Tuesday, November 21, 2017

Roma Papası prezident ailəsi ilə görüşdü - FOTO Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Xəbər verdiyimiz kimi, dünən Bakıda səfərdə olan Roma Papası prezident İlham Əliyevlə görüşüb.

Qaynarinfo.Az xəbər verir ki, Papa daha sonra ölkə başçısının ailə üzvləri ilə də bir araya gəlib və onlara hədiyyələr təqdim edib. 

O bildirib ki, prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.

Azərbaycan prezidenti isə Roma Papasına ölkə sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edərək deyib:

"Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir".

Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib. 

Oxu 617 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.