Tuesday, September 26, 2017

Alim Bəşirov: “YDM-ləri oliqarx məmurlar tərəfindən idarə olunur”

Bu məqaləni qiymətləndir
(1 Səs)

“Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində isə yanacağın çənə fərqli, yəni az vurulmasından narazılıq etməsin. Hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar. Məsələn, elə yanacaqdoldurma məntəqəsi var ki, çəni yarıya kimi doldurub 300 km sürmək olur, amma eləsi də var ki, heç 250 km-i normal getmək olmur” – bu sözləri sahibkar Alim Bəşirov yanacaq doldurma məntəqələrində ümumi vəziyyəti şərh edərkən deyib.

A.Bəşirov yanacaq doldurma məntəqələrinin oliqarx məmurların nəzarətində olduğunu iddia edir: “Yanacaq doldurma sahəsin gəlirli sahədir. Ona görə də hansısa sahibkar bu sahədə müstəqil şəkildə iş qura bilməz. Azərbaycan oliqarx məmurlar tərəfindən idarə olunur. Azərbaycanda yanacaq doldurma sahəsi "xususi nəzarət" altındadır. Təbii ki, belə bir gəlirli sahə nəzarətdən kənarda qala bilməz. Ölkədə sahibkar ya hansısa məmurun çətiri altına girərək, onun üçün çalışacaq, ya da saxta ittihamlarla həbsə atılacaq. Dəfələrlə YDM-ə silahlı basqın hallarına şahid olmuşuq. Hətta ölüm faktları da ortadadır ”.

Oxu 467 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.