Saturday, September 23, 2017

Qiyas İbrahimovun anası: "Ölüm olsun belə hökümətə" - VİDEO Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

"Biz bu qapıdan girəndə ədaləti çöldə qoyub girmişik. Bunu bizdən əvvəl ədalətsizliyə etiraz edənlər də nəzərə almışdı. Bura bizim üçün müvəqqəti istirahət yeridi. Verdiyiniz cəzanın ağırlığından da çəkinmirik. Bu inam azadlığa, doğrulara olan inamdı. Anam məhkəmədə dedi ki, bir ana kimi fəryad edir. Amma anam bilsin ki, övladı doğruların yanındadı. Övladı doğruların yanında olan analar fəryad etməsinlər".
Prokuror 9 il istədi, amma 12 il istəyə bilərdi. Bilirəm ki, bu çıxışımdan sonra peşmandı. Prokuror peşman olduğuna görə də mən burada şənlənirəm" - bu sözləri ölkədə heykəl məhbusu kimi tanınan, rəsmən isə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Nida” Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində deyib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Q. İbrahimov prosesdə son sözlə çıxış edib. O, ittihamla razılaşmadığını deyib. Daha sonra hökm oxunub. Hökmə əsasən, Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək, Q. İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Lakin məhkəmə ona 10 il həbs cəzası kəsib.

Oxu 928 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.