Həvvab itləri kimə və niyə hürdü?

Bu məqaləni qiymətləndir
(3 səs)

İlahiyyatçı, yazar Tural İrfan facebook səhiəsində Həvvab itləri və Nəhrəvan köpəkləri barədə maraqlı tarixi status yazıb. Xeber.İnfo həmin statusu təqdim edir:

"İslam tarixində "Həvvab itləri" hədisinin mahiyyətini dərk edib qəbul edən varmı ?

"Nəhrəvan köpəkləri" nin törəmələri kimlərdir, bilən dindarlar nə qədərdir ?

MÜXTƏSƏR CAVAB : Peyğəmbər arvadlarına demişdi: Sizlərdən kimin üstünə Həvvab itləri hürəcəksə vay halına.
Cəməl müharibəsində Aişəni fitnəylə İmam Əlinin üstünə apardılar savaşa.İraqa yaxınlaşanda itlər hürdü. Aişə soruşdu ki, bura haradır? Bir nəfər dedi ki, Həvvabdır. Aişə çox mütəəəssir oldu və ürəyi sıxıldı. Dedi ki, məni dərhal qaytarın geri. Fitnəkarlar dərhal o adamı aradan götürüb, təxminən 40 a yaxın yalançı şahid gətirdilər and içdi ki, ya Aişə bura Həvvab deyil, sizə səhvən deyiblər. Və hərb davam etdi...

Nəhrəvanda İmam Əlinin dəstəsindən ayırlan şiələr Xəcaric adlandılar və İmama qarşı gəldilər.
İmam onları Nəhrəvanda darmadağln etdi. Beş altısı qaçıb canın qurtardı və sonra İmamı namazda şəhid etdilər. Kök etibarı ilə şiə, yəni İmam tərəfdarları idilər. Sonra İmam Müaviyyə ilə həkəmeyni qəbul edəndə fikir ayrılığı oldu. Bir də onlar Muaviyyə ilə savaşda Əmr bin Asın təklifi ilə Muaviyyə qoşununun nizələrə taxdığı Quran vərəqlərinə qılınc çəkməkdən imtina edənlər idilər, sonradan Xarici və ya Xəvaric, yəni Xaric olanlar adlandılar.
İşidin babası doğrudur, onlar idilər. İşid vəhabilər eynən onları özlərinə sələf bilirlər və sələfi də adlanırlar. Onlar o zaman Əliyə məğlub olmuşdular, indi qisaslarını Əli övladları, tərəfdarları və məzarlardan alırlar. Bu kindir.
İmam Əli onlarla döyüşdən sonra bir səhabəsi dedi: Ya Əli, daha bunların kökünü kəsdik, İmam cavab verdi ki, xeyr, onlar hələ analarının bətnində və atalarının belindədirlər. Bax bu günki İŞİD və bütün vəhabilər İmamın dediyi kəslərdir..."

Oxu 549 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.