Thursday, September 21, 2017

Qəbələdə torpaq qalmaqalı davam edir Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

İcra başçısı Qarabağ veteranının mülkünü niyəəlindən alır; rayonun prokuroru bu məsələdəməsuliyyəti kimlərin üstünəatır?

 Qəbələdə yaşayan məcburi köçkün, Qarabağ veteranı Nizami Əliyev ölkə başçısı Ilham Əliyevə, HeydəƏliyev Fondunun sədri, deputat Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, ədliyyənaziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, baş nazirin müaviniƏli Həsənova, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova, dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə, deputatlar Fəttah Heydərova, Ağalar Vəliyevə, Bələdiyyələrlə Iş üzrə Mərkəzin sədri Mehdi Səlimzadəyə və Qəbələ rayon Məhkəməsinin hakimi Fehruz Abbasova müraciət edib.

O, müraciətin bir surətini də redaksiyamıza göndərib. Nizami Əliyevin şikayəti mülkiyyətində olan torpaq sahəsinin qanunsuz yolla əlindən alınması barədədir: “Mən alqı-satqı əsasında torpaq sahəsi almışam. Mülkiyyətə dair bütün sənədlərim var. Amma bu torpaq sahəsini rayon icra başçısı Səbuhi Abdullayev və prokuror Məqsəd Orucov ələ keçirmək üçün mümkün olmayan saxtakarlıqlara və fırıldaqlara əl ataraq həmin torpağın satılmasına dair Qəbələ bələdiyyəsinin 21 dekabr 2005-ci il tarixli 12 saylı qərarı protokol məhv edilib.

Həmin protokolun qeydiyyata alınmasına dair jurnal məhv edilib. Yeni saxta protokol və yeni saxta qeydiyyat jurnalı tərtib olunub və həmin saxta protokolda mənə aid torpaq sahəsinin satılmasına dair məlumatlar çıxarılıb. Yeni tərtib olunan saxta protokola saxtalığı açıq-aydın görünən saxta imza atılır. Ən dəətli biabırçılıq ondan ibarətdir ki, bu adamlar saxtakarlığı da səliqəli həyata keçirməyi bacarmayıblar. Yeni tərtib edilən saxta jurnaldakı məlumatlar 2005-ci ilə aid olduğu halda, yeni yazılan jurnalın çap tarixi 2006 cı ilin sonuna aiddir. Yəni saxta jurnalı doldurarkən jurnalın çap tarixinə baxmağı unudublar.

2006-cı ildə çap olunan kitab 2005-ci ildə necə doldurula bilərdi? Məndə həmin halı sübut kimi qeydə almışam, şəklini çəkmişəm. Istənilən orqana da təqdim edə bilərəm.

Mən Məqsəd Orucovun qəbulunda ona dedim ki, bu hərəkətlər sizin tutduğuz vəzifəyəyaraşmır. O isə Quran and içərək dedi ki, buranın böyüyü, ağsaqqalı var. Göstərişi onlar verib ki, torpaqlar geri alınsın. Son isə sözü bu oldu: “Məndən yazma, yazırsan gəlib pulumu alıb gedirlər”.

Cənab prezident, Qəbələdə vətəndaşlar ağsaqqal kimi Fəttah Heydərovu, rayonun idarəedən kimi isə Kəmaləddin Heydərovu tanıyırlar. Mən bilmirəm ki, Məqsəd Orucov kimi nəzərdə tutur, ondan pulu kimlər alır, kimlər ona göstəriş verib və s. Bircə onu bilirəm ki, Məqsəd Orucov 2013-cü il mayın 5-də yazdığı qərarın materialını toplayaraq bir dəfə Qəbələ Rayon Məhkəməsinə, 2-ci dəfə Ali Məhkəməyə, 3-cü dəfəisə Şəki Inzibati Iqtisadi Məhkəməsinə verib. Hər 3 məhkəmədə onun göndərdiyi materiallara hüquqi qiymət verilib.

Indi Qəbələ Rayon Məhkəməsinin hakimi Fehruz Abbasov “iş”ə salıb. Mən məhkəmədə bələdiyyənin qeydiyyat kitabının saxtalaşdırıldığını ortaya qoyandan sonra hakim nə deyəcək? Cinayət edənlərin gəlib cavab verməsini tələb edəcəkmi?”

Nizami Əliyevin daha bir müraciəti isə ədliyyə naziri Fikrət Məmmədovun qardaşı Cəmil Məmmədovadır. Qarabağ veteranı həmin müraciətdə yazır: “Cəmil müəllim, sizinlə ailəvi çörək kəsmişik. Evinizə, iş yerinizə gələrdim, siz o vaxtlar kişilikdən, təmizlikdən, şəxsiyyətdən danışardınız. Şəxsiyyətsiz adam olsaydım yəqin ki, mənimləçörək kəsməzdiniz.

Hörmətli Cəmil müəllim, qardaşınız Fikrət müəllimin qudası Səbuhi Abdullayevəsifariş verilib ki, mülkiyyətimdə olan torpaq sahəsini əlimdən alsınlar. Bu həm cinayətdir, həm də bir şəxs üçün silinməz ləkədir. Cəmil müəllim sizlərə yaraşmaz ki, bu cür haqsızlığı müdafiə edəsiniz. Istəməzdim ki, kiçik bir torpaqdan ötrü beləsilinməz ləkələr sizlərə yapışsın”.(azadliq.info)

Oxu 595 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.