Baş Prokurorluğun əməkdaşları "Kanal-13"ün ofisində axtarışa başlayıblar. 
 
Bu barədə internet-televiziyanın əməkdaşları məlumat veriblər. 
 
İyunun 1-də Tv-nin rəhbəri Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb. 
 
Baş redaktor qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 
 
"Əziz Orucova qarşı qaldırılan cinayət işi "Kanal-13"ün fəaliyyəti və "Qafqaz Media Təhqiqatları Mərkəzi" İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb”, – vəkil bildirib.
 
Mayın 2-də Əziz Orucov 30 sutka həbs cəzası almışdı. O, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb.O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurdu.
 
"Kanal 13" internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə sanksiya məhkəməsi artıq başa çatıb. Əfqan Muxtarlı barədə istintaq dövrü üçün 3 ay həbs qəti imkan tədbiri seçilib. Onun dediyinə görə DSX-nın bir əməkdaşı Ə. Muxtarlının ona xəsarət yetirərək sərhəddi keçməyə cəhd etdiyini məhkəmədə söyləyib. 

Vəkilin bildirdiyinə görə gün ərzində Əfqan Muxtarlı qida ilə təmin olunmayıb. Saat 12:00-dan dindirilmədə olan Əfqanı birbaşa məhkəmə zalına gətiriblər. Vəkillərin ağır şəkər xəstəsi olan Əfqan Muxtarlının qidalanmağa ehtiyacı olduğunu bildirmələrinə məhkəmə məmurları tərəfindən məhəl qoyulmayıb. 

Əldə olunan məlumata görə Əfqan Muxtarlı məhkəmə çıxışında bəyan edib ki, onun həbsi birbaşa İlham Əliyevin sifarişidir. O, bildirib ki, dəfələrlə İlham Əliyev haqqında tənqidi yazılar yazıb, onun özü və ailə üzvlərinə aid biznes şəbəkəsi barədə araşdırmalar apardığına görə onun həbs olunması barədə fitfa verilib:

"Mənə evimin yanında 3 nəfər uniformalı və bir mülki geyimli şəxs hücum çəkdi. Məni zorla maşına oturtdular. İşgəncəyə məruz qaldım. Naməlum istiqamətdə apardılar.

Başqa bir maşına təhvil verdilər. O maşınla məni Laqadexiyə gətirdilər. Orada isə Azərbaycan sərhədçilərinə təhfil verdilər".(basta)

Gürcüstanın Daxili işlər nazirliyi mayın 31-də azərbaycanlı jurnalist Əfqan Muxtarlının işiylə bağlı "qanunsuz azadlıqdan məhrum edilmə” maaddəsi ilə cinayət işi açıb.
 
Bu barədə mayın 31-də Azadlıq Radiosunun Gürcüstan xidməti məlumat yayıb.
 
Nazirlik hazırda Azərbaycan tərəfi ilə aktiv əlaqə saxlandığını bildirir.
 
Gürcüstan təhlükəsizlik xidmətinin rəhbəri Vakhtang Gomelauri isə bu arada Azərbaycan tərəfinə istinadla bildirib ki, azərbaycanlı jurnalist Əfqan Muxtarlı pasport lazım olmayan "yaşıl sərhəd zolağı” nda saxlanıb.
 
Bu barədə mayın 31-də "Qriziya online” portalı məlumat yayıb.
Vakhtang Gomelauri
Vakhtang Gomelauri
 
"Bəyanatlarla tələsmək lazım deyil. Mən gözləyirəm. Daxili işlər nazirliyi istintaq başlayıb və Azərbaycan tərəfə müraciət edib. Yəqin ki, baş verənlər, onun harda tutulması barədə ordan rəsmi bəyanat veriləcək. Azərbaycan tərəfi deyir ki, o, vuraxılış məntəqəsində yox, pasport lazım olmayan yaşıl sərhəd zolağını keçərkən saxlanıb. Biz bu faktı araşdıracağıq”, Gomelauri deyib.
 
***
 
Bu gün, mayın 31-i Tbilisidə Gürcüstan vətəndaş cəmiyyətinin nümayəndələri, mühacir azərbaycanlı jurnalist və fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz ediblər.
 
Əllərində gürcü və ingilis dilində «Əfqan Muxtarlıya azadlıq!» yazılmış şüarlar tutan aksiya iştirakçıları baş verənləri pislədiklərini bəyan ediblər.
 
«Dünənki hadisədən sonra artıq Gürcüstan siyasi mühacirlər üçün etibarlı yer sayıla bilməz. Düşünürəm ki, Gürcüstan hökuməti öncə buna aydınlıq gətirməlidir ki, necə olub ki, öz ərazisindən oturum izini olan jurnalist oğurlanıb», - deyə aksiya iştirakçılarından biri sual edib.
Tbilisidə Ə.Muxtarlıya dəstək aksiyası. 31 may 2017
Tbilisidə Ə.Muxtarlıya dəstək aksiyası. 31 may 2017
 
Müəyyən müddətdir ki, Tbilisidə yaşayan və Azərbaycana qaytarılması gündəmdə olan siyasi mühacir Daşqın Ağalar da hesab edir ki, bu işdə hər iki tərəfin, həm Azərbaycanın, həm də Gürcüstanın əli var.
 
«Son bir ilə kimi Gürcüstan demokratik dəyərləri qoruyurdu, amma son bir ildə elə bil ki, geri çəkilmələr var. Əgər jurnalist ölkədən aparılırsa və hökumət də buna hər hansı reaksiya vermirsə, bu, artıq bu məsələdə ortaqlıqdır, şəriklikdir», - deyə D.Ağalar bildirib.
 
Aksiyaya qatılan Gürcüstan vətəndaş cəmiyyətinin təmsilçiləri isə bu məsələ ilə bağlı hökumət üzərində nəzarəti artıracaqlarını bildiriblər.
 
Onlar baş verənləri Gürcüstan demokratiyasına zərbə kimi dəyərləndiriblər.
 
Jurnalist Ə.Muxtarlının mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlandığı bildirilir. Dünən mayın 30-u onun Azərbaycana gətirildiyi deyilir.
 
Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.
 
«Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq»,-deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.
 
Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.
 
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.
Çərşənbə, 31 May 2017 00:00

"Qadın - qəhrəman, yoxsa qulluqçu?"

Yazan

"Qadın güldür, buyruq qulu - (qabağınızda işləyən, qulluqçu, kəniz, qaravaş) - deyil!" - İmam Əli (ə).

Quran ayələrini və hədisləri ərəbcədən tərcümə edərkən baş verən diqqətsizlikdən biri də budur ki, dilimizə tərcümə olunan sözün mənası ilə ərəbcədəki həmin sözün mənası üst-üstə düşmür.

Bu cür səhvlərin biri də İmam Əlinin (ə)

 المرأة ریحانة لیست بقهرمانة  (Əlmərətu reyhanətun ləysət biqəhrəmanə) hədisinin tərcüməsində baş verib.

Əvvəlcə, hədisin fars dilinə tərcüməsində bu problem yaranıb, "qəhrəman" sözü fars dilində olduğu kimi "qəhrəman və pəhləvan" anlamında tərcümə edilib. Sonra bizim dilə də eyni ilə həmin məna ötürülüb. Halbuki  "qəhrəman" sözünü ərəblər o zaman "pəhləvan" üçün deyil, hər hansı bir insan və ya şirkət tərəfindən xidmətə götürülən adam üçün işlədirmişlər. Bu mənada, hətta bir insanın və ya şirkətin vəkilliyini də üzərinə götürmüş adama "qəhrəman" deyilir. Eyni halda evlərdə və ya şirkətlərdə qulluqçu, ayaq üstü işləri (get siqaret al gətir, bunu filan adama ver, bunu bizim evə apar və s. ) yerinə yetirmək üçün xidmətə götürülən insanlar üçün də işlənir.

İmam Əlinin (ə) də hədisdə məqsədi budur ki, qadınlarınız sizin buyruq qulunuz deyil ki, hər dəqiqəbaşı "arvad mənə çay gətir, corablarımı yu, paltarımı ütülə, mal-heyvanı bağla, bu uşaqların səsin kəs, inəklərə  su ver, düş marketdən mənə siqaret al, get bazardan kartof-soğan al  və bunlar kimi yüzlərlə buyruq ki, 99% kişilər bunu çox böyük məharətlə həyata keçirirlər.

Görünür bu, İmam Əli (ə) zamanında da belə imiş ki, İmam (ə) da həm bu hədisi demiş və həm də buyurmuşdur:

"Ey Ərəblər! Siz xəcalət çəkmirsiniz ki, sizin arvadlarınız bazarlarda kişilər ilə çiyin-çiyinə dəyirlər!".

P.S: Qəhrəmanlığa gəldikdə isə qadın həyat səhnəsində nənə, ana, bacı, həyat yoldaşı, bibi və xala kimi mühüm ictimai öhdəçiliyi olan əsl "Qəhrəman"dır. Çünki o, mehriban ana, şəfqətli bacı, sədaqətli ömür yoldaşıdır.

 Bir müdrik demiş: Qadın əli ilə beşiyi tərpədəndə, sanki dünyanı tərpədir.

Mirməhəmməd Bəşir ( xüsusi olaraq birlik.az saytı üçün)

İlahiyyat elmləri üzrə araşdırmaçı

Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılmasına aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-a bildirib ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

"Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir"
 
''Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə təzyiqlər bizi son dərəcədə hiddətləndirir. Əfqan Muxtarlı qeyd-şərtsiz azadlığa buraxılmalı və işgəncələr araşdırılmalıdır'', - Amnesty International təşkilatının yaydığı bəyanatda belə deyilir.
 
Təşkilatın Gürcüstan bürosunun rəhbəri Levan Asatiani jurnalistin həbsini onun fəaliyyəti ilə əlaqələndirir: ''Həbs olunması Əfqan Muxtarlının jurnalist fəaliyyəti ilə bağlıdır, siyasi sifarişdir. Belə görünür ki, bundan Gürcüstan hökumətinin xəbəri olub. Ailəsi də bildirib ki, o, Tbilisi küçələrində izlənilirdi. Gürcüstan tərəfi məsələni nəzarətə götürməli və araşdırmalıdır''.
 
Nida Vətəndaş Hərəkatı da Əfqan Muxtarlının həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, mayın 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində jurnalist, Nida Vətəndaş Hərəkatının üzvü, Qarabağ döyüşlərində könüllü iştirak etmiş, qazi Əfqan Muxtarlı naməlum şəxslər tərəfindən oğurlanıb. Ailəsi və yaxınları Gürcüstan polisinə müraciət etsə də, heç bir nəticəsi olmayıb:
 
''Yalnız 21 saatdan sonra o vəkili ilə əlaqə saxlaya bilib və Azərbaycanda Dövlət Sərhəd Xidmətində saxladığını deyib. Bundan sonra vəkil Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşüb. O, baş verənləri vəkilə ətraflı danışıb''.
 
Məlumatda bildirilir ki, Gürcüstanda oturum icazəsi olan Əfqan Muxtarlı Tbilisidə bir neçə gürcü xüsusi xidmət orqanı əməkdaşı tərəfindən başına torba keçirilərək zorla maşına mindirilib və naməlum istiqamətə aparılıb. Daha sonra boş bir ərazidə əlini arxadan bağlayıb döyüblər və yenidən gözlərini "skoç"la bağlayaraq, 3 maşın dəyişərək Azərbaycan sərhəddinə gətiriblər:
 
''Sərhəddə cibinə 10 000 avro pul qoyularaq DSX əməkdaşlarına təhvil veriblər. Ondan sonra isə Bakıya DSX-nın mərkəzi qərargahına gətirilib. Azərbaycan hakimiyyəti artıq tək ölkə daxilində yox, ölkə xaricində də repressiyalara, fərqli fikir daşıyıcılarına qarşı qanunsuz həbslər həyata keçirməyə başlayıb. Bu artıq üçüncü oxşar saxta ittihamlarla həbs edilmiş Azərbaycan vətəndaşıdır. Bundan əvvəl AXCP sədrinin müavini Gözəl Bayramlı Azərbaycan sərhəddində, Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının təsisçilərindən biri, cərrah Fərman Ceyranlı isə həmin ölkədə həbs edilib.
 
Baş verənlər bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir. Ölkəni saldıqları ağır iqtisadi-siyasi böhrandan çıxarmaqda aciz olan, artan sosial narazılıq və kütləvi işsizliyin qarşısını almaqda çətinlik çəkən hakimiyyət çıxış yolunu müxalif düşüncəli insanları şərləyərək həbs etməkdə görür.
 
Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin bu pis niyyətli əməllərinə avrointeqrasiya yolunu seçmiş Gürcüstan hakimiyyəti də şərik olur''.
 
Nida Vətəndaş Hərəkatı olaraq bəyan edirik: ''Hakimiyyətin bu repressiv addımları ölkəni saldıqları bataqlıqdan çıxarmayacaq, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan insanları da yolundan döndərməyəcək. Dünyanın ən avtoritar rejimlərindən biri kimi ad çıxarmış Azərbaycan hakimiyyətindən əməllərindən əl çəkməyi, ölkəmizi beynəlxalq ictimaiyyətdə daha çox rəzil etməməyi və siyasi məhbusları dərhal azadlığa buraxmağı tələb edirik''.
 
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1 (dövlət sərhədini qanunsuz pozma) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir.
 
Mayın 30-da Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı həbs edilərək Bakıya gətirilib. O, mayın 29-da, axşam saatlarında "yoxa" çıxıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Leyla Mustafayeva məlumat vermişdi. Onun sözlərinə görə, həmin gün axşam saat 7 radələrindən etibarən Əfqanın telefonuna zəng çatmayıb.
 
Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınır. Bir müddət öncə hakimiyyətyönlü "haqqın.az" saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi.
 
Bundan əvvəl məqalədə adı keçən daha iki nəfər - professor Fərman Ceyranlı və AXCP sədrinin müavini Gözəl Bayramlı həbs olunublar. Artıq Gürcüstanda fəaliyyət göstərən İnsan Haqları Evinə Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı məlumat verilib. Gün ərzində məsələ ilə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Moderator.az xəbər verir ki, Türkiyənin ATV telekanalında dini veriliş aparan ilahiyyatçı Nihat Hatipoğlunun verilişinə telefonla bağlanan bir tamaşaçı evinin müəyyən bölgələrində sidik əmələ gəldiyini, sidik qoxusu və nəmişlik olduğunu deyib. Tamaşaçı qeyd edib ki, evdə Quran oxusa da bu hadisənin qarşısını ala bilmir.

İlahiyyatçı Nihat Hatipoğlu isə telefondakı tamaşaçıya hadisə ilə bağlı suallar verdikdən sonra evimizdə tək olmadığımızı bildirərək "Evlərimizdə insanlara sadiq mələklər və şeytanlar var" deyib.

Azərbaycan hökuməti sosial müavinətləri ödəməkdə problem yaşayır. Pensiyalar ya ödənilmir, ya da yarımçıq ödənilir. Bu barədə Xeber.İnfo-a adının açıqlanmasını istəməyən I qrup əlil məlumat verib. Mənbə deyir: “Mən I qrup əliləm. Ayda 140 AZN məvacib alıram. Bu gün pulu götürəndə gördüm ki, kartda cəmi 66 AZN var. Müvafiq idarə ilə əlaqə saxladım. Ordan bildirdilər ki, büdcədə kəsir olduğu üçün hökumət pensiyaları ödəməkdə çətinlik çəkir. Ona görə də aylıq müavinətin yarısını bu ay, yarısını da gələn ay ödəyəcək”.

Çərşənbə, 31 May 2017 00:00

Jurnalist saxlanılıb və azad buraxılıb

Yazan

Sevinc Vaqifqızı Dövlət Sərhəd Xidmətinin qarşısında saxlanılıb

Jurnalist Sevinc Vaqifqızı bu gün saat 20 radələrində azad buraxılıb.

Mayın 30-da Bakı vaxtı ilə saat 19.10-da jurnalist Sevinc Vaqifqızı və nişanlısı Məsud Əsgəri Səbael rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparılıb.

Bu barədə jurnalist Ramin Deko Facebook səhifəsində yazıb.

“Dövlət Sərhəd Xidmtəinin binasının qarşısında dayanmışdıq. Dövlət Sərhəd Xidmətinin binasında Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlı ilə görüşmək üçün sərhəd xidmətinin binasında olan vəkil Elçin Sadıqovu gözləyirdik. Bu zaman polislər jurnalist Sevinc Vaqifqızını və nişanlısı Məsud Əsgəri 39-cu Polis Bölməsinə apardılar”, Ramin Deko Facebook səhifəsində yazıb.

Səbael rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin növbətçi hissəsindən Sevinc Vaqifqıznın bölməsində olduğunu Amerikanın Səsinə təsdiq ediblər.

“Onunla söhbət aprılır. Bir azdan azad buraxılacaq”, növbətçi hissədən bildiriblər.

...Bir də, bu dünyada əllərini göylərə açan körpələr var... Onlar istədikilərini tapa bilməyəndə belə edirlər... Qeybdən uzanan gözəgörünməz əllər sığallayır körpələri bu anda... Biz görmürük bu ƏLLƏRİ, ancaq körpələr görür. Körpələrin sudan saf, çiçəkdən təmiz ruhları görür bu ƏLLƏRİ. Odur ki, qəfil üzlərində bir rahatlıq yaranır, gözləri dolur, dodaqları sallanır... onlar tək olmadıqlarını anlayır və bu böyük sevgidən kövrəlirlər.

Unudulmayan zindan qoxusu

...Bu ağrını isə ancaq yaşayanlar duyar. Uşaq idim və həyətimizdə eşitdiyim hər maşın səsindən diksinib qapıya qaçırdım, “dədəm gəldi” deyə ümidlənirdim.

Dədəm ədalətsizliyə etiraz etdiyinə görə həbs edilmişdi. Aradan uzun illər keçdi, biz böyüdük, qayğısız uşaqlığımızdan qalan acı həbs xatirələrini isə unutmadıq. Hər dəfə məhbus ailələrini görəndə, atası məhbus olan körpələri görəndə o acını yenidən yaşadım.

Biz böyüdük amma bu məmləkətdə ədalət istəyənlərə açılan zindan qapıları bağlanmadı...

Sonralar ağlım kəsəndə bir həqiqəti anladım-məhbus övladları da ataları ilə birgə yaşayır o zindan həyatını. İstədiyin anda qollarını atanın boynuna dolaya bilmirsən, o zaman nə fərqi var, məhbəsdəki sənsən, yoxsa, atan...

Görün, bu gün Azərbaycanda nə qədər insan günahsız yerə şərlənərək həbs edilib. Görün bu gün bu məmləkətdə nə qədər körpə ZİNDANDADIR, MƏHBUSDUR.

10 aylıq adsız Əbülfəzlabbas

Ötən həftə balaca Həsəni, körpə Əbülfəzlabbası bağrıma basanda bir anlığa uşaqlığıma qaytdım və zindandan evə dönən dədəmin qoxusunu duydum sanki.

Bu balacaların yol çəkən gözlərinə baxanda İraqdakı, Suriyadakı müharibə, partlayış səsindən xoflanan uşaqların baxışını gördüm. Nə fərqi var, burda da müharibə gedir, özü də daha şiddətli. Ədalətsizliyin tüğyan etdiyi bütün məmləkətlərdə hər gün partlayış, hər gün terror olur. Nə yazıq ki, bəzi qulaqlar “kardır”, bəzi gözlər “kordur”, “görmür”, “duymur” və etiraz etmir. Amma müharibə qurban tələb edir. “Karlara”, “korlara” isə xəbər ən sonda çatır və cəzaları daha şiddətli olur, hər iki dünyada...

Həsənlərin, hüseynlərin “NİYƏ” sualı

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı Nardaran əməliyyatında şərlənərək həbs edilən Tale Bağırzadənin ailəsinə baş çəkib. Yəqin bilirsiz ki, Tale Bağırzadə sübut olunmayan ittihamlara əsasən 20 il müddətinə azadlıqdan məhrum edilib. 20 il çox uzun müddətdir.

Tale Bağırzadə həbs edildikdən sonra dünyaya gələn oğlu Əbülfəzlabbas 20 ildən sonra atasının azadlıq mübarizəsini davam etdirəcək. Bu gün rəsmi qurumların hətta adından qorxduğu bu şirin körpə dil açıb atasını soruşacaq, həbs olunduğunu eşidəndə isə bir yekə NİYƏ sualını verəcək. Hə, o məşhur əsərdə deyildiyi kimi AXI NİYƏ?

Hüseyn Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında

Amma bu gün o sualın hər gün narahat etdyi körpə qəlbləri var. Tale Bağırzadənin oğlu Həsən, Hüseyn və yüzlərlə həsənlərin, hüseynlərin kiçikli –böyüklü verdikləri NİYƏ sualı gətirəcək Zamanın SAHİBİNİ. O ana qədər gözləyək, ədalətin qələbə çaldığı günü. Axı biz gözümüzü açıb bu məmləkətdə nə zaman insan haqlarının, ədalətin olduğunu gördük ki...

Müaviyyələrin bitməyən Əbülfəzlabbas qorxusu 

10 aylıq Əbülfəzlabbas isə indidən qara qəlblərə qorxu, xof salıb. Belə olmasaydı, bu balacanı adsız qoyardılarmı?

2016-cı il iyulun 25-də dünyaya gələn Əbülfəzlabbasa bu adın verilməsinə Yasamal Rayon Qeydiyyat Şöbəsi imkan vermir. Qrum uşağa bu adın verilməsinin mümkün olmadığını əsas gətirərək, doğum haqqında şəhadətnamə verməkdən imtina edib. İlahiyyatçının xanımı deyir ki, qrum Əbülfəzlabbasın adındakı “l” hərfinin bu adda artıq olduğunu iddia edir.

Leyla xanım danışdıqca bu qadındakı əzəmətə, dərin məntiqə, gənc olmasına baxmayaraq bu qədər zərbəyə əzmlə sinə gərməsinə mat qalıram. Hardandır bir qadında bu qədər qüdrət?

Xanım Zeynəb əleyhasalamın həyatı nümunə deyilmi?

Yəqin xatırladız tarixin yaddaşına həkk olan o məşhur səhnəni.

Kufənin cəllad valisi İbn Ziyad, Kərbəla müsibətində qardaşlarını  itirən xanım Zeynəbə xitab edərək deyir:  Gördünmü Allah sizə neylədi?

Xanım Zeynəb əleyhasalam onun cavabında buyurdu:

“Mən (Kərbəlada) yalnız gözəlliklər gördüm. Onlar bir dəstə idilər ki, Allah onlara mübarizəni vacib etmişdi. Onlar öz məqamlarına çatmaq üçün mübarizə etdilər”.

Leyla xanıma baxdıqca qulaqlarımda səslənirdi xanım Zeynəbin bu kəlamı. Bu Kərbəla məktəbidir. Bu zülmə dimdik dirənən, qanı ilə, şəhadəti ilə zülmlə döyüşən MƏKTƏBDİR!

Bu gün bu məmləkətə baxdıqca gözümüz bu gözəlliyi görür. Zülmlə döyüşən, namərdə boyun əyməyən, ŞƏHADƏTİ ilə döyüşənlər təkcə məmləkətimizi deyil, dünyamızı gözəlləşdirir.

Bu gənc xanımın, üç uşaq anası olan Leylanın da çətinliklərə mərdliklə dözməsi, üzündəki rahat ifadə içindəki gözəlliyin işığıdır. Xanım Zeynəbin yolunu tutanlar dünyada ancaq gözəllik görər. Bu gözəlliyin adı isə DÖYÜŞDÜR.

“Atama azadlıq!”

Nardaran işi məhkəmə prosesini izləməyə gələnlər Tale Bağırzadənin üç övladını da orda analarının yanında görüblər. Məhkəmə başlayan zaman Leyla xanım prosesi izləmək üçün iclasa girəndə uşaqlar çöldə analarını gözləyirdi. Bu uşaqlarla hamı kimi mən də məhkəmədə tanış oldum. İnsanın içini acıdan, gözlərini yaşardan mənzrədir. Amma bu mənzərə balaca Həsəni də Hüseyni də yaşından tez böyütdü. 

Bu dəfə Hüseyni görə bilmədik. Kəndə aparmışdı nənəsi. Qapını bizə Həsən açdı. İçəri girəndə diqqətimi ilk çəkən divardan asılmış tablo oldu. Taxta çərçivənin içində Tale Bağırzadənin şəkli vurulmuşdu. Şəklin üstünə “atama azadlıq” yazılmışdı. Bu Həsənin əl işidir. Həsən bu balaca taxta parçasına, balaca əlləri ilə qəlbinin ən böyük arzusunu yazıb: ATAMA AZADLIQ!

Hər dəfə atasının adını çəkəndə üzünə qəribə təbəssüm qonur.

Həsən birinci sinifdə oxuyur. Şahmat oynamağı sevir. Hələ şahmat üzrə keçirilən yarışmada yer tutub, fəxri fərman da alıb.

Deyir, böyüyəndə hərbi həkim olacam. Bu uşaqda olan vətən sevgisinin mində biri Tale Bağırzadəyə vətən xaini damğası vuran məmurlarda olsaydı. Yoxdur. Olmayacaq da. Çünki bu sevgi genlə, qanla gəlir. Tale də vətənini çox sevir, ona görə azadlığını, bu ölkədə haqqın bərqərar olmasını istəyirdi və bunun uğrunda mübarizə aparırdı... Bu mübarizə bu gün də davam edir, sabah da edəcək... Tale Bağırzadənin məhkəmə iclasında dediyi hər kəlmə aforizmə çevrildi. Bundan böyük mübarizə...?

“Anadangəlmə hakim” yuxudadır...

Həsən balaca Əbülfəzlabbasdan danışır. Deyir ki, qardaşım böyüyəndə hakim olacaq: “Qardaşım anadan olandan işinə hakimlər baxır, o, anadangəlmə hakimdi”.

Yuxudan oyanan Əbülfəzlabbas qonaqların gəlişinə sevinir. Elə bil tanıdığı, doğma adamları görüb, qollarını açıb Rövşən Əhmədlinin boynuna sarılır, qucağında oturub oynamağa başlayır.

Görüş zamanı bəlli oldu ki, Tale Bağırzadə bu gün evə zəng edib ailəsi ilə danışıb, dostlara, Hacı Rövşən Əhmədliyə salamını çatdırıb. Durumundan razılıq edib.

Rövşən Əhmədli Hacı Talehin ailəsini zülmə dirənişin simvolu adlandırdı: “Hacı Talehin ailəsi son 10 ildə azad, ədalətli, hüquqi dövlətin qurulması uğrunda mücadilə verən insanların çarəsizlik, həbs, işgəncə qorxusununa qələbəsi rəmzidi.

Torpaqlarımızın əsirlikdə qalması dərdinə,  canından artıq sevdiyi vətəndə saxta, qondarma ittihamlarla məhbəs həyatı yaşayan qeyrətli övladlarımızın ailələri qarşısında xəcalətli qalmaq iztirabı da əlavə olundu. Amma əminəm ki, heç bir cinayət cəzasız qalmayacaq!”

P.S

Bizi yola salmağa 10 aylıq Əbülfəzlabbas da çıxmışdı. Qollarını bərk-bərk Rövşən Əhmədlinin boynuna dolamışdı. Qığıldayırdı, gülürdü, nəsə deməyə çalışırdı. Amma onu bu qədər xoşbəxt edən səbəb var idi. Tale Bağırzadənin oğlu olmaq xoşbəxtliyi...

Arzu Abdulla

7 -dən səhifə 145