"Əsgər ölümlərinə etiraz" aksiyasında həbs olunanlar - SİYAHI

Bu məqaləni qiymətləndir
(1 Səs)

Facebook vasitəsi ilə təşkilatlanan vətəndaşlar paytaxtda çoxminli etiraz aksiyasına qatıldılar

Minlərlə insan şəhərin mərkəzinə axışdı;

Əsgər ölümlərinə etiraz məqsədilə Bakıda, Fəvvarələr Meydanında mitinq keçirilib. “Əsgər ölməsin, ordu morqa dönməsin!” şüarıyla keçirilən mitinqə minlərlə insan axışıb.

McDonalds qarşısında bir qrup övladları hərbi hissələrdə dünyasını dəyişən valideyn əllərində övladlarının portretləri çıxış edərək ordudakı özbaşınalıqlara, ölüm hallarına etiraz ediblər. Onlardan biri – Qazax rayonundan olan Nazilə Ağalarova deyib ki, orduya gedən əkiz oğullarından “biri məzarda, biri də hospitaldadır”.

Aksiya zamanı Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Təzəxan Mirələmli, Rəhman Əhmədov, Arif Balayev, Tahir Həsənov, Vüsal Bayramov, Rauf Həsənov, Babək Həsənov, Rafiq Əliyev, Nihad Hüseyn, Türkel Azərtürk, Səxavət Mehdiyev, Elvin Abdullayev, Teymur Kərimov, Orxan Rza, Asim Aşurov, Elnur Abdullayev, Məsməli Qasımzadə, Renat Nəcəfli, Elmir Qurbanov, Nihat Cəbrayıl, Sahib Bağırov və Tural Həsənzadə saxlanılıb.

Aksiyada həbs edilənlərlə bağlı yeni məlumatlar yayılır. Bunlar Tural Abbaslı, Tural Hacibeyli, Ayxan Musayev, Rəşad Həsənov, Anar Gəraylı, Ramin Hacilidır.

Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, N!DA VH üzvləri Turqut Qəmbər və Rəşad Həsənov, gənc fəal Ayxan Tanın saxlandığı haqda məlumatlar var.

Polis Fəvvarələr meydanına aparan yolları və bulvar ətrafını nəzarətə götürüb, canlı sədlər yaradaraq yoları bağlayıblar.

Polis Fəvvarələr meydanında yürüş edən gənclərin əllərindəki dövlət bayraqlarını zorla alıb, dəyənəklərlə onları qovmağa başlayıb.

Bulvar ərazisində də polis aksiyaçıları pərən-pərən salaraq dağıtmağa çalışır, onlara qarşı zorakılıq nümayiş etdirir.

Oxu 716 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.