Friday, September 22, 2017

“Hacı Cavad” məscidinin taleyi necə olacaq? Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

İslam.az-a məscidin dini icmasından daxil olan xəbərə görə, bu gün Dini Qurumlarla Iş üzrə Dovlət Komitəsindən məscid rəhbərliyinə yenidən bildirilib ki, məscid tezliklə söküləcək, onun saxlanması mümkün olmadı. Aldıgımız digər məlumata gorə, bunun səbəbi odur ki,  həmin ərazidə aparılan yenidənqurma işlərinin planında o məscid yoxdur. Yeni plan hazırlamağa məsul qurumlar isə layihəni dəyişmək istəmirlər.

Göründüyü kimi, məscidin sökülməsinə qərar verənlər məscidi saxlamaq istəyənlərdən daha güclü çıxdılar.

Qeyd edək ki, dünyada Azərbaycan kimi, hətta daha çox abadlaşdırılan ölkələr var. Amma onlar buna görə öz məbədlərindən imtina etmirlər. Əlbəttə ki, şəhərin köhnə tikililərdən təmizlənib müasir üslübda salınması təqdirə layiq haldır. Amma bu yenidənqurma planına bir məscid daxil etmək, onu yeni layihəyə uyğunlaşdırmaq bu qədərmi çətindir?

Oxu 442 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.