Saturday, September 23, 2017

Əliyevlər rejimindən qurtarmalı.....

Bu məqaləni qiymətləndir
(5 səs)

Əliyevlər hakimiyyəti ölkəyə təkcə maddi ziyanlar vurmadı. Elə böyük talan getdi ki, mənəvi aşınma, yaltaqlıq, çuğulluq yolu ilə böyük pullar qazananlar da hədsiz çox oldu. İndi bu adamların və onların uşaqlarının əlində qalmışıq. Onlar Azərbaycana özlərinin əyləncə, avtoşluq, əyyaşlıq, bazlıq məkanı kimi baxır, qarşıya çıxanı gözləri görmür, insanları, qanunları, dəyərləri əzib keçirlər.

Azərbaycanın böyük neft pulları talan edildi. Ölkənin sərvətləri xaricə, ofşor zonalara daşındı. Təbii sərvətlərlə zəngin ölkənin vətəndaşları bir qarın çörək puluna möhtac buraxılıblar. Sosial problemlərin girdabında batan Azərbaycan xalqı hakimiyyətə müqavimət belə göstərmək imkanlarından mərhum edilib. Siyasi partiyalar, müstəqil vətəndaş cəmiyyətləri orqanları, azad media sıradan çıxarılıb. Belə ki, hakimiyyət özünə saxta müaxiləfət, saxta QHT-lər, və tam nəzarət altında olan media qurumları yaradıb. Süni siyasəti ilə beynəlxalq aləmi cəhdlərinə belə ehtiyyac duymurlar. Hakimiyyətə qarşı etiraz edən vətəndaşlar məhv edilir. Həbs və fiziki məhv edilmək artıq Azərbaycandakı despotik rejim üçün adi bir hala çevrilib.

Artıq Azərbaycanda rejimə qarşı yeni mübarizənin formaları tətbiq edilməlidir. Belə ki, hakimiyyətin yaratdığı qorxu aparatını zədələməklə vətəndaşlar qorxmadığını nümayiş etdirməlidir. Siyasi təşkilatlar da ekstermal şəraitdə işləməli və hakimiyyətin bütlərinə açıq şəkildə hücum etməlidirlər. Bunun üçün isə qətiyyən həbs edilməkdən və öldürülməkdən çəkinməməli və dönməz mübarizəyə keçilməlidir. Xalqı ən çox incidən məmurlar hədəfə götürülməlidir. Onlara qarşı ictimai qınaq təşkil edilməli avtoritar hakimiyyəti müdafiə etmələrindən çəkindirmək lazımdır. Qısa müddətli bu şəkildə mübarizə forması hakimiyyəti xalq qarşısında geri çəkilməyə məcbur burxacaq. Və xalq bütün siyasi və mülki hüquqlarını bərpa edə bilər. Despotizmə qarşı mübarizənin başqa bir yol yoxdur.

Əks halda, hər gün mənim kimi gənclər zərərçəkən olduğu halda, cinayət məsuliyyətinə cəlb ediləcək. Cinayətkarlar qəhramnlara, zərçəkənlər cinayətkara çeviriləcəkdir.

Yoxsa mənim kimilərin qanı çox axıdılıb və batırılacaqdır.

Anar Qəhrəmanov

Qeyd: Müəllifin fikirlərinə görə redaksiya məsuliyyət daşımır.

22 fevral 2017-ci ildə tarixində Qubadlı rayonundan məcburi köçkün Qəhramanov Anar Səməd oğlunun müraciəti əsasında yazı oldugu kimi oxuculara təqdim edilir.

Oxu 615 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.