Şəkidə sürücülük vəsiqəsinin “qiymət”i 1000 manat oldu

Bu məqaləni qiymətləndir
(2 səs)

Şəkidə sürücülük vəsiqəsi almaq üçün açıq şəkildə rüşvət tələb olunur. Bu barədə sürücülük vəsiqəsi almaq istəsən şəxs redaksiyamıza müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

“Şəki sakinlərindən birinin dediyinə görə, o, sürücülük vəsiqəsi almaq məqsədilə DYP-nin bu şəhərdə yerləşən 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinə müraciət edib. Burada isə, ondan vəsiqəyə görə 1000 manat pul istəyiblər. Bundan sonra vətəndaş Şəki şəhər İcra Hakimiyyətinə, həm də birbaşa Zərinə Cavadovanın qəbuluna gələrək, məsələni ona bildirib və səlahiyyətli dövlət orqanı kimi, icra hakimiyyəti tərəfindən hər hansı tədbir görülməsini tələb edib. Amma Zərinə Cavadovanın cavabı şikayətçini mat qoyub. “Məgər sən bilmirsən ki, Natiq (8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Natiq Yaqubov – red.) “pravanı” 1000 manata satır? Buna görə şikayətə niyə gəlmisən ki?..”

İlqar Sadıqov

Oxu 1930 dəfə