ATV bağlanır? - Telekanalda maliyyə böhranı, rəhbərlik işçilərə qapını göstərir Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azad Azərbaycan telekanalı çətin maliyyə böhranı yaşayır. Kanalın işçiləri ikinci işyeri kimi taksi sürücülüyü və başqa işlərlə məşğul olmağa başlayıblar. Bu barədə adının açıqlanmasını istəməyən ATV əməkdaşı Xeber.İnfo məlumat verib.

Mənbə bildirir ki, artıq 3 (üç) aydır maaşlar verilmir: “Mən ATV-də işləyirəm. Amma həm də şəxsi avtomobilimlə taksi xidməti göstərirəm. Çünki artıq 3 aydır maaşlar verilmir, ailəni dolandıra bilmirəm. Maaş istəyəndə də rəhbərlik işdən qovmaqla hədələyir. Rəhbərlik açıq deyir ki, maaş yoxdu və nə zaman olacağı da bilinmir, kim istəmirsə gedə bilər”.

Xeber.İnfo

Oxu 2187 dəfə