Thursday, September 21, 2017

İdmançı nazir müavinini “yıxıb sürüdü”: “Nazir gedəndən sonra müavin əsgərə deyib ki...”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Mətbuatda qalmaqalla xatırlanan idmançı Kamil Zeynallı bu dəfə də sosial medianı silkələyib. Belə ki, o, aprel döyüşlərində yaralanmış əsgərlə şəkil çəkdirərək öz səhifəsinə yerləşdirib və əsgərin problemlərini qabardıb.

Cebhe.info xəbər verir ki, bu barədə Kamil Zeynallı nazir müavininin əsgəri köməksiz qoymasından bəhz edərək bunları yazıb:

“Aprelin 3-ü Tərtər istiqamətlərində gedən döyüşlərdə Azərbaycan əsgəri Hüseynov Bəhruz Adıgözəl oğlu ayağından qəlpə yarası alıb ve o gündən ayağı bu vəziyyətdedir. 2 dəfə əməliyyat olub və ayağında dəmirlərlə gəzir, həm də qoltuq dəyənəyi ilə. Qalıb köməksiz, mənə görə, sizə görə, Azərbaycanıma görə yaralanıb, amma heç bir yardım göstərilmir. İmkanlı adamlardan yardım gözləyir, bu qardaşa imkanlı şəxslər yox, dövlət kömək olmalıdır. Mən bilirəm ki, cənab prezidentin bu yaralı əsgərlərdən xəbəri yoxdur, bilsə, heç vaxt qoymaz ki, əsgərlərimiz küçələrə düşüb yardım istəsin. Prezidentimiz gözəl insandır, tapşırıq verib ki, yaralı əsgərlərə kömək edin, ay bəzi məmurlar, amma lazımsız şəxslər deyirlər ki, hər şey yaxşıdır, cənab prezident, hər kəsə kömək edirik.

Bir həftə qabaq gediblər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, cənab nazir Səlim Müslümovla görüşüblər. Səlim bəyi mən tanıyıram, çox gözəl ürəyə sahibdir. Nazir öz müavininə tapşırıb, deyib ki, kömək edin bu oğlana... Nazir gedəndən sonra müavin əsgərə deyib ki, necə kömək edək, biz maaşa işləyirik, dövlətin pulunu necə verim sənə?! Çox ayıb sadəcə, bu cavan oğlan sənə görə, bizə görə bu hala düşüb, necə yəni necə kömək edək? Bilirəm, nazirin xəbəri yoxdur,100% deyib ki, həll elədik, getdilər... Mənim yanıma gəlib bir qardaş kimi məndən kömək istədi. Mən də öz üzərimə düşən köməyi etdim maddiyat tərəfdən, gəlin, dostlar, kömək edək bu gənc ƏSGƏRİMİZƏ... Ayaqları pis ağrıyır, gecələr ağrıdan yata bilmir... Kim kömək etmək istəsə bu nömrə ilə əlaqə saxlasın. 055-360-03-80 ” 

Oxu 658 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.