətlə deyə bilərəm ki, burada insanların mülkiyyət hüququ pozuldu və pozulur. XXI əsrdə bu cür vandalizm aktına şahid olmaq dəhşətdir. Hesab edirəm ki, Dövlət və Vətən anlayışı təkcə torpaq deyil, o torpağın üzərində gəzən, nəfəs alan vətəndaşlardan da ibarətdir. Vətəndaş yoxdursa, vətən də yoxdur. Hətta “dövlət layihəsi”dir adı ilə vətəndaşların fiziki təzyiqə məruz qaldığına da şahid olduq. Xüsusi olaraq qeyd edirəm ki, hər kvadrat metr üçün 1500 manat kompensasiya ödənilməsinə qarşıyam. Bu məbləğ manat dəyərdən düşməmiş ödənilirdi. O zaman bir ABŞ dolları 0.78 manat idi. İndi isə dollar iki manata yaxındır. Nəzərə alsaq ki, Azərbaycana meyvədən tutmuş, tikinti materialına qədər hər şey idxal olunur, o zaman dolların dəyərləndiyi üçün qiymət artımını anlamaq elə də çətin olmur. İndi isə müqayisə edin. Hər kvadrat metr üçün 1500 manat kompensasiya ödəmək nə qədər insaflıdır? Heç buməbləği də düzgün ödəmirlər. 

-Məmmədəli müəllim, söküntü başlayan vaxtlar bir neçə etiraz aksiyasını müşahidə etdik. Bu qədər problem varsa niyə sakinlər etiraz etmir? 

-Mən hər gün sakinlərlə görüşürəm. Onların hansı problemlərlə üzləşdiklərini də yaxşı bilirəm. Bir paralellik aparsam sizin sualın cavabı məlum olar. Azərbaycanda bütün rayon və şəhər əhalisinin problemi eynidir, hamı bir nəfər kimi narazıdır. Lakin heç kim etiraz yürüşünə çıxmaq istəmir. İnsanları qorxu içində saxlamaq, onları kölə vəziyyətinə salmaq, fəal şəxsləri saxta ittihamlarla həbsə atmaq və digər vasitələrlə hökumət cəmiyyətdə qorxu yaradıb. Cəmiyyətdə yaradılan qorxu kütləvi etirazlara hələ ki, maneə olur. Amma deməliyəm ki, bu cür idarəetmə çox uzağa gedə bilməz.

Cavid Cabbarlı

Xeber.İnfo

IMG 3223  Vətəndaş və İnkişaf Partiyası Məclisinin sədri Rəşid Abbasovun atası Əsəd kişi 81 yaşında dünyasını dəyişib.    VİP sədri Əli Əliyev başda olmaqla bütün partiyadaşlar və Xeber.İnfo saytının baş redaktoru Cavid Cabbarlı  Rəşid bəyə atasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir və dərdinə şərik olduğunu bildirirlər.

 Allah rəhmət eləsin! 

Zəhra!

Mənim mələk qızım... Bu məktubu sənə yazıram - həyatda heç vaxt üzünü görmədiyim bir mələyə! Düşüncələr içindəyəm, bu sətirləri yaza - yaza düşünürəm ki, sənin necə acı olduğunu belə bilməyə ömrün yetməyən bu həyat, həm də necə təzadlıdır, gözəl qızım: çünki bu məktubu sənə yazma nədənim də elə sənin bu məktubu heç vaxt oxuya bilməyəcəyin səbəbindən yaranıb... Zəhra, mənim balam, bilirəm ki, sən bu məktubda sənə nə yazdıqlarımdan heç vaxt xəbər tutmayacaqsan - ona görə yox ki, sən hələ çox kiçiksən, 2 yaşın belə tamam olmayıb, oxuya bilmirsən hələ, ilk hərfləri hələ bundan 4 il sonra öyrənməli idin... Yox! Ona görə ki, sən indi mələklərin olduğu bir məkandasan, əlifbanın, hərflərin, sözün, kəlmələrin heç bir önəm kəsb etmədiyi bir məkanda... 20106595 10155397722070283 7787124490682096450 n Zəhra qızım, amma Sənə yazıram, yazmaq istəyirəm - bu  gecə ürəyim o qədər narahatdır ki, bir bilsən... Sabah sənin  adını şüar edən yüzlərlə həmvətənin Almaniya adlı  Vətənimizdən çox-çox uzaq, yad, soyuq bir məmləkətdə  "Mən Zəhrayam" deyə sənin başına gələnlərə etiraz edib,  küçələrə çıxacaqlar, sənin yarım qalmış taleyini dünyaya  duyurmağa çalışacaqlar, sənin işğal olunmuş Vətəninə  dünyadan ƏDALƏT istəyəcəklər, Sənin kimi bir mələyə  qıymış o terrorçu, işğalçı erməni adını bir daha bu "Qoca  dünyada" hayqırb, lənətləyəcəklər, qızım! Zəhra mən səni bu  həyatda sağ ikən tanımadım, tanımaq nəsib olmadı, amma  sənə "qızım" deyirəm, bilirsənmi Zəhra, düzünü deyim ki,  mənim heç vaxt qızım olmadı, heç vaxt sənin kimi bir mələk  bugünədək mənə "ata" demədi, amma inan ki, sən mənə o  qədər doğmasan ki, o qədər canımdasan ki, o qədər  içimdəsən ki, o qədər ağrıdırsan ki ürəyimi... Sənin cansız  bədəninin şəkli olan plakatlar çap etmişik, sabah əllərimizə  götürüb sənin məsumluğunu, qatillərinin amansızlığını dünyaya göstərəcəyik. İndi bu şəkillərə baxırdım, yoxlayırdım ki hər şey görüm qaydasındamı: sabah sənin adına bir əskik olmasın deyə, gözəl qızım... birdən sanki qulağıma qeyri-adi bir səs gəldi, uşaq səsi, mehriban və gülümsəyən bir uşaq səsi... Elə bildim ki, sənsən "ata" deyirsən, məni səsləyirsən... Gözüm cansız bədəninin şəklində, qulağım sənin bildiyim o səsdə - Allahın möcüzəsi idi. Bilmirəm, bəlkə doğrudan da səndin... Bəlkə doğrudan da məni səsləyirdin, mələyim mənim! Bəlkə yatmış vicdanlarımızı oyatmaq istəyirdin, bir mələyin intiqamı üçün! Bəlkə haqsızlıqdan, ədalətsizlikdən, Vətənsizlikdən, Qarabağsızlıqdan, indi də Sənsizlikdən ağlayan qəlbimi ovudurdun "ata" deyə, Zəhram! Bəlkə dünyamıza bu gecə mənim qızım kimi yenidən qayıdırdın, körpə balam. Yoxsa, beləcə təşəkkürmü edirdin yarım qalmış məsum taleyini dünyaya duyuranlara, gözəl qızım... Sənə demişdim bu məktubda bir az əvvəl ki, həyat qəribədir: bilirsənmi, yəni sən mənim həm qızım, həm də bacımsan, Zəhra: ona görə ki, ikimizin bir ANASI var - adına Azərbaycan deyirik, qızım! Anamıza and olsun ki, məsum balam, sənin intiqamını alacağıq və bir gün mən sənin yanına gələndə bu oxuya bilmədiyin məktubu da, 15 iyulda sənin adına keçirdiyimiz bu etirazı da, gün gəlincə Uca Vətənimizi işğaldan necə azad etdiyimizi də, anamız Azərbaycanı necə xoşbəxt edə bildiyimizi də və sənin adından başlayan bu yolun bizi daha nələrə, haralara qədər apardığını da bircə-bircə sənə söyləyəcəm... Bəlkə onda yenə də üzümə şirin-şirin gülüb təşəkkür etdin, məni qucaqladın, mənə bir daha "ata" dedin... Bilmirəm, bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq, darıxacaqsan məni yanında görməyə, gözəl balam.. Amma yanına üzüağ gəlməyim, ANAMIZ Azərbaycan qarşısında borcumu verə bilməyim üçün hələ həyatda olsam da, yolumu gözlə, mələk qızım, gələcəyəm, mütləq gələcəyəm!

Anar Orucov

Xeber.İnfo

"Bizim milləti dərd birləşdirir"... Bunu Düsseldorfa getmək üçün mindiyim qatarda arxa sırada əyləşən iki həmvətənimizdən eşitdim. Tez yerimi dəyişim yanlarında əyləşdim. Bonn Universitetinin tələbələri olan iki gənc Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva üçün keçiriləcək yürüş-mitinqinə gedirdilər. Əllərində də üçrəngli bayrağımız. Onlar kimi mənim də gözləntim böyük idi. Neçə gündür sosial şəbəkələrədə Almaniyada yaşayan həmvətənlərimizə bu yürüş-  mitinqlə bağlı çağırışlar edilirdi. Hər kəs də qatılacağını yazırdı.zehra1

 Təşkilatçılar da bunu nəzərə alıb Düsseldorfun mərkəzi vağzalına yaxın  küçə boyunca yürüş-mitinq keçirmək üçün şəhər rəhbərliyinə müraciət  etmiş və müsbət cavab almışdılar. Qatarımız Düsseldorfa çatanda ilk baş  çəkdiyim yürüşün başlayacağı - Freiderich Ebert küçəsi 34 ünvanı oldu.  Buraya toplaşan yüzlərlə həmvətənimiz yürüş-mitinqə hazırlıqları  davam etdirirdilər.

 Mitinqin vaxtı yaxınlaşdıqca təşkilatçıların toplaşdığı "Legat" hüquq  firmasınada da gərgin hazırlıq işləri gedirdi. Firmanın rəhbəri Əlövsət  Əliyevi xeyli həyəcanlı gördüm. O, gah mitinqlə bağlı plakatların  hazırlanmasına kömək edir, gah firmaya gələn müştərilərinə hüquqi  məsləhətlər verirdi.

 Burada olarkən öyrəndim ki, yürüş-mitinqin iştirakçılarının təhlükəsizliyini Düsseldorf şəhər polisi qorucayaq. Polislər də, saatlar öncədən yerlərini almışdılar. Onlar maşın, motosiklet və velosipedlərlə yürüş iştirakçılarını müşayiət edəcəkdilər.

zehra2Yürüş-mitinq başladı....

Təyin olunan vaxtda-11:30-da 2 yaşlı Zəhra üçün keçirilən yürüş-mitinq başladı. Gözləntilərimiz özünü doğrultmuşdu. İlk dəfə idi ki, bu qədər azərbaycanlınını bir yerdə görürdük. Yürüşə qatılanların çoxu Zəhra ilə həmyaşıd uşaqları ilə gəlmişdilər. Bayrağımız və Zəhranın şəkili olan almanca yazılı posterlər də əllərində. "Erməni işğalına son", "Mən Zəhrayam" şüarları ilə başlayan aksiya Freiderich Ebert küçəsi boyunca davam edirdi. Yürüş-mitinq yerli almanların və küçədən keçən turistlərin də diqqətini cəlb etmişdi. Onlar yürüş iştirakçılarına yaxınlaşıb Zəhranın nədən və kimlər tərəfindən öldürülüdüyünü öyrənməyə çalışırdılar. Eyni zamanda küçədən keçən sürücülər də siqnal verərək yürüş-mitinqinə dəstəklərini ifadə edirdilər.

zehra3 "Bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq... "

 Yürüşün bitiş nöqtəsi olan Graf Adolf Platz-a çatanda isə, təşkilatçılar        Azərbaycan, ingilis və alman dillərində çıxışlarını etdilər. İlk söz alan "Kanal13"  internet televiziyası və "Avropost" qəzetinin baş redaktoru Anar Orucovun çıxışı  təsirli idi: "Zəhra! Mənim mələk qızım... Bu məktubu sənə yazıram - həyatda heç  vaxt üzünü görmədiyim bir mələyə! Düşüncələr içindəyəm, bu sətirləri yaza -  yaza düşünürəm ki, sənin necə acı olduğunu belə bilməyə ömrün yetməyən bu  həyat, həm də necə təzadlıdır, gözəl qızım: çünki bu məktubu sənə yazma  nədənim də elə sənin bu məktubu heç vaxt oxuya bilməyəcəyin səbəbindən  yaranıb... Zəhra, mənim balam, bilirəm ki, sən bu məktubda sənə nə  yazdıqlarımdan heç vaxt xəbər tutmayacaqsan - ona görə yox ki, sən hələ çox kiçiksən, 2 yaşın belə tamam olmayıb, oxuya bilmirsən hələ, ilk hərfləri hələ bundan 4 il sonra öyrənməli idin... Yox! Ona görə ki, sən indi mələklərin olduğu bir məkandasan, əlifbanın, hərflərin, sözün, kəlmələrin heç bir önəm kəsb etmədiyi bir məkanda... Zəhra qızım, amma sənə yazıram, yazmaq istəyirəm - bu gecə ürəyim o qədər narahatdır ki, bir bilsən...

zehra6Sabah sənin adını şüar edən yüzlərlə həmvətənin Almaniya adlı Vətənimizdən çox-çox uzaq, yad, soyuq bir məmləkətdə "Mən Zəhrayam" deyə sənin başına gələnlərə etiraz edib, küçələrə çıxacaqlar, sənin yarım qalmış taleyini dünyaya duyurmağa çalışacaqlar, sənin işğal olunmuş Vətəninə dünyadan ədalət istəyəcəklər. Sənin kimi bir mələyə qıymış o terrorçu, işğalçı erməni adını bir daha bu qoca dünyada hayqırb, lənətləyəcəklər, qızım! Zəhra mən səni bu həyatda sağ ikən tanımadım, tanımaq nəsib olmadı, amma sənə "qızım" deyirəm, bilirsənmi, Zəhra, düzünü deyim ki, mənim heç vaxt qızım olmadı, heç vaxt sənin kimi bir mələk bu günədək mənə "ata" demədi, amma inan ki, sən mənə o qədər doğmasan ki, o qədər canımdasan ki, o qədər içimdəsən ki, o qədər ağrıdırsan ki ürəyimi... Sənin cansız bədəninin şəkli olan plakatlar çap etmişik, sabah əllərimizə götürüb sənin məsumluğunu, qatillərinin amansızlığını dünyaya göstərəcəyik. İndi bu şəkillərə baxırdım, yoxlayırdım ki hər şey görüm qaydasındamı: sabah sənin adına bir əskik olmasın deyə, gözəl qızım... birdən sanki qulağıma qeyri-adi bir səs gəldi, uşaq səsi, mehriban və gülümsəyən bir uşaq səsi...

zehra5 Elə bildim ki, sənsən "ata" deyirsən, məni səsləyirsən... Gözüm  cansız bədəninin şəklində, qulağım sənin bildiyim o səsdə - Allahın  möcüzəsi idi. Bilmirəm, bəlkə doğrudan da sən idin... Bəlkə  doğrudan da məni səsləyirdin, mələyim mənim! Bəlkə yatmış  vicdanlarımızı oyatmaq istəyirdin, bir mələyin intiqamı üçün!  Bəlkə haqsızlıqdan, ədalətsizlikdən, Vətənsizlikdən,  Qarabağsızlıqdan, indi də sənsizlikdən ağlayan qəlbimi ovudurdun  "ata" deyə, Zəhram! Bəlkə dünyamıza bu gecə mənim qızım kimi  yenidən qayıdırdın, körpə balam. Yoxsa, beləcə təşəkkürmü edirdin  yarım qalmış məsum taleyini dünyaya duyuranlara, gözəl qızım...  Sənə demişdim bu məktubda bir az əvvəl ki, həyat qəribədir:  bilirsənmi, yəni sən mənim həm qızım, həm də bacımsan, Zəhra:  ona görə ki, ikimizin bir anası var - adına Azərbaycan deyirik,  qızım! Anamıza and olsun ki, məsum balam, sənin intiqamını  alacağıq və bir gün mən sənin yanına gələndə bu oxuya bilmədiyin məktubu da, 15 iyulda sənin adına keçirdiyimiz bu etirazı da, gün gəlincə uca Vətənimizi işğaldan necə azad etdiyimizi də, anamız Azərbaycanı necə xoşbəxt edə bildiyimizi də və sənin adından başlayan bu yolun bizi daha nələrə, haralara qədər apardığını da bircə-bircə sənə söyləyəcəm... Bəlkə onda yenə də üzümə şirin-şirin gülüb təşəkkür etdin, məni qucaqladın, mənə bir daha "ata" dedin... Bilmirəm, bəlkə bu yazdıqlarımı sənə mələklər çatdıracaq, darıxacaqsan məni yanında görməyə, gözəl balam.. Amma yanına üzüağ gəlməyim, anamız Azərbaycan qarşısında borcumu verə bilməyim üçün hələ həyatda olsam da, yolumu gözlə, mələk qızım, gələcəyəm, mütləq gələcəyəm!"

zehra4Əlövsət Əliyev: "400 nəfərdən çox həmyerlimizin şüarlar söyləyərək irəliləməsi fərəhləndirici idi"

Növbəti çıxış edən "Legat" hüquq firmasının rəhbəri Əlövsət Əliyev nitqinə mitinqə gələnləri salamlayıb təşəkkür etməklə başladı: "Hər birinizə tək-tək təşəkkür edirəm. Belə bir gündə bizi tək qoymadınız. Qatılım gözlədiyimizdən də çox oldu. Hesab edirəm ki, yürüş-mitinqimiz zamanı diqqəti erməni qəsbkarları tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra balamızın faciəsinə çəkə bildik. Səsləndirilən şüarlar, açılana plakatlar yerli almanlarla yanaşı yoldan keçən turistlərin də marağına səbəb olmuşdu. Çalışdıq onlara bu faciə barədə dolğun məlumat verək. Hesab edirəm ki, buna nail olduq. Az öncə mənə məlumat daxil oldu ki, yüzlərlə həmvətənimiz yürüş-mitinqinin topalanış yerindən bura doğru irəliləyirlər. Onlara da öz təşəkkürümü bildirirəm. Doğurdan da, Düsseldorfun ən gur prospektlərindən biri hesab olunan Karlstrasse ilə 400 nəfərdən çox həmyerlimizin  şüarlar söyləyərək irəliləməsi fərəhləndirici idi.zehra7 Bu tədbir bir daha onu göstərdi ki,  xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi , təşkilatlanması vacibdir və buna  vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəs  öz tövhəsini verməlidir. Bir daha tədbirdən iştirak edən hər kəsə təşəkkürümüzü  bildiririk. Eyni zamanda tədbirin işıqlandırılmasına cəhd edən dostlara da çox sağolun  deyirəm. Ümid edirəm ki, yaxın illərdə Almaniyada yaşayan azərbaycanlıların  təşkilatlanması digər ölkələrdə yaşayan soydaşlarımız üçün nümunə olacaq".

 Yürüş-mitinqi ingilis dilində təşkilatçılar tərəfindən hazırlanan bəyanatın oxunması ilə  sona çatdı.

 Sonda onu bildirim ki, yürüş-mitinqinin əsas təşkilatçıları Almaniyada fəaliyyət göstərən  “"Azərbaycan" Mədəniyyət və İdman Cəmiyyəti”, “İnteqrasiya və İnkişaf Mərkəzi”  “Legat” hüquq firması və “Avropost” qəzeti idi.

Musavat.com - Düsseldorf-Almaniya

Millət vəkili: "Vətəndaşlar benzinin qiymətinin qalxmasını bayram etməlidir"

“Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”.

Bunu femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırıb: “Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə muqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

5 -dən səhifə 148