Azərbaycanda QİÇS-in ən çox yayıldığı - Şəhər və rayonlar Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Azərbaycanda QİÇS/İİV infeksiyasına yoluxma faizinin ən yüksək olduğu ərazilərin adları açıqlanıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bildirib ki, Azərbaycanda QİÇS/İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeron yarımadasında, 75 faizi isə regionlarda yaşayır.
O qeyd edib ki, bəzi regionlarda faiz göstəricisi digərləri ilə müqayisədə daha yüksəkdir. Həmin yerlərin adlarını açıqlayan direktor əvəzi bildirib ki, İİV-ə yoluxmanın ən yüksək olduğu yer Naxçıvan, Gəncə, Şəki, Quba, Şirvan və Lənkərandır: "Belə ki, bu rəqəm Şirvanda 49,8 faiz, Hacıqabulda 28,7 faiz, Astarada 22,4 faiz, Lənkəranda 17,7 faiz, Sumqayıtda 16,4 faiz, Xızı və Yevlaxda 11,2 faiz, Mingəçevir və Masallıda 9,1 faiz, Göyçayda isə 7,9 faiz təşkil edir. Fikir versək, görərik ki, bu ərazilər narkotrafikin yolu ilə əsasən üst-üstə düşür".(apa)

Oxu 567 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.