Nemət Pənahlı şeyxə “KQB”nin agenti dedi Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Xeber.İnfo modern.az-a istinadən xəbər verir ki, milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı müsahibəsində bir çox tanınmış şəxsləri kəskin tənqid edib. N.Pənahlı Qafqaz Müsəlmanları idarəsi sədri Allahşükür Paşazadəni də hədəf seçib: “Mən mollaları, axundları, din xadimlərini nəzərdə tuturam. Mən Allahşükür Paşazadəni nəzərdə tuturam. O, sovet zamanında allahsız rejimə xidmət edib. Halbuki şeyxdir. Gerçək din xadimlərini məhv etdilər, onun yerinə isə qırmızı mollaları yaratdılar. Bunlar vasitəsi ilə din adına insanlara cəhalət, xurafat yeridildi”.

Şeyx haqqında bu cür ittiham səsləndirirsiniz. Ancaq o da hərəkatda olmuş şəxsdir – sualını N.Pənahlı belə cavablandırıb: “Sizinlə razı deyiləm. O hərəkatda olub, amma “KQB”nin agenti kimi. Dövlət tərəfindən çıxış edib. Bizim qabağımızı topla, tankla kəsə bilmədilər. 20 Yanvardan sonra hacı Allahşükür Paşazadəni ortaya atdılar. Bizim səsimizi “Allahu-Əkbər”lə kəsməyə cəhd etdilər. Şəhidlərin dəfn mərasimini mən təşkil edirdim. Allahşükür Paşazadə nədən çıxış edib?”.

Oxu 605 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu