Saturday, November 25, 2017

Qüds Günü haqqı tapdalananların haqq səsidir - ilahiyyatçı

Bu məqaləni qiymətləndir
(1 Səs)

Qüds Günü haqqı tapdalananların haqq səsidir - ilahiyyatçı

"Ramazan ayının sonuncu cüməsi Beynəlxalq Qüds Günü kimi qeyd olunur. Belə ki, İran islam inqilabının rəhbəri Ayətullah Ruhullah Musəvi Xomeyni Fələstin xalqının məruz qaldığı zülmə son qoymaq üçün Ramazanın sonuncu cüməsinin Beynəlxalq Qüds Günü kimi qeyd edilməsi təşəbbüsünü irəli sürüb".

Bunu salamnews-a açıqlamasında ilahiyyatçı jurnalist Cavid Cabbarlı bildirib.

Onun sözlərinə görə, bu günün təsis olunmasında məqsəd məzlum Fələstin xalqının məzlumluğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Burada bir məsələ daha çox diqqəti çəkməlidir: "Qüds Günü həm də simvolik bir anlam daşımalıdır. Yəni Beynəlxalq Qüds Günü dedikdə təkcə Fələstin xalqının İsrail rejimi tərəfindən əzildiyi, zülmə məruz qaldığı nəzərdə tutulmur. Burada həm də dünyanın istənilən ölkəsində əzilən, haqqı tapdalanan, işğala məruz qalan insanlar varsa, bu gün onların haqq səsidir. Buraya Qarabağ məsələsini də aid etməliyik. Bildiyimiz kimi Azərbaycanın 20 faiz torpaqları işğal altındadır.

Cavid Cabbarlı hesab edir ki, Beynəlxalq Qüds Günü əqidəsindən, dinindən asılı olmayaraq dünyanın hər yerində əzilən, haqqı tapdalanan insanların haqq səsidir: "Dünyanın istənilən nöqtəsində yaşayan insanın haqqı tapdalanırsa, ona zülm olunursa və bu günün təsis edilməsi birbaşa onlarla bağlıdır. Bu da öz növbəsində yerində verilmiş bir qərardır.  Çünki bu gün zülmkarlara qarşı etiraz günüdür. Bacardığımız qədər bu günü dirçətməliyik".

Oxu 455 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.