Baş redaktor təcridxanada ağzını tikdi,xəstəxanaya yerləşdirildi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Həbsdə olan 7gun.Az saytının baş redaktoru Cavid Şirəliyev bir müddət öncə ağzını tikməklə qanununsuz həbs olunmasına etiraz edib. 

O, Gəncə Şəhər Apellyasiya Məhkəməsində hakimin qarşısına da ağzı tikilmiş vəziyyətdə çıxıb. Buna görə də məhkəmənin iclası təxirə salınıb. 

Bu barədə Arqument.Az-a Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva məlumat verib. 

Onun sözlərinə görə, Cavid Şirəliyevin Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında ağzını tikməsi ilə bağlı şəhər prokurorluğunda cinayət işi açılıb və müstəntiq Kənan Babazadənin icraatında araşdırmalara başlanılıb. Həmçinin olayla bağlı Cavid Şirəliyevin də izahatı alınıb. 

Z. Şirəliyeva bildirib ki, Cavid Şirəliyev xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur. 

Qeyd edək ki, Cavid Şirəliyev Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə maddələrilə təqsirləndirilir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışı Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icəradarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki "Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yayma hədəsilə 2000 manat pul tələb edib və sonuncunun 700 manat pulunu Asif Orucovla birlikdə ələ keçirib.

Cavid Şirəliyev ictimaiyyətə ünvanladığı müraciətdə isə istintaqın düzgün aparılmadığını, konkret olaraq şərləndiyini bildirib. Belə ki, onun Vergilər Nazirliyinə göndərdiyi sorğuya nazirlik rəsmi cavab verərək Tovuzda "Tatar" kafenin mövcud olmadığını bildirib. Bundan başqa, tanışı kimi qələmə verilən Asif Orucov isə həmin ərəfədə həbsdə olub. Bunu da Penitensiar Xidmət jurnalistin göndərdiyi sorğuya rəsmi cavabında təsdiqləyib. 

Oxu 526 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.