Bakıda kreditini ödəyə bilməyən şəxs girov götürüldü - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Paytaxtın Nizami rayonunda yaşayan vətəndaş Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib.

Xeber.İnfo-nun xezerxeber.az-a istinadən məlumatına görə, Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib. Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruz Sadiqidən kredit borcunu almasını istəyib. “Bakı Kollektor Agentliyi”nin əməkdaşları da bu gün səhər razılığa gəlmək üçün onu ofisə dəvət ediblər. Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar. Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin.

Yalnız polis əraziyə gəldikdən və borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra agentliyin əməkdaşları Bəhruz Sadiqini buraxıblar.

Jurnalistlər “Bakı Kollektor Agentliyi”nin də mövqeyini öyrənməyə çalışsalar da, onlar çəkilişə maneə olublar.  Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirilib ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır.

Oxu 385 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.