Milli Məclisin “dərman qoxulu” deputatı: Kəmaləddin Qafurovun passiv bir ili

Bu məqaləni qiymətləndir
(1 Səs)

V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərininin bir ili yaxınlaşır. 

Ötən bir il ərzində parlament üzvlərinin və ümumiyyətlə ilk dəfə deputat seçilən şəxslərin fəaliyyəti ilə bağlı mətbuatda yazılar yayımlanmaqdadır. Bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var. 

Belə deputatlardan biri də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçkilən Kəmaləddin Qafarovdur. K.Qafarovun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda maraqlı məqamlarla rastlaşdıq. Sən demə parlamentin passiv deputatlarından olan bu şəxs biznes sahəsində kifayət qədər aktiv imiş.

Onu da bildirək ki, Kəmaləddin Qafarov deputat seçildiyi 1 il ərzində bu şəxs ümumiyyətlə mətbuatdan kənar qala bilib. Belə ki, dünyanın ən məşhur axtarış sistemi olan "google”də Kəmaləddin Qafarov adını yazdığımız çox az sayda nəticə çıxır ki, bunun da 90 faizi parlament seçkiləri ərəfəsinə təsadüf edir. 

Kəmaləddin Qafarovun son 1 ildə yalınz 1 açıqlaması çıxıb, o da hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında. Deputat referendumla bağlı kiçik açıqlama verib və konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığını deyib. Bu baxımdan Qafarovu 5-ci çağırış seçkilərinin ən passiv deputatı adlandırmaq olur.

Araşdırmamız nəticəsində daha bir diqqətçəkən məqam üzə çıxıb. Belə ki, Qafarovun mediaya çıxmaması əbəs deyil. Bununla bağlı mediada yer alan və deputat tərəfindən bu günədək təkzib olunmayan məlumatı diqqətinizə çatdırırıq: "Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır”.

Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub. Bu günlər mətbuat və sosial şəbəkələrin əsas mövzusu Binəqədi rayonunda yağışdan sonra yaranmış acınacaqlı durum olduğu halda isə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən mandat sahibi olan Kəmaləddin Qafarovun səsi çıxmadı…(qlobal.az)

Oxu 329 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.