Saturday, September 23, 2017

AİP sədri Mövsüm Səmədov Qobustana göndərildi - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Mövsüm Səmədov Qobustana göndərilir

İyunun 14-də  Qaradağ Rayon Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında keçirilən prosesə hakim Rəşad Mustafayev sədrlik edib. 

Məhkəmə Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı hökm çıxarıb. Bu barədə vəkil Yalçın İmanov danışıb. Vəkil qərardan apelyasiya şikayəti verəcəklərini deyib.

Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə hakimiyyətin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.

Oxu 190 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.