“AST Telman”ın obyektlərini hərraca çıxardılar Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Azərbaycanlı milyonçu Telman İsmayılova məxsus daha bir mülk satışa çıxarılır.

Musavat.com-un Rusiya KİV-lərindən aldığı məlumatına görə, milyonçuya məxsus “Biznes klub Tropikano” biznes mərkəzi ilə bağlı hərrac iyulun 3-də keçiriləcək.

Bundan əvvəl baş tutan hərracda biznes mərkəz 2 milyard 100 milyon rubl dəyərində qiymətləndirilmişdi. Amma indi qiymət endirilib. İndi o 300 milyon rubl az, 1 milyard 800 milyon rubl qiymətlə hərraca çıxarılacaq. Biznes mərkəzin sahəsi 15 min kvadratmetrdir və Moskvanın mərkəzində, Krasnaya Presnya küçəsində yerləşir.

Yeri gəlmişkən, Abbas Abbasovun himayəçisi olduğu “Azerros”un ofisi də burda yerləşir.

 
Oxu 4685 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.