Wednesday, September 20, 2017

Təzəpir məscidi və Şeyxin iqamətgahı da söküləcək - RƏSMİ-VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)
Bir neçə gündür Bakının Yasamal rayonunda yerləşən və "Sovetski" kimi tanınan ərazidəki məscidlərin sökülüb-sökülməyəcəyi məsələsi gündəmdədi.

Söhbət Hacı Əbdürrəhimbəy Qulubəyov və Hacı Cavad məscidindən gedir.

Hacı Əbdürrəhimbəy məscidi fəaliyyətdə olmasa da, məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunur və 3607 No-li inventar kimi qeydiyyatdadır. Amma Hacı Cavad məscidi illərdir fəaliyyət göstərir və bu məscid də XIX-XX əsrlərə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur, 3511 No-li inventarla qeydiyyatdadır.

https://www.youtube.com/watch?v=S0NUNWrHIfI

Hacı Cavad məscidinə ötən həftənin cümə günü İcra Hakimiyyətinin nümayəndəsi gələrək 2 gün ərzində məscidi boşaltmalarını, söküntü olacağını bildirib. Amma hadisədən bir gün sonra Dini Komitənin nümayəndəsi gələrək, yanlışlıq olduğunu və məscidin sökülməyəcəyini deyib.

Amma bu da son olmayıb. Dini Qurumlarla İş üzrə Dovlət Komitəsindən məscid rəhbərliyinə yenidən bildirilib ki, məscid tezliklə söküləcək, onun saxlanması mümkün olmayıb. Bunun səbəbi odur ki, həmin ərazidə aparılan yenidənqurma işlərinin planında o məscid yoxdur. Yeni plan hazırlamağa məsul qurumlar isə layihəni dəyişmək istəmirlər.

Sözügedən məsələlərlə əlaqədar FaktXəbər Mədəniyyət və Türizm Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinə və Yasamal rayon İcra Hakimiyyətinə müraciət edib. Əlaqədar orqanlardan bu yöndə yaranmış müəmmaya aydınlıq gətirilməsini və rəsmi açıqlama ilə çıxış etmələri xahiş olunub. Saytın yazdığına görə, hər 3 dövlət orqanı cavab üçün vaxt istəsələr də sonradan telefonları qaldırmayıblar.

"Azəravtoyol" ASC-nin "Sovetski" məhəllələri üçün hazırladığı 3D görüntülü plana nəzər yetirərkən isə, yeni layihədə doğrudan da sözügedən məscidlərin olmadığı məlum olub.

Hacı Abdürrəhimbəy Qulubəyov məscidinin ərazisinin bir hissəsi 18 mərtəbəli binanın avtomobil parkına, digər hissəsi isə yaşıllıq zolağına düşür.

 

Hacı Cavad məscidinin ərazisi isə tamamilə yaşıllıq zolağına düşür.

Hesab edirik ki, hər iki məscidin tarixi abidə statusunu nəzərə alaraq, yekunda sökülməyəcəyi ilə bağlı qərar çıxarıla bilər.

"Sovetski"nin yeni layihəsində məscidlər yodur - FOTO-VİDE
Oxu 584 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.