Tuesday, November 21, 2017

Şəhriyar Şəmsəddinov: “Əfqan Muxtarlının həbsi Azərbaycanın beynəlxalq imicinə ciddi ziyan vuracaq”

Bu məqaləni qiymətləndir
(1 Səs)

“Jurnalist Əfqan Muxtarlının başqa ölkədə həbs edib Azərbaycana gətirilməsi siyasi hakimiyyətin güc nümayiş etdirməsidir. Hakimiyyət bütün rəqiblərini və onu tənqid edən istənilən yazarın harda olmasından asılı olmayaraq həbs edə biləcəyini nümayiş etdirir. Hətta beynəlxalq hüququ nəzərə almır”. Bu sözlər Müsavat Partiyasının mühacirətdə olan üzvü Şəhriyar Şəmsəddinova məxsusdur.

Ş. Şəmsəddinov hesab edir ki, hakimiyyətin bu addımından sonra xüsusən jurnalistlərn təhlükəsizliyi sual altına düşür: “Gürcüstan dövləti son illərdə demokratik dəyərləri əldə etmişdi. Gürcüstanın demokratik yolla irəliləməsinə əyani sübut kimi Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişinin təmin edilməsini göstərə bilirdik. Lakin bu hadisədən sonra bəzi çətinliklər yarana bilər. Hər halda bu məsələlər dünya ictimaiyyətinin, xüsusən Avrop Birliyinə daxil olan ölkələrin müzakirə edəcəyik mövzudur. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti Gürcüstandakı əlaltıları vasitəsi ilə nisbətən demokratik hesab etdiyimiz dövlətdə insan oğorluğunu həyata keçirə bilib. Bu hadisədən sonra istənilən ölkədən istədiyi adamı gətirə biləcəyi ehtimalı yaranır”.

 Müsahibimiz hesab edir ki, Ə.Muxtarlı hakimiyyəti və hakim ailənin fantastik rəqəmlərlə ölçülər varidata sahib olmasını tənqid etdiyinə görə həbs edilib: “Ə.Muxtarlı jurnalist fəaliyyəti dövründə həmişə hakimiyyəti tənqid edib, onun dünyanın müxtəlif ölkələrində milyonlarla ölçülən mülklərə sahiblənməsini araşdırıb. Hakim ailənin qanunsuz və zor yolu ilə əldə etdiyi varidatdan yazan jurnalistlərin böyük əksəriyyəti ya həbs olunub, ya da ciddi təzyiq və təqiblərə məruz qalıb. Bu, o deməkdir ki, hakimiyyət ölkəni şəxsi əmlakı və obyekti hesab edir. Vətəndaşını çox ağır sosial duruma salan, ölkənin gələcəyini ciddi təhlükə ilə üz-üzə qoyan hakimiyyət işgəncə və həbs yolu ilə cəmiyyətdə qorxu yaratmaq istəyir. Bununla da hakimiyyətinin ömrünü uzatmağa çalışır. Hesab edirəm ki, Ə.Muxtarlının həbsi Azərbaycanın beynəlxalq imicinə ciddi ziyan vuracaq və hakimiyyətin qeyri-səmimi davranışını ifşa edəcək”.

Oxu 233 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.