Nazir Yavər Camalov vəfat etdi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Xatırladaq ki, 69 yaşlı mərhum nazir bir neçə dəfə İsraildə müalicə olunmuşdu

Qeyd edək ki, ötən ilin sentyabrında Y.Camalovun oğlu 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişmişdi.

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.1972 – 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb.

Prezident İlham Əliyevin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib. Evlidir, 2 oğlu var.

Allah rəhmət eləsin.

Oxu 427 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.