Bakı-Sumqayıt yolunda avtoqəza - 3 tələbə dünyasını dəyişib, yaralılar var Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.

Hazırda qəza səbəbindən həmin yolda tixac yaranıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.(trend)

Oxu 443 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu