Thursday, November 23, 2017

Həbsdəki jurnalistdən sensasion açıqlama: “Məhkəmə deyil, tamaşadır” Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

“Keçirilən məhkəmə prosesi daha çox bərbad qurulmuş teatr tamaşasına bənzəyir. Bu tamaşada yer almış senarrist və oyuncular hamısı həbsimin sifarişli olduğun nümayiş etdirməkdədir. Məhkəmənin sədri və prokror sadəcə olaraq prosesi icra etməkdə və sifarişi hərfiyyən yerinə yetirməklə məşğuldurlar. 7 ay məhkəmə prosesi uzun fasilələrlə keçirilib və bu müddətdə BMCMİ-nin ştatlı üzəduranları, əməliyyatçılar və 20 manat müqabilində şahidlik edən səxslər hamısı müstəntiq Hacı Əfəndiyevin yazdığı ssenarini təkrarladılar. Üzəduranların heç bir şahidi olmadan bütün dediklərin və hətta qurduğu yalanlarda səhflərin hakim və prokror görməzdən gəlib qəbul etdilər.Halbuki onlarin yalanlarını bir neçə sadə sualla açığa çıxarda bilərdilər”.

Bunu hazırda həbsdə olan JAM.Az saytının (Jamaz.info) baş redaktoru Fikrət Fərəməzoğlu deyib.

O bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlar böhtandır: “Onun üçün huququ bilməyə gərək yoxidi.ama mən və müdafiyəçilərimin hər bir sözünə müdaxilə edib,sifarişi yerinə yetirməyə çalışdılar. Məhkəmə boyunca verdiyimiz bir çox vəsatətlərdən maddi subutların götürülməsinə dair saxta protokolda əməliyyatçılar tərəfindən saxtalaşmış imzanın xətti ekspertiziyaya göndərilməsi təmin olundu. O protokolda imzanın mənə məxsus olub-olmadığın müəyyənləşdirmək üçün ekspert olmağa gərək yox idi. Mənim imzalarımla İbrahim Kazimov tərəfdən atılmış imzanı müqayisə etmək kifayətdir. Ancaq ekspertdə nüfüzlü və “təcrübəli” müstəntiq və qorxulu əməliyyatçıların əməlini faş etmək gücünə malik olmadığına görə haqqı üzə çıxarmayacaqdır. Beləliklə də, bu məsələdə çox rahat şəkildə ört basdır ediləcəkdir. Bu vəsadəti təmin etməkdə məqsəd müstəntiq Hacı Əfəndiyevin təhdid və şantajlarının təsdiq etmək idir. 34 gün bondotdeldə olduğum dövürdə dəfələrlə mənə və həyat yoldaşıma bildirmişdir ki məsələni “hay küyə”salıb ictimailəşdirsəniz sizi məhkəmələrdə süründürəcəyik. Məkhəməni uzadmaqla BMCMİ -sinin arzu və istəylərin yerinə yetirib,öz xəyallarında bizi məhkəmələrdə süründürürlər. Beləliklə, DİN və onun tabeyçiliyində olan “Bandotdel” necə öz başına olub, hansı gücə malik olduqların nümayiş etdirirlər!”

Daha sonra baş redaktor hansı səvviyədə özbaşınalıq olduğun vurqulayıb: “Mənə elan olunan ittihamlar sırasında 182.2.1 maddəsi yer alır.Həmin ittihama əsasən güya ki, mən Fikrət Fəraməzoğlu qabaqcadan bir qrup şəxslə əlbir olub və əxlaqsızlıq yuvası saxlayan və bunu nufuzlu generallara arxalanaraq inkar etməyən Mehman Həsənovdan hədə-qorxuyla pul tələb etmişəm. Bu, absurddur. Əgər mən, həqiqətən, Mehmandan pul tələb etmişəmsə, üstəlik bir qrup şəxslə bəs hanı o qrup?! Bu maddəilə ittiham irəli sürmək onu göstərirki istintaq lazımı səviyyədə məhkəməni ələ alıb, heç bir özbaşınalıqdan çəkinmir. BMCMİ-si DİN də yüksək rütbəli generallar tərəfindən himayə olunduğu hamıya məlum olduğu kimi ,həmin generala arxalanaraq ölkə qanunların təhrif etməyi və daha doğrusu “zorlamağı”təstiq edir.Ama məsələ ondan ibarət dir ki sözü gedən idarə məni MTN -lə əlaqələndirib və onlara məxsus olan diskləri Seyfullah Əzimov və başqa ( DTX-nın tutduğu jurnalistlər ) yerlərdən axtarmaq yerinə zorla məndə tapmağa çalışırdılar.Bu alınmadıqda isə ikinci yol, yəni Mehmanı mənim üzumə durğuzub, tələm-tələsik saxta ittihamlar irəli sürüb və məndən illər öncəki intiqamı almağa çalışıb, həbsimə nail oldular”.

Jurnalist sonda qeyd edib ki, Məhkəmənin dərhal başlamasını ,182.2.1 maddəsinin götürülməsini və umumilikdə bu gülünc cinayət işini sonlanmasını tələb edir: “Növbəti məhkəmədə bu maddəilə bağlı vəsadət qaldırılacaq. Ümid edirik ki, hakim ölkənin qanunvericiliyinə hörmət edərək , azda olsa özündə cəsarət tapıb,iradəsini ortaya qoyacaq. Bu qədər saxtakarlığı görməzdən gəlmək olmaz, məni məhkəməni tərk edib hakimdən və prokrordan imtina etməyə məcbur etməyin”.

Oxu 408 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.