Ən zəif bəndlər getdi - Prezident bu nazirləri komandasından uzaqlaşdırdı

Bu məqaləni qiymətləndir
(0 səs)

Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər.

S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib.

Bildirək ki, İnam Kərimov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edirdi.

Oxu 849 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.