Fikrət Hüseynlini Kiyevdə zaminə buraxdılar

Bu məqaləni qiymətləndir
(1 Səs)

Kiyev məhkəməsi müxalifət jurnalisti Fikrət Hüseynlini Ukrayna parlamentinin “Xalq Cəbhəsi”ndən olan deputatı Nikola Knyazskinin və hüquq müdafiəçisi Boris Zaxarovun zaminliyi ilə azad etməyi qərara alıb.

Bu barədə N.Knyazski özü Facebook-da status paylaşıb.

Xatırladaq ki, Hollandiya vətəndaşı olan azərbaycanlı jurnalist Fikrət Hüseynli iki həftə öncə Kiyevdən gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. Kiyev məhkəməsi onu 18 sutka həbs edib.

Onu da qeyd edək ki, F.Hüseynli dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham edilir.

Oxu 361 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.