Tuesday, November 21, 2017

Azərbaycanda 14 gündə 19 nəfər intihar edib - Statistika

Bu məqaləni qiymətləndir
(0 səs)

2017-ci ilin iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası məlum olub.

Yerli mətbuatda dərc edilən xəbərlərə istinadən xəbər verir ki, 14 gün ərzində 19 nəfər intihar edib, 6 nəfər isə intihara cəhd etsə də, həyatı xilas edilib. 

İlk intihar hadisəsi Hacıqabulda yeni il axşamı qeydə alınıb. Hadisə rayonun Nəvahi stansiyası adlanan ərazisindəki restoranlardan birinin yaxınlığında qeydə alınıb. 1979-cu il təvəllüdlü yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. 

Ümumiyyətlə, intihar daha çox bölgələrdə qeydə alınır. Hacıqabulda 1966-cı il təvəllüdlü Məmmədova Zöhrə Məmmədcəfər qızı, Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Bəşirov Coşqun Ceyhun oğlu, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu , Şəmkridə 1977-ci il təvəllüdlü Maisə Musayeva, Qubada 1974-cü il təvəllüdlü Eldarov Eldar Əliməmməd oğlu, Gəncədə 1955-ci il təvəllüdlü Abdullayeva Validə Tofiq qızı, Biləsuvarda1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev, Zaqatalada 1965-ci il təvəllüdlü Eldar Həsən oğlu Ramazanov müxtəlif üsullarla ntihar edib. 

Bakıda isə 14 gün ərzində 27 yaşlı Müslümov Natiq Tahir oğlu, 53 yaşlı Anatoli Mehdiyev, 1958-ci il təvəllüdlü İradə Musayeva, 1980-ci il təvəllüdlü Ramidə Bağırova, 40 yaşlı Leyla İsmayılova, 1984-cü il təvəllüdlü Əsədov Vaqif Alı oğlu, Bakı sakini Şakir Cavadov, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov canına qəsd edib.

Bundan əlavə Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində də məhbus intihar edib. Orada cəza çəkən 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

2017-ci ilin ilk iki həftəsində intihar edərək həyatına son qoymaq istəyən şəxslərin bəziləri xilas edilib. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektində yerləşən 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

39 yaşlı A.Q bir neçə dərman həbi, 1996-cı il təvəllüdlü Qasımzadə Sevər, 1972-ci il təvəllüdlü Mikayılova Səbinə Eldar qızı və 1979-cu il təvəllüdlü Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək intihara cəhd edib. Eyni zamanda 1943-cü il təvəllüdlü Məlikov Qəndalı Hüseyn oğlu intihar etmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Lakin həkimlərin səyi nəticəsində hər üç şəxsin həyatı xilas edilib. 

Oxu 445 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.